Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə143/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   139   140   141   142   143   144   145   146   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

434

 

sadə söz kimi, 1 dəfə “qınlu”, 3 dəfə isə “qınsuz” düzəltmə  sifət-



ləri daxilində: “Zülfüqarıη  qınilə  qəbzəsi ağac” (D-55)... “Anda 

eki qılıc var: biri qınlu, biri qınsuz” (D-230)... Burada “qın” 

sözünün ellipsisə uğramasından da bəhs etmək mümkündür. Belə 

ki, “Qız aydır: “Qılıcıη geydir, yigit, murad ver, murad al, 

sarılalım!” (D-260) cümləsindəki “qılıc geydirmək” ifadəsi məhz 

qılıncla bağlıdır, qılıncın qına qoyulması mənasındadır. Yəni bura-

da həmin ifadənin məcazi mənada işlənməsi ilə bağlı fikir yürüt-

məyə ehtiyac qalmır. Bu mənada F.Zeynalov və S.Əlizadə həmin 

cümləni düzgün sadələşdirib: “Qız dedi: “Qılıncını  qınına qoy, 

igid, murad ver, murad al, bir-birimizə sarılaq” (Bakı, 1988, 

səh.210)...; “Kitab”ın dilində  işlənmiş  ərəb mənşəli, bir şeyin tu-

tulacaq yeri, qulpu, dəstəsi anlamlı “qəbzə” sözünə bir neçə priz-

madan yanaşmaq lazım gəlir: qılıncın dəstəyi mənasında: “Zülfü-

qarıη  qınilə  qəbzəsi  ağac!” (D-56). Bu cümlədəki “zülfüqar” 

İmam  Əlinin qılıncının adıdır, “qəbzə” də  qılınca aiddir, yəni 

“Zülfüqarıη  qəbzəsi”, “Əlinin qılıncının dəstəyi” mənasındadır; 

yayın dəstəyi mənasında: “Qəbzəsindən yay eki para oldı” (D-

108); məcazi mənada: bir evin, bir ailənin, bir nəslin dirəyi. “Dün-

lügü altun ban evimiη  qəbzəsi oğul!” (D-52). Yeri gəlmişkən, 

F.Parənci “Kitab”ın dilində “qəbzə” sözünün yalnız məcazi 

mənada işləndiyini göstərir ki, bu da həqiqətə uyğun deyil (bax: 

“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.58). Belə 

ki, “Kitab”da “qəbzə” sözü təkcə  məcazi yox, həm də  həqiqi 

mənalarda işlənib (yuxarıdakı nümunələrə bax). Burada o da 

vurğulana bilər ki, “Kitab”ın  dilində  ərəb mənşəli “qəbzə” sözü 

türk mənşəli “balçaq” sözünün sinonimi kimi çıxış edir; qılıncının 

tiyəsi anlamlı  “yılmaq”  sözü  “Kitab”da cəmi bir dəfə  işlənib: 

“Qara polat uz qılıclar çalındı, yılmağı düşdi (D-63). O.Ş.Gökyay 

həmin sözü “yılmaq” yox, “yılman” şəklində oxuyub və belə  bir 

şərh verib: “yılman – bir silahın , bir alətin ucu, yaxud kəskin 

tərəfi, qılıncın uca yaxın olan yuxarı qismi, qılıncın iki ağızlı ucu; 

qılıncın, kamanın, bıcağın, mizrağın ağzı  və ya ucu” (İstanbul, 

2000, səh.303). Buradakı fikirləri eynilə  qəbul etmək  olmaz: 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

435

 

birincisi, Drezden nüsxəsindəki həmin yazılış  şəklini (səh.63) 



“yılmanı” deyil, yılmağı, yaxud yelmağı  şəklində transkripsiya 

etmək mümkündür. Həm də bu cür oxunuş formalarını H.Araslı 

(yelmağı), S.Əlizadə (yılmağı) kimi qorqudşünaslar düzgün hesab 

edirlər; ikincisi, “yılmağı” sözü “Kitab”da  kamanın, bıçağın, miz-

rağın yox, məhz qılıncın ağzı, tiyəsi mənasında işlənib; üçüncüsü, 

Zeynalov-Əlizadə  nəşrində “yılmağı düşmək” ifadəsi “tiyəsi 

korşalmaq” şəklində sadələşdirilib (Bakı, 1988, səh.148) ki, bu da 

mətnin semantikası ilə səsləşir.  

Qeyd etdiyimiz kimi, “Kitab”ın dilində “qılıc” intensivliyi 

ilə  fərqlənən sözlərdəndir. “Kitab”ın poetik strukturunda onun 

əhatə dairəsi o qədər genişdir ki, haqqında bir-iki kəlmə deməklə 

kifayətlənmək olmur. Bu mənada “qılıc” sözünə müxtəlif 

bucaqlardan yanaşmaq lazım gəlir. Məsələn, belə: 

− “Kitab”ın dilində “qılıc” daha çox sadə söz formasında 

işlənmişdir: “Kəndü qılıcıη qınına soqdı” (D-230); bir sıra düzəlt-

mə feillərdə “qılıc” sözü kök morfemi kimi çıxış edir; qılıclamaq 

(qılıncla vurmaq). “Tayıη namərd Aruz qaqdı, Beyrəgi oturduğu 

yerdə  qılıcladı” (D-300), “qılıclamaq” (qılıncla vuruşmaq, dö-

yüşmək). “...sərpə-sərpə meydanda qılıclaşdılar” (D-250); “qılıc” 

sözünün assosiativliyi ilə yaranmış frazeoloji vahidlər “Kitab”ın 

dilində üstün mövqedə  görünür: qılıcı altından keçmək (günahı-

nın bağışlanılmasını istəmək). “Qılıcı altından keçdi” (D-119); 

oturduğı yeri qılıcla almaq (döyüşərək ad qazanmaq, qılıncına 

hörmət etdirməyi bacarmaq). “...bu oturan bəglər hər biri oturduğı 

yeri qılıcıilə  ətməgilə alubdur” (D-254). Bu cümlədə iki frazem 

qovuşuq vəziyyətdədir: oturduğı yeri qılıcıilə almaq; oturduğı yeri 

ətməgilə (çörəyi ilə) almaq. Mətnin sonrakı hissələrində  həmin 

frazemlərin qovuşuq vəziyyətdə olması açıq-aydın  şəkildə görü-

nür: “Mərə, sən başmı  kəsdiη, qanmı tökdüη, acmı toyurduη, 

yalıncığmı tonatdıη! (D-254). 

Təqdim etdiyimiz frazemlərin sintez şəklində  təzahürünü 

belə modelləşdirmək olar: oturduğı yeri qılıcıilə almaq = baş 

kəsmək, qan tökmək; oturdığı yeri ətməgilə almaq=ac toyurmaq, 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

436

 

yalıncıq tonatmaq. Bu isə o deməkdir ki, qılıncla ad qazanmaq, 



eləcə  də çörəklə ad qazanmaq frazemləri “Kitab”ın dilində nis-

bətən başqa formada, həm də qovuşuq vəziyyətdə işlənib; qılıcın-

dan görmək (döyüşünü, savaşını  qəbul etməmək, bəyənməmək). 

“Qılıcumdanmı gördi, süfrəmdənmi gördi?” (D-11); qılıcına toğ-

ranmaq. Andların tərkibində işlənmiş bu frazem (Mərə qavat qızı, 

mən qılıcıma toğranayım, oxuma sancılayım! – D-260) “verdiyi 

sözü yerinə yetirməyənin, vəd edənin özünə ölüm arzulaması (əs-

lində, özünə qarğış etməsi) mənasındadır. K.Əliyev həmin fraze-

min semantikasından bəhs edərkən

1

 “qılıca toğranmaq = ölüm 



mənə haldır!” tezisini irəli sürür ki, bu da islamiyyətdən  əvvəlki 

inamların semantik yükü ilə  səsləşir; qılıcdan keçmək (qılıncla 

öldürmək). “Yedi kafər bəgi qılıcdan keçdi” (D-120); qılıc qının 

toğramaq (döyüş arzulamaq). “Qara polad uz qılıcum qının toğrar” 

(D-248); qılıc quşanmaq (belinə qılınc bağlamaq). “Oğul da qılıc 

quşanur baba ğeyrətiçün” (D-131); yalın qılıc tutmaq (siyirilmiş 

qılıncının baş  kəsmək üçün tam hazır vəziyyətdə saxlanması). 

“Altı cəllad əηsəηdə yalıη qılıc tutar//Ğafillicə görklü başıη kəsər” 

(D-187)... Bu frazeoloji vahidlərin hər biri Azərbaycan  dilinin, 

ümumən Oğuz qrupu türk dillərinin zənginlik göstəriciləri kimi 

çıxış edir; 

−  Oğuz igidləri Qazan xana döyüşə hazır olmaları barədə 

hesabat verərkən işlətdikləri ilk söz məhz “çal qılıcıη”dır: “Çal 

qılıcıη, ağam Qazan, yetdim!” – dedi” (D-60); “Çal qılıcıη, xanım 

Qazan, yetdim!” – dedi” (D-151)... Bu tip cümlələrdə Oğuz döv-

lətçiliyinin qüdrəti, türk hərb sənətinin zənginliyi yaşayır. Müqa-

yisələr göstərir ki, “ağam”, “xanım” kimi müraciət formalarının 

semantik tutumu çox dərindir: “Burada “ağam” hərbi müraciət 

forması kimi Qazan xanın hərbi rütbəsinin hamısından yüksək-

liyini bildirir və bu cinah komandirlərinin sərkərdəyə raportu kimi 

səslənir”

2

. Eyni zamanda bu cür raportlarda semantik dinamikanın 



                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.12. 



2

 T.Hacıyev.“Dədə Qorqud kitabı”: tariximizin ilk yazılı dərsliyi.Bakı,2014,səh.40. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə