Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə144/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   140   141   142   143   144   145   146   147   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

437

 

“çal qılıcıη” ifadəsi ilə başlanmasını da təsadüfi hesab etmək 



olmaz. Belə ifadələr  ən azı Atillanın müqəddəs qılıncını yada 

salır: “Atillanın hakimiyyət simvolu sapından yerə sancılmış  şə-

kildə tapılan müqəddəs bir qılınc idi. Atilla bu qılıncı tapdıqdan 

sonra yer üzünə hökm etməyi tanrı tərəfindən alnına yazılmış bir 

qədər  (alın yazısı – tale, qismət, qədər – Ə.T.) kimi qəbul etmiş 

və bundan sonra hərəkətlərini buna görə tənzimləmişdir...”

1

. “Qı-


lınca and içmə” ilə bağlı detallara S.Vurğunun “Vaqif” pyesində 

də rast gəlinir: “Eldar: And için qılınca!...  Əsgərlər qılınca and 

içirlər. Vuruşma davam edir...”; 

− “Kitab”ın “müqəddimə” hissəsindəki  atalar sözləri və 

zərbi-məsəllər sırasında tərkibində “qılıc” sözü işlənənlər diqqəti 

xüsusi olaraq cəlb edir: 

 

Qara polad uz qılıcı  çalmayınca qırım dönməz; 



Çalub-kəsər uz qılıcı müxənnətlər çalınca, çalmasa yeg!; 

Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg!;  

Qılıc çaldı, din açdı şahi-mərdan Əli görkli. 

Təqdim etdiyimiz bu deyimlərin hər biri boylardan süzülüb 

gələn məntiqi nəticələr kimi çıxış edir. Burada yalnız sonuncu 

deyimi boylardakı  bəzi misralarla qarşılaşdırmaqla kifatətlənirik: 

müqəddimədə: “Qılıc çaldı, din açdı şahi-mərdan Əli görkli” –  

II boyda: “Zülfüqarıη qınilə qəbzəsi ağac!” (D-56); 

XI boyda: “Məhəmmədin dini eşqinə qılıc urdım” (D-277). 

Qarşılaşdırılan nümunələrin eyni semantik şaxədə birləşdiyi açıq-

aşkar  şəkildə görünür (bu cür nümunələrin “Kitab”a sonradan 

əlavə edildiyi qorqudşünaslığa çoxdan bəllidir); 

− “Kitab”da qılınc, at və qəhrəman obrazları bir-birini tamam-

layır ki, bu da qəhrəmanlıq eposları üçün ən səciyyəvi cəhətlər-

dəndir: “Əgrəgi zindandan çıqardılar. Saçı-saqalını yüldilər. Bir 

at, bir qılıc verdilər” (D-265-266). Bu cəhət alqış dualarında da 

qabarıq  şəkildə görünür. Belə ki, “at” və “qılıc” sözləri işlənmiş 

                                                            

1

 Bahəddin Ögəl. Türk mifologiyası. I cild, Bakı, 2006, səh.333. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

438

 

misralar ardıcıl olaraq sıralanıb ki, bu da bütövlükdə həmin mis-



raları eyni semantik şaxədə birləşdirir: “Çaparkən ağ-boz atıη büd-

rəməsün! Çalışanda qara polat uz qılıcıη güdəlməsün” (D-154). 

Bu misraların ümumi semantik yükü də  qılınc, at və  qəhrəman 

obrazlarının vəhdətdə təqdim olunduğunu təsdiqləyir;  

− “qılıc” qəhrəmanı  səciyyələndirən  ən mühüm vasitələrdən 

biri kimi çıxış edir: Oğuz igidi Qaraca çoban öz əyri başlı çövka-

nını kafirin qılıncından üstün hesab edir: “Qılıcuηı  nə ögərsən, 

mərə kafər!  Əgri başlu çokanımca gəlməz maηa!” (D-41); Kafir 

Bəkil oğlu Əmranın böyük və iti qılıncını gödək adlandıraraq  onu 

aşağılamaq istəyir: “Qara polad uz qılıcı gödək oğlan” (D-247)... 

Burada qılıncın aşağılanmasını bir bədii priyom kimi qəbul etmək 

lazımdır; 

− sintaktik bütövlərdə silahların adı  çəkilərkən ilk olaraq 

“qılıc” sözünün verilməsi təsadüfi  deyil. Bu, həmin dövrlərdə 

qılıncın ən əsas silah olduğunu qabarıq şəkildə göstərir: 

 

“...Qara polad uz qılıcıη maηa vergil, 



Ğafillücə başlar kəsim səniηçün! 

Qarğu talı sügüηi maηa vergil, 

Köksündən ər sancayım səniη içün! 

Ağ yeləklü ötkün oxıη maηa vergil,  

Ərdən ərə keçirəyim səniη içün!...” (D-245-246) 

Göründüyü kimi, sintaktik bütövdə  qəhrəmanın  əvvəlcə 

qılınc, sonra isə süngü və ox istəməsi poetik şəkildə  canlan-

dırılıb. Bu cəhət digər parçalarda da açıq-aşkar şəkildə görünür: 

 

“...Qara polad uz qılıcı gödək oğlan! 



Əlindəki sügüsi sınıq oğlan! 

Ağ tozlu yayı gedə oğlan!..” (D-247) 

Kafirin dilindən verilmiş bu parçada da bir silah növü kimi 

əvvəlcə  qılıncın adı çəkilir, semantik dinamika məhz “qılıc” sözü-

nün assosiativliyi kontekstində davam etdirilir: kafir Oğuz igidinin 

silahlarının zəifliyinə işarə edir: Oğuz igidinə qılıncı gödək, sün-




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

439

 

güsü sınıq, yayı nazik, - deyərək onu aşağılamaq istəyir. Oğuz igi-



dinin – Bəkil oğlu Əmranın dilindən kafirə ünvanlanmış parçaya 

nəzər salaq:  

 

“...Qara polad uz qılıcum qının toğrar. 



Qarğı talı sügüm nə bəgənməzsən, 

Köksüη dəlüb gögə pırlar. 

Ağca tozlu qatı yayım zari-zari iηlər,  

Sadaqda oxum kişin dilər...” (D-248) 

Bu parçadakı silah adlarının təqdimi də (qılıc→sügü→ 

yay→ox) dediklərimizi, yəni “semantik dinamika məhz “qılıc” 

sözü ilə başlanır” tezisini qüvvətləndirir. Çünki Bəkil oğlu Əmran 

ilk olaraq qınını doğrayan qılıncını, sonra isə zar-zar inləyərək 

oxunu istəyən yayını  və yay kirişini diləyən oxunu tərifləyir 

(əvvəlki səhifələrə bax); 

− Oğuz düşüncəsinə görə, iti qılınc müxənnətin, yaramazın 

əlində olmamalıdır: “Çalub-kəsər uz qılıcı müxənnətlər çalınca, 

çalmasa, yeg!” (D-4). Bu məqamda bir detal yada düşür: Beyrəyi 

qılıncla öldürən Aruz ən müxənnət obraz statusunda çıxış edir: 

“...Aruz qara polad uz qılıcın dartub Beyrəgiη sağ oyluğın çaldı, 

qara qana bulaşdı...” (D-297); 

− döyüş meydanları, daha doğrusu, Oğuz igidlərinin düş-

mənə qalib gəldiyi yerlər məhz “qılıc çalub baş  kəsdigüm” feli 

birləşməsinin  ümumi semantik  yükü kontekstində canlandırılır: 

“...qılıc çalub baş kəsdügim yerləri göstərəyim. Kafər sərhəddinə 

Cızığlara, Ağlağana, Gögcə tağa aluban çlqayın...” (D-126);  

− Oğuz igidi mərddir, cəsurdur, hətta qılıncdan belə qorx-

mur. Qazan xan “Qılıcından saparım yoq!” – deyirsə,  Basat da 

Təpəgözün qınsız qılıncından nəinki qorxur, əksinə, onu ağılla ələ 

keçirir və  Təpəgözü məhz həmin qılıncla öldürür: “Basat qaqıb 

yerindən turı  gəldi. Buğra kimi Dəpəgözi dizi üzərinə çökürdi. 

Dəpəgözüη kəndü qılıcilə boynını urdı...” (D-233-234); 

− “Kitab”da düşmən bayrağının qılıncla yerə salınması 

xüsusi olaraq qabardılır. Burada maraq doğuran  əsas cəhətlərdən 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə