Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə145/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   141   142   143   144   145   146   147   148   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

440

 

biri budur ki, kafir bayrağını qılıncla vurub yerə salan təkcə Oğuz 



kişiləri deyil, həm də Oğuz qadınlarıdır: “Qazan bəgüη qartaşı ka-

fəriη tuğilə sancağı qılıcladı” (D-64); “Boyı uzun Burla xatun qara 

tuğın kafəriη  qılıcladı, yerə saldı” (D-153). Sonuncu cümlənin 

semantikası  həm də ona görə  dərin və  zəngindir ki, kafirin qara 

bayrağını qılınclayaraq yerə salan Oğuz elinin birinci xanımı, xa-

nımlar xanımı Burla xatundur. Yeri gəlmişkən, Oğuz cəmiyyətin-

də Burla xatun tək deyil. Onun Səyrəyin xatunu, Selcan xatun ki-

mi baş kəsməkdə, qan tökməkdə israrlı olan silahdaşları var. Bu, 

onların dilindən verilmiş cümlələrdə aydın  şəkildə görünür: Səy-

rəyin xatununun dilində: “Şər xəbər gətürəniη başın kəsəm” (D-

261); Selcan xatunun dilində: “...Ğafillücə  səniη    başıη  mən 

kəsəyinmi?” (D-196); 

 − müdriklər müdriki, el ağsaqqalı Dədəm Qorqud sayılıb-

seçilən Oğuz igidlərinin belinə  qılınc bağlayır: “Dədəm Qorqud 

himmət qılıcın belinə bağladı...” (D-236). Bu cümlənin semantik 

yükü belə yozula bilər: Vətən basılmazdır. Çünki onun Dədə 

Qorqud  kimi yol göstərəni, Bəkil kimi düşmənə qan udduran 

igidləri var; 

− xərac kimi göndərilmiş “qılıc” tabe olmamaq, döyüşə ça-

ğırış mənasını ifadə edir ki, bu da əşyavi yazının ən gözəl  nümu-

nələrindən biri kimi səciyyələndirilə bilər: “Toquz tümən  Gürcüs-

tanıη xəracı gəldi; bir at, bir qılıc, bir çomaq gətürdilər” (D-235);  

 “Kitab”ın müqəddiməsində xilafətin dördüncü xəlifəsi 

Əlinin qılınc çalmasına işarə edilir ki, burada da semantik dina-

mika “qılıc çalmaq” ifadəsi ilə başlanır: “Qılıc çaldı, din açdı şahi-

mərdan  Əli görkli//Əlinin oğulları – peyğəmbər nəvalələri” (D-6). 

Sonuncu cümlədəki  ərəb mənşəli “nəvalə” sözünü O.Ş.Gökyay 

bəxşiş, bəhrə, pay anlamlı söz kimi izah edib (İstanbul, 2000, 

səh.262). Zeynalov-Əlizadə  nəşrində “nəvalə” kimi transkripsiya 

olunsa da, “nəvə”  şəklində sadələşdirilib (Bakı, 1988, səh.130). 

Həmin yazılış  şəklini V.V.Bartold da “nəvə” (внук) mənasında 

başa düşüb (göstərilən əsəri, səh.12). Biz isə belə bir qeyd vermi-

şik: “...izahlarda “Kitab”da işlənməyən nəvə, nəticə, quda, bibi 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

441

 

kimi qohumluq bildirən sözlərdən də istifadə olunur” (Dədə sözü 



işığında. Bakı, 2014, səh.58). 

Müqayisə  və qarşılaşdırmalar göstərir ki, Zeynalov-Əliza-

də  nəşrində  ərəb mənşəli “nəvalə” sözünün fars mənşəli “nəvə” 

şəklində sadələşdirilməsi yerinə düşmür və ya bu cür sadələşdir-

məni şərti olaraq qəbul etmək olar; 

 − “Məhəmmədin dini eşqinə  qılıc urdım” (D-277). Bu 

cümlə Oğuz  cəmiyyətinin ikinci şəxsi, nüfuz sahibi Qazan xanın 

dilindən verilib. Nə qədər qəribə görünsə də, bu cümlənin ümumi 

semantik yükü ilə islam dinini sonradan qəbul etmiş azərbaycan-

lılar üçün deyilən “qılınc müsəlmanı” ifadəsi eyni semantik şaxə-

də birləşir. Baxmayaraq ki, həmin misrada başqa xalqlara işarə 

edilir. Həm də bu cür detallar “Kitab”a  sonradan əlavə edilib. 

X.Xəlillinin fikirləri də dediklərimizi təsdiqləyir: “Xilafət haki-

miyyətinin ilk illərindən oğuzlar arasında daha geniş  tərənnüm 

obyektinə çevrilən dastanlardan biri “Dədə Qorqud kitabı” – 

Azərbaycan  oğuznamələri olmuşdur... Azərbaycan oğuznamələri-

nə yüksək xalq məhəbbəti olduğundan dastanlardan İslam dinini 

yaymaq  məqsədi ilə istifadə olunub; oğuznamələrə  İslam  əlavə-

lərinin bir səbəbi də budur”

1

. T.Hacıyev bu cür məsələlərə “Ki-



tab”ın mətni və  İslam dini kontekstində aydınlıq gətirib: “Görü-

nür, həmin  düzəlişlər bu əlavələrin nəticəsidir ki, kilsəni uçurub 

məscid tikirlər, keşişləri öldürüb, əzan verirdilər (bunları dastana 

islamçı əlavəsi saymaq gərəkdir)”

2

. Burada bir  daha  “qılınc mü-



səlmanı” ifadəsinə qayıtmaq lazım gəlir: M.Adilov bu ifadəyə 

müxtəlif bucaqlardan yanaşıb: əvvəlcə diqqəti ərəblərin Azərbay-

canı işğal etməsinə yönəldib: “...Azərbaycan 90 illik mübarizədən 

sonra istila edilərək ərəb xilafətinin tərkibinə qatılmışdı. Əhalinin 

müqaviməti nəticəsində İslam çox ləng yayılırdı. Tarix boyu ərəb-

                                                            

1

 X.Xəlilli. Dədə Qorqud oğuznamələrinin yaranma tarixi və digər oğuznamələrlə 



paralellərin dövrü və səbəbləri. Bakı, 2007, səh.31. 

2

 T.Hacıyev. “Dədə Qorqud kitabı”: tariximizin ilk yazılı dərsliyi. Bakı, 2014, 



səh.50. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

442

 

lərə və onların dininə qarşı çıxışlar baş vermişdir”. Sonra isə  fik-



rini müxtəlif bədii  əsərlərdən gətirdiyi  nümunələrlə gücləndirib. 

Məsələn, Ə.Haqverdiyevin “İt oyunu” hekayəsindən belə bir parça 

təqdim edib: “Mən N.qəzasının pristavı idim. Qılıncımın dalı da 

kəsirdi, qabağı da. Bir gün adam döydürməsə idim, gecə yata bil-

mirdim.  Əvvələn, bu yerin camaatına  qılınc müsəlmanları de-

yərlər. Bunların ki, bellərindən  bir gün dəyənək əskik oldu, qu-

durub yollarından çıxarlar”

1



− “Kitab”da obrazlılığın fonetik, leksik və qrammatik sə-



viyyələrdə  təzahüründə “qılıc” sözünün assosiativliyi, məntiqi 

mərkəz funksiyasında çıxış etməsi qabarıq  şəkildə görünür. 

Faktlara müraciət edək:  

− obrazlılığın fonetik səviyyədə təzahüründə: heç şübhə-

siz ki, burada “q” səsi ilə başlayan “qılıc” sözünə görə alliterasiya-

dan bəhs  etmək lazım gəlir. “Kitab”ın dilində ahəngdarlıq yara-

dan belə alliterasiyalar isə kifayət qədərdir: “Qara polat uz qılıcın 

belinə quşandı” (D-31) – qara, qılıc, quşanmaq (q-q-q); “Qara po-

lat  uz qılıcum qının toğrar” (D-248) – qara, qılıc, qın (q-q-q); 

“Oğul da qılıc quşanur baba ğeyrətiçün” (D-131) – qılıc, quşan-

maq,  ğeyrət (q-q-ğ); “Qara qılıcın quşandı” (D-148) – qara, qılıc, 

quşanmaq (q-q-q). Qılıncla  silahlanmaq mənası ifadə olunmuş bu 

cümlədə hər üç söz  “q” səsi ilə başlanır, hər üç söz qalın saitlidir 

ki, bu da assonans yaradır.  Ən  əsası isə  həmin cümlədəki alli-

terasiya da, assonans da məhz “qılıc” sözünün assosiativliyi ilə 

yaradılıb;  



− obrazlılığın leksik səviyyədə  təzahüründə: “Kitab”ın 

dilindəki bir sıra epitet, təşbeh və mübaliğələrin tərkibində “qılıc” 

sözünün həlledici fiqur kimi çıxış etdiyi aydın  şəkildə görünür. 

Məsələn, epitetlərdə: qara polat uz qılıc... Qara polat uz qılıcım 

əlümə alayınmı?” (D-13); yüzi dönməz qılıc. “Yüzi dönməz qılı-

cum ələ aldım” (D-277); çalub-kəsər uz qılıc. “Çalub-kəsər uz qı-

lıcı müxənnətlər çalınca, çalmasa yeg!” (D-4);  gög polad (burada 

                                                            

1

 M.Adilov. Niyə belə deyirik. Bakı, 1982, səh.107. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə