Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə146/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   142   143   144   145   146   147   148   149   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

443

 

“qılıc” sözü ellipsisə  uğrayıb). “Yanındağı gög poladıηı maηa 



vergil, yigit!” (D-149). Buradakı “gög polad” epitetinin semantik 

yükünü müxtəlif mənbələr, xüsusən də M.Kaşğarinin “Divan”ı 

kontekstində    araşdırmış B.Abdulla maraqlı mülahizələr irəli 

sürür: “...Bu böyük bilgin (M.Kaşğari – Ə.T.) “Göy dəmir geri 

durmaz” atalar sözünü “Göy dəmir boş durmaz” anlamında, yəni 

“Toxunduğu hər şeyi kəsir” tək açıqlamış və demişdir ki, bu atalar 

sözünün ifadə etdiyi başqa bir anlam daha vardır: Qırğız, Yabaku, 

Qıpçaq kimi başqa boyların xalqı aralarında bir şey üzərinə and 

içdikləri və ya sözləşdikləri zaman dəmirə sayğı göstərmək üçün 

qılıncı qınlarından çıxarırlar. Və yanlamasına olaraq önlərinə qo-

yarlar. Bundan sonra da qılınc üzərinə belə and edərlər: “Bu göy 

girsin, qızıl çıxsın. Bunun  da mənası: “Əgər sən sözündə durmaz-

san, bu göy rəngdəki qılınc  sənin qanına bulanaraq qızıl çıxsın və 

səndən öcünü alsın. Çünki türklər dəmiri ulu və qutsal  sayırlar”

1



M.Kaşğarinin “Divan”ına istinadən söylənmiş bu fikirlər “Ki-



tab”ın dilindəki “qılıcına toğranmaq” andına da aid edilə bilər. Be-

lə ki, “Divan”dakı “Bu göy girsin, qızıl çıxsın” andı ilə “Ki-

tab”dakı “qılıcına toğranmaq” ifadəsi eyni semantik şaxədə birlə-

şir. Təşbehlərdə:  başı tob kibi yerə düşmək. “...qara polat uz qılıcı 

əηsəsinə eylə çaldı kim, başı tob kibi yerə düşdi” (D-211); başı top 

kibi  kəsilmək. “Ol gün bir qiyamət savaş oldı, meydan tolu baş 

oldı; başlar kəsildi top kibi” (D-63); mübaliğələrdə. qılıncla qılını 

kəsə bilməmək. “Qara polad uz qılıclar  kəsən  qılını kəsdirmədi” 

(D-221). Bu cümlədə mübaliğə ilə yanaşı, “q” səsinin alliterasiya-

sı da müşahidə olunur: qara, qılıc, qıl (q-q-q). Daha doğrusu, 

həmin cümlədə alliterasiya ilə mübaliğə sintez şəklindədir. Bu da, 

qeyd etdiyimiz kimi, məhz “qılıc” sözünün assosiativliyi ilə 

reallaşdırılıb...; 

−  obrazlılığın qrammatik səviyyədə  təzahüründə: “Ki-

tab”ın dilindəki bir sıra cümlə modellərində “qılıcla” sözünün el-

lipsisə uğrayaraq işləndiyi aydın şəkildə görünür: “Baş kəsmədiη, 

                                                            

1

 B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. Bakı, 2004, səh.117-118. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

444

 

qan tökmədiη” (D-125) tipli cümlələrdə “qılıcla” sözü işlənməsə 



də, asanlıqla bərpa oluna bilir (əvvəlki səhifələrə bax). Müqayisə 

və qarşılaşdırmalar onu deməyə  əsas verir ki, belə cümlələrdə 

obrazlılığın qüvvətləndirilməsi həm də ellipsisə uğramış “qılıcla” 

sözü ilə bağlıdır; hər şeydən əvvəl, şifahi ədəbiyyat nümunəsi olan 

“Kitab”ın dilində inversiya ilə işlənmənin üstün mövqedə görün-

məsi təbii qarşılanır.  Əslində, bu tip əsərlərdə inversiyadan şərti 

olaraq bəhs etmək lazımdır. Bu mənada burada cəmi bir nümunə 

təqdim etməklə kifayətlənmək olar: “Çal qılıcıη, xanım Qazan, 

yetdim!” – dedi” (D-151). Bu cümlədəki “çal qılıcıη” ifadəsinin 

inversiya ilə işlənməsini də şərti olaraq qeyd edirik. 

Yuxarıda təqdim etdiklərimiz “qılıc” sözünün “Kitab”ın 

poetik strukturunda xüsusi rola malik olduğunu müxtəlif bucaqlar-

dan təsdiqləyir. Amma bu heç də o demək deyil ki, “Kitab”dakı 

“qılıc” sözünün bütün tərəflərinə işıq sala bildik. “Kitab”ın  sirli-

sehirli dünyasında “qılıc” sözü və onun assosiativliyi ilə işlənmiş 

dil vahidlərində gizli məqamlar, heç şübhəsiz ki, var. Yəqin ki, bu 

mövzuya yenidən qayıtmalı olacağıq... Burada yekun olaraq 

sonrakı dövr ədəbiyyatımızda tərkibində “qılıc” (qılınc) sözü 

işlənmiş bəzi nümunələri təqdim  etməklə kifayətlənirik: 

“Oğuznamə”də: 



Qılıc yarası önəlür, dil yarası önəlməz. 

Q.Bürhanəddinin “Divan”ında: 

 ...Qanda əgri var isə tutmağıl dəq. 

Saiqə, qoç qılıcı toğrar isə. 

İ.Nəsiminin “Divan”ında: 

Gəhi müflis olub gülxanə düşmüş, 

Gəhi qüdrət qılıcını çaladur. 

M.Füzulinin “Leyli və Məcnun” poemasında: 

Səyyarədən aldı mehr meydan, 

Çaldı qılıcın, götürdü qalxan. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

445

 

“Koroğlu” dastanında: 



Qoyun bədöylər kişnəsin, 

Misri qılınclar işləsin, 

Kimi tənab qılınclasın! 

Kimimiz düşman üstünə. 

İraq türkmanlarının “Arzu-Qənbər” dastanında: 

Düşmən gəldi tabır-tabır düzüldü, 

Alnımıza qara yazı yazıldı,  

Tifəg icad oldu, mərdlik pozuldu,  

Əgri qılınc qında paslanmalıdı. 

Qazax xalqının “Qrak-Mamay” eposunda:  

Tört jasına kelqende, 

Beline kılış bayladı... 

S.Vurğunun  “Ala gözlər” şeirində:  

Yenə  qılıncını çəkdi üstümə: 

Qurbanı olduğum o ala gözlər... 

M.Müşfiqin “Məbədlər çökərkən” şeirində:  

İnsanların başı qalmaqaldadır, 

“Əcəl qılıncları çalhaçaldadır...” 

Giya Paçxataşvılının şeirlərində:  

Qılınc tuş oldu qına, 

Ellər döndü qaçqına. 

Saç yolmaqla iş aşmaz 

Qına, özünü qına. 

Bu nümunələrdə “qılınc” sözünün semantik yükü, rənga-

rəng məna çalarları qabarıq şəkildə görünür. Bu da o deməkdir ki

“qılınc” sözü təkcə “Kitab” yox, ümumən  ədəbiyyatımızdakı 

poetik siqlətli vahidlərdəndir. 



Yay.  Heç  şübhəsiz ki, burada  ilk olaraq fəsil anlamlı 

“yay”la silah anlamlı “yay” sözünün işlənmə məqamlarına diqqət 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə