Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə147/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   143   144   145   146   147   148   149   150   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

446

 

yetirmək lazımdır.  Faktlara müraciət edək. “Kitab”da fəsil anlam-



lı “yay” sözü yalnız düzəltmə sözlər daxilində müşahidə olunur. 

Bu tip sözlər isə, əsasən, bunları əhatə edir: yayla (yaylaq). “Oğuz 

bir gün yaylaya köçdi (D-214); yaylaq (dağ yeri). “Qarşu yatan 

qara tağı sorar olsam, yaylaq kimüη?”  (D-102); yaylamaq (yay  

günlərini keçirmək). “Qarşu yatan qara tağlar istər olsa, el yaylar” 

(D-145);  yaylam (yaylaq yeri). “Yaylamında Oğuz elinin qondur-

madı” (D-221). 

Müqayisə və qarşılaşdırmalar “Kitab”ın poetik strukturun-

da fəsil anlamlı “yay” deyil, silah anlamlı “yay” (ox atmaq üçün 

yarımdairə  şəklində  əyilib ucları tarım iplə birləşdirilmiş ibtidai 

silah) sözünün intensiv şəkildə işləndiyini qabarıq şəkildə göstərir. 

Faktlara müraciət edək: “yay” daha çox sadə söz  formasında iş-

lənib: “Bir ağ tozlu qatı  yay aldılar” (D-70); “Mərə Beyrəgiη yayı 

vardır, gətüriη!” (D-108); yayı olan,  yay daşıyan anlamlı “yaylı” 

düzəltmə    sifətinin tərkibində müşahidə olunur: yaylı. “... dəmür 

yaylı  Qıpçaq Məlikə qan qusdıran...” (D-60); bir sıra ifadələrin 

tərkibində  tərəflərdən biri kimi çıxış edir: yay çəkmək.  Əlbəttə, 

“yay” ox atmaq üçün çəkilir. Bu mənada “yay çəkmək” assosiativ 

olaraq “ox atmaq” ifadəsini yada salır. Bu ifadələr “Kitab”ın 

dilində  də  məhz ardıcıl  şəkildə  işlənib: “Yay çəkmədüη, ox 

atmadıη” (D-125). Şübhəsiz ki, başqa cür ola da bilməz. Ancaq bu 

da var ki, bəzən ikinciyə görə (ox atmaq) birincinin (yay çəkmək) 

ellipsisə  uğramasına təsadüf olunur: “Babam at səgirdişimə baq-

sun, qıvansun; ox atışıma baqsun, güvənsün; qılıc çalışıma baq-

sun, sevinsin!” (D-22). Bu cümlədə ellipsisə uğramış “yay” çəkişi-

mə” (yay çəkməyimə) ifadəsinin yeri açıq-aydın görünür, həm də 

asanlıqla bərpa oluna bilir. Bəzən isə hər iki ifadənin inversiya ilə 

işlənərək obrazlılıq yaratması müşahidə olunur: çəkəyim yayı, 

atayım oxı. “Andan Beyrək aydır: “Bəglər, sizüη eşqiηizə çəkəyim 

yayı,  atayım oxı”, - dedi” (D-109). Bu cür inversiya ilə Beyrəyin 

ən gərgin, ən dramatik anları obrazlı şəkildə canlandırılıb. Sintak-

tik bütövdəki “Beyrək yayı gördigində yoldaşların andı, ağladı” 

(D-108) cümləsi də Beyrəyin gərgin, sarsıntılı anlar yaşadığını 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

447

 

açıq-aydın  şəkildə göstərir. Beyrəyin gərgin anları isə  məhz oxla 



üzüyü vurub, paraladıqdan sonra qurtarır: “Beyrək oqla yüzügi 

urdı, paraladı. Oğuz bəgləri bunı göricək  əl-ələ çaldılar, gülüşdi-

lər” (D-109). Burada yekun olaraq onu da qeyd edək ki, müasir di-

limizdəki “ “açaram sandığı, tökərəm pambığı” ifadəsi formasına 

görə “Kitab”ın dilindəki “çəkəyim yayı, atayım oxu” (çəkim yayı, 

atım oxu) ifadəsi ilə səsləşir. yay tartışmaq  (qarşılıqlı olaraq yay 

çəkmək, bir-birinə ox atmaq). Bu ifadə “Kitab”ın dilində cəmi bir 

dəfə işlənib: “Ağca tozlu qatı yaylar tartışaydıq//Ağ yeləklü ötkün 

oxlar atışaydıq” (D-249); yay söykənmək (yaya söykənmək: adlıq 

halda işlənmiş “yay” sözü yönlük hal mövqeyində  çıxış edib). 

“Oğlı Uruz qarşusında yay söykənib turtardı” (D-123). Zeynalov-

Əlizadə  nəşrində  həmin söz təşbeh kimi sadələşdirilib: yay kimi 

söykənmək. “Oğlu Uruz qarşısında yay kimi söykənib durmuşdu” 

(Bakı, 1988, səh.166). O.Ş.Gökyay isə “yaya dayanmaq” mənasın-

da  izah  edib  (İstanbul, 2000, səh.308). Fikrimizcə, “yay söykən-

mək” ifadəsi həm də ayıq-sayıq dayanmaq, veriləcək  əmrə tam 

hazır olmaq mənasında yozula bilər;  yay dayanmaq. “Bayındır 

xanıη qarşusında oğlı Qarabudaq yay tayanub turmışdı”. Drezden 

nüsxəsinin 67-ci səhifəsindəki “ېاٻ” yazılış  şəklini O.Ş.Gökyay 

“yayın”, H.Araslı “bay”, M.Ergin “yay, Zeynalov-Əlizadə “bay”, 

S.Əlizadə “bay” şəklində transkripsiya edib:  

V.V.Bartold “yaya söykənmək” (опираяс  на  лук) məna-

sında başa düşüb (səh.49).  Maraqlıdır ki, Drezden nüsxəsinin 

123-cü səhifəsində eynilə  təkrarlanan həmin yazılış  şəkli Zey-

nalov-Əlizadə  nəşrində “yay” kimi transkripsiya edilib (Bakı, 

1988, səh.68). Bu da səbəbsiz  deyil. Belə ki, “yay” sözündən 

sonra işlənmiş çoxmənalı “söykənmək” felinin semantikası  “ېاٻ” 

yazılış şəklini “bay” formasında transkripsiya etməyə imkan ver-

mir. Burada assosiativ olaraq “söykənmək” feli ilə eyni semantik 

şaxədə birləşən, onun sinonimi kimi çıxış edən “dayanmaq” feli 

yada düşür. Bu məqamda o da vurğulanmalıdır ki, V.V.Bartold 

Drezden nüsxəsinin təkcə 67-ci yox, həm də 123-cü səhifəsindəki 

yazılış  şəklini (yuxarıdakı yazılış  şəkilləri nəzərdə tutulur) məhz 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

448

 

“yaya söykənmək mənasında başa düşüb (səh.32). Həmin ifadələ-



rin səciyyəvi cəhətlərini belə ümumiləşdirmək olar: “yay söykə-

nib” və “tayanub” ifadələri eyni sintaktik mühitlə bağlı olaraq işlə-

dilib. Daha dəqiqi, bunlardan birincisi (yay söykənib) “Bir gün 

Ulaş oğlı Qazan bəg yerindən turmışdı” (D-122) cümləsi ilə baş-

lanan sintaktik bütövdə  işlənibsə, ikincisi də “Qam Ğan oğlı xan 

Bayındır yerindən turmışdı” (D-67) cümləsi ilə başlanan sintaktik 

bütövdə işlənib; hər ikisi feli birləşmədir; hər ikisində ikinci tərəf 

eyni feli bağlama  şəkilçisini qəbul edib (-ib, -ub); hər  iki feil 

(söykənmək, tayanmaq ) eyni semantik yuvaya daxil ola bilir

daha doğrusu, biri digərinin sinonimi kimi işlənə bilir; hər iki bir-

ləşmənin birinci tərəfində silah anlamlı “yay” sözü asılı tərəf kimi 

çıxış edib; hər iki birləşmədən sonra işlənmiş feil (feli xəbər) keç-

miş zamanın ikinci dərəcəli morfoloji göstəricisini qəbul edib: 

tur+ar+dı; tur+muş+dı... Deməli, “yay söykənib” feli bağlamasına 

aid söylədiyimiz yozum (ayıq-sayıq dayanmaq, əmrə hazır ol-

maq...) “yay tayanıb” feli bağlamasına  da şamil edilə bilər. T.Ha-

cıyevin söylədikləri də dediklərimizi  qüvvətləndirir: “Bayındır 

xanın qarşısında Qaragünə oğlı Qarabudaq yay  dayanıb durmuş-

dı”. İgidin duruşu yaya bənzədilir; qəhrəman yay kimi çəkilməyə, 

atılmağa – buyruğa,  şücaət göstərməyə hazırdır”

1

;  yayı zari-zari 



inləmək. “Ağca tozlu qatı yayım zari-zari iηlər” (D-248). Bu mis-

radakı metaforanın səciyyəvi cəhətlərindən əvvəlki səhifələrdə ge-

niş  şəkildə  bəhs etdiyimiz üçün burada yalnız bir cəhəti qeyd 

etməklə kifayətlənirik:  bu cür metaforalarda at belində sağına-

soluna iki qoşa yay çəkərək düşməni lərzəyə salan türk ərənlərinin 

ruhu yaşayır;  yay qurmaq (yayı hazırlamaq). “Bəkil nə yay 

qurardı, nə ox atardı” (D-237); sağına-soluna eki qoşa yay çək-

mək (yay çəkməkdə mahir, igidlikdə tayı-bərabəri olmamaq). 

“Sağına-soluna eki qoşa yay çəkərdi” (D-173). “Kitab”ın dilində 

bu ifadə cəmi bir dəfə Selcan xatunla bağlı işlədilib; qurulu yaya 

bənzəmək (gözəlin qaşını yayın əyriliyinə bənzətmə; hamını hey-

                                                            

1

 T.Hacıyev. Yazıçı dili və ideya-bədii təhlil. Bakı, 1979, səh.27. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə