Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə149/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   145   146   147   148   149   150   151   152   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

452

 

 ağ tozluca  qatı yay. “Ağ tozluca  qatı yayını əlinə aldı” 



(D-31); 

ağ tozlu qatı yay. “Bir ağ tozlu qatı yay aldılar” (D-70);  

tozlu qatı yay. “Ayğır verüb aldığım, tozlu qatı yayım” 

(D-169). Bu birləşmədə “ağca” sözünün ellipsisə  uğradığını 

yuxarıdakı nümunələr də təsdiq edir (Vatikan nüsxəsində “tozlu” 

sözündən  əvvəl “ağ” sözü yazılıb: ağ tozlu qatı yay – V – 44). 

Digər tərəfdən, eyni mənanı ifadə edən bu birləşmələr formaca 

müəyyən qədər fərqlənir. Bu cəhət daha aydın görünsün, - deyə 

onları ardıcıl olaraq sıralayaq:  

 

                 ağca tozlu qatı yay 



                 ağ tozluca qatı yay 

ağ tozlu qatı yay 

tozlu qatı yay 

Burada  əsas fərq dəqiqləşdirici –ca ədatının işlənmə  mə-

qamlarında özünü göstərir. Belə ki, -ca ədatı vasitəsilə    “ağ” 

(ağca) və “tozlu” (tozluca) sifətlərinin çoxaltma dərəcəsində işlən-

məsi təmin edilib (ağca tozlu qatı yay; ağ tozluca qatı yay). Digər 

birləşmələrdəki “ağ” və “tozlu” sözlərində isə -ca ədatı  işlənmə-

yib. Fikrimizcə, bu, bir tərəfdən, “Kitab”ın dilinin zənginliyi, 

digər tərəfdən isə uyğun sintaktik mühitlə bağlıdır. Burada məhz 

situasiya ilə bağlı iki parçanı qarşılaşdırmaq lazım gəlir:  Beyrək 

kədərlidir, yayı gördükdə yoldaşlarını xatırlayaraq ağlayır (“Bey-

rək yayı gördigində yoldaşlarını andı, ağladı”). O, yayının haq-

qında danışarkən nə “ağca tozlu qatı yayım”, nə də “ağ tozluca qa-

tı yayım”, - deyir, heç “ağ” sözünü də  işlətmir, sadəcə olaraq, 

“tozlu qatı yayım”, - deyir: “Ayğır verüb aldığım, tozlu qatı ya-

yım” (D-109). Deməli, “ağ” (ağca) sözünün ellipsisə  uğraması, 

eyni zamanda “tozlu” sifətinə -ca ədatının artırılmaması birbaşa  

sintaktik mühitlə (burada qəhrəmanın kədərli anları ilə) bağlıdır; 

ikinci detala (parçaya) diqqət yetirək: Buğacın atası Dirsə xan dus-

taqdır... Anası Buğacdan xahiş edir ki, atasını azad etsin (“Babaηı 

ol qırq namərddən qurtarğıl”)... Təhkiyəçi qəzəblənmiş Buğacın 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

453

 

silahlanmasını  təsvir edərkən onun yayını “tozlu qatı yay” yox, 



məhz “ağ tozluca qatı yay” şəklində təqdim edir: “Ağ tozluca qatı 

yayını əlinə aldı” (D-31). Burada –ca ədatının ipli, sırımlı anlamlı 

“tozlu” sifətinə artırılması yayın möhkəmliyini işarələndirən 

detallardan biri kimi görünür. Təqdim etdiyimiz qarşılaşdırmanın 

düzgünlüyünü arqumentləşdirən başqa faktlara müraciət edək: 

Baybörənin oğlu üçün tacirlərin hədiyyələr almasını təhkiyəçi belə 

təsvir edir: “... Bir ağ tozlu qatı yay aldılar...” (D-70).Burada –ca 

ədatının “ağ”  və  “tozlu” sözlərinə artırılmadığı aydın şəkildə gö-

rünür. Bu da səbəbsiz deyil. Çünki həmin  parçada gərgin psixo-

loji anlardan söhbət  belə getmir; qəhrəman döyüş qabağı öz  

yayını öyür (və ya onun yayı öyülür, təriflənir), dəqiqləşdirici –ca 

ədatı “ağ” sözünə artırılmış  vəziyyətdə  təqdim olunur: “Ağca 

tozlu qatı yayım zari-zari iηlər”;  “Ağca tozlu qatı yaydan dərsin-

məyən”. Deməli, yayın bərkliyinə, möhkəmliyinə elə ilk sözdə 

(ağca) işarə edilir. Bütün bunları belə modelləşdirmək olar: 

−  qəhrəman ağır döyüşə hazırlaşır, qəzəblidir = “ağ” 

tozluca qatı yay” 

− qəhrəman öz yayını öyür = “ağca tolu qatı yay” 

− yay barədə informasiya verilir = “ağ tozlu qatı yay” 

− qəhrəman kədərlidir = “tozlu qatı yay” 

Yuxarıda təkcə “yay”  yox, həm də müəyyən qədər “ox” 

sözündən bəhs etməli olduq. Bu da səbəbsiz deyil. Çünki “yay” və 

“ox” təklikdə deyil, məhz birlikdə bir  silahın adıdır: yay-ox. Bu 

mənada “ox” sözü leksik-semantik, üslubi-linqvistik prizmadan 

təhlil süzgəcindən keçirilərkən “yay” sözünə  də münasibət bil-

dirilməlidir ki, “yay-ox”la bağlı daha dolğun təəssürat yaransın... 



Oq//Ox. Türkün ilk döyüş silahlarından  biri hesab olunan  

“ox”un ibtidai icma quruluşunun mezolit dövründə  kəşf edildiyi 

ehtimal edilir. Orxon-Yenisey abidələri, M.Kaşğarinin “Divan”ı 

kimi qədim  türk mənbələrində intensivliyi ilə seçilən “ox” sözü 

“Kitab”ın  dilində daha qabarıq  şəkildə görünür (“Kitab”da 

“ox”un sinonimi olan “gəz” sözü  yalnız bir dəfə “gezləmək 

//gəzləmək” felində kök morfemi kimi  işlənib: “Eki oxıη dəmrə-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

454

 

nin çıqardı: birin gezlədi, birin əlinə aldı” (D-199). Əvvəlki 



səhifələrdə M.Kaşğarinin “Divan”ında “kəz” sözünün “ox” yox, 

“ox”un arxa tərəfi mənasında işlənməsindən də bəhs etmişik). Elə 

buna görə  də “Kitab”dakı “ox”, həmçinin onunla birbaşa bağlı 

olan digər sözləri tarixi-linqvistik baxımdan araşdırmaq lazım 

gəlir. Heç şübhəsiz ki,  bu prinsipi əsas götürdükdə bir sıra 

maraqlı nəticələr reallaşar. Məsələn, belə:  

− “yayla atılan, itiuclu və ya ucuna iti dəmir keçirilən mil” 

anlamlı “ox” sözü “Kitab”ın dilində daha çox sadə söz formasında 

görünür: “Dəmrənlü oxla atmağa qıyamadı” (D-199)...; 

− “oq” sözü əsasında yaranmış “oqçı” hərbi termini “Ki-

tab”ın dilində  həm də  şəxs adının apelyativi kimi işlənib: “oqçı” 

hərbi termin kimi: “Ol kafəriη üçin atub birin yarmaz oqçısı olur” 

(D-130); “oqçı”  şəxs adının apelyativi kimi: Əηsə  qoca  oğlı 

Oqçı; 


− “oq” sözü  “Üç oq” və “Boz oq” etnonimlərində bir apel-

yativ kimi çıxış edir: “Üç oq, Boz oq qarşulaşdılar” (D-301). Bu-

rada bir məqam da yada düşür:  “Kitab”, eyni zamanda digər qə-

dim türk mənbələrində işlənmiş “Oğuz” etnoniminin “oq//ox”  sö-

zü əsasında yarandığı və oqlar//oxlar mənasını ifadə etdiyi ehtimal 

edilir; 


− “Kitab”dakı “oxlamaq” (oxla vurmaq) “oxlanmaq” (oxla 

vurulmaq) və “oxlatmaq” (oxla vurdurmaq) düzəltmə feillərində 

kök morfemi kimi işlənib (hər üç sözə az rast gəlinir): “Quş 

uçurub, av avlayub, oğlıηı oxlayıb öldirə görgil!” (D-21);  “Bədə-

vi atı  oğlanın  oxlanmış yatur” (D-141); “Qoulan kimsə  oğlanıη  

bədəvi atın oxlatdılar” (D-133)...; 

− tərkibində “ox” sözü işlənmiş  ifadələr forma rənga-rəng-

liyi və məna dərinliyinə görə diqqəti cəlb edir: oxa girmək (ox at-

mağa başlamaq)... Azğun dinlü kafər buηaldı, oxa girdi” (D-133); 

oxa düşmək (oxlanmaq, oxla vurulmaq).  “İki qardaşı oxa düşdi, 

şəhid oldı” (D-41); ox səpmək (çoxlu sayda ox atmaq).  “Bitəkəl-

lüf kafərlər at dəpdilər, ox səpdilər” (D-41); oxuna sancılmaq (öz 

oxu ilə vurulmaq) “Mərə qavat qızı, mən qılıcıma toğranayım, 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə