Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə153/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   149   150   151   152   153   154   155   156   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

464

 

Assonans. “o”-nun assonansı.  “Ol kafəriη üçin atub birin 

yarmaz oqçısı olur” (D-130) (o-o-o; ol, oqçı, ol); 

Alliterasiya. “y”-nın alliterasiyası. “Yalançı oğlı Yalancıq 

yay ufandığına qatı qaqdı” (D-109) (y-y-y-y; Yalançı, Yalancıq, 

yay); “Yedi kiş ilə qurulurdı mənim yayım!” (D-207) (y-y-y; yedi, 

yay)...; 



Epitet. Qeyd etdiyimiz kimi, “yay” və “ox”  sözlərindən 

əvvəl işlənmiş vahidlər daha çox həqiqi mənada  işlənib. Bu 

sistemdə epitet kimi işlənənlərə  də  təsadüf olunur: qatı yay. 

“Ayğır verüb alduğım, tozlu qatı yayım” (D-109); sum altunlu ox. 

“Qayın talı yeləgindən sum altunlu mənim oxım!” (D-207)...; 

Təşbeh. “Yay” və “Ox” sözləri “Kitab” yox, sonrakı dövr 

ədəbiyyatımızdakı  təşbehlər sırasında qabarıq  şəkildə  görünür. 

Amma bu da var ki, “Kitab”da  işlənmiş “Qurulu yaya bəηzər çat-

ma qaşlum!” təşbehi poetik siqlətinə görə tərkibində “yay”, eləcə 

də “ox” sözləri işlənmiş bütün təşbehlərdən yüksəkdə dayanır 

(əvvəlki səhifələrə bax); tirkeşində tiri (oğul oxqabındakı oxa 

bənzədilir). “Dövlətlü oğul qopsa, tirkeşində tiridir” (V-

 



5-6

)

...; 



 

Metafora. “Yay”, “Ox”, “sadaq” və “kiş” sözlərinin iştira-

kı ilə yaradılmış, semantika baxımından biri digərini tamamlayan 

metaforalar “Kitab”da xüsusi çəkiyə malikdir: “Ağca tozlu qatı 

yayım zari-zari iηlər//Sadaqda oxum kişin dilər” (D-248). Bu cür 

metaforalara təkcə Azərbaycan deyil, ümumən türk xalqları  ədə-

biyyatında az təsadüf olunur (əvvəlki səhifələrə bax). 



Litota. “Kitab”da  “ox” sözünün  iştirakı ilə  yaradılmış li-

totalar birbaşa  görünmür. Belə litotaları,  əsasən, mətnin ümumi 

semantik yükünə  əsaslanmaqla müəyyənləşdirmək mümkündür. 

Necə ki, “oxun dəyməsi=milçəyin sancması” litotası sintaktik bü-

tövün ümumi semantik yükünə istinadən müəyyənləşir (əvvəlki 

səhifələrə bax). Bu cür litotaları şərti olaraq gizli litota  da adlan-

dırmaq olar; 

İnversiya. “çəkəyim yayı, atayım oxı”.  “Bəglər, siziη eş-

qiηizə çəkəyim yayı, atayım oxı” (D-109) (buradakı inversiyadan 

əvvəlki səhifələrdə bəhs olunur).  



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

465

 

Təqdim etdiyimiz assonans, alliterasiya, epitet, metafora



mübaliğə və s. kimi bədii təsvir və ifadə vasitələri “Kitab”ın, ümu-

mən ədəbiyyatımızın zənginlik göstəriciləri, atributları hesab olu-

na bilər.  

Qeyd etdiyimiz kimi, “yay” və “ox” sözlərinin iştirakı ilə 

yaradılmış obrazlı ifadələrə sonrakı dövr türk ədəbiyyatında daha 

çox təsadüf olunur. Bu mənada tərkibində “ox” sözü işlənmiş bəzi 

parçalara diqqət yetirək (əvvəlki səhifələrdə tərkibində “yay” sözü 

işlənmiş nümunələr verilib): 

M.Kaşğarinin “Divan”ında: 

“ok  yılan” =  “özünü ox kimi insanın və başqa canlıların 

üstünə atan ilan”. 

“Oğuznamə”də: 

Söz oqdur ağız yayında, ey can 



Oq atılsa, gerü dönmək nə imkan. 

“Bayatı”larda: 

Qaşların oxdur sənin,  

Kiprigin çoxdur sənin, 

Səni çoxdan sevmişəm, 

Xəbərin yoxdur sənin. 

Q.Bürhanəddinin “Divan”ında: 

Cövr oxları ki, qəmzən könül evinə atar,  

Məncəniq taşlarıdur ki, yeni Turhaldurur. 

İ.Nəsiminin “Divan”ında: 

Kiprügin oqına, qaşun yayına 

Aşiqün sinəsin sipər, dedilər. 

Xəstə Qasımın şeirlərində: 

Atırsan oxunu səhrayə atma,  

Gecələr yatanda duasız yatma... 

 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

466

 

Qurbaninin şeirlərində: 



...Sinəm buta, yarım müjgan oxuna,  

Bir namə yaz hər divanda oxuna. 

M.V.Vidadinin şeirlərində: 

...Oxunur məclisdə xoş kəlimatı, 



Ox kimi bağrını dələr,ağlarsan. 

M.P.Vaqifin şeirlərində: 

Yar səni gördüm, bağrım oxlandı,  

Ey  əfi baxışlı, havalı  sərxoş... (bu nümunədə “ox 

sözü “oxlamaq” felinin kök morfemi kimi işlənib). 

 

Aşıq Ələsgərin  şeirlərində: 



...Atdı müjgan oxun, keçdi sinəmdən, 

Cadu qəmzələri qanıma düşdü. 

S.Vurğunun şeirlərində: 

...Yerdən ayağını quş kimi üzüb, 

Yay kimi dartınıb, ox kimi süzüb...  

Sabir Sarvanın şeirlərində: 

Hardan bilir 

sinələri qabarar-qabarmaz 

ilk sevginin 

          bir ox ucunda gələcəyini... 

Təqdim etdiyimiz nümunələrdən birincisi on birinci yüzil-

liyə (M.Kaşğari), sonuncusu isə iyirmi birinci yüzilliyə (Sabir Sar-

van) aiddir. Hər ikisi  gözəldir, hər ikisi poetik siqlətlidir. Bu həm 

də o deməkdir ki,  “ox” sözü işığında yaradımış obrazlı ifadələr, 

ən azı min il əvvəl olduğu kimi, bu gün də yaranır, bu gün də 

zəngindir. 



Sapan. “Kitab”da səkkiz dəfə həm də daha çox “Salur Qa-

zanın evinin yağmalandığı boy”da işlənmiş “sapan” sözünün se-

mantik yükü qorqudşünaslıqda,  əsasən, belə göstərilir: “daş atan 

sapand”, “daş atmaq üçün qədim silah”, “içində daş atılan qədim 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

467

 

hərb aləti”, “içində daş fırladıb atılan ipli torba...”.  Bu cür məna 



yükünə malik “sapand” sözü “Kitab”da müstəqil şəkildə, eyni za-

manda ayrı-ayrı ifadələr daxilində müşahidə olunur: müstəqil  şə-

kildə: “Üç yerdə dəpə kibi taş yığdı, ala qollı sapanın əlinə aldı” 

(D-39); ifadə daxilində: sapan çatlatmaq (sapandla daş atmaq). 

“Elə olsa, sultanım, Qaraca çoban sapan çatlatdı” (D-57); sapan 

taşı (sapandla atılan daş). “Qaracıq çoban kafəriη üç yüzini sapan 

taşilə yerə  bıqardı” (D-41); sapan taşına  tutmaq (sapandla daş 

yağdırmaq). “Gerü döndü. Sapan taşına tutdı” (D-216)... 

“Kitab”da “sapand”ın hissələrinin adlarına da rast gəlinir: 

aya (sapandın daş qoyulan yeri, daşlığı). “Ərənlər  ərəni Qaracuq 

çoban sapanıη ayasına daş qodı, atdı” (D-41). “Kitab”dakı “aya” 

sözünə diaxronik, eləcə  də sinxronik bucaqlardan yanaşan 

A.Məmmədova  maraqlı mülahizələr irəli sürür: “Türkiyə türk-

cəsində aya “ovuc” mənasında müasir dövrdə  də  işləkdir. Hər 

halda sapanın daş qoyulan yeri ovucu xatırlatdığı üçün onu aya  

adlandırmışlar”

1

; sapanın qolu. “...üç keçi tüyindən sapanın qolla-



rıydı” (D-56); sapan  çatlağucı  (sapan çatısı). “Bir keçi tüyindən  

`çatlağucıydı” (D-57)...  

“Kitab”dakı “sapan” sözünə qəhrəman obrazları prizmasın-

dan yanaşdıqda belə bir nəticə alınır: yeddi dəfə II boyda Qazan 

xanın çobanı Qaraca çobanla, bir dəfə isə VIII boyda Aruzun 

çobanı Qonur qoca  Sarı çobanla bağlı işlədilib. Bu qarşılaşdırma 

assosiativ olaraq  başqa məqamlıarı yada salır: sapand bir silah 

kimi daha çox çobanlar tərəfindən istifadə olunur (söhbət “Ki-

tab”dakı çobanlardan gedir); hər iki çoban nüfuzlu şəxslərə, həm 

də əks qütblərdə dayanan, biri digərinə düşmən olan qəhrəmanlara 

çobanlıq edir: Qazan xana − Qaraca çoban; Aruza – Qonur qoca 

Sarı çoban;  hər iki çoban sapanddan istifadə edir: bir sapandla 

Oğuz elini  düşmənlərdən qoruyur, kafirləri məhv edir (Qaraca 

çoban), digəri (Qonur qoca Sarı çoban) yaratdığı insanabənzər 

məxluqu (əslində, ət topasını) sapand daşına tutsa da  (Çoban bu  

                                                            

1

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.99. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə