Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə154/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   150   151   152   153   154   155   156   157   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

468

 

yığanağı görcək ibrət aldı. Gerü döndi. Sapan taşına tutdı), faydası 



olmur, Oğuz elinə Təpəgöz kimi bir qaniçəni, daha doğrusu, “Bir-

cə  dəfə adam  ətindən doyum”, – deyən bir vəhşini “bəxş” edir, 

Oğuz elinin başına bəla gətirir. Bu isə o deməkdir ki, təkcə Qazan-

la Aruz yox, həm də onların çobanları – Qaraca çobanla Qonur 

qoca  Sarı çoban əks qütblərdə dayanan obrazlardır; nə qədər qəri-

bə görünsə də, “çoban” və “sapan” sözləri zəngin qafiyələri xatır-

ladır: çoban-sapan;  oban – apan. 

“Sapan” sözü, eyni zamanda onun assosiativliyi ilə yaradıl-

mış bədii təsvir və ifadə vasitələri “Kitab”da xüsusi çəkiyə malik-

dir. Bu zənginliyi bir cümlə ilə ifadə etmək imkan xaricindədir. 

Bu mənada aşağıdakılara diqqət yetirək: 

Epitet. ala qollu sapan. “...ala qollu sapanın əlinə aldı” (D-

39). Bu epitet sapandın növünü ifadə etmək baxımından maraq 

doğurur. Digər tərəfdən, qorqudşünaslıqda həmin  epitetdəki “ala” 

sözünə  müxtəlif prizmalardan yanaşılıb. Dəqiq desək, “ala” sözü 

gah rəng, gah da “uzun”, “böyük” mənasında izah olunub. Burada 

B.Abdullanın bir fikrini eynilə  təqdim etmək yerinə düşür: 

“...Çox-çox hallarda “ala”nı düzgün mənalarında izah edən 

prof.S.Əlizadə  də “ala qollu sapan”dakı “ala”nı sadələşdirilmiş 

mətndə olduğu kimi saxlamaqla, görünür, onu rəng hesab etmiş-

dir... “Ala qollu sapan”dakı ala rəngi yox, uzunluğu bildirir. Bunu 

belə düşünməyə  mətn də haqq qazandırır. Boydan oxuyuruq: 

Qaraca Çobanın  “...üç yaşar dana dərisindən sapanının ayası, üç 

keçi tükündən sapanın qolları idi”

1

. Düzdür, müəllifin arqument 



kimi gətirdiyi nümunələrdə “sapan” mübaliğə  tərkibində  işlənib. 

Amma nəzərə almaq lazımdır ki, sapandın qolları keçinin, həm də 

məhz ala rəngli keçinin tükündəndir, yəni burada “ala keçinin tükü  

= ala qollu sapand” modeli açıq-aydın  şəkildə görünür. Bu 

mənada  “ala”nı  rəng anlamlı söz hesab edən S.Əlizadə haqlıdır. 

Təsadüfi deyil ki, V.V.Bartold da “ala”nı  rəng anlamlı söz kimi 

başa düşüb: “пестрой” (göstərilən mənbə: səh.24). 

                                                            

1

 B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. Bakı, 2004, səh.87. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

469

 

Təşbeh. “Beligiηdə toqsan oqıη  nə ögərsəη, mərə kafər? 

Ala qollı  sapanımca gəlməz maηa” (D-41). Sonuncu misrada epi-

tetlə (ala qollı) təşbehin (...sapanımca gəlməz maηa) sintezi açıq-

aydın  şəkildə görünür. Qorqudşünaslıqda bu tipli təşbehlərin 

poetik çəkisi ilə bağlı kifayət qədər yazılar yazılıb. Burada yalnız 

bir fikri xatırladırıq: “Qarşı  tərəfin gücünü azaltmaq, zəiflətmək 

məqsədilə “gəlməz maηa” birləşməsi ilə verilən müqayisələr daha  

orijinal və  təsirlidir. Belə müqayisələr bənzədilənin təsir gücünü 

artırmaq deyil, əksiltmək üçündür (litotalarda olduğu kimi – Ə.T.). 

Qaraca Çoban  üzərinə gələn düşməni bu cür müqayisələrlə sındı-

rır, onun qüvvəsini heçə endirir...”

1

.  Müqayisə və qarşılaşdırmalar 



“sapan” sözünün assosiativliyi ilə yaradılmış mübaliğə və təşbeh-

lərin bir sintaktik bütöv daxilində sintez şəklində işləndiyini, həm 

də semantika baxımından birinin digərini tamamladığını qabarıq 

şəkildə göstərir. Həmin sintaktik bütövün bir  hissəsinə diqqət ye-

tirək: “...Çobanıη üçyaşar tana dərisindən sapanıη ayasıydı, üç ke-

çi tüyindən sapanınıη qollarıydı. Bir keçi tüyindən çatlağucıydı. 

Hər atanda on iki batman taş atardı. Atdığı taş yerə düşməzdi. Ye-

rə dəxi düşsə, toz kibi savrılardı, ocaq kibi oyrulardı. Üç yıladaq 

taşı düşdigi yeriη otı bitməzdi. Simüz qoyun, arıq toqlı bayırda 

qalsa, qurt gəlib yeməzdi sapanıη qorqusından...” (D-57). Görün-

düyü kimi, mübaliğələrlə  başlanan semantik dinamika təşbehlərlə  

davam etdirilsə də, yenə də elə mübaliğə ilə tamamlanır. Sonuncu 

cümlədə diqqəti o qədər də  cəlb etməyən maraqlı bir müqayisə 

var: sapan və qurd. Sapand o dərəcədə “vahiməlidir” ki, hətta qurd 

da ondan qorxur, vahimələnir. Bu mənada ala qollu sapandın  dox-

san  oxdan üstün hesab edilməsi olduqca təbii qarşılanır (yuxarı-

dakı şərhlərə bax). 

Ellipsis. “...bu çoban bizim həpimiz qırar, olamı?” (D-42). 

Bu cümlədəki “həpimiz” sözündən sonra “sapanla” sözünün ellip-

sisə  uğraması açıq-aydın  şəkildə görünür. Bu da təsadüfi deyil. 

Çünki “sapanla” sözünün funksiyası özündən əvvəl işlənmiş cüm-

                                                            

1

 E.Əlibəyzadə. Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.279. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

470

 

lələrdə konkret olaraq ifadə olunub: “Qoyun diməz, keçi diməz, 



sapanıη ayasına qor atar, kafəri yıqar” (D-42). 

“Kitab”ın dilindəki “sapan” sözü Azərbaycan dili şivələ-

rinin, demək olar ki, hamısında ilkin forma və semantikasına uy-

ğun şəkildə  işlənməkdədir. Burada dialektologiyaya dair tədqiqat-

lardan götürdüyümüz iki nümunəni eynilə  təqdim etməyi gərəkli 

hesab edirik: “Sapandıηı maηa ver, kuşu vurom” (Azərbaycan 

dilinin qərb şivələri); “Nizam sapadnan quş vuradu” (Quba şivəsi). 

Yuxarıda qeyd etdik ki, “sapan taşına tutmaq!” ifadəsi  “sapandla 

daş yağdırmaq” mənasındadır. Maraqlıdır ki, “Kitab”ın dilindəki 

bu ifadə Azərbaycan dili şivələrində, xüsusən də qərb şivələrində 

tam sabitləşmiş frazeoloji vahid kimi işlənməkdədir. Məsələn, bir 

adam çox tənqid ediləndə, yaxud ona çoxlu suallar yağdırılanda 

əksər hallarda belə bir cümlə  işlədilir: “Səni sapand daşına tut-

muşdular”. Bu isə onu vurğulamağa  əsas verir ki, “sapan” (sa-

pand) müasir dilimizdə  həm də frazeoloji vahid (sapand daşına 

tutmaq) daxilində mühafizə olunur. Yeri gəlmişkən, “sapand” 

sözü şivələrimizdə təşbehlər daxilində də işlənməkdədir: “sapand 

daşı kimi atmaq”. Vəzifədən çıxarılmış  və ya tutduğu vəzifə-

sindən zorla uzaqlaşdırılmış  şəxslər barədə belə deyilir: sapand 

daşı kimi atdılar; sapand daşı kimi tulladılar; “sapanda  qoyub daş 

kimi atmaq”. Bir sıra hallarda mübahisə edən tərəflərdən biri digə-

rini qıcıqlandırmaq, əsəbiləşdirmək üçün bu cür sözlər işlədir: Sə-

ni sapanda qoyub daş kimi ataram; Səni sapand daşı kimi ataram... 

Bu tipli təşbehlər  şivələrimizin  əksəriyyəti, xüsusən də  qərb  şi-

vələri baxımından səciyyəvidir. Burada o da vurğulana bilər ki, 

“sapand” sözü müasir poeziyamız üçün də xarakterikdir: “ən qor-

xulu  silahımız sapand idi, ağac idi” (Ülvi Bünyadzadə); “Hər sa-

panda daş oldum” (Məhəbbət Nizam)... Bu cür misralarda təkcə 

“sapan” arxaizmi yox,  həm də “Dədə Qorqud”un ruhu yaşayır. 

Cida. “Kitab”ın dilində süngü, nizə anlamlı “cida” sözü  

intensivliyi ilə fərqlənir. Amma bu da var ki, “Kitab”da işlənmiş 

cida, sügü, köndər kimi sözlər semantika baxımından biri digərinə 

çox yaxındır. Burada O.Ş.Gökyayın müxtəlif mənbələrə istinadən 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə