Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə155/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   151   152   153   154   155   156   157   158   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

471

 

söylədiyi fikirləri xatırlatmaq lazım gəlir: “Cida-gönder-kargı-



sünü (süngü) – Destanlarda geçen bu savaş hepsi de düşmanı 

sançmak içindir. Yapıldıkları nesnelerden, uzunluk ve kısalıkla-

rından dolayı başka başka adlar almışlardır... Cida ucuna sivri bir 

temren geçirilmiş, ağaçtan yapma bir silahtır... Gönder, uzun ve 

kalın bir sırıktır, ucunda sivri bir demir, temren, veya kança var-

dır... Karğı ise, kalın ve boğumlu, boğumlarının arası dolu bir ka-

mış çeşididir. Hafif olduğu için  ucuna madenden bir temren geçi-

rilerek düşmanı sançmak için kullanılır... Süngü, İbn Mühennanın 

söylediği gibi “demir cıda”dır, kısa ve demirden yapılmıştır... 

süngünün de karğının ucuna sivru bir demir, temren takmak 

suretiyle yapıldığı anlaşılmaktatır” (İstanbul, 2000, səh.CCCLXII, 

CCCLXIII).  Bu fikirlərdən  biri ilə - “karğı”nın  ayrıca bir silah 

növü kimi təqdim edilməsi ilə razılaşmaq olmaz. Belə ki, “qarğu” 

cidanın qarğudan (qamışdan) düzəldildiyini işarələndirir (əvvəlki 

səhifələrə bax). Heç şübhəsiz ki, cida, sügü  və köndər sözlərini 

bir başlıq altında təhlilə cəlb etmək   olar. Ancaq  bu tip vahidlərin 

linqvopoetik xüsusiyyətləri  daha aydın görünsün, – deyə onların 

hər birini ayrılıqda nəzərdən keçirməyi məqsədəuyğun hesab 

edirik. Bu mənada “cida”nın “Kitab”dakı mövqeyi və işlənmə mə-

qamları ilə bağlı bunları söyləmək olar: əsasən, sadə söz forma-

sında çıxış edib: cida. “Altun cidasın əlinə aldı” (D-31); süngüsü 

olan və ya əli süngülü anlamlı “cidalu” düzəltmə sifətinin tərkibin-

də kök morfemi kimi işlənib (cəmi bir dəfə): cidalu. “Üç yüz say 

cidalu yigit bunıη  yanına cəm oldı” (D-255); frazeoloji vahid da-

xilində işlənməsinə az təsadüf olunur: cida oynatmaq  (cida oyna-

daraq hünər göstərmə). “Qarğu cida oynadanlar vardı, gəldi//Altun 

cida oynadana, yarəb, noldu?” (D-137). O.Ş.Gökyaya görə “altun 

cida” birləşməsindəki “altun” cidanın parlaqlığını anladır (İstan-

bul, 2000, səh.CCLXXII). Bu fikrin davamı olaraq onu da qeyd 

edək ki, “altun cida” həm də Qazan xanın oğlu Uruzu digər dö-

yüşçülərdən fərqləndirən bir ifadədir. Bu cəhət Burla xatunun 

dilində açıq-aydın  şəkildə görünür. Müqayisə  və qarşılaşdırmalar 

“cida oynatmaq” ifadəsindəki “cida” sözünün ellipsisə uğramasın-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

472

 

dan bəhs etməyə  də imkan verir: “Güni gəldi, qaba qarın –geη 



köksdə oynadam səniη içün!” (D-129). Bu cümlədəki “oynadam” 

sözünün  əvvəlinə “cida” sözü asanlıqla, həm də birbaşa artırıla 

bilir:  cida oynadam.  Bu da təsadüfi deyil. Çünki əvvəl işlənmiş 

cümlədə “cidanın (nizənin) bu gün üçün saxlandığı” ifadə olunur: 

“Ala uran sür cidamı saqlardım bu gün içün” (D-129)... Burada bir 

məqama da münasibət  bildirmək lazım gəlir: “cida” ilə bağlı işlə-

dilmiş “...qaba  qarın-geη köksdə oynadam” cümləsində düşmənin 

(kafirin) dar köksünə cidanı sancaraq irəli-geri fırlatmaq, düşməni  

əzabla öldürmək mənası ifadə olunur ki, bu da “cida oynatmaq” 

ifadəsini frazem yox, frazemə qədərki sərbəst birləşmə kimi təhlil 

etməyə imkan verir. “Cida oynatmaq” ifadəsinə “Koroğlu” epo-

sunda da rast gəlinir: “Koroğlu  əmud vurur, cida oynadır,  şeşpər 

atırdı”. Buradakı “cida oynatmaq” ifadəsi də  həqiqi mənadadır. 

“Cida” sözü təşbehlərin tərkibində  əsas tərəflərdən biri kimi işlə-

nib: buğanın buynuzu cidaya bənzədilib: “Buğanıη  zəncirin aldı-

lar, salı verdilər. Buynızı almas cida kibi Qanturalınıη üzərinə sür-

di” (D-182); cida ulduza bənzədilib: “İldız kibi parlayıb gələn ka-

fəriη cidasıdır” (D-128)... 

“Cida” sözü təyini söz birləşmələri tərkibində  əsas tərəf 

kimi çıxış edir: 

− altun cida (qızıl nizə). “Altun cida oynadana, yarəb, 

noldı?” (D-137); 

− qarğu cida (qarğı nizə). “Qarğu cida oynadanlar vardı, 

gəldi” (D-137); 

− güdəlmiş cida (kütləşmiş nizə). “...güdəlmiş cidaηla 

ardına düşəsən” (D-141); 

− ala uran sur cida – uzaq vuran sur (sırıq) cida. “Ala uran 

sur cidamı saqlardım bu gün içün” (D-129)... 

Təqdim etdiyimiz birləşmələr “cida” (bir silah növü kimi) 

barədə müəyyən  təəssürat yaratmaq gücündədir. 

“Kitab”da üstün mövqedə görünən “cida” sözünə Orxon-

Yenisey abidələrində, eləcə də M.Kaşğarinin “Divan”ında rast gə-

linmir. Bəlkə, elə buna görə də “cida” sözünün mənşəyi ilə bağlı 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

473

 

fikir müxtəlifliyinə rast gəlinir. Konkret desək, daha çox monqol, 



bəzən isə fars mənşəli hesab olunur. Bu istiqamətdə ciddi araş-

dırmalar aparmış Ə.Cəfəroğlunun bir fikrinə diqqət yetirək: “Cida 

sözünün mənşəyinə  gəldikdə isə bizcə, onun kökü monqolcadır. 

…  Əski, yəni monqollardan daha əvvəlki türk mətnlərində izinə 

təsadüf etmədiyimiz bu kəlməni ilk dəfə  İlhanilər dövrünün ərəb 

filoloqlarından ibn Mühənnanın lüğətində cida şəklində tapırıq. 

Kovalevski monqolca üçün djida  və Scimdt jida qeydə almışdır 

ki, bu da ibn Mühənna lüğətində təsadüf etdiyimiz cidadan başqa 

bir şey deyildir.  Buna əsaslanaraq, cida kəlməsinin hələ İlhanilər 

zamanında digər əsgəri istilahlarla bərabər Azəri ləhcəsinə (Azər-

baycan dilinə - Ə.T.) daxil olduğunu və özünün əski  şəklini qo-

ruyub saxladığını söyləmək mümkündür. Diqqətçəkici haldır ki, 

bu kəlmə Osmanlı türkcəsində özünə yer tapa bilməmişdir”

1

. Bu 



fikirlərin davamı olaraq qeyd edək ki, Ə.Abdullayev də cida 

sözünü məhz monqol mənşəli hesab edir:  “monqolca: jad; rusca: 

копье; Azərbaycanca: cida”

2

. Bu faktlar “cida”nın monqol mənşə-



li olduğunu  əsaslandırır. Bu mənada “Kitab”dakı “cida”nı fars 

mənşəli söz kimi təqdim etmiş  S.Mehdiyevaya haqq qazandırmaq 

olmaz (“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”. Bakı, 1999, 

səh.197). Ə.Cəfəroğlunun “bu kəlmə (cida – Ə.T.) Osmanlı türk-

cəsində özünə yer tapa bilməmişdir” – hökmü isə başqa bir  fikri 

söyləməyə imkan yaradır: “cida” sözü müasir  Azərbaycan  dilin-

də  intensivliyini itirsə də, deyimlər daxilində mühafizə olunmaq-

dadır: “cidanın ucu çuvaldan çıxır” (“gizli bir şey qalmadı” mə-

nasında),  “cidanı çuvalda gizlətmək olmaz” (əsasən, baş vermiş 

hadisəni bilənlərin sayı çox olduqda işlədilir: baş vermiş hadisəni 

bilənlərin sayı çoxdur → cida çuvaldan uzundur → “cidanı çuval-

da gizlətmək olmaz”). Bu fakt da “Dədə Qorqud kitabı”  məhz 

Azərbaycan dilində yazılıb” – hökmünü qüvvətləndirir. Başqa bir 

fakta diqqət yetirək: “Oğuznamə”də “sünü çuvala sığmaz” (süngü 

                                                            

1

 Ə.Cəfəroğlu. Seçilmiş əsərləri. Bakı, 2008, səh.262. 



2

  Ə.Abdullayev. Azərbaycan dili məsələləri. Bakı, 1992, səh.312. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə