Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə157/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   153   154   155   156   157   158   159   160   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

477

 

sallamaq” (əslində, gürz salmaq) ifadəsinin qarşısında heç nə yaz-



mayıb (İstanbul, 2000, səh.217); Zeynalov-Əlizadə nəşrində “gürz 

salmaq” ifadəsi “gürz atmaq” şəklində sadələşdirilib: “Altmış 

batmanlıq gürz atardı” (Bakı, 1988, səh.192); “KDQ-nin izahlı 

lüğəti”nə “gürz salmaq” ifadəsi daxil edilməyib (Bakı, 1999, 

səh.150); V.V.Bartold “gürz salmaq” ifadəsindəki “salmaq” felini 

«потрясал” (silkələmək, titrətmək, sarsıtmaq)  şəklində  tərcümə 

edib (göstərilən mənbə: səh. 73)... Bu fikirlərin saf-çürük edilməsi 

bunları söyləməyə imkan  verir: V.V.Bartoldun tərcüməsi mətnin 

semantik yükünə uyğun gəlmir; Zeynalov-Əlizadə  nəşrindəki sa-

dələşdirmə  mətnə tam yapışıqlı görünmür. Türk dilləri, o cümlə-

dən Azərbaycan dilindəki çoxmənalı “salmaq” felinə tarixi-linq-

vistik prizmadan yanaşdıqda “gürz salmaq” ifadəsi “Kitab”ın di-

lində “gürz endirmək” mənasında işlənib – qənaətinə  gəlmək 

mümkündür. Bu qənaətin düzgünlüyünü belə arqumentləşdirmək 

olar: birincisi, “Kitab”ın dilindəki “sal qılıcın” ifadəsi “qılıncını 

endir” mənasında başa düşüldüyü kimi, “gürz salardı” ifadəsi də 

“gürz endirərdi” mənasında anlaşılır. Yeri gəlmişkən,  Ə.Sadıqov 

“sal qılıcın”  ifadəsini həm də “qılınc endirmək “ mənasında izah 

edib (KDQ-nin izahlı lüğəti. Bakı, 1999, səh.150); ikincisi, “Ki-

tab”ın dilində “gürz” ismi ilə “enmək” felinin sintaktik-semantik 

bağlılığını  əks  etdirən cümlə modellərinə rast gəlinir. Məsələn, 

“Qanturalı gürzin gögə atar, enüb yerə düşmədin qarvar tutar” (D-

177). Bu cümlədə “gürz” və “enmək” sözlərinin assosiativliyi 

aydın şəkildə görünür; üçüncüsü, müasir dilimizdəki “gürz endir-

mək” ifadəsini də  təsadüfi hesab etmək olmaz: “Qollarını  çırma-

yıb, gürz endirir zindana” (Ə.Cəmil); dördüncüsü, “Azərbaycan 

dilinin izahlı lüğəti”ndə “endirmək” çoxmənalı felinin birinci 

mənası kimi məhz “aşağı salmaq” ifadəsi göstərilir (II cild, Bakı, 

1980, səh.206). Müq.et: salmaq – endirmək; gürz salmaq – gürz 

endirmək... 

“Kitab”dakı “gürz” sözü sonrakı dövr abidələrimizdə  də 

müşahidə olunur:  

M.Füzulinin “Leyli və Məcnun” poemasında: 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

478

 

Gürz ilə olurdu xurd hər su, 

Cövşənlərü üstüxani – pəhlu. 

“Koroğlu” eposunda: 

“Dəmirçioğlu getdi, qılınc, qalxan, cida, gürz, toppuz 

götürdü, Koroğlunun yanına qayıtdı”... 

Nəhayət, onu da qeyd edək ki,  “gürz” sözü müasir ədəbi 

dilimizdə “ağır, iri çəkic” mənasında işlənir: zindana gürz endir-

mək... 

Çomaq. Bir  silah növü kimi “çomaq”la bağlı müxtəlif 

izahlara rast gəlinir: dəyənək, toppuz,  toxmaq... (O.Ş.Gökyay), 

başı iri və yumru ağac (“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”. 

Bakı, 1999, səh.194). Burada  bir məqam yada düşür: “Kitab”da 

cəmi bir dəfə Qaraca çobanın dilində işlənmiş “dəgənək” (Qızılcıq 

dəgənəgimcə  gəlməz maηa!) “çomaq”  sözünün sinonimi kimi 

çıxış edir. Təsadüfi deyil ki, bir sıra lüğətlərdə  də bu sözlər

əsasən, biri digərinin sinonimi kimi verilir. Məsələn, “KDQ-nin 

izahlı lüğəti”ndə: “dəgənək = başı toppuz çomaq”; “çomaq = başı 

iri və yumru ağac” (Bakı, 1999, səh.72, 194)... “Çomaq”la bağlı 

digər cəhətləri belə ümumiləşdirmək olar:  birinci növ təyini söz 

birləşməsinin  əsas tərəfi kimi çıxış edir: qaba çomaq (iri çomaq, 

iri toppuz). “Güni gəldi, qaba çomaq altında yoğradım səniη içün 

(D-129); iri çomaqla döyüş zamanı başa geyinilən parlaq zirehin 

əzdirilməsinə  işarə edilir: “Başımda qunt işıqlar saqlardım 

səniηçün// Güni gəldi, qaba çomaq altında yoğradım səniη içün” 

(D-129); qəhrəmanın igidliyi məhz “çomaq” kontekstində canlan-

dırılır: “Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg” (D-4); xə-

rac kimi göndərilmiş əşyalar sırasında “çomaq” da var: “Toquz tü-

mən Gürcüstanıη  xəracı  gəldi; bir at, bir qılıc, bir çomaq gətür-

dilər” (D-235). Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, bu cür 

nümunələr əşyavi yazının tarixini öyrənmək baxımından əhəmiy-

yətlidir; döyüş silahlarının adları sırasında “çomaq” sözünə də rast 

gəlinir: “Qılıc və sügü və çomaq və sair cəng alətin geydirib tonat-

dılar” (D-285). Fikrimizcə, “çomaq” sözünün məhz “qılıc” və “sü-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

479

 

gü”dən sonra verilməsi çomağın heç də adi silahlardan biri ol-



madığını sübut edir; “çomaq” bir silah kimi “gürz”ə bərabər hesab 

oluna bilər. Bu cəhətə  Qazanla Beyrəyin qarşılaşmasını  əks etdi-

rən parça kontekstində diqqət yetirək:  “Beyrək: “Mərə kafər, necə 

onı-bunı sorarsan maηa?” – dedi. Qazanıη üzərinə at saldı. Pərlü 

gürzini  əlinə alub  Qazanı çaldı. Qazan kəndüyi bildirmədi, qar-

vadı Beyrəgi biləgindən tutdı-tartdı, çomağını əlindən aldı. Beyrə-

giη ənsəsinə bir çomaq urdı” (D-121). Yuxarıdakı tezisi dəqiqləş-

dirsək, belə bir nəticə alınar: çomaq gürzdən üstündür. Amma belə 

bir  nəticəni eynilə  qəbul etmək olmaz:  birincisi, ona  görə ki,  

təqdim etdiyimiz parçada silahın yox, qəhrəmanın gücü qabardılır.  

Bu mənada “Kitab”ın “müqəddimə” hissəsində verilmiş “çala 

bilən yigidə oqla qılıcdan bir çomaq yeg” deyimi sanki yuxarıda 

təqdim etdiyimiz tipli parçalardan süzülüb gəlib, onların məntiqi 

nəticəsi kimi çıxış edir; ikincisi, “çomaq”la “gürz” bir-birindən 

kəskin  şəkildə  fərqlənməyən silahlardır. O.Ş.Gökyayın mülahi-

zələri də dediklərimizi qüvvətləndirir: “Gürz ilə çomak arasında, 

savaş silahı olmak bakımından bir ayrım yoktur. Ancak çomak, 

benim bildiqime göre, madenden degildir. Kökü ilə birlikte 

çıkarılan ağacların kökleri yontularak gürzdə olduğu gibi bir topuz 

haline konur” (İstanbul, 2000, səh.CCCLXIV); çomağın səciyyəvi  

cəhətləri daha çox  “qaba çomaq” deyil, “altı  pərlü çomaq” 

(altıkünclü iri, həm də  ağır çomaq; toppuz  birləşməsində ifadə 

edilir: “...Dölək Uran altı pərlü çomağilə at dəpüb, gəlüb yuqarı-

dan aşağa kafəri qatı urdı, alımadı” (D-209)... Bütün bunlar “ço-

maq” sözünün “Kitab”dakı leksik-semantik və üslubi-linqvistik 

xüsusiyyətləri ilə yanaşı, türk hərb tarixindəki yeri barədə  də 

müəyyən təəssürat yaradır. 

Çovkan.  Əvvəlcə, bu sözün transkripsiyası  və izahı ilə 

bağlı  fikirlərə nəzər salaq: O.Ş.Gökyayın tərtib etdiyi lüğətdə belə 

bir  şərh verilib: “...başı  əgri bir cirittir, meydanda onunla top 

oynarlar ve at üzerinde degnek oynayanlar dahi kullanırlar, genel 

olarak ucı egri degneğe denir” (İstanbul, 2000, səh.189). Bu qeyd-

lər onu göstərir ki, müəllif “çovkan”ın “Kitab”dakı üslubi-poetik 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə