Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə158/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   154   155   156   157   158   159   160   161   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

480

 

xüsusiyyətlərindən bəhs etməyib; M.Erginin nəşrində “çevgen” 



şəklindədir  (Ankara, 1958, səh.98); Zeynalov-Əlizadə  nəşrində 

“çokan” formasındadır (Bakı, 1988, səh.49); S.Əlizadənin nəşrin-

də “çovkan” oxunuş forması əsas götürülüb (Bakı, 2000, səh.47); 

“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”nə “çovkan” sözü daxil 

edilməyib (Bakı, 1999)... “Çövkən”lə (çovkanla) bağlı fikirləri 

saf-çürük etdikdə bəlli olur ki, S.Əlizadənin transkripsiya və şərh-

ləri mətnin semantik tutumuna daha çox uyğun gəlir: “çovkan-

çövkan – burada qoyunları tutmaq üçün istifadə edilən, bucaqvari 

ucluğu olan uzun ağac (Bakı, 1988, səh.141)... 

“Çovkan” sözü “Kitab”ın dilində çox az, dəqiq desək, cəmi 

bir dəfə Qaraca çobanın dilində işlənib: “Qılıcıηı nə ögərsən, mərə 

kafir//Əgri başlu çovkanımca gəlməz maηa!” (D-41).  Burada əyri 

başlu çövkən kafir qılıncından üstün tutulur ki, bu da obrazlılığın 

qüvvətləndirilməsindən başqa bir şey deyil. Bu mənada  “çovkan” 

sözünün silah adları sırasında verilməsini şərti olaraq qəbul etmək 

lazımdır. 

“Çövkən”lə bağlı bir cəhəti də xatırlatmağı  gərəkli hesab 

edirik: bu söz “Kitab”ın dilində “çovkan”, M.Kaşğarinin “Di-

van”ında “çögən” (ol çögən  əgtürdi = o, çovkan əydirdi. I cild, 

səh.263) şəklindədirsə, müasir Azərbaycan ədəbi dilində “çövkən” 

şəklində sabitləşib. 

Dəpər. “Balta” anlamlı “dəpər” sözü “Kitab”da üç dəfə 

işlənib: dəpər. “Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala (D-84); də-

pərə tutub çalmaq, təpərlə (balta  tipli silahla) bərk vurmaq, başına 

vurmaq. “Ol altmış batman gürzlə Qazılıq qocaya dəpərə tutıb 

çaldı (D-209); Ol altmış batman gürz ilə Tondarı  dəpərə tutub 

çaldı (D-209).”Kitab”ın dilində işlənmiş basmaq, vurmaq anlamlı 

“dəpmək”, “dəpələmək” feilləri də “dəpər” (balta) sözü  ilə əlaqə-

ləndirilir (Kitabi-Dədə Qorqud Ensiklopediyası. II cild, Bakı, 

2000, səh.85).”Dəpər” sözünün semantik tutumu bir sıra qorqud-

şünaslar, o cümlədən S.Əlizadə  tərəfindən düzgün izah edilib: 

“orta  əsrlərdə balta tipli silah” (Bakı, 1988, səh.154). Bu izah 

“KDQ” ensiklopediyasında,  əsasən, eynilə  təkrarlanıb: “...dəpər 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

481

 

baltaya verilən addır və bu silah döyüşçünün yanında saxladığı 



döyüş alətlərindən biridir” (Bakı, 2000, səh.85). Rus  dilindəki 

balta anlamlı    “топор” sözünün türk mənşəli “dəpər” sözünün 

fonetik deformasiyaya  uğramış variantı olduğu göstərilir. Burada 

M.Təkləlinin rus mənbələrinə istinadən söylədiyi fikirləri xatırlat-

maq yerinə düşür: “Qədim Rusda, I Pyotradək çar taxtının  hər iki 

tərəfində mühafizəçilər çiyinlərində topor durardılar. Onlar daha 

çox yüksək sənətkarlıq nümunəsi sayılmışdır. Rus dilində onlara 

“səfir toporları” deyərdilər. Çünki təntənəli qəbullarda  əlində 

qızılla işlənmiş toporlar olan mühafizəçilər görünərdilər”

1

. Bu fakt 



da yuxarıda söylədiklərimizi arqumentləşdirir.  

Mancılaq. Qurğu, dəzgah  anlamlı “mancılaq” sözü “Ki-

tab”da iki dəfə  işlənib:  “Mancılağı  ağır taşdan qızıldayub qatı 

enən” (D-188); “Ağır mancılaq taşla atam,  derdim” (D-233). Bi-

rinci nümunədə Qanturalının igidliyi, mərdliyi qabardılır: Manca-

naq daşıtək qıjıldayıb yerə enən...  İkinci nümunədə igidliyin, 

mərdliyin tərənnümü yox, bir məkr, hiylə müşahidə olunur: Man-

canaqla ağır daşlar atım, − deyirdim // Göydən başıma düşən daşla 

ölüm,  − deyirdim... 

“Kitab”dakı döyüşlə bağlı parçalarda “mancılaq” sözünün 

işlənməsinə  təsadüf olunmur. Yuxarıdakı nümunələrdə  işlənmiş 

“mancılaq” isə poetik mənanı qüvvətləndirməyə xidmət edir. Bir 

sıra tarixi mənbələrdə “mancanaq” mühasirə aləti, müharibədə 

hasarın içinə daş atmaq üçün  istifadə olunan alət, böyük sapand 

və s. mənalarda izah olunur. Bu mənada “Kitab”dakı “mancılaq” 

sözünün döyüş silahları sırasında verilməsini məqbul hesab etmək 

olar. 


Taraqa. “Kitab”da cəmi bir dəfə “taraqa çatlatmaq” ifadəsi 

daxilində  işlədilib: “Yüz adam seçilün, taraqa çatladıη, oğlanu 

qorqudıη” (D-247). “Taraqa”nın semantik yükü ilə bağlı qorqud-

şünaslıqdakı izahlara nəzər salaq: gurultu etmək, yalandan gurultu 

etmək... patıltı etmək (O.Ş.Gökyay);  patlama, çatlama, patlama və 

                                                            

1

 M.Təkləli. Rus dilində türk sözləri. Bakı, 2002, səh.190.  




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

482

 

çatlama səsi (M.Ergin); gurultu qoparmaq  (Zeynalov-Əlizadə); 



partlayış  səsi (A.Məmmədova)... Bu şərhlərin hər birini düzgün 

hesab etmək olar. 

E.Əzizov “Kitab”ın dilindəki “taraqa” sözünün şivələrimiz-

də mühafizə olunduğunu göstərir: “Şuşa şivəsində taraqqa şəklin-

də  eyni mənada işlənir: - Bayramda taraqqa atardıx... Ordubad şi-

vəsində “içərisində barıt qoyulmuş kağız, fişəng” mənasında  mü-

şahidə edilmişdir”

1

. Bununla yanaşı, müəllif diqqəti Y.V.Çəmən-



zəminlinin “Həyatımızın 20 ili” əsərindəki “taraqqa” sözünə  yö-

nəldir: “Sonra tonqal qalayıb üzərindən atılırdıq, fişəng – taraqqa 

atardıq, toran qovuşanda da anam kiçicik piy şamlar yandırıb evin 

iç və dış divarlarına yapışdırar, işıq aləmə yayılardı”. Bütün bunlar 

onu deməyə  əsas verir ki, “Kitab”ın dilindəki “taraqa” müasir 

Azərbaycan dilində “taraqqa” şəklində işlənir. Deməli, müasir di-

limizdəki “taraqqa” “Kitab”dakı formasından yalnız bir “q” sami-

tinin artıq işlənməsinə (ikinci hecadakı “q” nəzərdə tutulur) görə 

fərqlənir. 

Qorqudşünaslıqda “taraqa” sözünün kök və  şəkilçi mor-

femlərinə, demək olar ki, münasibət bildirilməyib. Bu mənada 

bəzi detalları aydınlaşdırmaq lazım gəlir. Heç şübhəsiz ki, “fi-

şəng” anlamlı “taraqa” sözü “taraq+a” modeli daxilində öyrənil-

məlidir. Bu modeldə isə “taqqıltı, tıqqıltı” anlamlı “taraq” təqlidi 

söz, -a təqlidi sözlərdən isim düzəldən şəkilçidir: taraq+a=taraqa”. 

Yeri gəlmişkən, “taraq” sözünə müasir ədəbiyyatımızda da rast 

gəlinir: Taraq-turuq atlılar, Atlılar qanadlılar   (A.Şaiq) ... 

Xəncər.    Fars  mənşəli “xəncər” sözünün  intensivliyi çox 

azdır. Daha dəqiqi, mətnlərdə  cəmi iki dəfə  təhkiyəçi dilində  iş-

lənməsi müşahidə olunur: “Basatın xəncəri vardı”. Ədügini yardı, 

içindən çıqdı” (D-226); “Dəpəgöz Basatın üzərinə qodı, xəncərdə 

çaldı-kəsdi, sıçradı geη yerdə turdı” (D-229). Bu cümlələrin 

semantik tutumu “xəncər”i bir döyüş silahı kimi səciyyələndirmə-

yə imkan verir. Şübhəsiz ki, “bıçaq” sözünə bu kontekstdə yanaş-

                                                            

1

  Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh.253. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə