Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə159/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   155   156   157   158   159   160   161   162   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

483

 

maq olmaz. Belə ki, “Kitab”ın dilində “bıçaq” (kəsmək üçün alət) 



sözü iki dəfə bir məişət əşyasının adı kimi həqiqi mənada, bir dəfə 

isə  təşbeh daxilində  məcazi mənada işlənib: “Oğlan bıcağına  əl 

urdı. Buğanıη başını kəsdi” (D-17); “Bıçaq çıqarıb dərisini yüzdi” 

(D-183); “Bıçaq  alub qanadlarım qıran Qazan!” (D-149). Sonun-

cu nümunədə “bıçaq” sözü məhz təşbeh yaradan vasitələrdən biri 

kimi çıxış edir. Burla xatunun dilindən verilmiş  həmin təşbehin 

semantikası isə çox dərindir: Oğul itirən ana qanadları qırılmış quş 

kimidir. 

Silah və silah hissələrinin adlarının tarixi-linqvistik müstə-

vidə təhlili bir daha göstərir ki, “Kitab”da bu tip vahidlər daha çox 

həqiqi mənada işlənib. Bu da təsadüfi deyil. Çünki “Kitab”, hər 

şeydən  əvvəl, Oğuz türklərinin tarixini əks etdirən qəhrəmanlıq 

eposudur.  Amma bunu da vurğulamaq lazımdır ki, bir sıra obrazlı 

ifadələr  məhz silah adlarının assosiativliyi ilə yaradılıb.  

Mətn daxilində təqdim etdiyimiz  silah adları həm də silah-

la  bağlı işlədilmiş feillərin lüğəvi məna qrupları barədə söz demə-

yə imkan verir. Bu tipli feillərin müəyyənləşdirilməsi isə, ilk növ-

bədə, silahla görülmüş və ya görüləcək işlərə işıq sala bilər. Mü-

qayisə və qarşılaşdırmalar silah adları ilə bağlı işlədilmiş feillər sı-

rasında iş və hal-vəziyyət feillərinin üstün mövqedə çıxış etdiyini 

göstərir. Bu cür sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:  

Silah adları və hal-vəziyyət feilləri: 

qılıc  - ovanmaq. “...qılıcları ovandı” (D-250); 

yay – iηləmək. “Ağ tozluca qatı yayım zari-zari iηlər” (D-

248); 


köndər – süsəlmək. “Ala-ala köndərlər süsəldi” (D-69); 

bögürtmək . “...altmış tutam ala köndəriη  ucında ər bögürdən ... 

(D-60) ... ; 

Silah adları və iş feilləri

qılıc – baş kəsmək, qan tökmək. “Baş kəsmədiη, qan tök-

mədiη” (D-125); çalmaq. “...qılıc çalub baş kəsdügim yerləri gös-

tərəyim” (D-126); qılıclamaq. “...Beyrəgi oturduğı yerdə qılıcladı” 

(D-300)...;  



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

484

 

yay – çəkmək. “Yay çəkmədüη...” (D-125); 



ox – atmaq. “Ox atmadıη” (D-125); urmaq. “Dəpəgözüη 

yağrına bir ox urdı” (D-225); 

köndər  - urmaq. “Aruza bir köndər urdı” (D-302); 

dəpər – çalmaq. “...Dədəyi dəpərə çala” (D-84);  

gürz – urmaq. “Altı  bərli gürz ilə  dəpəsinə qatı tuta urdı” 

(D-64); 


mancılaq – atmaq. “Ağır mancılaq taşla atam, derdim” (D-

233); 


çomaq – yoğratmaq. “...qaba çomaq altında yoğradım səniη 

içün” (D-129); 

sügü – sancmaq. “Qarğu talı sügüηi maηa vergil//-

Köksündən ər sancayım səniη içün!” (D-246); 

sapan – atmaq. “...sapanıη ayasına qor atar, kafəri yıqar” 

(D-42)... 

Yuxarıda qarşılaşdırmalar  şəklində verdiyimiz nümunələr  

silah adlarının “Kitab”dakı çəkisi barədə dolğun təəssürat  yarat-

maq gücündədir. Fikrimizcə, “Kitab” linqvopoetik baxımdan təhlil 

süzgəcindən keçirilərkən  bu tip dil vahidlərinin  cümlə daxilin-

dəki semantikası mütləq nəzərə alınmalıdır. 

 

 



 

“DƏDƏ QORQUD KİTABI”NDA DÖYÜŞ 

GEYİMLƏRİ VƏ DİGƏR DÖYÜŞ LƏVAZİMATLARININ 

ADLARI TARİXİ-LİNQVİSTİK MÜSTƏVİDƏ 

 

“Kitab”ın dilində qalxan, işıq, yaqa, dizcik, dəmir  don və s. 

kimi döyüş  ləvazimatlarının adlarına rast gəlinir. Bu tip sözlərə 

mətn daxilində diqqət yetirək: 



Qalqan. “Döyüşdə  qılınc, gürz, ox və s. kimi silahların 

zərbəsindən qorunmaq üçün istifadə olunan alət” anlamlı “qalqan” 

(qalxan) sözünün “Kitab”da işlənmə məqamları, əsasən,  aşağıdakı 

kimidir: 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

485

 

ap-alaca qalqan (böyük qalxan). “Ap alaca qalqanıηı  vergil 



maηa” (D-49); 

ala qalqan bağını  qısa dügmək (böyük qalxan bağını  qısa 

düyünləmək, qalxanı köksünə sipər edərək döyüşə tam hazır 

vəziyyətdə olmaq). “Ala qalqan bağını qısa dügdilər” (D-133); 

qalqanı gürzə qarşı tutmaq (qalxanı gürzün qabağına 

tutmaq). “Oğlan qalqanını gürzə qarşu tutdı” (D-250). Bu cümlədə 

qalxandan təyinatı üzrə istifadə olunma açıq şəkildə ifadə edilir ki, 

bu da döyüş səhnələrinin təsviri baxımından maraqlıdır; 

qalqan yapınmaq (qalxan çəkmək, qalxanla sipərlənmək). 

“Qazan qalqan yapındı, sügisin əlinə aldı” (D-302). Burada Oğuz 

igidi Qazanın döyüşə tam  hazır vəziyyətdə olması obrazlı şəkildə 

ifadə olunub; 

qalqan oynamaq (qalxan oynatmaq). “Yağrınında qalqan 

oynar babasınıη qadir qoursa, başın kəsəyim” (D-176). Bu cümlə-

dəki deyimin semantikasından bəhs edən O.Ş.Gökyay yazır: 

“yağrumda kalkan oynar deyiminin açıklanmasında savaşçıların 

iri-yarı, güclü-küvvetli olduğunu belirtmek içün kullanılan bir söz 

açıklamasının neye dayandığını bilmiyoruz” (İstanbul, 2000, 

səh.CCCLXX). Fikrimizcə, “qalxan oynatma” ifadəsinə (jestinə) 

“gürz tutma” ifadəsi (jesti) kontekstində aydınlıq gətirmək müm-

kündür. Belə ki, təhkiyəçi təsviri ilə reallaşan “gürzü göyə atıb, 

onu yerə düşmədən tutma” jesti (ifadəsi) (...Qanturalı gürzin gögə 

atar, enüb yerə düşmədin qarvar-tutar) Qanturalının dilində 

kafirlərlə bağlı işlədilmiş “çiynində qalxan oynatma” jestinin (ifa-

dəsinin) məntiqi nəticəsi kimi görünür. Konkret desək, “çiynində 

qalxan oynatma” jesti barədə deyilənlər Qanturalını nəinki qorxu-

dur, hətta o məhz  həmin kafirin başını kəsməyə hazır  olduğunu 

qətiyyətlə ifadə edir, “gürz tutma” jesti ilə özünün məğlubedil-

məzliyini, igidliyini nümayiş etdirir. Bu mənada “qalxan oynat-

ma” və “gürz tutma” ifadələri eyni semantik yuvaya daxil olan 

vahidlər hesab oluna bilər (bax: Əzizxan Tanrıverdi. “Dədə 

Qorqud kitabı” nın obrazlar aləmi”. Bakı, 2013, səh.113). “Qalxan  

oynatma” ifadəsinin hünər göstərmə, igidliyi nümayiş etdirmə mə-



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə