Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə162/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   158   159   160   161   162   163   164   165   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

492

 

bağlı verilmiş  bu izah “KDQ-nin izahlı lüğətində, əsasən, eynilə 



saxlanılıb: “cövşən – zirehli geyim, döyüş paltarı” (Bakı, 1999, 

səh.197). Bu izahlar düzgün olsa da, “cövşən”in semantik yükünü 

tam əks etdirmir. Bu mənada “ərəb və fars sözləri lüğəti”nə nəzər 

salaq:“cövşən-qədimdə silahdan mühafizə üçün dəmir halqalardan 

toxunmuş zirehli köynək”

1

.Təsadüfi deyil ki, O.Ş.Gökyay da 



“cövşən”lə bağlı  məhz bu cür şərhlər verib: “...çevşen – halka-

halka demirden olup aralarına  ufak-ufak pullar konur örme zırh, 

zincir ve pul zırh” (İstanbul, 2000, səh.184). Fikrimizcə, “Kitab”ın 

dilindəki “cövşən” sözünün semantikasından bəhs edilərkən məhz 

sonuncu izahlar nəzərə alınmalıdır. 

Dəmir don. Qorqudşünaslıqda zireh, döyüş geyimi anlamlı 

“dəmir don” ifadəsinin “Kitab”da işlənmə məqamları  və semanti-

kası ilə bağlı kifayət qədər söz deyilib. Bu fikirlərə, xüsusən də 

“Kitab” poetik strukturundakı “dəmir don” ifadəsinə istinad 

etməklə bunları söyləmək olar: dəmir don – zireh, döyüş geyimi. 

“Əgni bərk dəmür donum geyərdim” (D-297);  dəmir donlu – 

zirehli, dəmir don geyinmiş, zirehlənmiş. “Nagahandan altmış 

dəmir donlu kafir oğlanın üzərinə gəldilər” (D-264); “Dəmür donlı 

Mamaq” antroponimik modelində “zirehli” anlamlı “dəmür donlı” 

apelyativi igidlik məzmunlu ləqəb kimi işlənib.Burada o da 

vurğulana bilər ki,  “Kitab”dakı “dəmir don” ifadəsi “Koroğlu” 

eposundan daha çox  “dəmir libas” şəklində keçir: “...Dəmir libas, 

polad geyib gəlmişəm//Alma gözlüm, qız birçəklim Qırat, gəl!...” 

Burada bir detal da yada düşür: “Kitab”dakı “dəmir donlu” ifadəsi 

“Koroğlu”da mürəkkəb söz formasında çıxış edir: “Bəylərimizə 

dəmirdonlu deyirlər//Daim içimizdə ərlik işlənir” . 



Geyim. Bu söz “Kitab”da həm paltar, həm də zireh, döyüş 

geyimi mənasında işlənib: paltar mənasında “Gəldi geyəsin gey-

di...Ağır dügün yarağın gördi” (D-89);  zireh, döyüş geyimi məna-

sında. “geyim – keçim”. “Kafəriη çigninə bir qılıc urdı. Geyimini-

                                                            

1

 Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı, 1981, 



səh.264.  


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

493

 

keçimini toğradı...” (D-210). Bu cümlənin ümumi semantik yü-



kündən aydın olur ki, qılıncla doğranan heç də adi paltar deyil, 

məhz dəmir don, dəmir libasdır. Beyrəyin dilindən verilmiş “Hə 

dedigimi yetürüη geyünimlən mənim  şahbaz atımı  gətürüη!” 

cümləsindəki “geyün”, yaxud Bəkilin dilindəki “geyim” (Mərə, 

geyimim gətürüη  oğlum geysün! Al ayğırım gətürüη, oğlum 

binsün!”) sözü də zireh, dəmir don mənasındadır. Maraqlıdır ki, 

bu cür nümunələr Azərbaycan qorqudşünaslığında paltar, Türkiyə 

qorqudşünaslığında isə zireh, döyüş geyimi mənasında  izah 

olunub.  

Yuxarıda qeyd etdiyimiz faktlar (bu sıraya “geyim qılcıdısı 

– geyim > keçim qıcıltısı” ifadəsi də  əlavə edilə bilər), konkret 

desək, “Kitab”ın mətni Türkiyə qorqudşünaslarının haqlı oldu-

ğunu sübut edir. 

Burada onu da bildirək ki, “Kitab”da sinonim qoşa söz 

kimi işlənmiş “geyim-keçim” ismi müasir ədəbi dilimizdə “geyim-

kecim”  şəklində sabitləşib. Geyim-kecim sözünü düzgün olaraq 

sinonim qoşa söz prizmasından təhlil edən K.Bəşirov yazır: 

“Geyim sözünün kökü kimi ayrılan  gey felindən fərqli olaraq, ke-

çim (kecim – Ə.T.) sözündə geyinmək mənası dolayısı ilə ortaya 

çıxır. Belə ki, keçim sözünün kökü olan keç feli üslubi məqam-

larda həm də geyinmək mənasını ifadə edir... Görünür,, geyim-ke-

çim dedikdə həm bədənə geyilən, həm də ayağa və başa keçirilən 

bütün paltar formaları  nəzərdə tutulur. Dialektoloji lüğətdə  

“keçim” çılpaqlıq, yəni  çılpaq olmağın qarşısını alan vasitə kimi 

öz  əksini tapmışdır”

1

. Araşdırmalar göstərir ki, müəllifin ehtimal 



kimi söylədikləri təkcə forma yox, həm də semantika baxımından 

reallığı  əks etdirir. Belə ki, “geyim-kecim” sözündəki  “geyim” 

ismi  “geymək” (geyinmək) felindən yarandığı kimi, “keçim” 

(kecim) ismi də “keçmək” (keçirmək) feli əsasında yaranıb. Digər 

tərəfdən, çoxmənalı “geymək” felinin birinci mənası məhz “keçir-

mək”dir: “əyninə, bədəninə paltar keçirmək”;  “ayaqlarına ayaq-

                                                            

1

 K.Bəşirov. Azərbaycan dilində sinonim qoşa sözlərin izahlı lüğəti. Bakı, 2012. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

494

 

qabı keçirmək”. Feil əsasında yaranmış bu cür vahidlər müasir  



dilimizdə  zəngin məna çalarlarına malikdir. Məsələn, geyim-

kecim: üst-baş, paltar; geyimli-kecimli: gözəl, səliqəli geyinmiş; 

geyindirib-kecindirmək: gözəl geyindirmək, bəzəndirmək... Heç 

şübhəsiz ki, bu zənginlik semantik şaxələnmənin nəticəsidir. 

“Kitab”ın dilində  işlənmiş qalqan, işıq, tuğulğa, dizcik, 

qarucıq, yaqa, cövşən, dəmir don, geyim kimi söz və ifadələr 

düşmən (kafir) zərbəsindən qorunmağı bacaran Oğuzlar barədə 

dolğun informasiya verməklə yanaşı, həm də  qədim türk hərb 

sənətinin zənginliyini nümayiş etdirir. 

 

 



“DƏDƏ QORQUD KİTABI”NDA  

SİLAHA  MÜNASİBƏT, YAXUD TÜRK-OĞUZ 

CƏMİYYƏTİNDƏ SİLAH 

 

Yay çəkmək, ox atmaq, qılınc çalmaq türk ərənlərinin, türk 



igidlərinin peşəsi – birinci dərəcəli vəzifəsi olub: “On altı yaş yaş-

ladıη//Yay çəkmədiη, ox atmadıη//Baş kəsmədiη, qan dökmədiη” 

(“Kitab”); “Tört jasına kelqende//Beline kılış bayladı” (“Orak-Ma-

may” eposu ); “Hunlar at üstündə dördnala çaparkən belə ox ata 

və yay çəkə bilirlər... qoyuna minib siçovullara ox atan hun uşa-

ğını yada salmaq kifayətdir” (Ə.Əsgər, M.Qıpçaq)... Bu cür 

faktları göz önünə gətirəndə türk hayqırtısına, türk cəngavərliyinə 

heyran olmaya bilmirsən.  Əslində, bu,  mümkün də deyil. Çünki 

qədim və  zəngin türk abidələri səni öz ağuşuna alaraq uzaqlara, 

lap uzaqlara aparır, özünü o mühitin, o cəmiyyətin adamları sıra-

sında hiss edirsən. Ən qəribəsi isə budur ki, bu ruh, bu hiss  məhz 

“Kitab”ın Drezden nüsxəsini vərəqləyərkən səninlə birlikdə olur. 

Bu nadir “Əlyazma” sənin  ən yaxın sirdaşına, dostuna çevrilir, 

onunla birgə nəfəs alırsan, birgə düşünürsən... sanki onun naminə  

yaşayırsan,  İ.Y.Kraçkovskinin dili ilə ifadə etsək,  “...əlyazma-

larla tanışlıq da insanın həyatına nəciblik gətirir, onu bəşəriyyətin 

mədəniyyət yolundakı böyük hərəkatın iştirakçısı edir”. Açığını 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə