Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə165/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   161   162   163   164   165   166   167   168   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

501

 

2000, səh.62). Deməli, “Kitab”ın mətni sadə (mürəkkəb) olduğu 



qədər də mürəkkəbdir (sadədir). Və ya Anarın dili ilə desək

“Dədə Qorqud kitabı” doğmadan doğma, aydından aydın bir əsər 

olmaqla bərabər, mətni, mənşəyi, dövrü, bir çox digər yönləri 

baxımından sirli, açılmazdan açılmaz bir abidədir”. 



“dəmir don”la bağlı: 

Dəmir don (zireh, döyüş geyimi). “Əgni bərk dəmür 

donum geyərdim” (D-297); 

Dəmir donlu (dəmir don geyinmiş). “...dəmir donlu kafir 

oğlanıη  üzərinə gəldilər” (D-264). 

Burada  əlavə  şərhə ehtiyac yoxdur: “Dəmir don”, “dəmir 

donlu” ifadələri döyüş geyiminin “dəmirdən” düzəldildiyini 

bildirir. Yeri gəlmişkən, “Kitab”da dəmirdən tikilmiş “yaqa”ya da 

açıq-aşkar işarə edilir (əvvəlki səhifələrə bax). 

 

Silahlanma, silahlandırılma, silahla tanınma 

 

“Kitab”da “Oğuz igidlərinin silahlanmasını əks etdirən par-



çalarda, əsasən, üç obraz görünür: qəhrəman, at və silah. Təhkiyə-

çi bu obrazlarla bağlı  ən kiçik detalı belə  təsvir etməyə çalışıb. 

Təhkiyəçi təsvirində qəhrəmanın  yerindən durması, qılınc qurşan-

ması, yayı əlinə  alması, nizə götürməsi, at  minməsi – bir sözlə,  

onun silahlanmasını  əks etdirən bütün detallar müşahidə olunur: 

“Buğac bəg yerindən uru turdı. Qara polat uz qılıcın belinə qu-

şandı. Ağ tozlıca  qatı yayını  əlinə aldı. Altun cidasın  əlinə aldı. 

Bədəvi atın tutdu durdu, bütü bindi...” (D-31). Bu parçadan bir 

daha aydın olur ki, qəhrəman  əvvəlcə  qılıncı, sonra isə yayı  və 

cidası ilə silahlanır. Bu cəhət silahlandırılma ilə bağlı  mətnlərdə 

də müşahidə olunur: “Qılıc və sügü  və çomaq və sair cəng alətin 

geydirüb tonatdılar” (D-285). 

Silahla gəzmə, silahlanma Oğuz igidi üçün ən mühüm 

şərtlərdən hesab olunur. Təsadüfi deyil ki,  Oğuz igidi yuxusunda 

da silahlanır: “Məgər ol gecə Yegnək duş gördi... Aydır: “Bəglər, 

ğafillücə qara başım-gözüm uyxuda ikən düş gördi... Qalqubanı  




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

502

 

yerimdən uru turdım. Qarğu dillü uz sügümi qapdım, qarşulayu ol 



ərə vardım. Qarşusından  əl  əri sanctım vəqt dikdim göz ucilə ol 

ərə baqdım...” (D-206, 207). Oğuz igidi Qaraca çoban kafirlərin 

silah və döyüş geyimlərini aşağılayır, papağını kafirin  dəbilqəsin-

dən, dəyənəyini nizəsindən, çövkanını  qılıncından, sapandını 

oxundan  üstün hesab edir. Bir sözlə, yaxşı silahlanmış kafirlərlə 

hər cür  döyüşə hazır olduğunu bəyan edir, onlara meydan oxuyur: 

 

“...Başındağı tuğulğaηı nə ögərsən, mərə kafər? 



Başımdağı börkümcə gəlməz maηa! 

Altmış tutam köndəriηi nə ögərsən, mırdar kafər? 

Qızılcıq dəgənəgimcə gəlməz maηa! 

Qılıcuηu nə ögərsən, mərə kafər! 

Əgri başlu çokanlmca gəlməz maηa! 

Belüηdə toqsan oqıη nə ögərsən, mərə kafər? 

Ala qollı qapanımca gəlməz maηa...” (D-41) 

Bu parçanın semantikası ilə bağlı bunları söyləmək olar: 

adi primitiv silahlarla silahlanmış  qəhrəman güclüdür. Dəgənək 

(dəyənək) köndərlə (nizə), çokan (çövkan) qılıcla (qılınc), sapan 

(sapand) oxla müqayisədə çox primitivdir. Amma əsl igid odur ki, 

qeyri-bərabər döyüşdə düşməni adi silahlarla belə  məğlub edə 

bilsin. Necə deyərlər, “atdan düşüb, atlana bilsin”. Oğuz igidi 

Qaraca çoban məhz belə qəhrəmanlardandır. 

Kafir yaxşı silahlanmış Oğuz igidi Əmranın silahlarını aşa-

ğılayır, onun qılıncına gödək, süngüsünə sınıq, yayına nazik, ox-

qabısındakı doxsan oxuna seyrək deyir... Bir sözlə, kafir Bəkil 

oğlu Əmranı qorxudaraq döyüşdən çəkindirmək istəyir: 

 

“...Qara polad uz qılıcı gödək oğlan! 



Əlindəki sügüsü sınıq oğlan! 

Ağ tozlu yayı gedə oğlan! 

Beligində doqsan oqı seyrək oğlan!”... (D-247) 

Oğuz igidinin döyüş paltarı geyinməsi obrazlı şəkildə can-

landırılıb:  “Uru turdı, tövlədən bir şahbaz at çıxardı,  əyərlədi, 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

503

 

geyimin geydi. Dizcik, qarucıq bağlandı” (D-261). Bu cür parçalar 



silahlanma ilə bağlı müəyyən təəssürat yaradır. 

Oğuz kişisi kimi Oğuz qadını da silahlanır, o da at 

belindədir: “Gördi gəlin at üzərində geyinmiş, sügüsi əlində” (D-

193). 


Oğuz igidi silahlanmayanda təəssüflənir, öz gücsüzlüyünü 

hiss edir:  

 

Aruz maηa bu işi edəcəgiη bilsəydim, 



Qaraqucda Qazlıq atuma binərdim! 

Əgin bərk dəmür tonım geyərdim! 

Qara polad uz qılıcım belümə bağlardım! 

Alın-başa qunt işuğım urardım! 

Qarğu talı altmış tutam sügümi əlümə alurdım...”(D-297) 

 Silahsız Oğuz igidi ölümə  məhkumdur. Necə ki, dəmir 

donunu geyinməyən, qılıncını belinə bağlamayan, alnına parlaq 

zireh vurmayan, süngüsünü götürməyən Beyrək Aruz tərəfindən 

öldürülür: “Aruz qara polad uz qılıcın tartub Beyrəgiη sağ oylu-

ğın çaldı, qara qana bulaşdı...” (D-197).  Bu cür parçalar reallığı 

əks etdirir. Amma bu da var ki, “Kitab”da adı keçən sehrli üzü-

yün gücü ilə müqayisədə nəinki qəhrəmanın silahı, hətta onun özü 

belə gücsüzdür. Bu isə sehrli üzüyün (Oğul, saηa ox batmasun, 

tənüηi qılıc kəsməsün!) – mifin gücüdür. Faktlara müraciət  edək: 

Oğuz igidləri qılıncla  Təpəgözün  bir tükünü belə kəsə bilmirlər, 

atdıqları ox ona təsir etmir, yaxud cida ilə bədənini dələ bilmirlər: 

“Qara polad uz qılıclar kəsən qılını kəsdirmədi. Qarğu cida oyna-

danlar ildirəmədi. Qayın oxu atanlar kar qılamadı” (D-221). Tər-

kibində silah adı  işlənmiş bu nümunələrlə, daha doğrusu, müba-

liğələr silsiləsi ilə  Təpəgözü öldürməyin mümkünsüzlüyü can-

landırılıb. 

Oğuz igidlərinin silahlandırılması ilə bağlı üç əsas detala 

rast gəlinir: 

Oğuz igidi Bəkilin Vətəni qorumağa göndərilməsini məslə-

hət  bilən də, onu silahlandıran da Dədə Qorquddur: “...Bəkil razı 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə