Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə168/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   164   165   166   167   168   169   170   171   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

510

 

Bu parçalarda “toy çadırı”nın qurulması aydın  şəkildə ifadə 



olunub. Amma bəzi parçalarda “toy çadırının qurulması”nı mətnin 

ümumi semantik yükünə istinadən müəyyənləşdirmək mümkün-

dür. Məsələn: 

 

 



“...Alan sabah durmışsan, ağ ormana girmişsən, 

Ağ qovağın budağından yırğayuban keçmişsən. 

Can bacuğın əkmişsən, 

Oq cığırın qurmışsan, 

Adın gərdək qomışsan...” (D-110) 

Bu parçanı 2006-cı ildə “Dirəklər basdıraraq ox üçün nişan 

qoyma” başlığı altında təhlil süzgəcindən keçirmişdik. Burada 

həmin  şərhlərin bir hissəsini təqdim etməyi gərəkli hesab edirik: 

“Adın gərdək qomışsan” cümləsi özündən  əvvəl işlənmiş cümlə-

nin semantik yükü ilə bağlanır, onun məntiqi nəticəsi kimi görü-

nür. Bu mənada  “can  bacuğın  əkmişsən//Oq cığırın qurmışsan” 

cümlələrində “gəlin otağının qurulmasına işarə olunur” – fikri 

daha real görünür. Deməli, Oğuzlar və Oğuz düşüncə tərzinə bələd 

olanlar “basdırılmış dirəklər və ox üçün qoyulmuş nişanlar” 

gördükdə onu “gəlin otağının qurulması  və ya ona hazırlıq kimi 

başa düşüblər. F.Bayat yay və oxun türk mədəniyyətindəki rolun-

dan bəhs edərkən yazır: “Yay - oxun folklor materiallarına daya-

naraq deyə bilərik ki, yay – kişini, ox isə qadını bildirir... Toy gü-

nü nişanlı  oğlanın qız evinə ox atması  oğlan tərəfin gəlini apar-

mağa gəldiyini bildirirdi. Ox atmaqla özünə nişanlı tapmaq adəti-

nin izləri transformasiyaya uğramış halda bizim sehrli nağılları-

mızda da qalmışdır (Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. 

Bakı, 1993, səh.161). Müəllifin müxtəlif mənbələrə istinadən söy-

lədiyi fikirlər də “Kitab”dakı “Oq cığırın qurmışsan” cümləsinin 

ümumi semantik yükündə məhz “gəlin otağının qurulması” məna-

sının əsas olduğunu təsdiqləyir”

1

. Yeri gəlmişkən, A.Hacıyev yu-



                                                            

1

 Ə.Tanrıverdi. “Dədə Qorqud kitabı”nın obrazlar aləmi. Bakı, 2013, səh.82. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

511

 

xarıdakı parçanın semantikasını düzgün müəyyənləşdirib: “Soyla-



mada gərdəkqurma prosesinin nə vaxt, nədən və necə yerinə 

yetirildiyi  əyani  şəkildə  təsvir olunmuşdur. Burada sübh tezdən 

yuxudan duraraq böyük meşəyə  gedən (girən), uca qovaq ağacı-

nın budağını yırğalayaraq qıran (“keçmək” feli “candan keçmək” 

ifadəsində olduğu kimi məcazi mənada işlədilib), yarıdan  (“can-

bacuq” məhz bu anlamı verən poetik ifadədir)  əyən, atdığı oxun 

düşdüyü yerdə otaq (çadır) quran bəyin onu gərdək adlandırmasın-

dan söhbət açılır”

1

.  Müəllifin fikirləri də yuxarıda dediklərimizi 



qüvvətləndirir. Qeyd edək ki, qorqudşünaslıqda həmin “toy çadı-

rı”nın kimin üçün qurulması barədə izahlara, demək olar ki, rast 

gəlinmir. Bəri başdan deyək ki, təqdim etdiyimiz sintaktik bütö-

vün ümumi semantik tutumunda Beyrəyin Qazan xandan inciməsi 

açıq-aydın şəkildə müşahidə olunur. Beyrəyin Qazan xana “Adın 

gərdək qomışsan” – deməsi də birbaşa Qazan xanın Yalancıq üçün 

qurdurduğu “toy çadırı”nı  işarələndirir. Bu öz təsdiqini boydakı 

hadisələrin dinamikası kontekstində də tapır. Semantik dinamikanı 

izləyək: 

− Bayındır xan Beyrəyin ölməsinə inanır: “...Mərə, bu nə 

kömləkdir?...Beyrəgi Qara Dərvənddə öldürmişlər, uşda nişanı, 

sultanım!” – dedi” (D-93); 

− Bayındır xan qanlı köynəyin Banıçiçəyə aparılmasını 

məsləhət görür: “...Biz bunı tanımazız. Adaqlusına aparıη, görsün. 

Ol yaxşı bilir. Zira ol dikübdir, yenə ol tanır”, - dedi” (D-94); 

− Bayındır xan Yalancıqla Banıçiçəyin toyunu təşkil etmə-

yi Qazan xana həvalə edir. Bu, mətnin ümumi semantik  yükündən 

bəlli olur: birincisi, ona görə ki, Qazan xan toy mərasimi ilə bağlı 

təşkil edilmiş “ox yarışı”na nəzarət edir (Qazan bəg baqub tamaşa 

edərdi. Adam göndərdi, Beyrəgi çağırdı); ikincisi, Beyrək Qazan 

xana “Adın gərdək qomışsan” – deməklə onu  Yalancıq üçün qur-

durduğu “toy çadırı”na görə qınayır;  üçüncüsü, Qazan xanın di-

lindən Beyrəyə ünvanlanmış sual cümləsində “çətirli otaq”a işarə 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.45. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

512

 

edilməsini təsadüfi hesab etmək olmaz: “...Çətirli otaqmı dilər-



sən?” (D-111); dördüncüsü, Beyrək toy  süfrəsində qarnını doyur-

maq, həmçinin qız toyunda iştirak üçün məhz Qazan xandan icazə 

alır (Sultanım, məni qosaη da şülən yeməgiη yanına varsam. Qar-

nım acdur, toyursaη...;  ...Xanım, Qazan bəgdən maηa buyruq ol-

dı. Maηa kimsə tolaşmaz...). Bütün bunlar bir daha təsdiq edir ki, 

haqqında  geniş şəkildə bəhs etdiyimiz “toy çadırı” məhz  Yalançı 

oğlu Yalancığa aiddir. 

 

Ovda və döyüşdə silahdan istifadə 

 “Kitab”dakı ov və döyüş  səhnələrinin semantikasından 

kifayət qədər bəhs edildiyinə görə burada yalnız konkret faktlar 

üzərində dayanmağı  məqsədəuyğun bilirik. Bu mənada  ovda 



silahdan istifadənin görünən və görünməyən tərəflərini aşağıdakı 

kimi ümumiləşdirmək olar:  

 − ovda əsas silah “yay-ox”dur: “Həman yayı biləgindən  

çıqarardı, buğanıη-sığınıη boynına atardı, çəküb turğızardı” (D-

237). Bu tip  nümunələr “Kitab”ın dilində kifayət qədərdir; 

  Ovda “qurd sinirli yay”dan istifadə olunub – qənaətinə 

gəlmək mümkündür. Amma bu da var ki, həmin qurd sinirli yay-

dan atılan oxla keyik yox, Oğuz igidi vurulur: “Dərsə xan qurt 

sinirli qatı  yayı  əlinə aldı. Üzəngiyə qalqıb, qatı  çəkdi, uz atdı: 

oğlanı iki talasınıη arasından urub çıqdı, yıqdı” (əvvəlki səhifələrə 

bax); 

− ovda “yay-ox”la yanaşı, qılınc da əsas  silahlardan biri 



hesab olunur: “Keyiki qovardı gətürərdi, babasınıη  ögində siηir-

lərdi. Babam at səgirdişimə baqsun, qıvansun; ox atışıma baqsun, 

güvənsün, qılıc çalışıma baqsun, sevinsin!”...(D-22); 

−  bir sıra  cümlələrin ümumi semantik yükü “ovda bıcaq 

və ya xəncərdən istifadə olunub” – hökmünü söyləməyə əsas ve-

rir: “...Arıq olsa, qulağın dələrdi, avda  bəllü olsun deyü. Əmma 

semüz olsa, boğazlardı” (D-237). Buradakı  “boğazlardı” felinin 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə