Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə169/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   166   167   168   169   170   171   172   173   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

513

 

semantikası assosiativ olaraq bıçaq və ya xəncər sözünü yada salır 



(bıçaqla, xəncərlə);  

− ovda yay kirişindən bir kəmənd kimi istifadə olunma 

açıq-aydın şəkildə görünür: “...Bəkil buηa at saldı. Buğanıη ardın-

dan irdi. Yay kirişin boynına atdı...” (D-240). Burada Təpəgözlə 

bağlı bir epizod yada düşür: Basat Təpəgözün boynunu vurduqdan 

sonra onun başını dələrək yay kirişinə taxır: “...Dəpəgözüη kəndü 

qılıcilə boynını urdı. Dəldi, yay kirişinə taqdı..,” (D-234). So-

nuncu nümunədəki “yay kirişi” bir kəmənd yox, elə “kiriş” və ya 

“bərk ip” mənasındadır. Amma bu da var ki, hər iki halda “yay 

kirişi”  heyvanla (əslində, Təpəgöz də elə heyvan kimi bir şeydir)  

- buğa və  Təpəgözlə bağlı  işlədilib. Bu müstəvidə isə  Təpəgöz 

heyvandan da heyvandır, vəhşilər vəhşisidir. 

Təqdim etdiyimiz bu tipli parçaları  geniş şəkildə səciyyə-

ləndirmiş K.Abdulla yazır: “Ov bir situasiya kimi ya bədbəxt bir 

hadisənin başvermə  məkanına çevrilir, ya da bədbəxt hadisənin 

baş verməsini dolayısı ilə hazırlayan bir səbəb olur. Hər iki halda 

ov ya bədbəxt hadisə ilə bağlıdır, ya da onu şərtləndirir. Hər halda 

ovdan xeyir gəlmir”

1

. R.Kamal isə “Kitab”da təsvir olunan ov səh-



nələrinə tam  başqa  bucaqdan yanaşıb. Məsələn, ov xronotopun-

dan bəhs edərkən bir neçə tezis irəli sürür: “Ov xronotopu “Dədə 

Qorqud kitabı”nda  ən vacib xronotop olub, ritual xronotopun 

davamıdır; ov xronotopu dinamik hərəkət üçündür. Oğuz bəyləri 

statikadan – ağban evlərdə, otaqlarda oturmaqdan, yeyib yatmaq-

dan bezəndə ova çıxırlar; ov məkanı açıq məkandır. Kişinin açıq 

məkanda olması türk folklor düşüncəsi üçün səciyyəvi haldır...”

2



Müəllif bu tipli tezislərin hər birini “Kitab”dan gətirdiyi nümunə-

lərlə  əsaslandırıb. Amma “Kitab”da ov səhnələri ilə bağlı olan 

parçaların heç də hamısına bu kontekstdə yanaşmaq olmaz. 

Məsələn, Qazan xanın dilindən verilmiş bir parçaya diqqət yetirək: 

                                                            

1

 K.Abdulla. Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, səh.105. 



2

 R.Kamal. “Dədə Qorqud kitabı”nın xronotop strukturu. Dədə Qorqud günü. XIV 

sessiyanın materialları. Bakı, 2014, səh.54-55. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

514

 

“...Mən bu oğlanı alayım, ava gedəyim. Yedi günlik  azuğla 



çıqayım. Ox atduğım yerləri, qılıc çalub baş  kəsdügim  yerləri 

göstərəyim. Kafər sərhəddinə  Cızığlara, Ağlağana, Gökcə tağa 

aluban çıqayım. Sonra oğlana gərək olur, a bəglər!” – dedi” (D-126). 

Bu parça  ilə bağlı bunları söyləmək olar: birincisi, həmin parça oğlu 

Uruza “Yay çəkmədüη, ox atmadıη//Baş kəsmədiη, qan dökmədiη...” 

– deyən Qazan xanın dilindən verilib; ikincisi, həmin parça atası 

Qazan xana “Qaçan sən məni alub kafər sərhəddinə  çıqardıη, qılıc 

çalub baş  kəsdiη? Mən səndən nə gördüm, nə ögrənim?” – deyən 

Uruz haqqındadır; üçüncüsü, parçanın mənasından bəlli olur ki, ov 

yerləri Oğuz türklərinin döyüşdə qalib gəldiyi, qələbə çaldığı 

yerlərdir; dördüncüsü, mətndə aydın  şəkildə ifadə olunur ki, ata 

(Qazan xan), oğlunu (Uruzu) gələcək döyüşlərə hazırlayır... Araş-

dırmalar göstərir ki, bu cəhət digər qədim türk mənbələrində  də öz 

əksini tapıb. Burada Ə.Rəcəblinin qədim türk mənbələrinə, eyni 

zamanda bir sıra tədqiqatlara istinadən söylədiyi fikirləri xatırlatmaq 

yerinə düşür: “...Sürək ovu sürəkçidən (ovda heyvanları ovçuların 

üstünə qovan adamdan) və ovçudan xüsusi məharət və  təlim tələb 

edirdi. Bu, həm də türküt üçün faydalı idi, çünki ov türkütü, bir növ, 

hərbi  şücaətə hazırlayır, ona manevr etməyi öyrədirdi. Uğurlu ov 

türkütün  əsas  ərzağı olan çoxlu miqdarda ət verirdi. Heç də  təsdüfi 

deyildir ki, Çin salnaməçisinin yazdığına görə, türkütlər hətta  

müharibə vaxtı belə ovla məşğul olurdular”

1

.  


Döyüşdə silahdan istifadə. Qorqudşünaslıqda yay – ox, 

qılınc, sapand, süngü, gürz və s. kimi silahlardan, onların təyinatı 

üzrə  istifadəsindən müəyyən qədər  bəhs olunsa da, yaxın və uzaq 

məsafəli döyüşlərdə (eləcə  də qala qapıları yaxınlığında olan 

döyüşlərdə) silahlardan istifadə kimi məsələlərə, demək olar ki, 

münasibət bildirilməyib. Bu mənada aşağıdakılara diqqət yetirək: 

− uzaq məsafədən olan döyüşlərdə yay-ox və sapanddan 

istifadə: yay-ox. “Azğun dinlü kafər buηaldı, oxa girdi. Qoulan 

kimsə  oğlanıη  bədəvi atın oxlatdılar” (D-133); “...kafərlər at dəpdi-

lər, ox səpdilər” (D-41); “üç yeləkli qayın oqlar atıldı, dəmrəni 

                                                            

1

 Ə.Rəcəbli. Ulu türklər. Bakı, 2003, səh.139. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

515

 

düşdi” (D-63)... Bu tipli nümunələr onu deməyə  əsas verir ki, uzaq 



məsafəli döyüşlərdə  həm Oğuzlar, həm də kafirlər  əsas silah kimi 

məhz yay-oxdan istifadə ediblər; sapan. “Ərənlər  əvrəni Qaraçuq 

çoban sapanıη ayasına taş  qodı, atdı” (D-41); “Elə olsa, sultanım, 

Qaraca çoban sapan çatlatdı. Dünya aləm kafəriη gözinə qaranηu 

oldı” (D-57); Döyüşlərdə kafirlərin sapanddan istifadəsi müşahidə 

olunmur; 

−   yaxın məsafədən olan döyüşlərdə qılınc, köndər, gürz və s. 

silahlardan istifadə: qılıc. “Sağ yanını  qılıcladı, yerə saldı”; köndər. 

“Aruza bir köndər urdı” (D-302); gürz. “Altı  bərli gürz ilə  dəpəsnə 

qatı tuta urdı” (D-64)...; 

− qala qapılarının sındırılmasında qalxan və gürzdən istifadə: 

“Uruz atdan endi, aydır: “Hay atamıη altun qədəhindən  şərab içən

məni sevən atdan ensün! Bunıη qapusına birər gürz uralım!” – dedi. 

On altı yigit sıçrayub atdan endilər. Qalqan yapındılar. Gürzlərini 

umuzlarına urdılar. Qapuya gəldilər; birər gürz urub qapuyı 

ovatdılar, içərü girdilər...” (D-284). Qarşı  tərəfin zərbəsindən 

qalxanla qorunaraq gürzlə qala qapılarını  sındıran Oğuz igidləri 

yenilməzdir. Digər tərəfdən, qalanın belə bir üsulla alınması  qədim 

türk hərb sənətinin yüksək səviyyədə olduğunu bir daha sübut edir. 

Yuxarıda göstərdik ki, “Kitab”da uzaq və yaxın məsafəli 

döyüşlərin təsvirinə daha çox rast gəlinir. Maraqlıdır ki, həmin döyüş 

taktikası hunlar üçün də xarakterik olub. Belə ki, “hun ordusu 

düşmənlə müəyyən məsafədən vuruşurdu. Mahir oxçular düşməni 

uzaqdan oxa tutaraq onun səflərini dağıdırdılar. Ehtiyac olduqda isə 

qısa nizə  və  qılıncla yaxın döyüşə girirdilər. Müəyyən məsafədən 

vuruşma hun döyüş taktikasının əsasını təşkil edirdi”

1

.  


“Kitab”ın ümumi məzmunu döyüşlərin ağır və qanlı keçdiyini 

iki bucaqdan təsdiqləməyə imkan verir: bunlardan birincisi, top kimi 

kəsilən başlardısa,  ikincisi, sınıq-salxaq vəziyyətə düşmüş 

silahlardır. Burada diqqəti ikincinin təsvirinə yönəldək:

 “...Böyük 

uzun nizələr sancılıb süstəldi. Böyük  iti polad  qılınclar çalındı, 

tiyəsi korşaldı. Üç lələkli qayın oxlar atıldı, dəmir ucluğu 

                                                            

1

 Ə.Əsgər, M.Qıpçaq. Türk savaş sənəti. Bakı, 1996, səh 128. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə