Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə170/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   166   167   168   169   170   171   172   173   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

516

 

düşdü...” (Zeynalov-Əlizadə  nəşri, Bakı, 1988, səh.148). Bu cür 



parçaların semantikası yuxarıda irəli sürdüyümüz tezisin düzgün-

lüyünü arqumentləşdirir. 

“Kitab”a silah adları  və döyüş  səhnələri kontekstində 

yanaşma aşağıdakıları da söyləməyə imkan yaradır:  

−  Oğuz igidini məhv etmək üçün ilk olaraq onun atı oxla 

vurulur: “Qoulan kimsə oğlanıη bədəvi atın oxlatdılar. At yıxıldı” 

(D-133); 

− oxu ərdən ərə keçirməkdə israrlı olan Oğuz igidi ən ma-

hir oxçu statusunda çıxış edir: “Qarğu talı sügüηi maηa vergil// 

Köksündən ər sancayım səniη içün!” (D-246); 

− Oğuz igidinin yaya söykənmiş vəziyyətdə durması onun 

ayıq-sayıq dayanmasını, bir növ, döyüşə hazır olmasını  işarələn-

dirir: “Oğlı Uruz qarşısında yay söykənib  turardı” (D-123);  

− sağına-soluna iki qoşa yay çəkən Oğuz igidinin bənzəri 

yoxdur: “Sağına-soluna eki qoşa yay çəkərdi” (D-173);  

−  Oğuz igidi Qaraca çoban sapandla kafirlərin ordusunu 

məğlub edir: “Qaracıq çoban kafəriη üç  yüzini sapan taşilə yerə 

bıraqdı” (D-41); 

− at belində döyüşənlərdən biri məhz köndər vuranın zər-

bəsindən yerə düşür: “Aruza bir köndər urdı... At üzərindən yerə 

saldı” (D-302);  

− Buğacıq Məlik altı pərli gürzlə öldürülür:”Altı bərli gürz 

ilə dəpəsinə  qatı tuta urdı” (D-64); 

− Oğuz igidi süngüsünü yerə sancırsa, bu, onun əmrə tabe 

olduğunu, eyni zamanda pusquda durduğunu işarələndirir: “Ol 

zamanda oğul ata sözin iki eləməzdi. İki eləsə, ol oğlunı qəbul elə-

məzlərdi. Uruz geη yaqadan sügüsin sancdı, turdı” (D-131-132); 

− taraqqadan qarşı tərəfi qorxutmaq məqsədi ilə istifadənin 

izlərinə  təsadüf olunur: “...taraqa çatladıη  oğlanı qorqudıη” (D-

247). 


Bu sistemdə “qılınc”ın rolu daha qabarıq göründüyü üçün 

onunla bağlı olan detalları ayrılıqda təqdim  edirik: 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

517

 

− “döyüşə hazıram” anlamlı raport “çal qılıcıη” ifadəsi ilə 



başlanır: “Çal qılıcıη, xanım Qazan, yetdim” (D-151); 

− “başın kəs” əmri qılıncla reallaşdırılır: “Qaragünə atdan 

endi. Aruzıη başın kəsdi” (D-302); 

−  Şöklü Məliyin də başı  qılıncla kəsilir: “...ğafillücə qara 

başın alub kəsdi” (D-64):   On iki min kafir də  məhz qılıncla 

öldürülür: “On iki bin kafər qılıcdan keçdi” (D-66); 

−Təpəgöz  kimi bir vəhşinin başı qınsız qılıncla, həm də öz 

qılıncı ilə  kəsilir: “...Dəpəgözüη  kəndü qılıcilə boynını urdı” (D-

234); 

− qılıncla başın yox, sağ oyluğun kəsilməsi rəqibini əzabla 



öldürməkdən başqa bir şey deyil: “Aruz qara polad uz qılıcın 

tartub Beyrəgiη sağ oyluğın çaldı, qara qana bulaşdı” (D-297);  

−  Oğuz cəmiyyətində döyüşdən boyun qaçırma mümkün-

süzdür: “Bəglər, Taηrı bizə bir kür oğul vermiş. Varayın, anı anası 

yanındın alayın, qılıcla paralayayın...” (D-134-135); 

− düşmən bayrağını  qılınclayaraq yerə salan Oğuz 

qadınının tayı-bərabəri yoxdur: “Boyı uzun  Burla xatun qara 

tuğın kafəriη qılıcladı, yerə saldı” (D-153); 

− qılıncının dəstəyi qan olan təkcə Oğuz kişisi deyil, həm 

də Oğuz qadınıdır: “Qılıcınıη balcağı qan odaya gəldi” (D- 194). 

Bütün bunlar, bir tərəfdən, türkün hərb sənətinin çox qədim 

və zəngin bir tarixə malik olduğunu sübut edirsə, digər tərəfdən də 

türkün döyüş üçün doğulduğunu və elə döyüşə-döyüşə  də bu 

dünyadan köç etdiyini əyani olaraq göstərir... 



 

Silah adları türk poetik təfəkküründə 

Qorqudşünaslıqda  xüsusi  olaraq vurğulanır ki, “Kitab”-da 

obrazlılığa xidmət etməyiən dil vahidi yox dərəcəsindədir. Araş-

dırmalar  onu da deməyə əsas verir ki, “Kitab”dakı səs, söz, birləş-

mə, cümlə və sintaktik bütövlərin semantikası, obrazlılıq yaratma 

imkanları müxtəlif bucaqlardan işıqlandırılıb. Yeri gəlmişkən

“Kitab”ın dilində  işlənmiş silah adları da daha çox atalar sözləri 

(“Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg!”...), andlar (“qılı-




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

518

 

cına toğranmaq, oxına sancılmaq”), oxşama səciyyəli parçalar 



(“Dünlügü altun ban evimiη qəbzəsi oğul!”...), frazeoloji vahidlər 

(oxını yarmaq, oxa düşmək...) daxilində bu və ya digər dərəcədə 

öyrənilib. Konkret desək, silah adlarının assosiativliyi ilə yaradıl-

mış bədii təsvir və ifadə vasitələri ayrılıqda təhlilə cəlb edilməyib. 

Düzdür, əvvəlki səhifələrdə bu problemə müəyyən qədər aydınlıq 

gətirməyə çalışmışıq. Məsələn: “cida” sözünə həm də təşbeh daxi-

lində münasibət bildirmişik (“...buynızı almas cida kibi”); “q” ilə 

başlanan “qılıc” sözünün assosiativliyi ilə yaradılmış alliterasiya-

ların mətndəki rolunu müəyyənləşdirmişik  (“Qara polat uz qılı-

cum qının toğrar” – qara – qılıc – qın: q – q – q); yaxud inversiya 

ilə  işlənmənin “yay-ox”la bağlı olan mətnlər üçün səciyyəvi 

olduğunu dəqiqləşdirmişik. Bir sözlə,  əvvəlki səhifələrdə  silah 

adlarının hər birinin obrazlılıq yaratma  imkanlarından ayrıca bəhs 

etmişik. Bu da onların  bədii  təsvir və ifadə vasitələri tərkibində 

işlənmə  səviyyəsini birbaşa  əks etdirmir. Bu mənada  silah adla-

rının  assosiativliyi ilə yaradılmış bədii təsvir və ifadə vasitələrinin 

aşağıdakı sistem üzrə  təqdimini məqsədəuyğun hesab edirik: 

Assonans. “o”-nun  assonansı. “Ol kafəriη üçin atub birin 

yarmaz oqçısı olur”: ol, oqçı, olmaq – o → o → o; Buradakı 

assonans “o” ilə başlanan “oqçı” sözünə görə reallaşıb. Qeyd edək 

ki, belə assonanslar “Kitab”ın dilində yox dərəcəsindədir. Bu da 

təsadüfi deyil. Çünki “Kitab”dakı silah adlarının  əksəriyyəti sa-

mitlə başlanır: qılıc, gürz, sapan, sügü, çomaq, taraqa..., daha də-

qiqi, bu sistemdə “o” ilə başlanan “ox” sözü istisnalıq təşkil edir.  

Alliterasiya.   “q”-nın  alliterasiyası. “Qara polat uz qılı-

cum qının toğrar”: qara, qılıc, qın - q→q→q; “Qara qılıc quşan-

dı”: qara, qılıc, quşanmaq - q→q→q; “y”-nın alliterasiyası. “Ya-

lançı oğlı  Yalancıq yay ufandığına qatı qaqdı”: Yalançı, Yalancıq, 

yay - y→y→y; “Yedi kiş ilə qurulurdı mənim yayım!”: yedi, yay - 

y→y→y; Bu sistemə, yəni “q” ilə başlanan “qılıc” və “y” ilə 

başlanan “yay” sözünün assosiativliyi ilə yaradılmış alliterasiyalar 

cərgəsinə  alliterativ tipli qafiyələnməni də daxil etmək olar: 

Qaraca çoban – sapan: çoban→sapan; Dondar-köndər: dar→dər. 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə