Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə2/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   2   3   4   5   6   7   8   9   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

5

 

oğul!” misraları  ruhumu tərpətdi, anam yadıma düşdü, özümü bir 



daha onun qucağında hiss etdim; “Salqum-salqum tan yelləri 

əsdigində, saqallu boz ac turğay sayradıqda” misraları məni san-

ki sirli-sehirli təbiətin ağuşuna atdı; “Əri muradına yetürər səniŋ 

arxacığıŋ, At diməzəm saŋa, qartaş deyərəm” misraları at belində 

Vətən  qoruyan türk ərənlərini yada saldı, mən də özümü at 

belində gördüm... Essevari yazımda “Ey türk, bulaq suyu kimi saf, 

ana südü kimi müqəddəs olan “Dədə Qorqud kitabı”na tez-tez 

müraciət et! Qopuz səsi, at kişnərtisi, dördnala çapılan atların 

ayaq tappıltısı ruhuna hopsun!... Dədə Qorqud müdrikliyi, 

Bayındır xan uzaqgörənliyi, Qazan xan təpəri daim səninlə 

olsun!...” (“Dədə Qorqud kitabı”nın obrazlar aləmi. Bakı, 2013) 

deyərkən düşünürdüm ki, bir daha bu mövzuya qayıtmaya-

cağam... Amma “Dədə Qorqud”un möcüzələr dünyasına yenidən 

qayıtmalı oldum... 

  

 



 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

6

 

I HİSSƏ  



QOHUM SÖZÜ İŞIĞINDA, YAXUD FƏRQLİ  

ŞƏRH VƏ TRANSKRİPSİYALARA MÜNASİBƏT 

 

   “Kitab”da qohumluq münasibətlərinin sözlə ifadəsi qabarıq 



şəkildə görünür. Maraqlıdır ki, təhkiyəçi bu tip vahidlərin, daha 

dəqiqi, qohumluq bildirən sözlərin  əksəriyyətinin məna yükünü 

mətn daxilində ifadə etməyə çalışıb.  İki fakta diqqət yetirək: 

“dədə” sözünün təkcə yol göstərən, ağsaqqal, müdriklər  müdriki, 

ustad ozan yox (Dədəm Qorqut gəldi, oğlana ad qodı...),  həm də 

baba mənasında işlənməsi mətn kontekstində asanlıqla anlaşılır 

(“Mərə qavat, mənim babam Bayındır xan degilmidir?” Ayıtdı: 

“Yox, ol, anaŋın babasıdır, səniŋ  dədəŋdir”); yaxud “güyəgü” 

sözünün məhz kürəkən mənasında olmasına birbaşa işarə olunur: 

“Bəglər, Beyrək bizdən qız almışdır, güyəgümizdir. Əmma Qaza-

nıŋ inağıdır...” Bu cür detallar onu deməyə əsas verir ki, təhkiyəçi 

Oğuz cəmiyyəti üçün səciyyəvi olan nəsil və ailə toplumları 

daxilindəki qohumluq münasibətlərinin bütün tərəflərinə dərindən 

bələd olub... 

“Biri ilə qohumluq əlaqəsi olan adam” anlamlı “qohum” sö-

zü “Kitab”da ayrılıqda deyil, obrazlı ifadələr daxilində müşahidə 

olunur: qaum-qardaşa həsrət – Ataya-anaya, qauma-qardaşa həs-

rətəm; qövmlü qövmilə görklü – Qövmlü qövmilə görklü gördüm. 

        Qorqudşünaslıqda Drezden nüsxəsinin 44-cü səhifəsindəki  

ھق موق



ينم ل

 م

ق



و

ي ام


و

در

م



“ yazılış şəklinin aşağıdakı kimi transkripsiya-

sı müşahidə olunur: 

O.Ş.Gökyayın nəşrində: Kavım kabile benüm kama yurdum 

(İstanbul, 2000); 

M.Erginin nəşrində: Kavum kabile menüm kuma yurdum 

(Ankara, 1958); 

H.Araslının nəşrində: Qum qumlamayım quma yurdum! 

(Bakı, 1978); 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

7

 

F.Zeynalov və S.Əlizadənin nəşrində: Qom qomlamım qoma 



yurdum! (Bakı, 1988); 

S.Tezcan və H.Boeschotenin kitabında: Kavım kabla beküm 

kon(r) yurdum (İstanbul, 2001); 

S.Əlizadənin hazırladığı ensiklopedik nəşrdə: Qövm – qəbilə 

mənim quma yurdum (müəllif  “qom-qomla mənim qoma yur-

dum”  şəklində transkripsiyanı daha məqbul hesab edir) (Kitabi-

Dədə Qorqud Ensiklopediyası. I c., Bakı, 2000, s.47). 

Müqayisələr göstərir ki, O.Ş.Gökyay Drezden nüsxəsindəki 

müxtəlif yazılış şəkillərini eyni söz kimi oxuyub: موق     (D-44) ka-

vim;  موٲق  (D-98) – kavum. Burada aydın şəkildə  görünür ki, bi-

rinci yazılış şəklində əlif ( ا ) hərfi yoxdur. F.Zeynalov və S.Əli-

zadənin nəşrində isə  həmin yazılış  şəkillərinin transkripsiyası 

belədir: birinci yazılış şəkli “qom”;  ikinci yazılış şəkli “qaum”.  

 

Qom-qomla mənim qoma yurdum, 



Qulanla sığın-keyikə qoŋşı yurdum! 

Səni yağı nerədən darımış, gözəl yurdum?! 

Ağ ban evim dikiləndə yurdı qalmış. 

Qarıcıq anam oluranda yeri qalmış 

Oğlum Uruz ox atanda buta qalmış, 

Oğuz  bəgləri at çapanda meydan qalmış. 

Qara mudbaq dikiləndə ocaq qalmış. 

A.Hacıyev bu parçadakı birinci misranın məhz “Qom-qomla 

mənim qoma yurdum!” şəklində transkripsiyasını düzgün hesab 

edərkən iki arqument gətirir: 

1) Drezden nüsxəsindəki yazılış  şəkli; 2) H.Araslının 

transkripsiyası və O.Ş.Gökyaya açıq məktubu . Bir cəhəti də qeyd 

edək  ki, A.Hacıyev bu arqumentlərini S.Əlizadənin “həmin mis-

ranı “D”-yə (Drezden nüsxəsinə - Ə.T.) əsasən “Qom-qomla mə-

nim qoma  yurdum” şəklində oxumaq olar” fikri ilə qüvvətləndir-

məyi də unutmur 

1

. “Eynicinsli sait və samit səslərin ahəngdar dü-



                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.91-92. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

8

 

zümü əsasında yaranmış ilkin arxaizmlərin sıralandığı birinci mis-



ra uzun  müddətdir ki, qorqudşünaslığın fikir çək-çevirində öz hə-

qiqi yozumunu gözləməkdədir”

1

, – deyən  A.Hacıyev ilk olaraq 



həmin misra ilə bağlı qorqudşünasların fikirlərini saf-çürük edir. 

Konkret desək, aşağıdakı məsələlərə daha çox diqqət yetirir: 

– həmin misradakı başlanğıc sözləri O.Ş.Gökyayın “kavın” 

(qövm), kabilə (qəbilə) kimi anladığını, “koma” sözünün isə günəş 

düşməyən quzey, bolluq, rifah və s. kimi mənalarda açıqladığını 

göstərir; 

– M.Erginin, əsasən, O.Ş.Gökyayın mövqeyində dayan-

dığını, “kuma” sözünü isə “ortaq qocaları eyni olan qadınlar” 

mənalı  ərəb mənşəli söz kimi izah etdiyini qeyd edir. Eyni 

zamanda T.Tekinin də məhz bu iddiada olduğunu bildirir; 

– yuxarıda təqdim etdiyimiz sintaktik bütövdəki birinci 

misraya V.V.Bartoldun tərcüməsində diqqət yetirir:  “Хоть  тебя 

не засыпал песок, ты покинуто, мое жилище”.  Müəllifin tərcü-

məsindəki uyğunsuzluqları göstərir: “belə çıxır ki, böyük türkoloq 

birinci sözü “qum”, ikinci sözü “qumlamaq” felinin inkar forması, 

üçüncü sözü isə “tərk edilmiş, boşaldılmış” mənalarında dərk et-

mişdir”. Digər tərəfdən, həmin tərcüməni (birinci misranın tər-

cüməsi nəzərdə tutulur) A.N.Kononovun qəbul etmədiyini, əksinə, 

digər mənbələri, daha dəqiqi, O.Ş.Gökyay və M.Erginin variantla-

rını əsas götürərək “ (o) народ, (о) племя, о мое крепкое жили-

ще!» tərcümə variantını məqbul hesab etdiyini açıqlayır; 

– S.Tezcanın ilk iki sözün ərəb mənşəli olması fikri ilə razı-

laşmasını, “qoma” sözünü isə yazılış  xətası hesab etməsini, daha 

doğrusu, bu sözü “konar”  fonetik qabığında, həm də “qonaqlanan 

yurd, obanın hər zaman gəlib qonaqladığı yurd yeri” anlamında 

açıqladığını şərh edir; 

– H.Araslı, M.Təhmasib,  Ş.Cəmşidov kimi alimlərin həmin 

misranın semantik yükünə münasibət bildirmədiklərini diqqətə 

çatdırır; 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007,  s.91. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə