Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə25/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   21   22   23   24   25   26   27   28   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

76

 

qələrinin başqa tərəflərini də aşkarlamağa imkan yaradır. Bu aşa-



ğıda təqdim etdiyimiz nümunələrdə daha aydın görünür: 

atası – Aruz 

anası – mətndə ona bir neçə yerdə işarə olunur 

arvadı – yuxarıdakı cümlə kontekstində müəyyənləşir 

oğlu – Dəli Dondar 

qardaşı – Basat 

bibisi – Aruzun bacısı, Qazanın və Qaragünənin anası 

bibisi oğlu – Qazan 

bibisi gəlini - Burla  xatun 

bibisi oğlunun qayınatası – Bayındır (Qazanın qayınatası) 

bibisi oğlunun atası – Ulaş (Qazanın və Qaragünənin atası) 

bibisi oğlu – Qaragünə (Ulaşın oğlu) 

bibisi nəvəsi – Uruz (Qazanın oğlu) 

bibisi nəvəsi – Qazanın qızı (mətndə ona işarə olunur, 

əvvəlki səhifələrə bax) 

bibisi nəvəsi – Qarabudaq (Qaragünənin oğlu) 

əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək 

əmizadəsinin əri – Beyrək (Banıçiçəyin əri) 



Qoŋur qoca: boz anlamlı “qoŋur” sözü “Kitab”da həm şəxs 

adı (Qoŋur qoca), həm də at adı kimi çıxış edir (Qoŋur at – Qazan 

xanın atının adı); “Kitab”da Qoŋur qocanın real qohumluğunu əks 

etdirən parçalar yox dərəcəsindədir. Burada şərti olaraq onun 

mifik qohumluğunu qeyd etmək olar: arvadı – Pəri qızı; oğlu – 

Təpəgöz. 



Oqçı:  mərdlik, mübarizlik simvollu adlar sırasına daxildir, 

“oq (ox)+çı” modeli əsasında yaranıb; Oqçı ilə bağlı yalnız bir 

cümlə işlənib: “Mənim qırımım Əŋsə qoca oqlı Oqçı olsun!” (D-

302). Bu cümlədə Oqçının atasının adı dəqiq verilib: atası - Əŋsə 

qoca. Digər qohumluq əlaqələri ilə bağlı konkret fikir söyləmək 

çətindir. 



Sarı Qalmaş: apelyativlərinin məna yükü belə  səciyyə-

ləndirilir:“sarı”–yetkin, kamil;“qalmaş”– qalmaq (durmaq)+ma+ş; 

atasının adı antroponimik modelində ifadə olunub: “İlək qoca oğlı 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

77

 

Sarı Qalmaş”. Bu mənada “Sarı Qalmaş”ın qohumluq əlaqələri 



“İlək qoca” ilə bağlı verilmiş cümlələrdə daha aydın görünür. Bu 

tip cümlələrə (əvvəlki səhifələrə bax) istinad edərək aşağıdakıları 

qeyd etmək olar: 

atası – İlək qoca  

qardaşı – Dönəbilməz Dülək Uran 

qardaşı – Alb (Alp) Ərən 

qardaşı arvadı, yengəsi – Çeşmə (Alp Ərənin arvadı, Ağ 

Məliyin qızı) 

qardaşının qayınatası – Ağ Məlik  

Savqan Sarı: “Kitab”da az təsadüf olunan adlardandır, cəmi 

bir dəfə işlənib; antroponimik modeldəki “savqan” qasid, xəbərçi, 

xəbər aparan, “sarı” isə yetkin, kamil anlamlı söz kimi izah 

olunur. Savqan Sarının qohumluq əlaqələri ilə bağlı heç bir fikir 

söyləmək olmur. 

Səgrək: qeyd etdiyimiz kimi, formaca Beyrək, Yegnək kimi 

adlarla səsləşir, həmin adlarla alliterasiya xəttində birləşir; igidlik 

məzmunludur, səyirdən, sıçrayan, çapan mənasındadır; onun qo-

humluq əlaqələri aşağıdakı kimidir: 

atası – Uşun qoca  

anası – mətndə adı çəkilməsə də, dolğun bir obraz təəssüratı 

yaradır 

qardaşı – Əgrək 

arvadı – mətndə ona işarə edilir: “...Eki qardaş bir-birinə sağ-

dıc oldılar, gərdəklərinə çapub düşdilər” (D-271). Burada bir mə-

qamı da qeyd etmək lazım gəlir: boyun əvvəlində Səyrəyin nişan-

lısı  ən namuslu, ən qeyrətli bir türk qadını kimi təqdim olunur 

(bax: Əyrəyin qohumluğu) 

qardaşı arvadı, yengəsi – Əyrəyin arvadı 

əmiləri – VIII boyda onlara birbaşa işarə edilir (bax: Əyrəklə 

bağlı bölmə) 



Şir  Şəmsəddin: bu modeldəki fars mənşəli “şir” sözü igid

cəsur,  ərəb mənşəli “Şəmsəddin” isə dinin günəşi mənasındadır; 

bədii təyinində igidliyi xüsusi olaraq qabardılır: “Dəstursızca Ba-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

78

 

yındır xanıŋ yağısını basan, altmış biŋ kafərə qan qusduran, ağ-



boz atıŋ yalısı üzərində qar turdıran  Ğəflət qoca oğlı  Şir  Şəm-

səddin...” (D-61); onun qohumluq münasibətlərinin  əhatə dairəsi 

ilə bağlı yalnız bir faktı  qeyd etmək mümkündür: atası – Ğəflər 

qoca. 


Tərs Uzamış: buradakı “tərs” sözü dediyindən geri durma-

yan, sözündən dönməyən, “uzamış” isə bacarıqlı, uğurlu və s. kimi 

məna yükünə malikdir; “Kitab”da dörd dəfə işlənmiş “Tərs Uza-

mış”ın qohumluq əlaqələri  ilə bağlı heç bir fikir ifadə etmək 

mümkün deyil. 

Toğsun: apelyativinin məna yükü iki cür düşünülə bilir: ya-

ransın,  əmələ  gəlsin, meydana çıxsın; vursun, döysün, zərbə en-

dirsin; ikinci izah həm “Kitab”ın poetik strukturuna, həm də  qə-

dim türk ad sisteminə daha çox uyğun gəlir. Alp Rüstəmin antro-

ponimik modelində müşahidə olunan (Toğsun oğlı Rüstəm) Toğ-

sunun qohumluq əlaqələri, əsasən, aşağıdakı kimidir: 

oğlu – Alp Rüstəm 

oğlu – mətndə ona işarə edilir 

nəvələri – mətndə onlara işarə olunur (bax: Alp Rüstəmlə 

bağlı bölmə) 



Ulaş: daha çox ucalığa tay, yüksək, böyük anlamlı bir antro-

ponim kimi izah olunur. Ulaşın qohumluq əlaqələrinin aşkarlan-

masında Qazanın antroponimik modeli (Ulaş  oğlı Salur Qazan) 

xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “Qaragünə Ulaşın oğludur”, 

“Qarabudaq Ulaşın nəvəsidir”, yaxud “Uruz Qazanın oğlu, Ulaşın 

nəvəsidir” kimi hökmlər məhz Qazana görə verilə bilir, daha doğ-

rusu, Qazanın dilindən verilmiş “Qartaşım Qaragünəyi gördüm...”, 

“A bəglər, Uruz xub söylədi, şəkər yedi...” tipli cümlələrin seman-

tikasına əsaslanmaqla söylənilir. Konkret desək, “Kitab”da “Ulaş 

oğlı Qaragünə” antroponimik modeli yoxdur. Əksinə,  “Ulaş oğlı 

Salur Qazan” modeli üstün mövqedə görünür.  

Ulaşın qohumluq əlaqələrini aşağıdakı kimi sistemləşdirmək 

olar: 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə