Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3.53 Mb.
səhifə28/174
tarix25.06.2018
ölçüsü3.53 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

86

 

görülmektedir. Arap tarihçi ve coğrafiyaçılarının verdikleri başka 



bir bilgiye göre, Berda, Arran, Nahçevan bölgeleri de Ermenis-

tan`dan sayılıyordu. Bugün Sovyetler Birligi içerisinde ve Aras`ın 

kuzeyi ile onun bir kolu olan Arpaçayı arasında  bir cumhuriyet 

olan bölgenin adı olup başkenti Erivan`dır”

1

.  


Bəri başdan qeyd edək ki, O.Ş.Gökyayın fikirləri tarixi həqi-

qətləri düzgün əks etdirmir. Müəllif unudur ki, “ərməniyyə” Er-

mənistan deyil, türklərin yaşadığı  ərazinin adıdır, “ərmən” də er-

məni mənşəli yox, türk mənşəli sözdür (ər – igid, mən-adam). 

Təəccüb, həm də  təəssüf doğuran budur ki, “Kitab”da “hay” və 

“Hayıstan” kəlmələri işlənməsə də, haylarla bağlı heç bir hadisəyə 

işarə olunmasa da, O.Ş.Gökyay “Dədə Qorqud”un coğrafiyası 

kontekstində “qədim” və müasir Ermənistandan bəhs edir, tarixi 

faktları saf-çürük etmək  əvəzinə, təhrif edilmiş  şəkildə  təqdim 

edir. Burada bir neçə faktı xatırlatmaq lazım gəlir: birincisi

N.Gəncəvinin “Xosrov və  Şirin” poemasının “Şapurun  Şirini ax-

tarmaq üçün Ərmənə getməsi” hissəsində “Ərmən” Şirinin Vətəni 

kimi təqdim olunur: “Şirinin yanına bir aya gəldi... Ərmən dağları-

na gəlib yetişdi”; ikincisi, bir sıra tarixi mənbələrdə”Bərdə”  Ər-

məniyyənin mərkəzi şəhəri kimi göstərilir: “...8 (VIII-Ə.T.) əsrdə 

Əməvilər xilafətinin tərkibində yaradılmış canişinlik. Canişinliyin 

inzibati mərkəzi Dvin (Dəbil) şəhəri idi, 789-cu ildə mərkəz Bər-

dəyə köçürüldü (Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı, 

1980, səh.228); üçüncüsü, etimoloji araşdırmalarda “Bərdə” daha 

çox türk mənşəli söz kimi izah olunur. Ə.Haqverdiyev bu cür 

araşdırmaların, demək olar ki, əksəriyyətinə münasibət bildirib: 

“Bərdə qədim türk dillərindəki “qab, piyalə, kuzə” anlamlı “bart” 

sözü  əsasında yaranıb (A.Axundov); “Bərdə sözü qədim türk di-

lində qol, ensiz çay, sapabənzər çay, tel mənasındadır” (E.Əzi-

zov); “Bərdə adlı yaşayış  məskənləri Orta Asiya, Ural və Altay 

ərazilərində də vardır” (E.Murzayev); “Orta Asiyada sakların ya-

şadığı Sakistan vilayətində Bərdə adlı şəhər olmuşdur” (Q.Qrum – 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh LXXXVII. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

87

 

Qrijimaylo); “Bərdə toponimi sak tayfalarından olan partien 



tayfasının adından alınıb, “qaçmaq” mənasını ifadə edir” (M.El-

li)...  Ə.Haqverdiyev bu tip fikirlərin hər birini saf-çürük edərək 

yazır: “...Çin mənbələrində xun kimi qeyd olunan hunlar eradan 

əvvəl sak tayfalarının  ən güclü qollarından birini təşkil etmişlər. 

Onların tərkibində olan tayfalardan biri isə  bərdorlar olmuşdur... 

Bərdə  şəhərinin adı eradan əvvəl sak tayfalarının tərkibində 

Azərbaycan  ərazisinə  gəlmiş  bərdor tayfasının adından alınmış, 

sonralar çox cüzi dəyişikliyə  uğrayaraq Bərdə adlandırılmışdır”

1



Bu faktlar Ermənistanı “Kitab”ın coğrafiyasına aid edən O.Ş.Gök-



yayın haqlı olmadığını bir daha təsdiq edir.  

“Kitab”a daha çox qədim türk epik təfəkkürü və islam dini 

kontekstində yanaşan N.Cəfərov bir sıra maraqlı mülahizələr söy-

ləyir:  “...kafirlər əsir düşmüş oğuz  igidlərinə - qazizlərə cəza ver-

sələr də, onları öldürmürlər... hətta xoş günlərində həmin igidləri 

gətirib qopuz çaldırır, qulaq asırlar. Çox zaman igidi ona görə əsir 

saxlayırlar ki, öz yerinə (Oğuza) qayıdıb yeni qüvvə ilə onların 

(kafirlərin) üzərinə  gəlməsin... “Kitab”da təqdim edilən epik 

zaman kafirlər üçün deyil, islamı  qəbul etmiş  oğuz türkləri üçün 

işləyir ... Eposda etnik münaqişədən söhbət getmir, bütün ziddiy-

yətlər dini-ideoloji mahiyyət daşıyır, müsəlmanlarla kafirlər  ara-

sında baş verir. Lakin müsəlmanların  əsasən oğuz türklərindən, 

kafirlərin isə  qıpçaq türklərindən, gürcülərdən (ümumən iber-

Qafqazlardan), yunanlardan (rumlardan) və s. olması həmin müna-

qişələrə müəyyən dərəcədə etnik məzmun verir. Oğuz igidləri ka-

firlərdən qız alırlar, hətta “Baybura oğlu Bamsı Beyrək boyu”ndan 

belə  məlum olur ki, Baybecan qızı Banıçiçəyi, bir tərəfdən

Beyrəklə beşikkərtmə nişanlı edir, digər tərəfdən, kafirə - Bayburt 

hasarının bəyinə söz verir ki, qız onundur...”

2

. “Kitab”ın seman-



tikasına, eyni zamanda qədim türk tarixinə istinadən söylənilmiş, 

bu fikirlərdə bir neçə cəhət diqqəti cəlb edir: kafirlər sırasında ilk 

                                                            

1

 Ə.Haqverdiyev. Orta əsr Bərdə şəhəri. Bakı, 1991, səh.15-16. 



2

 N.Cəfərov. Eposdan kitaba. Bakı, 1999, səh.112-115. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

88

 

olaraq məhz qıpçaq türklərinin adı verilir; kafirlər sırasında ermə-



ni adlı bir etnosun adı yoxdur (bir sıra tədqiqatçılar isə kafirlər 

dedikdə daha çox ermənilərin nəzərdə tutulduğunu göstərirlər); 

kafirlər qopuz çaldırır, qopuza qulaq asırlar; Oğuz bəyləri kafirlər-

dən qız alırlar; kafirlər  əsir düşmüş  Oğuz igidlərini öldürmürlər; 

Baybicanla Bayburad Hasarının bəyi arasındakı gizli məqamlara 

işarə edilir.  

Anar “Kitab”dakı kafirlərlə bağlı iki  mülahizə irəli sürür: 

“Kitabi-Dədə Qorqud”da kafirlərlə döyüşlər dastanın çox sonralar 

yazıya alınmış nüsxələrində müəyyən dini dona geyindirilsə  də, 

bunun əsərin ruhunda, mahiyyətində heç bir möhkəm əsası, kökü 

yoxdur... onlar heç bir xalqı təcəssüm etməyən mücərrəd, dastan-

vari epik yağılardır”; “Kitab”dakı əsas oğuz düşməni Şöklü (bəzi 

nəşrlərdə  Şükülü, ya Şüklü) Məlikdir. Bu adın milli mənsubiy-

yətini təyin etmək çətindir. Məlik kafirlərin başçısıdır, amma axı 

Kiçik Asiyada islam dini uğrunda xaçpərəstlərlə, müharibə aparan 

qəhrəmanın da adı Məlik Danışmənddir. “Kitab”da başqa Məlik-

lərin adına diqqət edək: “Ağ  Məlik, Qara Aslan Məlik, Buğacıq 

Məlik və i.a.”

1

 Müəllifin ikinci fikri daha inandırıcı görünür. 



Problemə oğuz-qıpçaq türkləri kontekstində yanaşan S.Əliza-

də və F.Zeynalovun fikrincə, “kafirlər – müsəlman olmayan, büt-

pərəstliyə inanan qıpçaq və karluq tayfalarıdır”

2

. Bu fikrin düz-



günlüyünü qüvvətləndirən bir neçə arqumentə diqqət yetirək:  

– kafirlərin  şəxs adlarının  əksəriyyəti türk mənşəlidir: Ağ 

Məlik, Qara Arslan Məlik, Qıpçaq Məlik, Buğacıq Məlik...; 

– eyni apelyativli bir sıra  şəxs adları  həm Oğuzlar, həm də 

kafirlər üçün səciyyəvidir: Oğuzlarda – Buğac, Arslan, Qarabu-

daq...; kafirlərdə - Buğacıq, Qara Arslan (buğa, qara, arslan); 

– kafir obrazları üçün səciyyəvi olan “məlik” titulu Oğuz 

bəyi Baybicanın antroponimik modelində  də müşahidə olunur: 

Baybican məlik – “Baybican məlikiŋ  qızın aldı” (D-121). Yeri 

                                                            

1

 Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, səh.31-33. 



2

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.136. 






Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   174


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə