Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə29/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   25   26   27   28   29   30   31   32   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

89

 

gəlmişkən, “Kitab”ın 1988-ci il Bakı nəşrində bu cümlədəki “mə-



likin” sözü “bəgin” sözü ilə əvəz edilib. Həmin cümlədəki “məlik” 

titulu ilə bağlı K.Abdulla maraqlı bir açıqlama verir: “Baybura – 

bəy, Baybican – məlikdir... Onu da unutmayaq ki, “məlik” titulu 

Dastanda bir, ya iki bu kimi hal istisna edilərsə, yalnız kafir adları 

ilə yanaşı  işlədilir. Məsələn, müqayisə edin: Şöklü Məlik, Qara 

Təkur Məlik, Qara Arslan Məlik və  s.  Bu  detalın özü, nə  qədər 

kiçik olsa da, əhəmiyyətlidir. Çünki Baybican və onun tərəf-

darlarının təmiz Oğuz dünyası ilə əlaqələndirilməsinə işarə edir”

1

;  


– “bəglik” tituluna həm Oğuz, həm də kafir obrazlarının 

dilində rast gəlinir. Qazanın dilində: “Bəglər, bugünki bəgligim 

bunıŋ olsun” (D-111); kafirin dilində: “Saŋa bəglig adı verəlim” 

(D-40); 


– “bəg” tituluna kafir obrazlarının dilində  də  təsadüf edilir: 

“Emdi Qazan bəg, di, bizi ög!” (D-276). Bu titul “kafər bəgləri” 

kimi söz birləşmələrində  də müşahidə olunur:  “Kafər bəgləri 

dərildilər  gəldilər” (D-281); 

– “Ağ  Məlik Çeşmə  qızı” antroponimik modelindəki “Çeş-

mə” qadın adı gözəllik simvollu bir ad kimi müasir türk, xüsusən 

də Azərbaycan antroponimikasında intensivdir: Çeşmə, Çeşməgül, 

Çeşmənur...;  

– “Kitab”dan kafir adı kimi keçən “Qıpçaq Məlik” antro-

ponimik  modelindəki “qıpçaq” etnonimi müasir  Azərbaycan 

toponimikası baxımından səciyyəvidir: Qıpçaq kəndi, Qıpçaq dü-

zü... (Qax rayonu); Qıpçaq çayı  (Zaqatala rayonu). 

– Alp Ərən, Səgrək, Dəli Domrul kimi Oğuz bəylərinin kafir 

qızları ilə evlənməsini də təsadüfi hesab etmək olmaz;  

– Anar tarixi mənbələrə istinadən yazır: “Tarixdə xristian 

Səlcuq xanı, yəhudi, xristian, şamanist, bütpərəst və müsəlman 

xəzərlər məlumdur. Yeynək də  nədənsə, Qazana “keşiş” deyib”

2



Müəllif sonuncu fikrini “Kitab”dakı bu cümləyə istinadən söylə-

                                                            

1

 K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.192. 



2

 Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, s.31. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

90

 

yib: “Qoŋur atlu Qazana “keşiş” deyən bəg Yegnək Turı ayğırına 



bindi” (D-37). Bu cümləyə, eyni zamanda Anardan gətirdiyimiz 

sitatdakı sonuncu cümləyə “Kitab”ın ümumi semantik tutumu və 

qədim türk tarixi kontekstində nəzər salaq: Qazana “keşiş” deyil-

məsi heç bir şübhə doğurmur, əksinə, onun xristian keçmişinə işa-

rədir; Qazan kimi nüfuz sahibinə “keşiş” deyən adi adam deyil, 

Bayındır xanın vəziri Qazılıq qocanın  oğlu Yeynəkdir. Həm də o 

Yeynəkdir ki, atasını – Qazılıq qocanı mərdliklə dustaqlıqdan azad 

edib. Digər tərəfdən, Yeynəyin dayısı Əmən də məlik  titullu Bay-

bican kimi Daş  Oğuzdandır: “Taş  oğuz bəglərinə adam saldı. 

“Əmən gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəl-

sün...” (D-294). Bu isə belə bir fikri reallaşdırır:  Oğuz elində Qa-

zana “keşiş” deyə müraciət olunma təbii qarşılanıb; Qazanın qarı-

cıq anasının  əmizadəsi Baybicanın “məlik” titulu da həmin gizli 

motivlərə (Qazana keşiş deyilməsi) işıq salan detallardandır: 

“...Beyrək Baybican məlikin qızın aldı (D-121). II boyun əvvəlin-

də Qazana “keşiş” deyilməsinə birbaşa işarə olunur. Həmin boyun 

sonunda isə Qazanın qarıcıq anası keşişə arvad kimi istənilir: 

“Qarıcıq anaŋı gətürmişiz, bizimdir, Saŋa verməziz, Yayxan keşiş 

oğlına verəriz” (D-58). Bu fikirlərin kafir tərəfindən hansı niyyətlə 

ifadə olunmasından asılı olmayaraq, “keşiş Qazan”la Yayxan ke-

şiş, həm də Qazanla ümumən xristian türkləri arasında bir assosia-

tivlik, məntiqi bağlılıq görünür. IV boyda Uruzun Qazana müra-

ciətində “keşiş” sözünün işlənməsini də təsadüfi hesab etmək ol-

maz: “Pilon geyən keşişiŋ  əlin öpərəm, Qara gözlü kafər qızın 

mən aluram” (D-124). Amma bir cəhəti də qeyd edim ki, A.Hacı-

yev “keşiş” sözünə tam başqa bucaqdan yanaşıb. Müəllif  1999-cu 

ildə çap etdirdiyi məqaləsində bir neçə arqument gətirir: “keşiş” 

leksemini kiriş (tarixən oxatma, güləşmə, atçapma və atdanyıxma 

yarışlarında oyun yoldaşına verilən arxaik ad) sözünün katib 

tərəfindən yanlış köçürülmüş variantı kimi izah edir; 2007-ci ildə 

isə “Dədə Qorqud kitabı”nın dünya mədəniyyətinə  bəxş edilmə-

sində müstəsna xidməti olan “Drezden nüsxə katibini bu məqamda 

da təhrifə görə suçlamaqda “tələsmişik”, - deyərək müxtəlif 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

91

 

mənbələri saf-çürük edir: “etimoloji baxımdan “kesiş //keşiş 



//küsüş //küşüş” arxaik sözü “arzu etmək, arzulamaq” mənalı “kü-

sə” feli ilə eyni mənşədən törəmə olmalıdır. Ən ümdəsi, ibn Mü-

hənna lüğətində “keşiş” sözü “əziz, istəkli” anlamında Allahın ad-

larından biri kimi şərh olunmuşdur. Bu da “keşiş” arxaizminin 

“Dədə Qorqud kitabı”nda göstərilən məqamda məhz “əziz, istəkli, 

dəyərli, arzu olunan” mənalarını ifadə etməsini deməyə  əsas 

verir”

1

. Bu fikirlər yuxarıda qeyd etdiklərimizlə müqayisədə tam 



əks qütbdə dayanır. Burada təkcə onu qeyd edək ki,  V.B.Bartold 

həmin sözləri (Qazanla bağlı deyilmiş “keşiş” sözü və “Yayxan 

keşiş  oğlı” antroponimik modelindəki “keşiş” apelyativini) məhz 

“pop” (keşiş) kimi tərcümə edib. 

Bütün bunlar bir daha təsdiq edir ki, “Kitab”dakı kafirləri 

ermənilər kimi təqdim etmək elmə ziddir, tarixi saxtalaşdırmaq, 

uydurma tarix yaratmaqdır.. “Kitab”dakı kafir obrazlarını isə üç 

istiqamətdə qruplaşdırmaq olar: qıpçaq və karluqlar (xristian 

türkləri); yunanlar; gürcülər. 

“Kitab”da kafirlərin qohumluq münasibətlərinin ifadə olun-

masına çox az rast gəlinir. Bu mənada kafir obrazlarının qohum-

luq əlaqələri ilə bağlı qısaca olaraq aşağıdakıları söyləmək olar:  



Ağ  Məlik: yalnız II boyda – Alp Ərənin bədii təyinində 

müşahidə olunur: “Ağ Məlik Çeşmə qızına nikah edən, Sufi San-

dal Məlikə qan qusdıran... Alb Ərən”. “Ağ Məlik Çeşmə qızı” mo-

deli belə sadələşdirilib: “Ağ  Məliyin Çeşmə  qızı”; bu modeldəki 

“ağ” sözü böyük, qalxmaq, ucalmaq; “məlik” sözü başçı, padşah, 

hökmdar; “çeşmə” isə bulaq mənasındadır. Hər üç apelyativ türk 

mənşəli şəxs adlarının yaranma əsaslarına uyğundur. Ağ Məliyin 

qohumluq əlaqələri aşağıdakıları əhatə edir:  

qızı – Çeşmə 

kürəkəni – Alb Ərən 

qudası – İlək qoca 

kürəkəninin qardaşı – Dönəbilməz Dülək Uran 

                                                            

1

 A.Hacıyev.”Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.75-79. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə