Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə30/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   26   27   28   29   30   31   32   33   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

92

 

kürəkəninin qardaşı – Sarı Qalmaş 



Burada bir detala aydınlıq gətirmək lazım gəlir: “Kitab”ın 

1988-ci il Bakı  nəşrində Alp Ərənin bədii təyini belə göstərilib: 

“...Ağ  Məlik Çeşmə  qızına nikah edən Sufi Sandal Məlikə qan 

qusdıran...” (səh.50) – “Ağ  Məliyin Çeşmə  qızına evlənən Sufi 

Sandal Məlikə qan qusduran” (səh.148). Burada ”nikah edən”  və 

“evlənən” feli sifətlərindən sonra vergül (,) işarəsinin  qoyulma-

ması o deməkdir ki, “Kitab”ı transkripsiya edənlər, eləcə  də onu 

sadələşdirənlər (Zeynalov-Əlizadə) Çeşməyə nikah edənin (onunla 

evlənənin) Alp Ərən yox, Sufi Sandal Məlik olduğunu əsas götü-

rüblər. Fikrimizcə, belə  transkripsiya və sadələşdirmə mətnin nə-

inki poetik strukturuna, hətta semantikasına uyğun gəlmir. Belə ki, 

həmin bədii təyin daxilində ardıcıl işlənmiş feli birləşmələrin hər 

biri Alp Ərəni ayrılıqda, həm də müxtəlif bucaqlardan təyin edir. 

O.Ş.Gökyay və M.Erginin nəşrlərində “nikah edən” feli sifətindən 

sonra vergül (,) işarəsinin qoyulması da dediklərimizi arqument-

ləşdirir: O.Ş.Gökyayın nəşrində: “...Ağ Məlik-Çeşme kızına nikah 

eden, Sofu Sandal Melike kan kusduran...” (İstanbul, 2000, 

səh.28-29); M.Erginin nəşrində: “Ağ Melik Çeşme kızına nikah 

eden, Sofı Sandal Melike kan kusduran...” (Ankara, 1958, 

səh.113). 



Arşun: bu adın apelyativi: barədə geniş  şəkildə  bəhs etmiş 

və onun daha çox “güclü qurd” mənasına uyğun gəldiyini göstər-

mişik: ar = qəhrəman, döyüşçü, kişi; şun = qurd

1

;  Arşunun bədii 



təyini belədir: “Ol kafəriŋ altmış arşun qaməti vardı. Altmış bat-

man gürz salardı. Qatı möhkəm yay çəkərdi” (D-203); Arşun adı 

yalnız “Arşun oğlı Dirək təkur” antroponimik modelində müşahi-

də olunur. Bu mənada onun qohumluq əlaqələri ilə bağlı cəmi bir 

detalı qeyd etmək mümkündür: oğlu – Dirək təkur. 

 Buğacıq Məlik: II və IV boylarda rast gəlinir; apel-yativlə-

rinin semantikası belədir: buğa zooleksemi + əzizləmə, kiçiltmə 

bildirən -cıq  şəkilçisi = igidlik simvollu türk mənşəli kişi adı; 

                                                            

1

 Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un söz dünyası. Bakı, 2007, səh.50-53. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

93

 

“məlik” isə tituldur, padşah, başçı və s. kimi mənalarda işlənmiş-



dir; onun qohumluq əlaqələri barədə heç bir fikir söyləmək 

mümkün deyil. 



Çeşmə: apelyativi fars mənşəli bulaq, yerdən qaynayıb çıxan 

axar su, duruluq mənasındadır ki, bu da türk qadın adlarının 

yaranma  əsasları ilə birbaşa bağlanır; “Çeşmə” apelyativli qadın 

adları müasir Azərbaycan antroponimikasında intensivliyi ilə 

fərqlənir: Çeşmə, Çeşməgül, Çerşmənaz, Çeşmənur, Çeşməzar, 

Çeşməzər...; “Çeşmə” adı cəmi bir dəfə – “Ağ Məlik Çeşmə qızı” 

antroponimik modelində  işlənmişdir. Yuxarıda Ağ  Məliyin qo-

humluq münasibətlərindən bəhs edərkən bu modelin semantika-

sına Alb Ərənin bədii təyini kontekstində aydınlıq gətirdik. Bu 

mənada “Çeşmə”nin qohumluq əlaqələrini aşağıdakı kimi sistem-

ləşdirmək olar: 

atası – Ağ Məlik 

əri – Ab Ərən 

qayınatası – İlək qoca 

qaynı – Sarı Qalmaş 

Dirək təkur: apelyativləri belə  səciyyələndirilir: dirək – 

dayaq; elinə, yurduna arxa olan; təkur – “allah-taala”, “baş allah”; 

tacidar; “Arşun oğlı Dirək təkur” antroponimik modelində atasının 

adı konkret olaraq ifadə olunub: atası – Arşun; digər qohumluq 

əlaqələri ifadə olunmayıb. 

Qara Arslan Məlik: III boyda işlənmişdir;  antroponimik 

modeldəki apelyativlərin məna yükü belədir: qara (böyük, güclü, 

qüvvətli), arslan (şir, igid, qoçaq, qəhrəman), məlik (başçı, padşah, 

hökmdar); onun qohumluq əlaqələri müşahidə olunmur.  



Qara Tükən Məlik: II və IV boylarda təsadüf olunur

apelyativlərinin məna yükü barədə kifayət qədər bəhs olunub, 

konkret desək, belə verilib: qara (böyük, güclü, qüvvətli), tükən 

(sonsuz, bitməz...), məlik (başçı, padşah, hökmdar); qohumluq 

əlaqələri ifadə olunmayıb. 

Qıpçaq Məlik: II və IV boylarda işlənib; bu antroponimik 

modeldəki “qıpçaq” sözü etnonimdir (ağac qabığı; bəxti gətirmə-




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

94

 

yən, xoşbəxt olmayan və s. kimi mənalarda izah olunur), “məlik” 



isə tituldur. Deməli, “Qıpçaq Məlik” etnonim və titul əsasında 

yaranan adlar sırasına daxildir. O.Ş.Gökyay “Qıpçaq” adının şəxs 

adı kimi yox, toponim kimi işləndiyini göstərir: “...Kıpçaq” bir ad  

olmayıp onun bağlı olduğu ili yani Kıpçakları gösterir”

1

. Bu fikirlə 



razılaşmaq olmaz: birincisi, ona görə ki, ümumtürk antroponimi-

kasında istər etnonim, istərsə də toponim əsasında yaranmış adlar 

üstün mövqedədir; ikincisi, “Kitab”da Qıpçaq Məlik konkret bir 

obraz kimi çıxış edir. Qıpçaq Məliklə bağlı qohumluq əlaqələrinin 

ifadə olunmasına rast gəlinmir. 

Sufi Sandal Məlik: II boyda, həm də yalnız Alp Ərənin bə-

dii təyinində işlənmişdir: “Sufi Sandal Məlikə qan qusdıran... Alb 

Ərən” (D-62); apelyativlərini belə səciyyələndirmək olar: sufi (su-

fi təriqətinə mənsub olan adam; zahid); sandal (san+ad+al=sandal; 

şərəfli ol, igid ol, ad-san al mənasına uyğun gəlir, yaxud ərəb 

mənşəli, stul, kürsü; gözəl iyli və çox bərk ağac anlamlı “səndəl” 

sözünün fonetik deformasiyaya uğramış variantı kimi götürülə 

bilər); məlik (başçı, padşah, hökmdar). Sufi Sandal Məlikin 

qohumluq əlaqələri ilə bağlı heç bir fikir yürütmək mümkün deyil. 

Şökli Məlik: II, III, IV və IX boylarda müşahidə olunur

onun qohumluq əlaqələri ilə bağlı heç bir sözə və ya ifadəyə rast 

gəlinmir; antroponimik modeldəki apelyativlərin mənası isə belə 

göstərilir:  Şöklü – sak//şak etnonimi əsasında yaranıb; “məlik” 

başçı, hökmdar, padşah anlamlı tituldur. 

Yayxan keşiş oğlu: II boyda işlənib; “yayxan” apelyativin-

dəki “yay” silah, “xan” titul kimi götürülür, “keşiş” isə “xristian-

larda yepiskop ilə dyakon arasında ruhani rütbəsi və bu rütbəni 

daşıyan ruhani” mənasındadır; onun qohumluq əlaqələri müşahidə 

olunmur. 

Yuxarıdakı qeydlər də “Kitab”da “kafirlər” dedikdə, həm də 

qıpçaq və karluq türkləri nəzərdə tutulur” qənaətini qüvvətləndirir 

(sonrakı səhifələrə bax). 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh. CLXXXI. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə