Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə31/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   27   28   29   30   31   32   33   34   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

95

 

 



c) Oğuz xanımlarının qohumluğu 

 

“Kitab”da Oğuz xanımlarının adları çox az verilib. Digər tə-



rəfdən, bir sıra qadın adlarının transkripsiyası ilə bağlı  fikir müx-

təlifliyi var. Məsələn, O.Ş.Gökyayın fikrincə, “Kitab”ın müqəddi-

məsində Can Kız, Can Paşa kimi qadın adları işlənib. Yaxud mü-

əllifin nəşr etdirdiyi “Dedem Korkudun kitabı”nda (İstanbul, 

2000) “Yetər” qadın adının transkripsiyasına rast gəlinmir. Bu cür 

mübahisəli məqamlara aydınlıq gətirən S.Əlizadə yazır: “Yetər. 

H.Araslı  və M.Ergində “qız”... Qız-can. H.Araslı  və M.Ergində 

“can” sözü gah “qız” sözünün əvvəlində (“can qız”), gah da “Pa-

şa” adının əvvəlində (“can Paşa”) verilib; bizim mətndə “qız-can” 

özündən əvvəlki ifadənin əlavəsidir”

1

. “Kitab”ın poetik-sintaksisi-



nə dərindən bələd olan, eyni zamanda onu linqvopoetik baxımdan 

tam mənimsəyərək fikir yürütmüş S.Əlizadə haqlıdır. Bu mənada 

O.Ş.Gökyayın transkripsiyasındakı “Can Kız”ı qadın adı kimi 

qəbul etmirik. “Can Paşa”nı eynilə deyil, “Paşa” formasında düz-

gün hesab edirik. “Yetər”in isə Oğuz xanımlarından birinin adı ki-

mi götürülməsini məqbul hesab edirik. 

“Kitab”ın poetik strukturunda cəmi on üç qadın adı  işlən-

mişdir (poetik adları bu sistemə daxil etmirik, çünki həmin adlar 

Oğuz xanımlarının adları deyil, obrazlılığı qüvvətləndirən vasitə-

lərdir); bunlardan biri haqqında “Kafirlərin qohumluğu” bölməsin-

də  bəhs etmişik (bax: Çeşmə); yeddisi “müqəddimə”də (Ayna 

Mələk, Qutlu Mələk, Paşa, Ürüydə, Zəlixa, Zübeydə, Yetər), beşi 

isə (Burla xatun, Banıçiçək, Boğazca Fatma, Qısırca yengə, Sel-

can xatun) boylarda işlənib. 

“Müqəddimə”də təsvir edilmiş qadınların, eləcə də III boyda 

işlənmiş Boğazca Fatma və Qısırca yengənin qohumluq əlaqələri 

ilə bağlı heç bir detala rast gəlinmir. Deməli, “Kitab”da cəmi üç 

Oğuz xanımının, daha dəqiqi, Burla xatun, Banıçiçək və Selcan 

                                                            

1

 S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.228. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

96

 

xatunun qohumluq əlaqələrindən bəhs etməliyik. Amma bu da var 



ki, “Kitab”da bir sıra Oğuz qadınlarının adları çəkilməsə də, onlar 

tam real obrazlar kimi çıxış edir. Daha doğrusu, bu tip qadınlar 

ana, halal, övrət kimi qohumluq terminləri, ya da ki yoldaşı, xan 

qızı kimi evfemistik ifadələr kontekstində canlandırılıb: Dirsə xa-

nın xatunı, xatunı (Bəkilin xatunı), yoldaşı (Dəli Domrul... yolda-

şıyla yaş yaşadı), xan qızı (Dirsə xan arvadına həm də bu cür mü-

raciət edib), anası – Qazanın qarıcıq anası ... Bu cür faktlar həm də 

onu təsdiq edir ki, “Kitab” evfemistik ifadələrlə zəngindir, obrazlı 

desək, evfemistik ifadələr qalereyasını xatırladır. Burada belə bir 

sual yaranır: Nə üçün “Kitab”da Oğuz xanımlarından üçünün – 

Burla xatun, Banıçiçək və Selcan xatunun adı xüsusi olaraq qabar-

dılıb? Bu sualı belə cavablandırmaq olar: bu daha çox mövzunun 

əhatə dairəsi, yaxud da sintaktik mühitlə bağlıdır;  bu xanımlar 

daha yüksək təbəqənin nümayəndələri olduğu üçün “Kitab”da öz 

adları ilə canlandırılıb; konkret desək, Burla xatun – Oğuz elinin 

birinci şəxsi xanlar xanı Bayındırın qızı, bəylər bəyi Qazan xanın 

arvadıdır; Banıçiçək – Baybican kimi bəyin qızı, Beyrək kimi 

igidin arvadıdır; Selcan xatun – Trabzon təkürünün qızı, Qantura-

lının arvadı, Qanlı qocanın gəlinidir. 

“Kitab”dakı kişi və qadın adlarının nisbəti, üç qadın adının 

eposun poetik strukturundakı mövqeyi kimi məsələləri geniş şəkil-

də  şərh edən K.Əliyevin fikirləri də yuxarıda dediklərimizi qüv-

vətləndirir: “Dədə Qorqud” eposunda qəhrəman Oğuz igidləri ilə 

yanaşı, daha qabarıq formada görünən və  bəzi mətləblərin ideya 

daşıyıcısı olan qadın obrazları da vardır. Onlardan üçünün adı 

açıqca bəllidir: Burla xatun, Banıçiçək, Selcan xatun. Bir neçəsi-

nin isə adı deyilməsə belə həmin qadınların da eposun strukturun-

dakı yeri və mövqeyi aydınca sezilir. Bu sıraya Dirsə xanın, Dəli 

Domrulun və Səyrəyin xanımları daxildir...”

1

. Ən maraqlısı isə bu 



odur ki, K.Əliyev Burla xatun, Banıçiçək, Selcan xatun kimi xa-

                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakıl, 2011, səh.71. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

97

 

nımlarla bağlı  işlədilmiş  təşbehlərin,  əsasən, eyni formalı, eyni  



semantikalı olduğunu müəyyənləşdirir: 

“Güz almasına bənzər al yanaqlım!” – bu, Dirsə xanın xanı-

mına aiddir; 

“Güz alması kibi al yanağın tutdı, yırtdı” – bu, Burla xatuna 

aiddir; 

“Güz alması kibi al yanağın yırtdınmı, qız?!” – bu, Banıçiçə-

yə aiddir; 

“Qar üzərinə qan tammış kibi qızıl yanaqlım!” – bu, Selcan 

xatuna aiddir”

1



Bu təşbehləri və müəllifin  şərhlərini belə  səciyyələndirmək 

olar: Burla xatun, Banıçiçək kimi xanımlar türk qadınlarının ümu-

miləşdirilmiş obrazları kimi çıxış edir; poetik siqlətli bu təşbehlər 

Oğuz xanımlarının təkcə gözəlliyini yox, həm də Oğuz cəmiyyə-

tində yüksək nüfuz sahibi olduqlarını, hörmət və məhəbbətlə qar-

şılandıqlarını göstərir; müəllif “Kitab”ın poetik semantikasına 

nəinki dərindən bələddir, hətta onun vurğunudur; bu cəhət müəl-

lifin Dədə Qorqudsayağı üslubunda da özünü göstərir: “Kitab”ın 

poetik strukturunda eyni semantikalı, eyni formalı  təşbehlərin 

təkrarlanmasını müşahidə edən müəllif onları ardıcıl olaraq sırala-

yır, həm də onlardan sonra belə bir cümlə verir: “bu, Dirsə xanın 

xatunına aiddir”. Bu cümlə modeli çox cüzi fərqlərlə, daha doğru-

su, vasitəli tamamlıqlar  daxilindəki sözləri dəyişdirməklə təkrar-

lanır ki, bu da birbaşa epifora kimi çıxış edir.  Eyni zamanda təş-

behlərdən sonra verilmiş bu cümlələr assosiativ olaraq Dədə Qor-

qudun dilində  işlənmiş cümlələri yada salır. Müqayisə et: Dədə 

Qorqudun dilində – “Bu Oğuznamə Beyrəgin olsun!”;  K.Əliyevin 

dilində – “bu, Banıçiçəyə aiddir”. Bu isə o deməkdir ki, uyğun 

sintaktik mühit, uyğun forma ilə reallaşdırılıb. 

Bütün bunlar onu göstərir ki, Oğuz xanımlarının qohumlu-

ğunu iki istiqamətdə araşdırmaq lazımdır:  kimliyi qohumluq ter-

minləri və evfemistik ifadələr kontekstində bəlli olan Oğuz xanım-

                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakıl, 2011,  səh.75. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə