Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə35/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   31   32   33   34   35   36   37   38   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

108

 

Burla xatun: II, III və IV boylarda müşahidə olunur; bütöv 

antroponimik modeli belədir: “Boyı uzun Burla xatun”. Bu model-

dəki “boyı uzun” ləqəbi gözəllik simvolludur, “burla” apelyativi 

“ətir saça”, “gözəl gözünə” mənalarına uyğun gəlir, “xatun” isə 

“qadın”, “xanım” mənasındadır; qohumluq əlaqələri aşağıdakıları 

əhatə edir:  

babası – Qam Ğan 

nənəsi – haqqında heç bir məlumat yoxdur 

atası – Bayındır xan 

anası – mətn kontekstində bərpa oluna bilər 

əri – Qazan 

oğlu – Uruz 

qızı – Qarabudağın arvadı, mətn kontekstində müəyyən 

olunur 

qayınatası – Ulaş 



qayınanası – Qazanın qarıcıq anası 

qaynı və qudası – Qaragünə 

qaynı oğlu və kürəkəni – Qarabudaq 

gəlini – Uruzun arvadı (bax: Qazanın qohumluğu) 

ərinin dayısı – Aruz 

ərinin dayısı oğlu – Basat 

ərinin dayısı oğlu – Qıyan Səlcik 

ərinin dayısı nəvəsi – Dondar (Qıyan Səlcikin oğlu) 

ərinin dayısı gəlini – Qıyan Səlcikin arvadı 

ərinin dayısının  əmizadələri – Baybican, Dəli Qarçar

Banıçiçək... 

Qısırca yengə: yalnız III boyda işlənmişdir; antroponimik 

modeldəki “qısırca” doğmayan, “yengə” isə  gəlin köçürülən za-

man onun yanınca gedən və ona rəhbərlik edən qadın mənasında-

dır; qorqudşünaslıqda bəzən ləqəb kimi verilir, əslində, ayamadan 

başqa bir şey deyil; qohumluq əlaqələri barədə heç bir fikir söy-

ləmək olmur. 



Qutlu Mələk: “müqəddimə”də  işlənən qadın adlarındandır; 

“qutlu” apelyativi xeyirli, mübarək, uğurlu mənasındadır,  ərəb 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

109

 

mənşəli “mələk” apelyativi isə “fövqəltəbii bir məxluq”, “gözəl”, 



“həlim” anlamlıdır; onun qohumluq əlaqələri bəlli deyil. 

Paşa: “müqəddimə”də bir dəfə işlənmiş bu adın mənası belə 

izah olunur: farsların “padşah” sözü əsasında yaranıb; “baş  ağa” 

modelinin transformasiyasından başqa bir şey deyil; ağa, cənab 

mənasındadır; “Kitab”da qadın adı kimi işlənsə də, müasir Azər-

baycan antroponimikasında kişi adı kimi səciyyəvidir; Paşanın 

qohumluq əlaqələrinin ifadə olunmasına rast gəlinmir. 



Selcan xatun: IV boyun əsas qəhrəmanlarından biridir; həm 

də gözəllik simvollu “Sarı tonlu” ləqəbi ilə tanınır; “gözəllik 

sərvəri”, “incə tonlu” kimi epitetlər birbaşa onun gözəlliyini ifadə 

edir; antroponimik modeldəki “xatun” sözü qadın, xanım məna-

sındadır; “Selcan” adı isə bir neçə müstəvidə izah olunur: can 

dincliyi, qəlb sakitliyi mənasında; işıqlı sima, parlaq vücud mə-

nasında...; qohumluq əlaqələri aşağıdakı kimidir: 

atası – Təkür 

əri – Qanturalı 

qayınatası - Qanlı qoca 

qayınanası – mətndə ona birbaşa işarə olunur 

Ürüydə: “müqəddimə”də  işlənib; “yüksəkdə olan” məna-

sında izah olunur; qohumluq əlaqələri müşahidə olunmur.  



Zəlixa: “müqəddimə”də işlənən qadın adlarındandır; mənşə-

yi və  mənası ilə bağlı müxtəlif fikirlər var: yəhudi mənşəli olub, 

sürüşkən, sürüşən mənasındadır;  ərəb mənşəli olub, su pəriciyi, 

çox gözəl, məsum, lətafətli mənasındadır; onun qohumluq əla-

qələri bəlli deyil. 

Zübeydə: “müqəddimə”də işlənib; qədim yəhudilərdəki “ba-

ğışlanmış” anlamlı “Zebida” və “allahın töhfəsi” anlamlı “Zabdi-

yel” adları ilə bağlı olduğu göstərilir; müasir Azərbaycan antrto-

ponimikasında “Zibeydə”  şəklindədir; “Kitab”da onun qohumluq 

əlaqələri ilə bağlı heç bir informasiya yoxdur.  

Yetər: yalnız “müqəddimə”də müşahidə olunur; “Qız yetər” 

cümləsinin struktur-semantik yükünü daşlaşmış  şəkildə yaşadan 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

110

 

qadın adlarındandır; onun qohumluq əlaqələrinin ifadə olunmasına 



rast gəlinmir.  

Oğuz kişilərinin qohumluğu, kafirlərin qohumluğu, Oğuz 

xanımlarının qohumluğu kimi məsələləri araşdırarkən qeyri-real 

və ya poetik antroponimlərə münasibət bildirmədik. Prinsipcə 

buna ehtiyac da yoxdur. Amma “Kitab”dakı antroponimlərin ümu-

mi mənzərəsi daha aydın görünsün, – deyə poetik antroponimlər-

dən də bəhs etməyi məqsədəuyğun hesab edirik:  

Ayişə: “müqəddimə”də (ol Ayişə, Fatimə soyıdır...) və II 

boyda müşahidə olunur (Ayişə ilə Fatimənin nigahı su!); apel-

yativi ərəb mənşəli olub, diri, canlı, ölməz mənasındadır. “Ayişə” 

“Kitab”da poetik mənanı qüvvətləndirən bir ad kimi iki dəfə  iş-

lənmişdir: “müqəddimə” də evin dayağı olan qadın məhz Ayişəyə 

bənzədilir; II boyda isə su kultunu reallaşdıran, daha doğrusu, 

onun böyüklüyünü ifadə edən vasitələrdən biri kimi çıxış edir. 

Müasir antroponimikamızda az təsadüf olunan qadın adların-

dandır. 

Boz atlu Xızır: yalnız I boyda işlənib; mifik, qeyri-real 

antroponimdir; antroponimik modeldəki “boz atlu” vahidi at kultu 

ilə bağlıdır; “Xızır” isə daha çox “xeyirxah” mənasında izah olu-

nur. Müasir etnoqrafiyamızda “xızır günü”, toponimikamızda isə 

Xızır//Xıdır şəklində mühafizə olunur.  

Dəpəgöz: yalnız VIII boyda işlənib, mifik, qeyri-real antro-

ponimlərdən biridir; “dəpəsində bir gözi” birləşməsinin inkişafı 

əsasında yarandığı göstərilir. 

Əbubəkr: “müqdəddimə”də cəmi bir dəfə işlənib: “Məhəm-

mədiŋ sağ yanında namaz qılan  Əbubəkr siddiq görkli!”; ərəb 

mənşəli “Əbubəkr” adı “Bəkirin atası” modelinə uyğun gəlir; bəkr 

(bakir) apelyativi saf, təmiz, ləkəsiz mənasındadır.  



Əli: “müqəddimə”də  işlənib (Qılıc çaldı, din açdı  şahi-

mərdan  Əli görkli); “şahi-mərdan” imam Əlinin epitetlərindən 

biridir; Müasir antroponimikamız baxımından da səciyyəvi olan 

“Əli” adı ali, ulu, yüksək və nəcib kimi mənaları ifadə edir. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə