Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə37/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   33   34   35   36   37   38   39   40   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

114

 

– “Kitab”da Oğuz cəmiyyətinin idarəçilik sistemi obrazlı şə-



kildə canlandırılıb. Qazanın dilindən verilmiş sintaktik bütövdəki 

bəzi misralara nəzər salaq: 

 

           “Bəri gəlgil, qulunum oğul! 



           Sağım ələ baqduğımda 

           Qartaşım Qaragünəyi gördim, - 

           Baş kəsübdir, qan dökipdir, 

           Çöndi alubdır, ad qazanubdır. 

           Solım ələ baqduğımda 

           Tayım Uruzu gördim, - 

           Baş kəsübdir, qan dökipdir...” (D-124, 125) 

Bu misraların qarşılaşdırılması onu göstərir ki, sağ  tərəfdə 

oturanlar qan qohumları (ata xətti ilə qohumluq), sol tərəfdə  otu-

ranlar isə süd qohumlarıdır (ana xətti ilə qohumluq).  

Deməli, Qazan xanın Qaragünə, Qarabudaq kimi ata qohum-

ları onun sağ  tərədində, Aruz, Qıyan Səlcik kimi ana qohumları 

isə sol tərəfində əyləşiblər. Burada “Kitab”ın poetik strukturunda-

kı sağ və sol məsələsini sistemli şəkildə, həm də tarixi-linqvistik 

müstəvidə araşdırmış A.Hacıyevin fikirlərini təqdim etməklə kifa-

yətlənirik: “...sağ  bəglər birləşməsində “ağıllı, düşüncəli bəylər” 

anlamının ifadə olunduğunu söyləmək daha məntiqi səslənir... 

“sol” arxaizmi türk dilinin erkən formalaşma dövründə geniş əks 

olunmuş y  - s əvəzlənməsi yolu ilə məhz həmin “yol” arxaizmin-

dən törəmiş  və eynilə  “əmrə müntəzir, hazır,  əməl edən,, yerinə 

yetirən” anlamlarını bildirmişdir... “Dədə Qorqud kitabı”nda ... 

sağda oturanlar öz ağlı, düşüncəsi ilə xaqana məsləhət verən, solda 

oturanlar isə onun əmrini yerinə yetirənlər, yəni “buyruq bəyləri”  

kimi səciyyələndirilmişdir”

1

. Bu izahlar Bayındır xanın nəvəsi 



Uruza, eyni zamanda vəziri Qazlıq qocanın oğlu Yegnəyə olan 

münasibətlərini müəyyənləşdirməyə imkan verir: “... Bayındır 

xanıŋ ... sağ yanında Qazan oğlı Uruz oturmış idi. Sol yanında 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.144-145. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

115

 

Qazlıq qoca oğlı Yeynək turmışdı” (D-67). Bu parçanın semantik 



yükü Uruzu ağıllı  və düşüncəli, Yeynəyi isə  əmri yerinə yetirən, 

əmrə hazır olan bir  obraz kimi səciyyələndirməyə imkan verir. 

Burada onu da qeyd edək ki, III boyun əvvəlində  təhkiyəçinin 

dilindən verilmiş yuxarıdakı parça”Kitab”ın sonrakı boylarında 

inkişaf etdirilib, hətta bu, bütöv bir boyun ümumi semantik yükü 

ilə üzvi şəkildə bağlanır. Konkret desək, Yeynəyin III boydakı 

statusu VII boyda (“Qazlıq qoca oğlu Yeynək boyu”nda), yaxud 

Uruzun  III boydakı statusu XI boyda (“Salur Qazanın dustaq 

olduğu və  oğlu Uruzun onu xilas etdiyi boy”da) tam  şəkildə 

reallaşır. Yeri gəlmişkən, bu cür detallar “Kitab”dakı boylararası 

əlaqə baxımından da əhəmiyyətlidir;  

– sağ və sol tərəf məsələsi Oğuzların döyüş səhnələrinin təs-

virində də özünü göstərir. Amma burada sağ cinahda süd qohum-

ları (ana xətti ilə qohumlar), sol cinahda isə qan qohumlarının (ata 

xətti ilə qohumluq) vuruşması təsvir olunur: “Taş Oğuz  bəglərilə 

Dəli Tondaz sağdan dəpdi. Cılasun yigitlərlə Qaragünə oğlı Budaq 

soldan dəpdi.  İç Oğuz bəglərilə Qazan dopa dəpdi...” (D-64).  

Qeyd etdiyimiz kimi, Daş Oğuz bəyləri Qazanın dayısı tərəf-

dir, Dəli Dondaz da dayısı nəvəsidir. Dəli Budaq (Qarabudaq) isə 

qardaşı oğlu və kürəkənidir. “Kitab”dakı bu cür hadisələrə qədim 

türk mənbələri kontekstində münasibət bildirən Anar yazır: “...bu 

iki qismlə bərabər sağ və sol bəyləri bölünmək  sistemi də vardır. 

Kökləri hələ Atillaya gedib çıxan bu sağ-sol məsələlərinin Oğuz 

təfəkküründə böyük əhəmiyyəti olub... “Kitabi-Dədə Qorqud”da 

da bu sağ  və sol məsələsinə riayət olunur. Döyüşdə hansı igidin 

sağdan, hansının soldan təpdiyi göstərilir...”

1

. Bu qeydlərə  təkcə  



onu  əlavə edirik ki, istənilən döyüşdə sağ  və sol tərəfdən hücum 

etmə şərtidir və bu nisbət situasiyadan asılı olaraq  tez-tez dəyişə 

bilər; 

– qohumların birlikdə yürüşü diqqətçəkən detallardan biri 



kimi görünür: “Beyrək, Yegnək, Qazan bəg, Qarabudaq, Dəli 

                                                            

1

 Anar. Dədə Qorqud dünyası. Sizsis. Bakı, 1992, səh.45. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

116

 

Tondaz, Qazan oğlu Uruz bəg – bunlar hasara yüriş etdilər” (D-



120). Burada adları  çəkilən qəhrəmanların  əksəriyyəti Qazanın 

qohumlarıdır.  

Dəqiq desək, Uruz – oğludur, Qarabudaq – qardaşı  oğlu və 

kürəkənidir, Dəli Ton-daz – dayısı nəvəsidir, Beyrək – şərti olaraq 

dayısı kimi götürdüyümüz Baybican məlikin kürəkənidir. Bu 

sistemdən yalnız “Yegnək” kənarda qalır ki, o da Qazanın qayına-

tası Bayındır xanın vəziri Qazlıq qocanın oğludur; 

– yaxın qohumların münasibətlərində etik qaydaları gözləmə, 

həm də bir-birlərinə dərin hörmət və məhəbbət bəsləmə müşahidə 

olunur (bu sistemdə Qazanla Aruzun, Beyrəklə Aruzun ... mü-

nasibətləri istisnadır). Bu aşağıdakı detallarda daha aydın görünür:  

– baba (Bayındır) nəvəsini sağ yanında - ən hörmətli,  ən 

mötəbər yerdə oturdur: “Bayındır xanıŋ ... sağ yanında Qazan oğlı 

Uruz oturmuş idi” (D-67); 

– nəvə (Uruz) babanın (Bayındırın) yanında böyüdüyü üçün 

atasını tanımır, daha doğrusu, babasını atası hesab edir: “Uruz 

qaqdı, aydır: “Mərə qavat, mənim babam Bayındır xan degilmi-

dir?” Ayıtdı: “Yox, ol, ananıŋ babasıdır, səniŋ dədəŋdir” (D-282); 

– ata oğluna “evimin dayağı”, gözümün işığı” kimi sözlər 

deyərək oxşayır, onu bütün Oğuz elinin sevimlisi kimi dəyərlən-

dirir:  

 

      “Oğul! Dünlügü altun ban evimiŋ qəbzəsi oğul!... 



      Görər gözüm aydını oğul! 

      Tutar belüm qüvvəti oğul! 

      Qalın Oğuz imrəncisi, canım oğul!” (D-119); 

– oğul atasının namusu , qeyrəti üçün başını qurban verməyə 

hazırdır: “Oğul da qılıc quşanur baba ğeyrətiçün, Mənim də başım  

qurban olsun sənüŋçüŋ – dedi” (D-131); 

– ana yaralı oğlunu sağaltmaq üçün döşündən (əmcəyindən) 

südlə qanı qarışıq çıxarır: “...Sıqdı südlə qan qarışıq gəldi” (D-29);  

Oğlunun darda olduğunu düşünən ananın qurumuş sinəsində südü 

oynayır: “Qurumışca köksimdə südim oynar” (D-137); 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə