Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə39/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   35   36   37   38   39   40   41   42   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

120

 

babalar – Qam Ğan (Burla xatunun babası), Ulaş (Uruzun və 



Qarabudağın ata babası), Bayındır (Uruzun ana babası), Aruz 

(Dəli Dondarın ata babası)... 

nənələr – Qazanın qarıcıq anası (Uruzun, Qarabudağın...ata 

nənəsi), Aruzun xatunu (Dəli Dondarın ata nənəsi)... 

atalar – Qam Ğan (Bayındırın atası), Bayındır (Burla xatu-

nun atası), Ulaş (Qazanın atası), Qazan (Uruzun...atası). Dirsə xan 

(Buğacın atası), Qanlı qoca (Qanturalının atası), Baybörə (Beyrə-

yin atası), Baybican (Dəli Qarçarın və Banıçiçəyin atası), Duxa 

qoca (Dəli Domrulun atası), Qaragünə (Qarabudağın atası), Qazı-

lıq qoca (Yeynəyin atası), Aruz (Basatın və Qıyan Səlcikin atası), 

İlək qoca (Dülək Uran, Alp Ərən və Sarı Qalmaşın atası), Toğsun 

(Alp Rüstəmin atası), Uşun qoca  (Əyrəklə Səyrəyin atası), Əŋsə 

qoca (Oqçıının atası),  Qırqqınuq (Qaraçəkürün atası)... 

analar – Burla xatun (Uruzun anası), Ulaşın xatunu (Qazanın 

və Qaragünənin anası), Dirsə xanın xatunu (Buğacın anası), Bə-

kilin xatunu (Əmranın anası), Aruzun xatunu (Basatın və  Qıyan 

Səlcikin anası), Qıyan Səlcikin xatunu (Dəli Dondarın anası), Du-

xa qocanın xatunu (Dəli Domrulun anası), Qanlı qocanın xatunu 

(Qanturalının anası), Uşun qocanın xatunu (Əyrəklə  Səyrəyin 

anası)... 

ərlər, kişilər – Qazan (Burla xatunun əri), Beyrək (Baniçi-

çəyin əri), Qanturalı (Selcan xatunun əri) ... 

xanımlar, arvadlar – Burla xatun (Qazanın arvadı), Banıçiçək 

(Beyrəyin arvadı), Selcan xatun (Qanturalının arvadı)... 

oğullar – Bayındır (Qam Ğanın oğlu), Qazan (Ulaşın oğlu), 

Uruz (Qazanın oğlu), Buğac (Dirsə xanın oğlu), Qanturalı (Qanlı 

qocanın oğlu), Beyrək (Baybörənin oğlu), Dəli Qarçar (Baybi-

canın oğlu), Dəli Domrul (Duxa qocanın oğlu), Qarabudaq 

(Qaragünənin oğlu), Yeynək (Qazlıq qocanın oğlu), Basat (Aru-

zun oğlu), Qıyan Səlcik (Aruzun oğlu), Dəli Dondar (Qıyan Səlci-

kin oğlu), Dülək Uran, Alp Ərən və Saru Qalmaş  (İlək qocanın 

oğulları), Alp Rüstəm (Toğsunun oğlu),  Əyrək və  Səyrək (Uşun 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

121

 

qocanın oğulları), Oqçı (Əŋsə qocanın oğlu), Qaraçəkur (Qırqqını-



ğun oğlu)...  

qızlar – Burla xatun (Bayındırın qızı), Banıçiçək (Baybicanın 

qızı), Selcan xatun (Təkürün qızı), Çeşmə (Ağ Məliyin qızı), Bay-

börənin yeddi qızı... 

qardaşlar – Qazan və Qaragünə, Basat və Qıyan Səlcik, Dü-

lək Uran, Alp Ərən və Sarı Qalmaş, Əyrək və Səyrək, Qaraca Ço-

ban, Qabangüci və  Dəmirgüci...  

bacılar – Banıçiçək (Dəli Qarçarın bacısı), Beyrəyin yeddi 

bacısı, Aruzun bacısı (Qazanın qarıcıq anası)...  

nəvələr – Burla xatun (Qam Ğanın nəvəsi),  Uruz (Ulaşın və 

Bayındırın nəvəsi), Qarabudaq (Ulaşın nəvəsi), Dəli Dondar (Alp 

Aruzun nəvəsi)... 

əmilər – Qazan (Qarabudağın  əmisi), Qaragünə (Uru-zun 

əmisi), Basat (Dəli Dondarın əmisi), Əyrəklə Səyrəyin əmisi... 

 dayılar – Alp Aruz (Qazanla Qaragünənin dayısı),  Əmən 

(Yeynəyin dayısı)... 

bibilər – Qazanın qarıcıq anası (Basatın və  Qıyan Səlcikin 

bibisi) 


qudalar – Bayındır – Ulaş; Baybörə - Baybican, Qazan – 

Qaragünə; Qanlı qoca – Təkur... 

qayınatalar – Bayındır (Qazanın qayınatası), Qazan (Qarabu-

dağın qayınatası), Qaragünə (Qazanın qızının qayınatası), Baybi-

can (Beyrəyin qayınatası),  Ulaş (Burla xatunun qayınatası), Qanlı 

qoca (Selcan xatunun qayınatası), Baybörə (Banıçiçəyin qayına-

tası), Təkür (Qanturalının  qayınatası)... 

qayınanalar – Burla xatun (Qarabudağın qayınanası), Qaza-

nın qarıcıq anası (Burla xatunun qayınanası), Beyrəyin anası 

(Banıçiçəyin qayınanası), Səyrəyin anası (Səyrəyin xatununun  

qayınanası)... 

gəlinlər – Burla xatun (Ulaşın  gəlini), Səyrəyin arvadı (Uşun 

qocanın gəlini), Qıyan Səlcikin xatunu (Alp Aruzun gəlini), Uru-

zun xatunu (Burla xatunun gəlini), Qazanın qızı (Qaragünənin 

gəlini)... 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

122

 

kürəkənlər – Qazan (Bayındırın kürəkəni), Beyrək (Baybica-



nın kürəkəni), Qarabudaq (Qazanın kürəkəni), Qanturalı (Təkürün 

kürəkəni)... 

qayınlar – Dəli Qarçar (Beyrəyin qaynı), Uruz (Qarabudağın 

qaynı), Qaragünə (Burla xatunun qaynı)... 

baldızlar – Beyrəyin yeddi bacısı (Banıçiçəyin baldızları)... 

yengələr (qardaş arvadı) – Qıyan Səlcikin xatunu (Basatın 

yengəsi), Burla xatun (Qaragünənin yengəsi)... 

əmizadələr – Alp Aruz, Basat və Qıyan Səlçik → Baybican, 

Dəli Qarçar və Banıçiçək... 

Yuxarıda təqdim etdiyimiz qohumluq terminlərindən bir ne-

çəsi “Kitab”ın dilində  işlənməmişdir. Məsələn, nənə, bacı, bibi, 

quda, kürəkən, baldız. Amma onu da qeyd etmək lazımdır ki, “Ki-

tab”ın dilində bacı əvəzinə, “qız qarındaş”, kürəkən əvəzinə “gü-

yəgü” sözü işlənib. Yaxud “Kitab”da “qayın” sözü müstəqil şəkil-

də  işlənməsə  də, “qayın ata”, “qayın ana” kimi birləşmələrdə bi-

rinci komponent kimi çıxış edir (sonrakı səhifələrə bax). 

“Kitab”dakı obrazların qohumluq əlaqələrinin ümumi mən-

zərəsini bütöv şəkildə əks etdirən yuxarıdakı faktlar bir daha təs-

diq edir ki, həmin sistemdə ən fəal, ən intensiv obraz məhz Qazan 

xandır, onun qohumluq əlaqələrinin  əhatə dairəsi daha genişdir. 

Hesablamalar göstərir ki, “Kitab”dakı  əsas obrazların  əksəriyyəti 

Qazan xanla bu və ya digər dərəcədə qohumluq münasibətlərin-

dədir (şübhəsiz ki, burada Qazan xanın səkkiz boyda iştirak etmə-

sinin də təsiri vardır). Konkret desək, Qazan, Ulaş və onun xatunu 

üçün oğuldur, Qaragünə üçün qardaş, həm də qudadır, Burla xatun 

üçün ərdir, Uruz üçün atadır, Qarabudaq üçün  əmi, həm də qayın-

atadır, Qam Ğan üçün  nəvəsinin əridir, Bayındır üçün kürəkəndir

Alp Aruz üçün bacıoğludur, Basat və Qıyan Səlcik üçün bibioğlu-

dur, Dəli Dondar üçün atasının bibisi oğludur, Beyrək üçün 

qayınatasının  əmizadəsinin bacısı  oğludur (bax: Baybican Alp 

Aruzun  əmizadəsidir), Banıçiçək üçün əmizadəsinin oğludur (bu, 

Baybicana və Dəli Qarcara da aiddir)... 

 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə