Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə4/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   2   3   4   5   6   7   8   9   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

12

 

qumentimiz M.Kaşğarinin “Divan”ındakı  şərhlərdir: “Komıdı:  ər 



əvindqə komıdı = adam öz evinə həsrət duydu. Bir adam hər hansı 

bir  şey üçün darıxsa, ona qarşı ürəyində  həsrət və  şövq duysa

yenə belə deyilir: komır – komımak)

1

. Türkologiyanın banisi 



M.Kaşğari sanki bu fikirləri uzun müddət mübahisə obyektinə 

çevrilmiş “Qom-qomla mənim qoma yurdum” misrasının seman-

tikası barədə söyləyib. Çünki “Kitab”dakı “qoma” ilə “Divan”-

dakı”komı” təkcə fonetik tərkibcə yox, həm də semantika baxı-

mından eyni xətdə birləşir.  

Burada onu da qeyd etmək lazım gəlir ki, “Qom-qomla mə-

nim qoma yurdum” misrasını P.Xəlilovun “Necə qəzəblənməyim, 

necə  həyəcanlanmayım, yurdum; necə  bərk həyəcanlanmayım, 

yurdum” şəklində yozması (əvvəlki səhifələrə bax: A.Hacıyev bu 

yozumu diqqəti çəkən, maraqlı mülahizələrdən hesab edir) həm 

Qazanın dilindən verilmiş parçanın semantik yükü, həm də 

M.Kaşğarinin fikirləri ilə səsləşir. ”Qom-qomla mənim qoma yur-

dum” misrasındakı mən və yurd sözləri müasir ədəbi dilimizdə ey-

nilə  işlənir. Digər sözləri isə belə  səciyyələndirmək olar: “qom 

qomla” darıxmaq, həsrət duymaq mənasındadır; həmin sözdəki -la 

morfemi isimdən feil düzəldən şəkilçi kimi çıxış edir (quş quşla-

maq, av avlamaq sözlərində olduğu kimi); “qoma” sözündəki -a 

isimdən feil düzəldən şəkilçi kimi düşünülə bilir: qoma – həsrətli 

olmaq, həsrətini duymaq. Bu da yuxarıda qeyd etdiyimiz kimi, 

“qom-qomla qoma” modelindəki kök morfemlərinin eyni seman-

tik yuvaya daxil olduğunu göstərir.  

Fikrimizcə, “Qom-qomla mənim qoma yurdum” misrası 

“Həddindən çox darıxdığım, həsrətini duyduğum, həsrətli yur-

dum!”  şəklində müasirləşdirilməlidir. Bu motiv “Koroğlu” epo-

sunda da üstün mövqedə görünür: 

 

Göynən gedən beş durnalar



Bizim ellər yerindəmi? 

                                                            

1

 M.Kaşğari. “Divanü lüğat-it-türk”. III cild, Bakı, 2006, s.250. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

13

 

Bir-birindən xoş durnalar,  



Bizim ellər yerindəmi? 

Burada Bəkir Çobanzadə    ilə bağlı bir detalı xatırlatmaq 

yerinə düşür: B.Çobanzadə F.Ağazadə ilə birgə yazdığı “Türk 

qrameri” (1930) kitabında -a



2

  şəkilçi morfeminin cümlə daxilin-

dəki vəzifəsindən bəhs edərkən maraqlı nümunələr verir: Heç 

olmazsa, yurduma dönsə idim də kohum-kardaşımı görə bilsə 

idim; Mən bu yerləri nə vakt görəcək olsam, keçmiş ömrüm ya-

dıma gəlir... Bu cümlələrin semantikası olduqca təsirlidir: yurda 

dönmək, qohum-qardaşla görüşə bilmək istəyi, keçmiş ömrü yada 

salmaq arzusu, qəlbinin dərinliklərində baş qaldıran “dəli” bir 

yurd, Vətən sevgisi... Bu cümlələr sanki doğma yurdun həsrətilə 

çırpınan bir ürəyin pıçıltısıdır, həzin, kövrək bir nəğmədir. Elə bil 

ki, B.Çobanzadə öz acı taleyini, kəşməkəşli günlərini qrammatika 

dərsliyinə hopdurduğu məhz bu tip cümlələrlə ifadə edərək təsəlli 

tapmağa çalışıb. Nə qədər qəribə görünsə də, semantikası birbaşa 

B.Çobanzadənin həyatını xatırladan cümlələrlə Qazan xanın 

dilindən verilmiş “Qom qomla mənim qoma yurdum” cümləsi 

eyni semantik şaxədə birləşir.  

“ اتا

م  “ (D-232). Bu yazılış şəkli ardıcıl verilmiş iki misranın 



əvvəlində eynilə təkrarlansa da, qorqudşünaslıqda müxtəlif mənalı 

sözlər kimi transkripsiya olunub. Basatın dilindən verilmiş həmin 

yazılış şəkillərinin transkripsiyasına mətn daxilində diqqət yetirək: 

O.Ş.Gökyayın nəşrində  “ اتا

م “ yazılış  şəkli birinci misrada 

“atam”, ikinci misrada isə “anam” şəklində transkripsiya olunub 

(İstanbul, 2000): 

 

Atam adıŋ sorar olsaŋ kaba ağac 



Anam adın sorar olsaŋ kağan aslan. 

M.Erginin nəşrində O.Ş.Gökyayın transkripsiyası eynilə 

saxlanılıb (Ankara, 1958): 

 

                    Atam adın sorar olsan kaba ağac 



                    Anam adın dirişəŋ kağan aslan. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

14

 

H.Araslı birinci misradakı yazılış  şəklini “anam”, ikinci 



misradakını isə “atam” şəklində oxuyub (Bakı, 1977): 

 

Anam adın sorar olsan – Qaba Ağac! 



Atam adın deirsəŋ - Qoğan Aslan! 

F.Zeynalov və S.Əlizadənin nəşrində H.Araslının 

transkripsiyası eynilə saxlanılıb (Bakı, 1988): 

 

Anam adın sorar olsaŋ - Qaba Ağac! 



Atam adın deirsəŋ - Qağan Aslan! 

V.V.Bartold birinci misradakı yazılış şəklini “anam” (Спро-

сищь имя моей матери – крепкое дерево), ikinci misradakını isə 

“atam” (Имя  моего  отца  –свирепый  лев)  kimi tərcümə edib 

(Книга Моего Деда Коркута. Мoсква-Ленинград, 1962);  

Qorqudşünaslıqda yuxarıdakı transkripsiyalara, eləcə  də 

V.V.Bartoldun tərcüməsinə müxtəlif bucaqlardan yanaşılmış, 

fərqli mülahizələr irəli sürülmüşdür. Amma, qorqudşünas A.Hacı-

yevin qeyd etdiyi kimi, “həmin misraların yozumu indiyə  qədər 

mübahisəli olaraq qalmaqdadır”. Bu mənada ilk olaraq həmin 

misraların yozumu ilə bağlı fikirləri nəzərdən keçirək: 

“Atam adın sorarsan kaba ağac, anam adın sorarsan kağan 

aslan”. O.Ş.Gökyayın fikrincə, bu, türklərin bir ağacdan törədik-

ləri haqqında olan inancın, totemizmin qalığıdır. Müəllif fikrini 

qüvvətləndirmək üçün müxtəlif arqumentlər gətirir. Burada “Atəş 

tanrıya duasında”n gətirdiyi bir nümunəni xatırlatmaq lazım gəlir: 

“Anam atəş! Senin baban sert çelik, anan kaymak taşı ve cedd-i 

áláların ak-kavak ağacıdır” (Dedem Korkudun kitabı.  İstanbul, 

2000, s.294). 

S.Əlizadə birinci misradakı yazılış şəklinin transkripsiyası ilə 

bağlı O.Ş.Gökyay və M.Erginin yox, H.Araslının mövqeyini 

müdafiə edir: “Oğuzların qədim inancına istinadən (bax: “Salur 

Qazanın evinin yağmalandığı boy”) ağaca ana deyilməsi daha 

inandırıcı sayılmalıdır (“Kitabi-Dədə Qorqud”. Bakı,1988, s.249). 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə