Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə40/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   36   37   38   39   40   41   42   43   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

123

 

 



“DƏDƏ QORQUD KİTABI”NDA 

QOHUMLUQ TERMİNLƏRİ 

Buraya qədərki bölmələrdə istər-istəməz “Kitab”dakı qo-

humluq terminlərindən də müəyyən qədər bəhs etdik. Amma “Ki-

tab”da qohumluq terminlərinin yeri, mənası, mənşəyi, intensivliyi, 

arxaikləşməsi, obrazlılıq yaratma imkanları  və s. kimi məsələlər 

problemin ayrılıqda, həm də diaxronik və sinxronik müstəvidə 

tədqiq olunmasını diktə edir. Bu mənada “Kitab”dakı qohumluq 

terminlərinin aşağıdakı istiqamətlər üzrə araşdırılmasını məqsədə-

uyğun hesab edirik:  

 

a)  qohumluq terminləri şumer dili və 



 qədim türk mənbələri müstəvisində 

 

“Kitab”da işlənmiş qohumluq  terminlərinin  şumer dili və 

qədim türk abidələrindəki uyğun dil vahidləri ilə müqayisəsi ma-

raqlı nəticələr söyləməyə imkan verir. Bəri başdan qeyd edək ki, 

bu nəticələrin hər biri təkcə  qədim türk dili yox, həm də  qədim 

türk tarixi və etnoqrafiyası baxımından əhəmiyyətlidir: 

Şumer dili üçün səciyyəvi olan ama, ada və er kimi qohum-

luq bildirən sözlər “Kitab”da cüzi fonetik dəyişmələrlə müşahidə 

olunur: ana, ata, ər. Burada “baba” sözünün şumer dili “Kitab” və 

müasir Azərbaycan dilində eyni fonetik tərkibdə olmasını xüsusilə 

qeyd etmək lazımdır.  

Bir sıra qohumluq terminləri “Kitab”da və Orxon-Yenisey 

abidələrində eyni fonetik tərkibdədir: ana, ata, oğul...  

Orxon-Yenisey abidələrindəki qohumluq terminlərinin bir 

qismi “Kitab”da fonetik dəyişikliyə uğramış şəkildədir, daha doğ-

rusu, nisbətən fərqli formadadır: Orxon-Yenisey abidələrində – 

gəliŋ, katun, kız kadaş, küdəgü...; “Kitab”da – gəlin, xatun, qız 

qarındaş, güyəgü... 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

124

 

Orxon-Yenisey abidələrindəki qız anlamlı “kız oğul” ifadəsi 



ilə “Kitab”dakı “qız kişi” (Ağız-dildən, qız kişi, xəbər, maŋa!) 

eyni semantik yuvaya daxil olur. Yaxud Orxon-Yenisey abidələ-

rindəki “kız oğul” modelinin semantik yükü “Kitab”dakı xatun, 

arvad anlamlı “xatun kişi” (Bəkil gördi xatun kişiniŋ əqli-kəlicəsi 

eyüdür) modelini yada salır. 

“Böyük bacı” və kiçik bacı” vahidləri “Kitab”da və Orxon-

Yenisey abidələrində müxtəlif sözlərlə ifadə olunub: “Kitab”da – 

ulu qız qarındaş (Ulu qız qarındaşları yanına gəldi), kiçi qız 

qarındaş (...kiçi qız qarındaşı binardan su almağa gəlür); Orxon-

Yenisey abidələrində – əkə (böyük bacı), əgəc (böyük bacı, xala), 

siŋil (kiçik bacı). 

“Kitab”da və M.Kaşğarinin “Divan”ındakı qohumluq ter-

minlərinin bir qismi eyni fonetik tərkibdədir (ata, ana, oğul...), bir 

qismi isə nisbətən fərqli formalardadır: “Kitab”da – ana, tayı, 

güyəgü, gəlin; “Divan”da – aba, tağay, küdhəgü, kəlin. Burada bir 

cəhəti də qeyd edək ki, “Kitab”dakı qarındaş//qartaş (qardaş) sözü 

ilə “Divan”dakı kanqdaş, kadaş (atabir qardaş) sözləri eyni 

semantik şaxədə birləşir.  

“Divan”ın dili üçün səciyyəvi olan “anabir qardaş” anlamlı 

“ikdiş” və “süd qardaşı” anlamlı “əmikdəş” sözləri barədə isə bun-

ları söyləmək olar: “Kitab”ın dilində “ikdiş” müşahidə olunmur, 

“əmikdış” isə, qeyd etdiyimiz kimi, “süd qardaşı” anlamlı “əmdi” 

sözü ilə səsləşir. Fikrimcə, kanqdaş (qandaş), ikdiş, əmikdəş kimi 

arxaizmlərin müasir ədəbi dilimizdə sabitləşməsini təmin etməyin 

vaxtı çatıb. Heç şübhəsiz ki, belə bir sabitləşmə ədəbi dilimizi da-

ha da zənginləşdirə bilər. Konkret desək, söz birləşməsi modelləri 

sözlə əvəzlənmiş olar: atabir qardaş=qandaş, anabir qardaş=ikdiş, 

süd qardaşı = əmikdəş//əmikdaş. 

“Kitab”da və Balasağunlu Yusif Hacibin “Qutadğu Bilig” 

(XI əsr) poemasında bir sıra qohumluq terminləri tam eyni fonetik 

tərkibdə müşahidə edilir:ata, ana, oğul...Fonetik tərkibcə fərqlənən 

qohumluq terminləri isə bunlardır: “Kitab”da – qayın (qayın ata və 

qayın ana birləşmələrində birinci tərəf kimi işlənib), qarındaş// 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

125

 

qartaş; “Qutadğu Bilig”də – kadın, kadaş. Bu tip sözlərlə bağlı 



maraqlı mülahizələr söylənilib. Burada Ramiz Əskərin bir fikrini 

təqdim etməklə kifayətlənmək olar: “Bakı  ləhcəsində  işlənən  qə-



deş  sözünün “Qutadğu Bilig”dəki  qadaş  sözü ilə eyni olduğuna 

heç bir şübhə yoxdur”

1

.  


“Kitab”dakı qadın cinsini ifadə edən, arvad anlamlı “dişi əh-

li” (Dirsə xan dişi əhliniŋ sözilə ulu toy elədi) birləşməsi ilə “Qu-

tadğu Bilig”dəki “tişi” (qadın, arvad) sözü eyni semantik yuvaya 

daxil olan vahidlər sırasındadır. 

“Kitab”, Orxon-Yenisey abidələri, M.Kaşğarinin “Divan”ı 

və Yusif  Xas Hacibin “Qutadğu Bilig” poeması ən sanballı, həm 

də ən mötəbər qədim türk mənbələridir. Bu mənbələrin hər biri qə-

dim türk tarixi və mədəniyyətinin bir parçasıdır. Bu mənada “Ki-

tab”dakı qohumluq terminlərinin həmin abidələrlə səsləşməsi, on-

larla zəncirvari bağlılığı heç də təsadüfi deyil. Yekun olaraq onu 

da qeyd edək ki, yuxarıda şərh etdiyimiz qohumluq terminlərinin 

əksəriyyəti müasir türk dilləri üçün  də səciyyəvidir. 



 

            b) qohumluq terminləri müasir Azərbaycan dili  

müstəvisində 

 

Qorqudşünaslıqda “Kitab”ın məhz Azərbaycan dilində yazıl-

ması ilə bağlı kifayət qədər tutarlı fikirlər var. Heç şübhəsiz ki, 

“Kitab”dakı qohumluq terminlərinin müasir Azərbaycan dili kon-

tekstində  tədqiqi həmin qənaətləri bir az da qüvvətləndirə bilər. 

Bu mənada aşağıdakı qarşılaşdırmalara diqqət yetirək: 

Müasir Azərbaycan ədəbi dilindəki qohumluq termin-lərinin 

bir qismi “Kitab”dakı forma və semantikaslına tam uyğundur: ata, 

oğul, qız, gəlin, yoldaş... 

“Kitab”dakı qohumluq terminlərinin bir qismi müasir Azər-

baycan ədəbi dilində müəyyən fonetik dəyişmələrlə sabitləşmişdir: 

“Kitab”da – qarındaş//qartaş//qardaş;  əmmi, tayı//dayı; müasir 

                                                            

1

 R.Əskər. Qutadğu Bilig. Bakı, 2003, səh.180. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə