Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə41/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   37   38   39   40   41   42   43   44   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

126

 

Azərbaycan ədəbi dilində - qardaş, əmi, dayı... Qeyd edək ki,  “Ki-



tab”da müvazi işlənmiş qarındaş//qartaş//qardaş”, “tayı//dayı” söz-

lərindən yalnız sonuncular (qardaş, dayı) müasir ədəbi dilimizdə 

sabitləşib. 

“Kitab”da daha çox söz birləşməsi formasında işlənən bəzi 

qohumluq terminləri müasir Azərbaycan  ədəbi dilində mürəkkəb 

söz formasındadır: “Kitab”da – qayın ata//qayınata, qayın ana//qa-

yınana; müasir Azərbaycan ədəbi dilində - qayınata, qayınana. 

“Kitab”da intensivliyi ilə  fərqlənən “baba” sözü müasir 

Azərbaycan  ədəbi dilində semantik dəyişmə ilə sabitləşmişdir: 

“Kitab”da – baba (ata); müasir Azərbaycan  ədəbi dilində - baba 

(atanın atası, ananın atası). Amma bu da var ki, “Kitab”dakı ata 

anlamlı “baba” sözü Azərbaycan dilinin qərb  şivələrində  ilkin 

forma və semantikasına uyğun işlənir.  

Müasir Azərbaycan ədəbi dilində sabitləşməyən bir sıra qo-

humluq terminləri “Kitab” və müasir Azərbaycan dili şivələri 

üçün səciyyəvidir. “Kitab”da: ağa (böyük qardaş) – “Ağam Beyrə-

gin yaylasıydı...” (D-103), yengə (böyük qardaşın arvadı) – “Ağca 

yüzli yengəmi tul eləmişsən...” (D-232), güyəgü//göygü (kürəkən) 

– “Beyrək bizdən qız almışdır, güyəgümizdir” (D-295), “...Bayın-

dır xanıŋ göygüsi..,” (D-35); müasir Azərbaycan dili şivələrində: 

“ağa” (böyük qardaş) – Ağsu və Dmanisi (Başkeçid) şivələrində; 

“yengə” (qardaşın, əminin və ya dayının arvadı) – Şəki şivəsi və 

qərb şivələrində; göy (kürəkən) – qərb şivələrində ... 

“Dədə Qorqud” antroponimik modelində “Dədə” ləqəbi  ən 

müdrik, ən aqil qoca mənasındadır. “Yox, ol, ananıŋ babasıdır, sə-

niŋ dədəŋdir” (D-282) cümləsindəki “dədə” qohumluq termini isə 

“baba” mənasındadır. Maraqlıdır ki, müasir Azərbaycan dili şivə-

lərinin  əksəriyyətində “dədə” sözü “baba” yox, “ata” mənasında 

işlənməkdədir...; 

“Kitab”dakı əmdi (süd qardaşı), qız qarındaş (bacı), qız kişi 

(qız) kimi qohumluq terminləri müasir Azərbaycan dilində sabit-

ləşməyib. Ancaq bu da həqiqətdir ki, həmin qohumluq terminlə-

rinin yaranmasında iştirak edən sözlər müasir Azərbaycan dili 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

127

 

üçün də saəciyyəvidir: “Kitab”da – “əmdi”, müasir Azərbaycan 



dilində – əmmək, əmcək, əmzik...; yaxud “Kitab”da – “qız qarın-

daş”; müasir Azərbaycan dilində - qız, qardaş... 

“Kitab”ın poetik strukturundakı antroponimik modellərdə, 

“ata”, “dədə” və “yengə” qohumluq terminləri müşahidə olunur: 

Qorqud ata, Dədə Qorqud, Qısırca yengə (modellərdəki ata, dədə 

və yengə sözləri məcazi mənadadır. Bu baxımdam onların qohum-

luq terminləri başlığı altında verilməsi  şərtidir). Burada xüsusi 

olaraq qeyd edək ki, “Kitab”dakı qohumluq terminlərinin əksəriy-

yəti müasir Azərbaycan dilində  həm də  şəxs adı kimi çıxış edir: 

ata – Ata, Ataxan, Atakişi, Atabəy...; baba – Baba, Babaxan, Ba-

bakişi...; dədə – Dədə, Dədəbəy, Dədəxan, Dədələr...; qardaş – 

Qardaş, Qardaşxan, Qardaşağa...; ana – Anabacı, Anagül, Anaxa-

nım...; qız – Qızlar, Qıznaz, Qızxanım...;  gəlin – Gəlingül... 

Bu qarşılaşdırmalar “Kitab”ın müasir dilimiz üçün  nə qədər 

doğma və yaxın olduğunu bir daha əyaniləşdirdi, eyni zamanda bir 

daha göstərdi ki, “Kitab”ın möcüzəli dünyasından ayrılmaq 

mümkün deyil.  

 

c) qohumluq terminlərinin quruluşu 

 

“Kitab”dakı qohumluq  terminlərini (qohumluq bildirən 



isimləri) quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olmaqla üç 

yerə bölmək olar: 



sadə quruluşlu qohumluq terminləri. Bu qrupa daxil olan 

qohumluq terminləri “Kitab”ın dilində üstün mövqedə görünür: 

ata, ana, baba, dədə, qartaş, oğul, qız, dayı və s.  

Türkoloji araşdırmalarda ana, ata, qardaş kimi sözlər həm də 

düzəltmə sözlər başlığı altında izah olunur. Burada Ə.Rəcəblinin 

bir fikrini xatırlatmaq yerinə düşür: “...belə bir yanlış fikir söyləni-

lir ki, ata, ana, bacı, qardaş, oğul tipli sözlər əslidir, sadədir. Əslin-

də, bu və bu tipli sözlərin hamısı törəmədir.  Qardaş sözünün karın 

“qarın”, – da ismin yerlik hal şəkilçisi və eş “dost” morfemlərin-

dən əmələ gəlməsi haqqında artıq Ə.Dəmirçizadə fikir (“50 söz”) 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

128

 

söyləmişdir... Ata və ana sözlərinin kökü at “ad” və an “anlaq” 



(anlaq sözünün özü də törəmədir: an və laq morfemlərindən iba-

rətdir) morfemləridir. –a morfemi isimlərə vermək, etmək feilləri-

nin ifadə etdiyi məfhumu əlavə edir, adlardan  feil, feli sifət yara-

dır. Bu tip feil və xüsusən feli sifətlər substantivləşməyə meyllidir 

(meyillidir – Ə.T.): “ad” → ata “adlandır, ad ver, ad verən, adlan-

dıran”  → ata “ata”; an”öyüd, tərbiyə”  → ana “tərbiyə verən”  → 

ana...”

1

. Müəllifin şərhləri prinsipcə düzgündür. Amma həmin söz-



lər “Kitab”ın dili kontekstində götürüldükdə düzəltmə yox, məhz 

sadədir. Belə ki, “Kitab”dakı ata və ana sözlərində -a şəkilçi mor-

femi tam daşlaşmış vəziyyətdədir. Yəni bu sözləri “an+a”, “at+a” 

morfemlərinə parçalamaq olmur. Qardaş sözünə isə başqa prizma-

dan yanaşmaq lazımdır: “Kitab”dakı “qartaş//qardaş (Qartaşım 

Qaragünəyi gördim...Dilüŋ içün öləyim, qardaş!) sözü kök və 

şəkilçi morfemlərinə parçalana bilmədiyi üçün sadədir.  Əksinə, 

“Kitab”dakı “qarındaş” (...kiçi qız qarındaşı binardan su almağa 

gəlür...) sözü kök və  şəkilçi morfemlərinə parçalana bildiyi üçün 

düzəltmədir: qarın+daş. “Kitab”da ana rəhmi, uşaqlıq anlamlı 

“qarın” sözünün üstün mövqedə görünməsi də dediklərimizi arqu-

mentləşdirir: “qarın” – “Toquz ay tar qarnımda götürdigim oğul!” 

(D-52). Burada bir cəhəti də qeyd edək ki, “qardaş” sözünün 

etimologiyası ilə bağlı ilk fikir (qarın+da ismin yerlik hal şəkilçisi 

+ dost, yoldaş, ortaq anlamlı “eş” sözü) Ə.Dəmirçizadəyə yox, 

K.Q.Zalemana məxsusdur. 



 düzəltmə quruluşlu qohumluq terminləri. Bu tip qohum-

luq terminləri cəmi bir neçə sözü əhatə edir: gəlin, qarındaş, yol-

daş... Şübhəsiz ki, bu sistemə əgü//gü şəkilçili güyəgü//göygü kimi 

sözləri də daxil etmək olar. Amma, qeyd etdiyimiz kimi, bu cür 

sözlərdə kök və şəkilçi morfemləri sintez şəklindədir. Digər tərəf-

dən, belə sözlərin etimologiyası ilə bağlı  hələ  də türkologiyada 

konkret bir fikir yoxdur. 

                                                            

1

 Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.128-129. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə