Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə42/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   38   39   40   41   42   43   44   45   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

129

 

“Kitab”dakı qohumluq terminləri aşağıdakı leksik şəkilçilər 



vasitəsilə düzəlmişdir: 

-in  şəkilçisi. “Kitab”ın dilində “gəlin” sözündə müşahidə 

olunur: gəlin – “Qədəmin qutsuz gəlin deyincə, udsız gəlin desün-

lər” (D-262);  

-daş şəkilçisi. Qeyd etdiyimiz kimi, bu şəkilçi qartaş//qardaş 

sözündə daşlaşmış  vəziyyətdədir. Qarındaş (Dədə, qız qarındaşı-

mıŋ yolına bən nə istərsəm, verərmisən?) və yoldaş (Dəli Domrul 

yüz qırq yıl dəxi yoldaşıyla yaş yaşadı) sözlərində isə bir şəkilçi 

morfemi kimi müstəqil şəkildə çıxış edir. 

Diqqətçəkən məqamlardan biri də budur ki, -daş  şəkilçisi 

“Kitab”da və digər qədim türk mənbələrində o qədər də məhsuldar 

olmayıb. Müasir ədəbi dilimizdə isə  məhsuldarlığı ilə müşahidə 

olunur, hətta üslubi səciyyəli neologizmlərdə  də özünü göstərir. 

Məsələn, T.Əfəndiyeva –daş şəkilçili üslubi neologizmləri R.Rza-

nın dili kontekstində belə  səciyyələndirir: “Bədii üslubda həmin 

şəkilçinin (-daş şəkilçisi nəzərdə tutulur – Ə.T.) semantik xüsusiy-

yətinə əsaslanaraq yeni-yeni üslubi səciyyəli neologizmlər düzəlt-

mək olur. Məsələn, R.Rza yaradıcılığında –daş şəkilçisi vasitəsilə 

əmələ gələn bir sıra neologizmlərə rast gəlmək olar: cəbhədaş, dö-

yüşdaş, vaxtdaş, əsrdaş, sinifdaş, silahdaş, gündaş, işdaş, könüldaş 

və s. Bu cür neologizmlər hər dəfə üslubi məqsədə müvafiq yaran-

mışdır. Şair fikrini emosional-ironik şəkildə ifadə etmək məqsədi-

lə  həmin sözləri düzəltmişdir”

1

. Müəllifin  şərhləri inandırıcıdır. 



Amma bir həqiqəti də qeyd edək ki, “könüldaş” sözünü R.Rza 

yaratmayıb.  

Yeri gəlmişkən, “Okkazional sözlərin kim tərəfindən yaran-

dığı  məlum olur”, - deyən B.Xəlilov da könüldaş sözünün məhz 

R.Rza tərəfindən yaradıldığını göstərir: “-daş  şəkilçisi ilə  əmələ 

gələnlər:  əsrdaş, cəbhədaş, vaxtdaş, döyüşdaş, könüldaş (R.Rza) 

və s.”

2

 .  



                                                            

1

 T.Əfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, 2011, səh.298. 



2

 B.Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008, səh.90-91. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

130

 

Yaxud “Şeir dilində özünü göstərən süni sözlər neologizmlə-



rin bir növüdür. Onlar, əsasən, fərdi səciyyə daşıyır və kontekstin 

tələbinə, üslubi zərurətə  əsasən bədii nitqə daxil olurlar. Belə 

xüsusiyyətlərinə görə dilçilik ədəbiyyatında bu sözlər okkozional 

sözlər adlanır”, - deyən M.Hüseynov yazır: “...çiyindaş” isə H.Ca-

vid, R.Rza və başqa sənətkarların yaratdığı könüldaş, əsrdaş, yurd-

daş, dünyadaş kimi sözlərin qəlibi  əsasında yaranmış üslubi 

neologizmlərdəndir”

1

.  



Bu fikirlərdə, eləcə də T.Əfəndiyeva və B.Xəlilovun şərhlə-

rində üslubi neologizmlərin ən xarakterik cəhətləri çoxsaylı nümu-

nələr kontekstində  işıqlandırılıb. Burada yaranma tarixi baxımın-

dan yerinə düşməyən cəmi bir nümunəyə  təsadüf olunur: könül-

daş. Qədim türk mənbələri “könüldaş” sözünü H.Cavid, R.Rza ki-

mi sənətkarlar yaratmışdır – fikrini təkzib edir. Belə ki, M.Kaşğa-

rinin “Divan”ında “könüldaş” sözünün semantik yükü dəqiq ve-

rilib: “...könqüldəş sözü də belədir, “könül dostu” deməkdir,  

çünki qəlb könüldür”

2

.  



Yaxud Yusif Xas Hacib Balasağunlunun “Qutadğu Bilig” 

poemasında sirdaş, dost anlamlı “könqüldəş” sözünə rast gəlinir

3

.  


Burada belə bir fikir reallaşır: R.Rza kimi böyük sənətkar dərin-

dən bələd olduğu qədim türk mənbələrindəki “könqüldəş” sözünü 

öz şeirlərində “könüldaş” şəklində işlətməklə (əslində, burada cid-

di fonetik fərqlər də  nəzərə çarpmır: nq→ŋ→n; -daş isə müasir 

ədəbi dilimizdə bir cür yazılan şəkilçidir: -dəş=-daş) ona yeni nə-

fəs vermiş, işləkliyini təmin etmiş, yenidən ədəbi dilimizə qaytar-

mışdır. Bu isə o deməkdir ki, “könüldaş” sözünü  üslubi neolo-

gizm kimi səciyyələndirmək olmaz. Əksinə, xüsusi olaraq vurğu-

lamaq lazımdır ki, səsi minilliklərdən gələn könüldaş, qandaş (ata-

bir qardaş), qoldaş (dost), yerdaş (həmyerli) kimi sözlərdə tarixi-

miz, psixologiyamız, etnoqrafiyamız, ruhumuz yaşayır. 

                                                            

1

 M.Hüseynov. Dil və poeziya. Bakı, 2008, səh.370. 



2

 M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, Bakı, 2006, səh.405. 

3

 R.Əskər. “Qutadğu Bilig”. Bakı, 2003, səh.178. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

131

 

“Kitab”da diqqəti cəlb edən cəhətlərdən biri də qohumluq 



terminləri əsasında yaranmış düzəltmə sözlərdir. Bu cür sözlərdə, 

əsasən, aşağıdakı şəkilçilərə rast gəlinir: 



-lı, -lu: “qardaşı, dostu, yaxın adamı olan” anlamlı “qardaş-

lu” – “Qardaşlu yigitlər qalqar-qopar olur” (D-259);  “qızı olan” 

anlamlı – “qızlu” – “Oğullıları ağ otağa, qızluyı qızıl otağa, oğlı-

qızı olmıyanı qara otağa qondurıŋ...” (D-12). Qeyd edək ki, “qız-

lu” sözü müasir  dilimizdə ayrılıqda deyil, “oğullu-qızlı” mürək-

kəb sözündə ikinci tərəf kimi çıxış edir: Oğullu-qızlı olsun!...; - 

“oğlu olan” anlamlı “oğullı” (bax: yuxarıdakı nümunədə “oğullıla-

rı” sözü); 



-sız: qardaşı olmayan, “kimsəsiz, yaxın adamı olmayan” 

anlamlı “qardaşsız” sözündə müşahidə oulunur: “Qardaşsız miskin 

yigit əŋsəsinə yumruq  toqunsa...” (D-259); 

-cıq, -cik, -cük, -cığaz: Kiçiltmə və əzizləmə məzmunlu bu 

şəkilçilərin qohumluq terminlərinə artırılması ilə düzəlmiş sözlər 

“Kitab”da  üstün mövqedə görünür. Heç şübhəsiz ki,  bu bilavasitə 

dilin emotiv funksiyası ilə bağlıdır. Çünki həmin  şəkilçili sözlər 

bədii mətndə daha çox emosionallığı, ekspressivliyi gücləndir-

məyə xidmət edir: 



qızcığaz: “Üç canvər öldürdigiçün bir qızcığazımı aldı-getdi” 

(D-191); 



qardaşcığım: “Beşikdə qoyub getdigim qardaşcığım-

mısan?” (D-269); 



gəlincigüm: “Yalansa bu sözləriŋ, gerçək ola, gəlincigüm!” 

(D-117); 



oğlancıq: “Oğlancıqları qarşu gəldi, oxşamadı” (D-238). 

Bu bölmənin yekunu olaraq belə bir fikir söyləmək olar: -in 

və -daş  şəkilçiləri vasitəsilə yaranmış qohumluq terminlıəri, eyni 

zamanda -lı, -lu; -sız; -cıq, -cik, -cük; -cığaz şəkilçilərinin qohum-

luq terminlərinə artırılması vasitəsilə yaranmış düzəltmə isim və 

sifətlər “Kitab”da qohumluq terminlərinin xüsusi çəkiyə malik 

olduğunu təsdiqləyir. 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə