Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə43/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   39   40   41   42   43   44   45   46   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

132

 

mürəkkəb quruluşlu qohumluq terminləri.  “Kitabda ya-

xın mənalı ata və ana, oğul və qız, qız və gəlin sözləri əsasında ya-

ranmış mürəkkəb quruluşlu qohumluq terminlərinə təsadüf olunur: 

ata – ana: “Ata-ana ”yaŋlış xəbərdir, getmə, oğul!” – dedilər” 

(D-259); 

oğlı-qızı: “Oğlı-qızı olmıyana allah-təala qarğayıbdır, biz 

dəxi qarğarız...” (D-10); 

qız-gəlin: “Ağca yüzli qızım-gəlünim əkşəşmədin” (D-299).. 

Burada onu da qeyd edək ki, “Kitab”dakı qohumluq termin-

lərinin bir qismi ismi birləşmə modelindədir: 

qayın - ata: “Atamdan yegrək qayın ata!” (D-262); 

         qayın ana: “Anamdan yegrək qayın ana!” (D-262); 

qız qarındaş: “Beyrəgə  və anasına və  qız qarındaşlarına 

muştçı gəldi” (D-86); 

xatun kişi: “Bəkil gördi, xatun kişiniŋ  əqli-kəlicəsi eyüdür” 

(D-240); 

qız kişi: “Ağız dildən, qız kişi, xəbər, maŋa!” (D-103); 

qardaşı oğlı: “Təkuruŋ qardaşı oğlı vardı...” (D-183). 

Yuxarıda təqdim etdiklərimiz təkcə “Kitab”ın dili yox, həm 

də Azərbaycan dilinin tarixi leksikologiyası və qrammatikası baxı-

mından əhəmiyyətlidir. 

 

ç) qohumluq terminləri, atalar sözləri və 

 zərbi-məsəllər müstəvisində 

 

“Kitab” özünəqədərki, eyni zamanda formalaşdığı dövrlərin 



atalar sözləri və zərbi-məsəllərini özündə əhatə və əks etdirən ən 

sanballı abidədir. Bu mötəbər mənbədəki çoxsaylı atalar sözləri və 

zərbi-məsəllər həcmcə kiçik, məzmunca dərindir. Onların bir qis-

mi igidlik və  cəsurluqla,  bir qismi təbiət və  cəmiyyət hadisələri 

ilə, bir qismi dini-mifoloji təsəvvürlərlə...bir qismi də  məhz qo-

humluq münasibətləri ilə (ata və oğul, ana və qız, qayınana və və 

gəlin...münasibətləri) bağlıdır. Bu mənada “Kitab”dakı bir sıra 

atalar sözləri və zərbi-məsəllərdə qohumluq terminlərinin işlənmə-




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

133

 

si heç də təsadüfi deyil. Digər tərəfdən, burada xüsusi olaraq qeyd 



etmək lazımdır ki, bu tip deyimlərin əksəriyyətində qohumluq ter-

minləri məntiqi mərkəz funksiyasında çıxış edir: “Ata adını yürüt-

miyən xoyrad oğul ata belindən enincə enməsə, yeg, ana rəhminə 

düşüncə, toğmasa, yeg” deyimində ata, ana və oğul qohumluq ter-

minlərinin rolu, onların mətn daxilindəki assosiativliyi nəticəsində 

reallaşmış dərin məna və s. kimi detallar dediklərimizi sübut edir. 

Yaxud “Ağ südin toya əmzirsə, ana görkli” (D-6) kəlamındakı bü-

tün sözlər məhz “ana” sözünün assosiativliyi ilə işlənmişdir. Bu da 

yuxarıda söylədiklərimizi arqumentləşdirir. 

Tərkibində qohumluq terminləri olan atalar sözləri və  zərbi-

məsəlləri aşağıdakı kimi sistemləşdirmək olar: 

– tərkibində ata və oğul sözləri iştirak edənlər: “Ata adın yü-

ridəndə dövlətlü oğul yeg” (D-4); Oğul üçün ata ölmək eyib olur” 

(D-143); “Oğul atadan görməyincə süfrə  çəkməz” (D-3); “Oğul 

atanın yetiridir, iki gözinin biridir” (D-3)...; 

– tərkibində ana və  qız sözləri iştirak edənlər: “Qız anadan 

görməyincə ögit almaz” (D-3)...; 

– tərkibində ana və oğul sözləri iştirak edənlər: “Oğıl kimdən 

oldığın ana bilür” (D-5)...; 

– tərkibində ana sözü iştirak edənlər: “Ağ südin toya əmzirsə, 

ana görkli” (D-6)...; 

– tərkibində baba və oğul sözləri iştirak edənlər: “Oğul dəxi 

neyləsün, baba ölüb mal qalmasa” (D-4); “Baba oğul qazanur ad 

içün, Oğul da qılıc quşanur baba ğeyrətiçün” (D-131)...; 

– tərkibində baba sözü iştirak edənlər: “Baba malından nə 

faidə başda dövlət olmasa...” (D-4); “Dölimindən ağarsa, baba 

görkli” (D-6)...; 

– tərkibində oğul sözü iştirak edənlər: “Dövlətlü oğul qopsa, 

ocağınıŋ gözidir” (D-3); “Yad oğlı saqlamaqla oğul olmaz...” (D-

3)...; 


– tərkibində  oğul və güyəgü sözləri iştirak edənlər: “Kül 

təpəcik olmaz, güyəgü oğul olmaz”...; 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

134

 

– tərkibində qardaş sözü iştirak edənlər: “Sevgili qardaş görk-



li” (D-7)... Bu sistemdə tərkibində “qardaşlu” və “qardaşsız” sözlə-

ri iştirak edən atalar sözlərini də vermək olar: “Qardaşlu yigitlər 

qalqar-qopar olur. Qardaşsız miskin yigit əŋsəsinə yumruq toqun-

sa, Ağlayubən dört yanına baqar olur (D-259). Burada ikinci atalar 

sözünə aydınlıq gətirmək lazım gəlir. Belə ki, ikinci atalar sözü 

sintaktik bütöv daxilində eynilə yox, nisbətən dəyişikliyə uğramış, 

həm də genişləndirilmiş vəziy-yətdədir; 

– tərkibində övrət sözü iştirak edənlər: “Ögünməklə övrət ər 

olmaz” (D-198); “Aldayuban ər tutmaq övrət işidir” (D-298)...; 

– tərkibində həlal sözü iştirak edənlər: “Dizin basub oturanda 

həlal görkli” (D-6)...; 

– tərkibində “gəlin” sözü iştirak edənlər: “Qədəmi qutsız 

gəlin deyincə, udsız gəlin desünlər” (D-262). Bu nümunələrdə 

atalar sözü dəyişikliyə uğramış şəkildə işlən-mişdir. 

Qorqudşünaslıqda atalar sözləri və  zərbi-məsəllərin poetik 

strukturu, semantikası və boylarla bağlılığından kifayət qədər bəhs 

olunub. Amma bu araşdırmalarda atalar sözləri və zərbi-məsəllərə 

məhz qohumluq terminləri prizmasından, demək olar ki, münasibət 

bildirilməyib. Bu mənada həmin tip vahidlər barədə  bəzi fikirləri 

söyləmək lazım gəlir: 

birincisi, yuxarıda sistemləşdirdiyimiz atalar sözləri və 

zərbi-məsəllər “Kitab”ın böyüklüyünü əyani olaraq göstərir; 

– ikincisi, bu vahidlərdəki ata, ana, oğul, baba və s. kimi qo-

humluq terminləri ilə “Kitab”dakı ata, ana, oğul, baba... obrazlar 

arasında məntiqi bağlılıq görünür. Necə ki “Kitab”da at zoolek-

semli atalar sözləri ilə at obrazları arasında, yaxud dağ sözünün iş-

tirakı ilə yaranmış atalar sözləri ilə dağ obrazları arasında birbaşa 

bağlılıq müşahidə olunur; 

 – üçüncüsü, bu tip vahidlərdə semantik dinamika daha çox 

qohumluq terminləri ilə reallaşır, məntiqi mərkəz funksiyasında da 

məhz qohumluq terminləri çıxış edir; 

– dördüncüsü, atalar sözləri və zərbi-məsəllərdəki qohumluq 

terminləri digər obrazlı ifadələrdəki qohumluq terminləri ilə səslə-



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə