Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə45/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   41   42   43   44   45   46   47   48   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

138

 

sitəsilə simvollaşır. Burada oğuz dünya modelinin daxili qurumu 



və bu qurum çevrəsində gerçəkləşən funksiyası, hərəkəti, element-

lərarası münasibətləri boy verir... Eləcə  də  həyat qütbü öz daxili 

qurumunda qarşıdurma qoşalığı kimi təşkil olunur (ağ-qırmızı, 

oğlan-qız). Burada diqqəti çəkən odur ki, Buğacın doğuluşu süje-

tindəki törənin dünya modelində  həyat Tanrı alqışı qütbünün 

daxili qoşalığı olaraq görünür...”

1

. Müəllifin  şərhləri yuxarıda 



dediklərimizi bir daha arqumentləşdirir.  

A n a f o r a. “Kitab”dakı sintaktik bütövlərdə ana və oğul 

qohumluq terminlərinin iştirakı ilə yaradılmış anaforalar üstün 

mövqedə görünür: 

ana sözünün iştirakı ilə: 

                “Ana, ağzıŋ qurısun! 

                Ana, diliŋ çürisün! 

                    *      *     *  

                         Ana həqqi təŋri həqqi olmasaydı 

                             *      *     * 

                        Ana, zalim ana! – dedi”. (D-259) 

         oğul sözünün iştirakı ilə: 

                        “Oğul, oğul, ay oğul!” (D-130) 

Bu parçalarda ahəngdarlıq və poetik məna dərinliyi məhz 

ana və oğul sözlərinin təkrarı ilə reallaşdırılıb. 

E p i f o r a . “Kitab”da oğul, qardaş  və  gəlin qohumluq 

terminləri ilə yaradılmış epiforalar poetik siqlətinə, bədii-estetik  

məziyyətlərinə görə xüsusilə fərqlənir: 

oğul sözünün təkrarlanması ilə: 

      “Oğul! Dünlügi altun ban evimiŋ qəbzəsi oğul!  

      Qaza bəŋzər qızumuŋ, gəlinimiŋ çiçəgi oğul! 

      Görər gözüm aydını oğul! 

      Tutar belüm qüvvəti oğul! 

      Qalın Oğuz imrəncisi, canım oğul!” (D-119); 

                                                            

1

 S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 2004, səh.23-24. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

139

 

qardaş sözünün təkrarlanması ilə: 

      “Ağzıŋ içün öləyim, qardaş! 

      Dilüŋ içün öləyim, qardaş! 

      Ərmi oldıŋ, qardaş! 

      Qəriblığa qardaşıŋ istəyü sənmi gəldiŋ, qardaş?”(D-269); 



gəlin (“gəlincigüm” sözü nəzərdə tutulur) sözünün təkrar-

lanması ilə

      “Dilüŋ içün öləyiŋ, gəlincigüm! 

      Yalansa bu sözləriŋ, gerçək ola, gəlincigüm” (D-117)... 

Bu sintaktik bütövlərdə ahəngdarlığın oğul, qardaş  və  gəlin 

sözlərinin təkrarlanması ilə yaradıldığı birbaşa görünür. Amma 

burada o da vurğulanmalıdır ki, həmin parçalarda atanın oğula, 

qardaşın qardaşa, qayınata və qayınananın gəlinə münasibətləri 

obrazlı  şəkildə, epiforalar kontekstində canlandırılır ki, bu da 

Oğuz cəmiyyətinin  əxlaq qaydaları barədə dolğun təəssürat 

yaradır. 



A n a s t r o f a (sözlərin  əks sıra ilə düzümü). “Kitab”da 

qohumluq terminlərinin anastrofa kimi işlədilməsinə çox az təsa-

düf olunur: “...Hünəri oğul atadanmı görər, ögrənər, Yoxsa atalar 

oğuldanmı öyrənür?” (D-125). Bu misralarda “oğul ata”, “atalar 

oğul”qohumluq terminləri situasiyadan asılı olaraq əks sıra ilə dü-

zülmüşdür ki, bu da birbaşa həmin mətndəki semantik yükü qüv-

vətləndirməyə xidmət edir. Burada onu da qeyd etmək lazım gəlir 

ki, “Atalar oğul” modelindəki -lar  şəkilçisinin düzgün işlənmə-

məsi T.Hacıyevin diqqətindən yayınmayıb: “...müqayisəyə diqqət 

verək: oğul atadanmı, atalar oğuldanmı öyrənər. Birinci halda, 

oğul-ata qarşılığında subyektlər təkbətək götürülür. İkinci halda, 

tərəflərin nisbəti pozulur: atalar-oğul. Halbuki olmalı idi: ata-oğul. 

Deməli, köçürən mətnin şeir, ya nəsr olmasının fərqinə varmayıb. 

Şeirsiz–nəsrsiz, bu, adi məntiqlə də yanlışdır (hələ bu, bizə çatan 

iş neçənci köçürənindir?  Yəqin  əvvəlki köçürənlərdə  fərqlər az 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

140

 

olub)



1

. Müəllif həmin misraların aşağıdakı kimi verilməsini məq-

bul hesab edir: 

...Oğul atadanmı / görər ögrənər – 6-5=11 

Yoqsa ata oğul/danmı ögrənər – 6-5=11 

E p i t e t. “Kitab”dakı  bədii təsvir və ifadə vasitələri 

sırasında  epitetlər xüsusi çəkiyə malikdir. Bu sistemdə tərkibində 

qohumluq terminləri iştirak edən epitetlər də az deyil: 

baba: “Ağsaqallu babaŋ yeri uçmağ olsun!” (D-35) 

ana: “Ağbirçəklü anaŋ  yeri behişt olsun!” (D-35) 

qız: “xəbəri yoq ki, alacağı ala gözli qızıŋ otağı olsa gərək” 

(D-76). 

Qız qartaş (bacı):  “Qara gözlü qız qartaşumı  ağlatmağıl” 

(D-143). 

Gəlin: “Ala gözlü gəlin alam, derdim” (D-139).ŋ 

Sonuncu nümunədəki “ala gözlü” ifadəsi həm də “oğul”la 

bağlı  işlədilib: “Ala gözlü oğlına al duvaxlı  gəlin aldı” (D-253). 

Bu cümlə (əslində,  misra) assosiativ olaraq Nəsiminin ən məşhur 

misrasını yada salır: “Al ilə ala gözləri aldadı aldı könlümi”. Qəri-

bə, amma məntiqi bir oxşarlıq görünür: hər ikisində yeddi kök 

morfemi var: “Kitab”da ala, göz, oğul, al, duvax, gəlin, al(maq); 

Nəsimidə - al, ilə (qoşma), ala, göz, alda(maq), könül;  bu mor-

femlərdən üçü hər ikisində iştirak edib (ala, göz, al+maq), biri isə 

eyni semantik yuvaya daxil olan vahidlərdəndir (al – hiylə; al- 

qırmızı); hər ikisində “l” samiti yeddi dəfə təkrarlanıb; hər ikisin-

də “a”-nın assonansı müşahidə olunur: “Kitab”da – a-  a – a (ala, 

al, al); Nəsimidə – a – a – a – a (al, ala, alda, al); hər ikisində alli-

terativ qafiyələnmə qabarıqlığı ilə seçilir: “Kitab”da – la –lü –lı –

al –lı –li (n) –al; Nəsimidə –al –lə –la –lə –al – al – lü; hər ikisində 

sevən və sevilən obrazları var: “Kitab”da – oğul və gəlin; Nəsimi-

də – aşiq (inversiya ilə işlənmiş “aldı könlümi” frazeoloji vahidinə 

görə); Bu misralar sintaktik  mühit baxımından  bir-birinə çox ya-

xındır;  “Kitab”da toy səhnəsinin təsviri; Nəsimidə – eşqin tərən-

                                                            

1

  T.Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 2012, səh.122. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə