Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə49/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   45   46   47   48   49   50   51   52   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

150

 

ri, yaşlı, hörmət mənasında yaşlı adamlara müraciət, ləqəb” məna-



larında işlənmişdir: Hay! Dədə Sultan! Tanrı bunun simizin də al-

sın, arığın da alsın; Dədə qız qarındaşımın yoluna mən nə istərsəm 

verərmisən?”

1

 Anar “Yox, ol, ananıŋ babasıdır, səniŋ  dədəŋdir” 



cümləsində “dədə” sözünün məhz “baba” mənasında işlənməsinə 

istinad etməsə də, “Kitab”ın ümumi semantik tutumuna əsaslana-

raq düzgün nəticə çıxarır: “Dədəm Qorqud ibarəsi bir məhrəmlik

doğmalıq, dastanı danışan, ya qələmə alanla Dədə Qorqud arasın-

da yaxınlıq nəvə-baba münasibətlərinin olmasına işarədir. Dədəm 

– yəni babam, həm hərfi mənada, atamın atası mənasında, həm də 

elin, yurdun, dilin əcdadı, kökü mənasında qavranıla bilər”

2



Ə m m i (əmi). Ərəb mənşəli atanın qardaşı anlamlı “əmmi” 

(müasir Azərbaycan ədəbi dilində: əmi) sözü “Kitab”ın  Drezden 

nüsxəsində  cəmi üç dəfə  işlənib: “Adam saldı,  əmmisini oxudı, 

gəldi” (D-283). 



Ə m d i . “Kitab”da cəmi bir dəfə işlənib: “Dəpəgöz aydır: 

“Əmdi qardaşlar, qıyma maŋa!” dedi” (D-232). Bu sözün trans-

kripsiyası  və semantikası barədə geniş  şəkildə  bəhs etmişik (əv-

vəlki səhifələrə bax). 



Ə r. “Kitab”da igid, qəhrəman anlamlı “ər” sözü üstün möv-

qedə görünür. Amma qadının həyat yoldaşı  mənasında işlənmiş 

“ər” sözünə az təsadüf olunur: “...yazıdan yabandan evə bir qonaq 

gəlsə,  ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, 

göndərər” (D-7); “...əri desə ki, dur çörək gətir, yeyək, qonaq da 

yesin” (D-9). Bu nümunələrdə işlənmiş “ər” sözü igid, qəhrəman 

yox, məhz “qadının həyat yoldaşı” mənasındadır. 

        Güyəgü//göygü. Kürəkən anlamlı bir söz kimi “Kitab”da iki 

formada işlənib: güyəgü. “Bəglər, Beyrək bizdən qız almışdır, 

güyəgümizdir” (D-295); göygü. “Xan babamıŋ göygüsi//Qadın 

anamın sevgisi” “(D-136). 

                                                            

1

 B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı, 



2012, səh.264. 

2

 Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, səh.46. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

151

 

“Kitab”dakı güyəgü//göygü sözü şivələrimizdə ilkin forma 



və semantikasına uyğun işlənir: göy (qərb  şivələrində), giyəv 

(Culfa, Ordubad, Şərur...), gəv (Şahbuz)... 



K i ş i . Qorqudşünaslıqda “kişi” sözünün mənası ilə bağlı 

fikir müxtəlifliyinə rast gəlinir. Ən maraqlısı isə budur ki, indiyə 

qədərki araşdırmalarda “Kitab”ın poetik strukturundakı “kişi” sö-

zünün həm də qadının əri, yoldaşı mənasında işlənməsinə, demək 

olar ki, münasibət bildirilməyib. Həmin araşdırmalardakı izahlara 

diqqət yetirək: O.Ş.Gökyay yazır: “Kişi (türlü yerlerde ...adam, bir 

kimse, birisi; erkek; kimse “kimsene; insan, şahış, zat; kadının ko-

cası...; zevce, eş; erkek veya kadın  şahış”

1

. Bu fikirlər mücərrəd 



şəkildə ifadə edildiyindən “Kitab”dakı kişi sözünün konkret olaraq 

hansı mənalarda işlənməsi barədə dolğun informasiya vermək gü-

cündə deyil; M.Erginə görə, “Kitab”dakı kişi sözü “erkek, kadın, 

kız” mənalarındadır

2

; “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə 



“kişi” sözünün yalnız adam mənasında işləndiyi göstərilir

3



A.Məmmədova kişi sözünün adam, insan mənasında işlənmə-

sindən bəhs edərkən belə bir nümunə verir: “Oğuzuŋ ol kişi ta-

mam bilicisiydi”. Sonra isə geniş bir şərh verir: “...bu söz DQ-də 

(“Kitab”da – Ə.T.) “nəfər, kəs” mənasında da işlənir (Hər kişi atlı 

atına bindi)... abidənin dilində işlənmiş gəlin kişi, qızım kişi, xa-

tun kişi birləşmə modelinə...Nəvainin dilində də rast gəlinir... Biz-

cə, DQK dilində (“Kitab”da – Ə.T.) kişi leksemi tək işləndiyi za-

man “adam, insan, nəfər” mənalarında ancaq kişi cinsini ifadə 

edirdi; Əgər qadın cinsini ifadə etməli idisə, o zaman mütləq qadın 

cinsini bildirən sözlə birlikdə işlənməli idi (anam kişi,  gəlin kişi 

və s.). Müqayisə et: qardaş və qız qardaş”

4

. Bu izahlar onu göstərir 



ki, müəllif “kişi” sözü ilə bağlı  ən kiçik detalı belə  təhlilə  cəlb 

etməyə çalışsa da, “kişi” sözünün qadının əri, yoldaşı  mənasında 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.249. 



2

 M.Ergin. Dede Korkut kitabı. II cild, Ankara, 1963, səh.205. 

3

 “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.119. 



4

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.68-69. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

152

 

işlənməsinə münasibət bildirməyib; B.Məhərrəmli “kişi” sözünü 



“yaş-cins bildirən isimlər” müstəvisində geniş şəkildə, həm də dia-

xronik və sinxronik baxımdan şərh edərkən “Kitab”a da müraciət 

edir: “Kitabi-Dədə Qorqud” dastanında “adam, insan” mənasında-

dır: Məndən alçaq kişiləri ağ otağa, qızıl otağa qondurdu... Üç kişi 

sağ yanından, üç kişi sol yanından dəmir zəncir ilə buğayı tutmuş-

lardı”


1

. Yeri gəlmişkən, müəllif “kişi” sözünün “qadın əri” məna-

sında işlənməsini “Kitab” yox, bayatılarımız kontekstində  dəqiq-

ləşdirib: 

 

Əzizim, nə tarazı, 



Nə daş var, nə tarazı. 

Kişini tez qocaldar 

Arvadın natarazı. 

Bəkilin xatununun dilindən verilmiş cümlənin semantik yü-

künə diqqət yetirək: “Kişi, qoynunda yatan həlalına sirrin deməz-

mi olur?” (D-242). Bu cümlədə ərəb mənşəli “həlal” sözünün kə-

binli və ya qanuni arvad, türk mənşəli “kişi” sözünün isə qadının 

əri, yoldaşı  mənasında işlənməsi açıq-aydın  şəkildə görünür. Bu 

mənada kişi sözü “Kitab”da təkcə adam, insan yox, həm də qadı-

nın əri mənasında işlənmişdir fikri – daha dəqiqdir. 

Nəhayət, bir cəhəti də qeyd edək ki, kişi sözü “Kitab”dakı 

sevgi, dərin hörmət və  məhəbbət məzmunlu xitabların daxilində 

qadın, gəlin və s. kimi mənalarda işlənib: “Anam kişi, qızım kişi” 

(D-194). 



Qarındaş//qartaş//qardaş. “Kitab”da hər üç formaya rast 

gəlinir: qarındaş. “Qarındaş içün soylamış, görəlim, xanım, nə 

soylamış...” (D-222); qartaş. “Qartaşım Qaragünəyi gördim...” (D-

124); qardaş. “Ağzıŋ içün öləyim, qardaş!” (D-269). Müasir Azər-

baycan ədəbi dilində “qardaş” şəklində sabitləşmişdir. 

                                                            

1

 B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı, 



2012, səh.100-101. 


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə