Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə5/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   2   3   4   5   6   7   8   9   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

15

 

“Anam adın sorar olsan Qaba Ağac” şəklində transkripsiyanı 



daha məqbul hesab edən S.Əliyarov yazır: “...əsatiri protooğuz 

təsəvvürlərinə uyğun olaraq boylarda ulu təbiətin, xüusilə ağacın, 

dağın, suyun canlandırılması (animizm), soykök sayılması böyük 

yer tutur. Bunun yazıya alınmış izini Kaqanqatlı Musanın “Alban 

tarixi” kitabında görürük. VII yüzilin 70-ci illərində “hunlar ölkə-

sində knyaz Elteber və əyanlar “hündür ağaclar başbiləni və anası” 

olan bir palıd ağacını “həyatverici xilaskar tanrı” saymışlar. Onlar 

bu “sıxyarpaqlı palıd ağaclarına sitayiş edərək... atlardan qurban 

verirlər; kəsilmiş atın qanını o ağacın dibinə axıdır, başını  və 

dərisini isə budaqlardan asırdılar”... Söhbətin Şimali Azərbaycan-

dan getməsi şübhəsizdir, çünki Dərbənddən o yana nə “sıxyarpaq-

lı” palıd, nə də başqa bir meşəlik qeydə alınmışdır” (“Kitabi-Dədə 

Qorqud”. Bakı, 1988, s.258). 

M.Seyidov Basatın mifik ata-anasını belə  səciyyələndirir: 

mifik anası – Qaba ağac – bərk, iri Dünya ağacıdır, Dirilik ağacı-

dır; mifik atası – Qağan Aslandır. Müəllif zoomorfik onqonlardan 

bəhs edərkən “Kitab”dakı “Qağan Aslan”ın semantikasına da ay-

dınlıq gətirməyə çalışır: “Günəşi təmsil edən qurd – böri və aslan 

həmişə Günəş  şüası ilə, işıqla bağlı insanların gözünə görünər-

miş... Günəşin kişi və eləcə  də qadın başlanğıcı olması ana, ata 

xaqanlığı (madərşah, padərşah) ilə bağlıdır. Ana xaqanlığı çağında 

qadın, ata xaqanlığı çağında isə kişi  olmuşdur. “Dədə Qorqud”un 

Basatın Təpəgözü öldürdüyü boyunda Günəş atadır...” (Azərbay-

can xalqının soykökünü düşünərkən. Bakı, 1989, s. 370-371). 

Basatın dilindən verilmiş həmin cümlələri təhlil süzgəcindən 

keçirən Kamal Abdulla maraqlı mülahizələr söyləyir: “...Basat on-

dan babasının adını soruşan Təpəgözə belə cavab verir: “Anam  

adın sorar olsan, Qaba Ağac, atam adın deyirsən – Qoğan Aslan 

(Qağan Aslan – Ə.T.). Bu adlar F.Kuperin Amerika hindularının 

həyatından bəhs edən məşhur romanlarının qəhrəmanlarının adları-

nı xatırladır: Qaba Ağac, Qoğan Aslan, Salur Qazan və bu kimi di-

gər adlar qədim mifoloji təsəvvürü çox əyani bir şəkildə nümayiş 

etdirir. Təbiətlə (ağacla, quşla ...) adam arasında əlaqənin xətlərini 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

16

 

qururlar” (Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 



2009, s.54). 

“Kitab”da  Qaba Ağacın simvolik səciyyə daşıdığını, həm də 

birbaşa kişi cinsinə aid edildiyini mətn semantikası müstəvisində 

araşdıran B.Abdullanın çoxsaylı arqumentlərindən yalnız birini 

təqdim edirik: “... III boyda kafir əlindən qurtarıb yurda qayıdan 

Bamsı Beyrək evlərinin önündəki pinardan – bulaqdan su aparan 

və toy-düyünün qara oldu, qardaş, – deyib ağlayan bacısıyla rastla-

şır. Qız qardaşını tanımır. Bamsı Beyrək ondan soruşur: 

 

Məgər sənin ağan yoq olubdur? 



Yürəginə qaynar yağlar qoyulubdur (D-101

10



Bacısı da cavabında “Kölgəlicə qaba ağacım kəsilübdir” (D-

104


11

), yəni qardaşım it-bat olubdur deyir... Banıçiçək Beyrəyin 

əsirlikdən qayıtma xəbərini Baybörəyə  rəmzi  əlamətlərlə bildirər-

kən bunu da deyir ki: “Qaba Ağacın qurımışdı, yaşardı axır” (D-

117

5

). Yəni Beyrəyin ölməsi xəbəri yalandır. O, sağ-salamat qayı-



dıb gəlib (Kitabi-Dədə Qorqud Ensiklopediyası. II cild, Bakı, 

2000). 


R.Qafarlı totemist görüşlərin bəzən üz qatda, daha çox isə 

pərdələnmiş şəkildə “Kitab”ın canına hopdurulmasından bəhs edir, 

konkret desək, Basatın dilindən verilmiş “Anam adın sorar olsan – 

Qaba Ağac! Atam adın deirsən – Qağan Aslan! Mənim adın sorar-

san – Aruz oğlı Basatdır” misralarını sistemli şəkildə təhlil süzgə-

cindən keçirir. Müəllifin fikrincə, burada üç cəhət maraq doğurur: 

a) ağaca totem kimi baxılmasının tarixin ən qədim mərhələsi-

nə - matriarxat (anaxaqanlıq) dövrünə aid olmasına işarə edil-

məsi...; 

b) hamının bir-birinə qohum olması ideyasına inamın möv-

cudluğu (müəllif burada Alp Aruzun insana bənzəməyən məxluqu, 

yəni Təpəgözü öz qanından hesab etməsini, evinə  gətirməsini 

xüsusi olaraq qabardır); 

c) totem kimi götürülən ağacın qaba (kobud) olması, yəni  bar 

verməməsi... 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

17

 

Amma burada bir məsələni də qeyd etmək yerinə düşür: 



R.Qafarlının araşdırmalarında “Qaba Ağac” həm də ata (kişi) 

kontekstində  təqdim olunur. Daha doğrusu, bu cəhət müəllifin 

təhlillərinin ümumi semantik tutumundan aydın olur: “... “Baybörə 

oğlı Bamsı Beyrək boyu”nda totemizmə söykənən “Kölgəlicə qaba 

ağacım kəsilübdir, Ozan, sənin xəbərin yoq” etirafında bir qızın 

demək istədiyi belə bir fikir ifadə olunmuşdur: qardaşım Beyrəyin 

yoxa çıxması ilə  nəslimizin kökü yerdən üzülmüşdür” (Mif və 

nağıl. Bakı, 1999, s.72-74). Bu qeydlər R.Qafarlının “Kitab”ın 

poetik strukturuna dərindən bələdliyini, mətnin semantik yükünü 

düzgün qavradığını təsdiq edir. 

Qaba Ağac və Qağan Aslan ifadələrini mətn semantikası 

müstəvisində  nəzərdən keçirən  Ə.Tanrıverdi yazır: “Basatın 

Dəpəgözlə söhbətindən məlum olur ki, onun yurdu “Günortac”, 

xanı Bayındır”, yurdunun qəhrəmanı “Salur Qazan”, anası “Qaba 

Ağac”, atası “Qağan Aslan”, öz adı isə “Aruz oğlı Basat”dır... Ba-

satın “Anam adın sorar olsaŋ, - Qaba Ağac”, - deməsi qeyri-real-

dır,  türk mifoloji təfəkküründə  ağacın müqəddəsliyinə  işarədir... 

Türk mifik təsəvvüründə “Qağan”  ən böyük başçı, xaqandırsa, 

aslan da güclülük, qorxmazlıq, qüvvətlilik, çeviklik simvoludur...” 

(“Kitabi-Dədə Qorqud”da şəxs adları. Bakı, 1999, s.82-84); 

S.Rzasoy yuxarıdakı misraları türk mifoloji düşüncəsi 

müstəvisində  şərh edərkən maraqlı mülahizələr irəli sürür: 

“...Aruz Basatın bel atasıdır, Qaba ağac onun totem anası, Qağan 

(Xaqan) Aslan isə totem atasıdır. Burada Aslanın xaqan adlan-

dırılması onun Günəş kimi, Oğuzlarda siyasi hakimiyyətin totem 

simvolu olduğunu göstərir. Onu Günəşlə eyni simvolik sıraya bu 

halda iki atributu qoyur: hər ikisi xaqan və  hər ikisi atadır. Ata 

əski Oğuz inamlarında  əcdadı da bildirir. Beləliklə, Aslan və 

Günəş hər ikisi türklərin əcdadı və xaqanı sayılır...” (Oğuz mifinin 

paradiqmaları. Bakı, 2004, s.157). Burada bir cəhəti xatırlatmaq 

lazım gəlir: mifoloq Seyfəddin Rzasoy mənimlə “Kitab”dakı 

“Qaba Ağac” barədə söhbət edərkən (18 oktyabr 2013-cü ildə) 

dedi: “əslində, Qaba Ağac da Basatın totem atasıdır”). 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə