Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə51/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   47   48   49   50   51   52   53   54   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

156

 

Bu tip nümunələr kontekstində bir detalı xüsusilə vurğula-



maq lazım gəlir: “namərd tayı” ifadəsi Aruzu tipik bir obraz kimi 

səciyyələndirməyə  əsas verir: “Namərd Aruz tayıŋdan adam gəl-

di” (D-298); “Namərd tayıŋ qaqdı, Beyrəgi qılıcladı” (D-298); 

“Namərd tayıŋ al eyləmiş” (D-300). Qazanın Aruza ünvanlayaraq 

dediyi “Mərə qavat, muxannatlıq ilə  ər öldürmək necə olur, mən 

saŋa göstərəyim!” cümləsindəki “muxannatlıqla” (müxənnətliklə - 

namərdliklə) sözü də “namərd Aruz”, “namərd tayı” kimi ifadələ-

rin təsadüfi olaraq işlənmədiyini göstərir. 

 

ə) qadın cinsini ifadə edən qohumluq  

terminləri 

 

 

“Kitab”da bu tip qohumluq terminləri, əsasən, bunlardan iba-

rətdir: ana, gəlin, həlal, xatun, qayın, ana//qayınana, qız, qız qarın-

daş, övrət, yoldaş, yengə. 

Araşdırmalar göstərir ki, həm qadın, həm də kişi cinsini ifadə 

edən “həlal” və “yoldaş” qohumluq terminləri “Kitab”da, əsasən, 

qadınlarla bağlı  işlədilib. Yəni həmin sözlər “Kitab”da əri yox, 

arvadı mənasında çıxış edir. Məsələn, həlal: “Kişi, qoynında yatan 

həlalına (arvadına – Ə.T.) sirrin deməzmi olur?” (G-242); yoldaş: 

“Adəmlər əvrəni yoldaşına (arvadına – Ə.T.) qıyamadı” (D-168). 

Cəmi bir nümunədə isə “həlal” sözü hər iki cinsin nümayəndəsi ilə 

bağlı işlədilib: “Ol iki həlala (ər-arvada – Ə.T.) yüz qırq yıl ömr 

verdim” (D-169). Bu mənada həlal və yoldaş sözlərini şərti olaraq 

“qadın cinsini ifadə edən qohumluq terminləri” başlığı altında 

təqdim edirik. 

Qadın cinsini bildirən qohumluq terminlərinə ayrılıqda 

diqqət yetirək: 

A n a. “Kitab”da intensivliyi ilə fərqlənən “ana” sözü daha 

çox “övladı olan qadın mənasında işlənmişdir: “Bərü gəlgil, ağ 

südin  əmdigim, qadunım ana!” (D-28). “Ana” sözü obrazlı ifadə 

və deyimlərdə də üstün mövqedə görünür: atalar sözləri və zərbi-

məsəllərdə (“Ağ südin toya əmzirsə, ana görkli”...); frazeoloji 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

157

 

vahidlərdə: anadan toğma soymaq – anadangəlmə soyundurmaq



çılpaq etmək. “Bu yigidi anadan toğma soyuŋ!” (D-179)...; andlar-

da: “Ana həqqi, təŋri həqqi” (D-53). Qeyd etdiyimiz kimi, “ana” 

sözü assonans, anafora, epitet kimi poetik kateqoriyalarda da 

həlledici vasitələrdən biri kimi çıxış edir. 



Cici-bici. “Kitab”da cəmi bir dəfə işlənib: “Pəs varasıŋ, bir 

cici-bici türkman qızını alasan” (D-171). Bu sözə müxtəlif prizma-

lardan münasibət bildirilib: T.Hacıyevin fikrincə, “cici-bacı (bici – 

Ə.T.) loru söz və ifadə kimi fərsiz qadın mənasında eynilə qal-

maqdadır”

1

.  



“KDQ”-nin izahlı lüğətində  zəif, körpə, həm də xoşxasiyyət

həlim, mehriban qız mənasında verilib

2

; K.Bəşirova görə, “cici-



bici – hər ikisi qohumluq ifadə edən sözdür. Tərkibindəki bacı sö-

zünün izahına ehtiyac olmasa da, deməliyik ki, cici sözü uşaq sözü 

olub, böyük bacıya, anaya, nənəyə edilən müraciətlərdən biridir. 

Cici-bacı  tərkibi kifayət qədər qədim tarixə malik olub. “Kitabi-

Dədə Qorqud” dastanının dilində rast gəlinir... Cici-bacı  həm də 

bir-birinə yaxın, dost olan şəxslər barədə  də  işlənir...

3

;  Ə.Tahir-



zadə bir sıra mənbələrə istinadən göstərir ki, Şəki arealındakı 

“ana” anlamlı ciyi//cici//ciji//ci sözü gürcü dilində qoşa söz da-

xilində mühafizə olunur (ciciapa-cici (ana), - apa (ana)

4

... Məhz  



bu cür izahlara görə “Kitab”da işlənmiş “cici-bici” sözünü şərti 

olaraq “qadın cinsini ifadə edən qohumluq terminləri” sırasına 

daxil etmək olar. 

G ə l i n . “Kitab”da daha çox “toyu edilən, ərə gedən qız” 

(“Ala gözlü oğlına al duvaxlu gəlin aldı” – D-253) və “qayınataya, 

qayınanaya görə  oğlun arvadı” (“Yalansa bu sözləriŋ gerçək ola, 

gəlincigüm” – D- 117) mənalarında işlənmişdir.  

                                                            

1

 T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, səh.68. 



2

 “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.37. 

3

 K.Bəşirov. Azərbaycan dilində sinonim qoşa sözlərin izahlı lüğəti. Bakı, 2012, 



səh.35. 

4

 А.Тагирзаде. Древнетюркский лексико-грамматический пласт в диалектах и 



говорах азербайджанского языка. АКД. Баку, 1983, с.15-16. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

158

 

“Kitab”ın dilində düzəltmə quruluşlu gəlin sözü əsasında ya-



ranmış düzəltmə  və mürəkkəb isimlərə  təsadüf olunur: düzəltmə 

isimlərdə: gəlincik. “Dilüŋ içün öləyim gəlincigüm!” (D-117); 

qız-gəlin. “Ağca yüzli qızım-gəlinim əkşəşmədin” (D-299). Gəlin 

sözünə epifora, epitet kimi poetik kateqoriyalar tərkibində  də 

təsadüf olunur (əvvəlki səhifələrə bax). 

H  ə l a l . Ərəb mənşəli “həlal” (halal) sözünün “Kitab”da  

həm də kəbinli və ya qanuni arvad mənasında işlənməsinə rast gə-

linir: Qazanın həlalı – Qazanın arvadı. “Qırq incə bellü qızla Qa-

zanıŋ həlalını biz gətürmişiz” (D-40); həlalı – arvadı. “Sürdi həlalı 

yanına gəldi” (D-166); həlal – arvad. “Dizin basub oturanda həlal 

görkli” (D-6). Sonuncu nümunədəki “həlal” sözü “Kitab”ın 1988-

ci il Bakı nəşrində “arvad” yox, “qadın” mənasında verilib. 

Evfemistik ifadənin sinonimi kimi çıxış edir,daha doğrusu, 

evfemistik ifadənin semantik yükü məhz “həlal” sözü vasitəsilə 

açılır. “Xan qızı həlalıŋı tanımayan gözüŋ olmuş!” (D-149).  

Buradakı “xan qızı” ifadəsi “arvadı” mənasındadır, yəni “xan 

qızı = həlalı (arvadı)” modeli mətnin semantikasına tam yapışıqlı 

vəziyyətdədir. 

“Arvad” anlamlı “həlal” sözünə poetik kateqoriyalar tərki-

bində də təsadüf olunur: “Ala gözlü görklü həlalıŋ yüklü qoduŋ, - 

aslan oldı!” (D-212). 

A.Məmmədova “həlal” sözünün sinonimliyindən bəhs edər-

kən belə bir sxem verir: “dişi – halal – qadın – qarı “qadın”. Sonra 

isə aşağıdakı nümunələri təqdim edir

1

:  



 

Dirsə xan dişi əhlinin söziylə ulu toy eylədi... 

Dizin basub oturanda halal görkli. 

Qo bəni qadın ana, çəngələ ursunlar... 



Qarılar dört dürlüdür. 

Sonuncu nümunədəki “qarı” sözü barədə M.Qıpçaq yazır: 

“Qarı sözü kontekst daxilində substantivləşərək “qadın”, “arvad”, 

                                                            

1

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.75. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə