Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə52/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   48   49   50   51   52   53   54   55   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

159

 

“zövcə” mənaları da kəsb edir”



1

. Bu, ikinci nümunədəki “həlal” 

sözünə də aid edilə bilər. Konkret desək, ikinci nümunədəki “hə-

lal” sözü daha çox “qadın” yox, “arvad” mənasında qavranılır. 

Burada o da vurğulanmalıdır ki, ərəb mənşəli “halal” sözü 

“Kitab”da təkcə kəbinli və ya qanuni arvad yox, həm də “haramın 

ziddi” mənasında  müşahidə olunur: südü həlal eyləmək. “Ağ sü-

dini anam maŋa həlal eyləsün” (D-145); ətməgi (çörəyi) həlal ol-

maq. “Ağaŋuzıŋ ətməgi sizə həlal olsun!” (D-101); axirət həqqini 

həlal etmək. “Axirət həqqini həlal etsün” (D-299). 



X a t u n. Orxon-Yenisey abidələri və digər qədim türk 

mənbələrində olduğu kimi, “Kitab”da da “xatun” sözü   xanım, ar-

vad, həyat yoldaşı mənasındadır: xanım mənasında – Burla xatun

Selcan xatun kimi antroponimik modellərdə “xatun” sözü xanım 

mənasındadır; həyat yoldaşı  mənasında – “Xatunı ayıtdı...” (D-

242); “Razı oldı. Əzrayil xatunıŋ canın almağa gəldi” (D-168)... 

B.Məhərrəmli “Kitab”dakı “xatun” sözünün semantikası  və 

fonetik variantlarına müxtəlif bucaqlardan yanaşıb: “...”Kitabi-

Dədə Qorqud” dastanında xatun// kadun//qadın//qadun variantla-

rında “xanım”; “xanın arvadı”; “qadın”; “arvad, kişinin həyat yol-

daşı” mənalarında işlənmişdir: ...Boyu uzun Burla xatununu gəti-

rib sağraq sürdürmək gərək – dedi. Dastanın dilində “qadın anlayı-

şını bildirmək üçün xatun kişi birləşməsindən istifadə olunmuşdur. 

Özbək dialektlərində xotun//xutun fonovariantları mövcuddur”

2

.  


Bu fikrin davamı olaraq qeyd edək ki, “Kitab”da həlal (halal), 

övrət, yoldaş (həyat yoldaşı mənasında) sözləri ilə sinonimik cərgə 

təşkil edən “xatun” sözü Azərbaycan dili şivələrində ilkin forma 

və semantikasına uyğun şəkildə mühafizə olunur: Cəlilabad şivə-

sində “xatun” (arvad, qadın), Şəki şivəsində “xatın” (arvad), Qax  

şivəsində “xatınşı” (arvad, qadın),  qərb  şivələrində isə sinonim 

                                                            

1

 M.Qıpçaq. “Dədə Qorqud kitabı”nın dilində əlamət və keyfiyyət bildirən sözlər. 



Bakı, 2012, səh.43. 

2

 B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı, 



2012, səh.304 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

160

 

qoşa söz kimi: xanım – xatın. Burada “xatun” sözünü qədim türk 



mənbələri və Təbriz dialekti müstəvisində araşdıran M.Məmməd-

linin fikirlərini xatırlatmaq lazım gəlir: “xatın. Bu söz Təbriz dia-

lektində  əsasən  qayın xatını birləşməsinin tərkibində  fəaliyyət 

göstərir...Təbriz dialektində qeyin arvadı arvad  xəttinə, qeyin xa-

tını birləşməsi isə kişi xəttinə aid  edilir. Bundan əlavə, Təbriz dia-

lektinin  əhatə dairəsinə daxil olan bütün ərazilərdə  səliqəli geyi-

nən təmizkar qız və gəlinlərə xatın qız və yaxud xatın gəlin, yaşlı 

qadınlara isə xanım-xatın arvad  deyilir”

1

.  Müəllifin qeydləri belə 



bir fikri reallaşdırır: Təbriz dialekti üçün səciyyəvi olan “xatın 

qız”, “xatın gəlin” qohumluq terminləri forma və semantikasına 

görə “Kitab”dakı  “xatun kişi”,  “anam kişi” və s. kimi vahidlərlə 

səsləşir. 



Qayın ana//qayınana. Bu qohumluq termininin “Kitab”dakı 

səciyyəvi cəhətlərini belə ümumiləşdirmək olar: ismi birləşmə 

modeli və mürəkkəb söz formasında işlənib – “Anamdan yegrək 

qayın ana!” (D-262); müasir ədəbi dilimizdə mürəkkəb söz forma-

sındadır: qayınana; “ər və ya arvadın anası” anlamlı qayınana  sö-

zü  “Kitab”da “ərin anası” mənasında müşahidə olunur (Banıçiçək 

və Selcan xatunla bağlı parçalara bax); mətnlərdə daha çox “qa-

yınata” qohumluq termini ilə yanaşı işlənib: “Qız bildi kim, qayı-

nanası, qayınatasıdır” (D-194). 

Q ı z. Türkoloji araşdırmalarda  “qız” sözü yaş-cins bildirən 

söz kimi, həm də qohumluq termini kimi təqdim olunur. “Ki-

tab”da işlənmiş “qız” sözü də müxtəlif mənalara malikdir: “qadın 

cinsindən olan uşaq, övlad” mənasında. “Oğlı olanı ağ otağa, qızı 

olanı qızıl otağa qondurıŋ” (D-10); həddi-büluğa çatmış, lakin ərə 

getməmiş qadın cinsli cavan” mənasında: “...kafər qızları Qalın 

Oğuz bəglərinə sağraq sürüb  içərlərdi” (D-36); “Sarı tonlu qız eş-

qinə bir “hu” dedi” (D-183); antroponimik modellərdə qohumluq 

termini funksiyasında çıxış edir: “Baybican  bəg qızı Banıçiçək” 

(D-77). Bir cəhəti də qeyd edək ki, “Kitab”da qız sözünün məhz 

                                                            

1

 M.Məmmədli. Azərbaycan dilinin Təbriz dialekti. Bakı, 2008, səhş156 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

161

 

qohumluq termini kimi işlənməsi ayrı-ayrı cümlələrin semantik 



yükündən də  bəlli olur: “Baybican bəgün bir qızı varmış, anı 

görməgə gəldim!” (D-78). 

Burada o da qeyd olunmalıdır ki, qız sözü “Kitab”da ismi 

birləşmə modelində olan bir sıra qohumluq terminlərində birinci 

tərəf kimi çıxış edir: qız qardaş. “Beyrəgə və anasına və qız qar-

daşlarına muştçı  gəldi” (D-86); qız kişi. “Anam kişi, qızım kişi” 

(D-194). Buradakı “qızım kişi” ifadəsi mətn daxilində “qızım gə-

lin” mənasında qavranıla bilir. Maraqlıdır ki, “qız” sözü “qız-gə-

lin” mürəkkəb ismində də birinci tərəf kimi işlənib: “Qaza bəŋzər 

qızı-gəlini ağ çıqarub qara geydi” (D-256). Əlavə edək ki, epitet, 

təşbeh kimi poetik kateqoriyalarda da “qız” sözünün intensivliyi 

müşahidə olunur (əvvəlki səhifələrə bax). 



Qız qardaş//qız qarındaş. “Kitab”da iki variantda işlənmiş 

bu qohumluq termini bacı  mənasındadır: “Aydan arı, gündən 

görkli qız qardaşıŋ Banıçiçəgi Bamsı Beyrəgə diləməgə  gəlmi-

şəm!” (D-83); “Dədə, qız qarındaşımıŋ yolına bən nə istərsəm, 

verərmisin?” Bu tip cümlələrdəki “qız qardaş” və “qız qarındaş” 

qohumluq terminləri ilə bağlı Ə.Dəmirçizadə maraqlı bir açıqlama 

verir: “Burada belə bir cəhəti qeyd etmək lazımdır ki, ilk mənbə-

lərdə “qız qarındaş” və ya “qız qardaş” ifadələri işləndiyi halda, 

“oğlan qarındaş” ifadəsinin işləndiyini göstərən heç bir mənbə 

hələlik bizə məlum deyil”

1

.  


“Kitab”da “qız qarındaş” qohumluq terminindən  əvvəl ulu 

(böyük) və kiçi (kiçik) sözlərinin işlənməsinə təsadüf olunur: kiçi 

qız qarındaş=kiçik bacı. “Beyrək baqdı gördi kim, kiçi qız qarın-

daşı binardan su almağa gəlür...” (D-102); ulu qız qarındaş=böyük 

bacı. “Ulu qız qarındaşları yanına gəldi” (D-105). Yeri gəlmişkən, 

qohumluq bildirən qardaş və oğul sözlərinin əvvəlində də “ulu” və 

“kiçi” sifətlərinə rast gəlinir: kiçi qardaş=kiçik qardaş. “Əgrək kiçi 

qardaşıŋ boynın öpdi” (D-270); ulu qardaş=böyük qardaş. “Ulu 

qardaşı Əgrək burada soylamış...” (D-269); kiçi oğul=kiçik oğul. 

                                                            

1

 Ə.Dəmirçizadə. 50 söz. Bakı, 1968. səh.40. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə