Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə53/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   49   50   51   52   53   54   55   56   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

162

 

“Uşun qocanın kiçi oğlı Səgrək eyü, bəhadır, alp, dəlü yigit qopdı” 



(D-256); ulu oğul=böyük oğul. “Ulu oğlınıŋ adı  Əgrək idi” (D-

253). 


“Kitab”ın poetik semantikasından məlum olur ki, Oğuz cə-

miyyətində bacıya yüksək qiymət verilib, onun zahiri və daxili gö-

zəlliyi obrazlı şəkildə canlandırılıb. “Kitab”da “qız qardaş” (bacı) 

qohumluq terminindən  əvvəl işlənmiş “aydan arı” və “gündən 

görkli” epitetləri də dediklərimizi təsdiqləyir: “Aydan arı, gündən 

görkli qız qardaşıŋ Banıçiçəgi Bamsi Beyrəgə diləməgə    gəlmi-

şəm!” – dedi” (D-83). 

Övrət. O.Ş.Gökyay bu sözü “avrat” (kadın, karı, zevce)  şək-

lində transkripsiya edib (İstanbul, 2000). Bu, M.Erginin nəşrində 

eynilə  təkrarlanıb (Ankara, 1958). Drezden nüsxəsindəki yazılış 

şəkilləri, eyni zamanda ərəb mənşəli “həlal” (kəbinli və ya qanuni 

arvad mənasında) sözünün ”Kitab”da üstün mövqedə görünməsi 

Zeynalov-Əlizadə nəşrindəki transkripsiyanın (övrət) daha düzgün 

olduğunu göstərir. Yeri gəlmişkən, M.Adilov “arvad” sözünün eti-

mologiyası ilə bağlı maraqlı mülahizələr söyləyir: “Bir sıra digər 

sözlər kimi, türk dillərinə məxsus arvad//avrad// avrat// avurğat sö-

zünü də  ərəb dilinə  məxsus hesab etmiş, bu dilin övrət sözü ilə 

əlaqələndirmişlər. Lakin əslində bu iki vahid “təsadüfi səs uyğun-

luğu” nəticəsində bir-birinə yaxınlaşan deterogen omonimlərdir... 

Ev//əv//av və avrat anlayışları arasında tipoloji yaxınlıq  da diqqəti 

cəlb edir...”

1

.  


“Kitab”da bir neçə sözün, o cümlədən “övrət” sözünün ar-

vad, həyat yoldaşı  mənasında işlənməsindən bəhs etmişik (bax: 

həlal – xatun – övrət-yoldaş). Bu mənada burada “övrət” sözünü 

mətn daxilində təqdim etməklə kifayətlənirik: “Ocağıŋa bunıŋ kibi 

övrət gəlməsün” (D-9); “Aldayuban ər tutmaq övrət işidir. Öv-

rətiŋdənmi ögrəndiŋ sən bu işi, qavat?! – dedi” (D-297). 



Yengə. “Kitab”da cəmi səkkiz dəfə işlənib: yeddi dəfə “Qı-

sırca yengə” antroponimik modelinin tərkibində; bir dəfə müstəqil 

                                                            

1

 M.Adilov. Niyə belə deyirik. Bakı, 1982, səh.64-65.  




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

163

 

şəkildə: “Ağca yüzlü yengəmi tul eləmişsən” (D-232). Basatın di-



lindən verilmiş bu cümlədəki “yengə” sözü “böyük qardaşın arva-

dı” mənasındadır. Digər tərəfdən, həmin cümlədə “yengə” qohum-

luq terminindən  əvvəl işlənmiş “ağca yüzlü” (ağca üzlü) epiteti 

Oğuz cəmiyyətində yengəyə – qardaş arvadına olan hörmət və 

məhəbbətin göstəricisi kimi çıxış edir.  

A.Məmmədova “Qısırca yengə derlər, bir xatun vardı” cüm-

ləsindəki “yengə” sözünü “böyük qardaşın arvadı” mənasında izah 

edir ki, bu da yerinə düşmür

1

: birincisi, ona görə ki, “yengə” sözü 



mənfi emosiyalı ayamada ikinci komponent kimi çıxış edir; ikin-

cisi, “Kitab”ın ümumi semantik tutumu “Qısırca yengə” antropo-

nimik modelindəki “yengə” apelyativini “böyük  qardaş arvadı” 

yox, “toy günü gəlini oğlan evinə aparan qadın” mənasında izah 

etməyə imkan verir. Qısırca yengənin dilindən verilmiş “Bəg yigi-

dim, bu otağ Baybican bəg qızı Banıçiçəgiŋdir” cümləsinin se-

mantik yükü, Qısırca yengənin dadı –  dayə statusunda çıxış etmə-

si, “Banıçiçəyin dilindən verilmiş “bir yasduqda baş qoduğım” 

frazeminin semantikası da sonuncu fikrin daha real olduğunu gös-

tərir (bax: Oğuz xanımlarının qohumluğu – Banıçiçək). 

Yengə sözü Azərbaycan dili şivələrində, xüsusən də qərb şi-

vələrində iki mənada mühafizə olunur: qardaş arvadı  və ya əmi-

oğlu arvadı; toy günü gəlinə  hər növ xidmət edən qadın. Müasir 

ədəbi dilimizdəki mövqeyi isə belə səciyyələndirilir: “Ədəbi dili-

mizdə bu leksemin birinci mənası arxaikləşmiş və yerini tamamilə 

ikinci mənaya buraxmışdır...”

2

  

Yoldaş. “Dost” anlamlı “yoldaş” sözü “Kitab”da intensivliyi 



ilə  fərqlənir: “Yerdən yuca tağlar başına yoldaşların alub çıqdı” 

(D-131). “Həyat yoldaşı” anlamlı “yoldaş” sözü isə cəmi iki dəfə 

işlənib: “Dəli Domrul yüz qırq yıl dəxi yoldaşıyla yaş yaşadı” (D-

169)... məhz bunun nəticəsidir ki, qorqudşünaslar daha çox “dost” 

anlamlı “yoldaş” sözündən bəhs ediblər. “Həyat yoldaşı” anlamlı 

                                                            

1

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.42. 



2

 Yenə orada, səh.43 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

164

 

“yoldaş” sözünə isə çox az diqqət yetirilib (bax: qorqudşünaslar, 



dilçilər yazır, “Dədə Qorqud kitabı” təkzib edir). 

Qohumluq terminləri ilə bağlı  təqdim etdiklərimizi belə 

ümumiləşdirmək olar: “Kitab”da işlənmiş kişi və qadın cinsini 

ifadə edən qohumluq terminlərinin  əksəriyyəti türk mənşəlidir; 

“Kitab”ın poetik strukturundakı qohumluq terminləri təkcə seman-

tikası  və intensivliyinə yox, həm də poetik kateqoriyalar daxilin-

dəki rolu və funksiyasına görə digər terminlərdən seçilir; qədim 

türk dili, tarixi və etnoqrafiyasının bir parçası olan bu tip ter-

minlərin böyük bir qismi müasir ədəbi dilimizdə eynilə, bir qismi 

isə müəyyən fonetik və semantik dəyişmələrlə sabitləşmişdir.  

 

      



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə