Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə55/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   51   52   53   54   55   56   57   58   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

168

 

“Mif və Yazı” qarşıdurmasını “Kitab” boyu izləyən müəllif 



göstərir ki, Baybura bəyin gözlərini də Mifin gücü açır. O Mif ki, 

yazıdan güclü çıxır: “Gözləri açılmış Baybura bəy təzədən min-

min oğuzdan biri olur: gülür, sevinir, yeyir, içir, şadlanır... Baybu-

ra bəy artıq Dədə Qorqud üçün və deməli, Mif üçün qorxulu de-

yil”. 

K.Abdulla  “Kitab”da ov, nişanlı axtarışı, doğma adamın xi-



lasının zərurəti kimi situasiyaları Mifin gücü və Yazının gücsüz-

lüyü kontekstində araşdırır, eyni  zamanda Yazının gücü və Mifin 

gücsüzlüyünü konkret faktlarla arqumentləşdirir. Məsələn, “- A 

bəylər! Oğlan qancaru getdi ola? – dedi” cümləsi ilə başlanan 

sintaktik bütövü belə  səciyyələndirir: “...Cəngavərlik kodeksinin 

bir daha pozulmaması üçün oğlunu qurban verməyə hazır olan ata 

öz daxilində heç bir şəxsi, intim hissin oyanmasına yol vermir, 

çox kəskin və  qəti  şəkildə  hərəkət etməyə hazırlaşır və burada o 

yalnız ümumun, sosial mühitin, cəmiyyətin mənafeyi naminə 

çalışır”. Bu tip sintaktik bütövlərin semantikasını insan və cəmiy-

yət kontekstində araşdıran müəllif haqlıdır. 

 K.Abdulla ümumi dilçiliyə söykənərək Mif və Yazı üslubu-

nu dilin və  təfəkkürün inkişafı müstəvisində saf-çürük edir: 

simvolizə edilmiş əşya və predmetlər də yazıdır; Mifin üslubu bü-

tövlükdə söz üzərində qurulmuşdusa, Yazının üslubu da cümlə ilə 

formalaşır; söz kollektivin, cümlə fərdin təmsilçisi kimi çıxış edir; 

bütöv cümlə birgə sözə  bənzəyir... Müəllif bu tip hökmlərin hər 

birini “Kitab”ın üslubu və poetik strukturu ilə əlaqələndirir ki, bu 

da olduqca təbii qarşılanır. 

“Situasiya qəhrəmanı yox, qəhrəman situasiyanı formalaşdı-

rır”. K.Abdulla bu cür situasiyaların “Kitab”ın poetik strukturu 

üçün xarakterik olmadığını, daha dəqiqi, “Kitab”da çox zəif şəkil-

də  təzahür etdiyini əsaslandırır və belə  qənaətə  gəlir ki, “qəhrə-

manlar öz təbiətlərinə uyğun olaraq, bundan çıxış edərək qeyri-

tipik vəziyyətlər yaradırlar”. 

K.Abdulla “Xaos-Kosmos”, “Keçmiş-İndi”, “Naşılıq-Təcrü-

bə” anavariantlarını “Kitab” üzrə təhlil süzgəcindən keçirir ki, bu 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

169

 

da nəticə etibarilə “Kitab”ın poetik semantikasına işıq salır. İki de-



tala diqqət yetirək: Basatın cəmiyyətə qayıdışına, eləcə  də Qaza-

nın suya və qurda müraciətinə “Təbiət-Mədəniyyət anavariantı” 

kontekstində aydınlıq gətirilir; dayı-bacıoğlu münasibətlərindəki 

ziddiyyətlər “Köhnə-Yeni anavariantı” istiqamətində müəyyənləş-

dirilir, Aruz qoca köhnəliyin, Salur Qazan isə daha çox yeniliyin 

ifadəçisi kimi təqdim olunur. 

“Kitab” və antik yunan ədəbiyyatındakı oxşar qəhrəman ob-

razlarını müxtəlif bucaqlar altında araşdırmış alimlər sırasında Əli 

Sultanlının adı xüsusi olaraq vurğulanır. Qəribə də olsa, K.Abdul-

la bu müstəvidə Əli Sultanlının ən layiqli davamçısı kimi görünür. 

K.Abdullanın bu keyfiyyəti haqqında bəhs etdiyimiz kitabının 

ikinci hissəsində (Anavariantlara doğru) qabarıq  şəkildə görünür. 

Bu hissədə Odissey və Beyrək, Polifem və  Təpəgöz...Sarı donlu 

Selcan xatun və Gözəl Yelena, Salur Qazan və Aqamemnon, 

Beyrək və Antiqona kimi obrazlar qarşılaşdırılır, onların oxşar və 

fərqli cəhətləri konkret faktlarla əsaslandırılır. Burada müəllifin 

Odissey və Beyrək obrazları ilə bağlı müəyyənləşdirdiyi çoxsaylı 

oxşarlıqlardan bir neçəsinə diqqət yetirək: “Beyrək on altı ilin 

ayrılığından sonra xəbər tutur ki, nişanlısını başqasına ərə verirlər 

və əsirlikdən qaçır; Odissey iyirmi il ayrılıqdan sonra İtaki adasına 

dönüb arvadı Penelopaya elçi düşən gənc zadəganlarla qarşıla-

şır;... Beyrək də,  Odissey də sevgililəri tərəfindən birdən-birə ta-

nınmırlar... Hər biri sirr açmaq məcburiyyətində qalır. Beyrək al-

tun üzüyün sirrini (tarixçəsini) Banıçiçəyə açır, Odissey isə yataq 

otağındakı çarpayının sirrini  Penelopaya danışır...”. Assosiativ və 

sintaqmatik münasibətlər kontekstində dəqiqləşdirilmiş bu fikirlə-

rin hər biri  elmi və inandırıcıdır. Çünki K.Abdulla qarşılaşdırdığı 

mənbələrdəki hadisə  və süjet oxşarlığını, obrazların hərəkət tra-

yektoriyasında müşahidə olunan ən kiçik detalı belə  nəzərə alıb, 

onların hər birini zərgər dəqiqliyi ilə cilalamağa çalışıb. Burada 

bir fikirdən yan keçmək olmur: Məhz bu cür şərhlərinə görə 

K.Abdulla təkcə Azərbaycan və Türkiyə yox, ümumən dünya qor-

qudşünasları tərəfindən xüsusi olaraq qiymətləndirilir. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

170

 

“Mətnin semantik boşluqları” adlanan üçüncü hissədəki “Or-



dun üstünə kimi qorsan?” bölməsi belə başlanır: “Dastanın ilk 

oxunuşunda sirli, müəmmalı görünən bir çox məqamları anlamaq-

da yenə də Dastanın özü kömək edir – mətn bir tərəfdə dumana-

sisə bürünmüş kimidisə, başqa bir tərəfdə  səma öz gözdeşən 

maviliyində, açıqlığında, hətta bu dumanı-sisi qovan sərin meh də 

göndərə bilir...”. “Kitab”ın böyüklüyü, monumentallığı ifadə 

olunmuş bu tip cümlələrin semantikası və poetik siqlətinə əsaslan-

maqla K.Abdullanın dili (nitqi) barədə də müəyyən fikirlər yürüt-

mək olar: obrazlı danışmağı, obrazlı yazmağı sevən K.Abdullanın 

dili  şirin və  zəngindir. O, bu zənginliyə görə  həm də “Kitab”a 

borcludur. 

Şah abidəmizin hər sözünə, hətta hər səsinə belə vurğun 

olan, ulu abidəmizin gizli qatlarını səbrlə araşdıran, “Kitab” barə-

də kitablar yaradan Kamal müəllim! ”Dədə Qorqud”un sirli-sehirli 

dünyasına növbəti səyahətiniz uğurlu olsun! Dədəmiz Qorqudun 

dili ilə desəm, “Çaparkən ağ-boz atın büdrəməsin!” 

 

 

“Dədə Qorqud kitabı”nın leksikası



 

 

Qorqudşünaslıqda “Kitab”ın leksikasına, xüsusən də türk 



mənşəli və alınma sözlər, arxaizmlər, semantik  söz qrupları kimi 

məsələlərə tezis və məqalələr, həmçinin ayrı-ayrı monoqrafiyalar-

da müəyyən bölmələr həsr edilsə də, “Kitab”ın leksikası kompleks 

və sistemli şəkildə öyrənilməyib. Konkret desək, “Kitab”dakı türk 

mənşəli və alınma sözlərin sayı dəqiqləşdirilməyib, onların müasir 

Azərbaycan dili, eləcə də Türkiyə türkcəsindəki sabit və dəyişkən 

formaları müəyyənləşdirilməyib, omonim, sinonim və antonimlər 

tarixi-linqvistik prizmadan tədqiq edilməyib, abidənin dili baxı-

mından səciyyəvi olan morfoloji və sintaktik üsulla düzələn sözlər 

məhz “Söz yaradıcılığı” başlığı altında araşdırılmayıb. Bu mənada 

Afaq Cəbrayıl qızı  Məmmədovanın təqdim etdiyi “Dədə Qorqud 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə