Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə56/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   52   53   54   55   56   57   58   59   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

171

 

kitabı”nın leksikası” adlı dissertasiya (2007) aktuallığı və yeniliyi 



ilə diqqəti cəlb edir. 

Giriş, üç fəsil, nəticə  və  ədəbiyyat siyahısından ibarət olan 

əsərin I fəsli “Dədə Qorqud kitabı”nın lüğət tərkibi” adlanır. 

Müəllif daha aydın təsəvvür yaratmaq məqsədilə “Kitab!”ın lüğət 

tərkibini iki yarımfəslə bölərək tədqiq edir: türk mənşəli sözlər və 

alınma sözlər. Qeyd edək ki, qorqudşünaslıqda “Kitab”dakı alın-

ma sözlərin sayı barədə müxtəlif fikirlər vardır. Belə ki,  Ə.Dəmir-

çizadəyə görə, “Kitab”da 350 ərəb və 136 fars, K.Vəliyevə görə, 

559  ərəb və fars, E.Piriyevə görə, 194 fars mənşəli söz işlənib. 

Afaq Məmmədova bu hesablamaların heç biri ilə razılaşmır və 

“Kitab”ın dilində  işlənən sözlərin sayı barədə yeni, həm də daha 

inandırıcı fikirlər irəli sürür. Müəllifə görə, “Kitab”da 3000-ə ya-

xın söz işlənib. Bu sözlərdən 573-ü alınmadır (353-ü ərəb, 205-i 

fars mənşəlidir, 15-i tərkibində türk mənşəli ünsürlər, daha dəqiqi

türk mənşəli morfoloji elementlər iştirak edən ərəb və fars mənşəli 

vahidlərdir). Burada onu da qeyd etmək lazımdır ki, müəllif “Ki-

tab”da işlənən türk mənşəli 773 sözün müasir Azərbaycan dilində 

semantik, fonetik, morfoloji cəhətdən eynilə işləndiyini, həmçinin 

abidədəki 213 leksemin müxtəlif fonetik formalarının mövcud 

olduğunu da dəqiqləşdirib. Bu mənada Afaq Məmmədovanın 

“Kitab”ın lüğət tərkibi barədə təqdim etdiyi statistik hesablamala-

rını məqbul hesab etmək olar. 

Afaq Məmmədova “Kitab”dakı türk mənşəli sözləri üç isti-

qamətdə araşdırıb: müasir Azərbaycan dilində semantik , fonetik, 

morfoloji cəhətdən eyni qalan sözlər (ad, ağ, ata, beş...); müasir 

Azərbaycan dilində fonetik dəyişikliyə uğramış sözlər (av, başar-

maq, çaqmaq, diləg, dilkü...); müasir Azərbaycan dili üçün arxaik-

ləşən sözlər. Müəllif “Müasir Azərbaycan dili üçün arxaikləşən 

sözlər”i daha geniş planda, dəqiq desək, aşağıdakı başlıqlar altında 

tədqiq edib: a) “Kitab”da işlənən, müasir Azərbaycan dilində ta-

mamilə arxaikləşənlər (alar – sübh vaxtı, arğış – karvan, çətük – 

pişik); b) “Kitab”da işlənən, müasir Azərbaycan dilində passivlə-

şən, yəni müəyyən sahələrdə  və ya söz kökü, birləşmələr, atalar 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

172

 

sözü, deyimlər içərisində qalanlar (ağ - ağ eləmək, qara – Qara-



bağ, Qaradağ, qılmaq – çarə  qılmaq, namaz qılmaq...); c) “Ki-

tab”da və müasir dövrümüzdə struktur eyniliyi qorunsa da, məna-

larını  dəyişən sözlər, yəni semantik arxaizmlər (aş – yemək, eh-

san, qalın – qüvvətli, böyük, qatı – bərk, qüvvətli...); ç) “Kitab”da 

işlənən, müasir Azərbaycan  ədəbi dilində arxaikləşən və ya 

passivləşən, dialekt və  şivələrimizdə isə  fəal olan sözlər (aqça – 

pul, ağmaq – yüksəlmək, ucalmaq, qalxmaq, ağıl – tövlə, bayımaq 

– varlanmaq, güz – payız...); d) “Kitab”da işlənən, müasir Azər-

baycan ədəbi dili üçün tipik olmayıb,  Türkiyə türkcəsində ədəbi 

dil səviyyəsində  işlək olan kəlmələr (datlu//tatlu – şirin, otaq  - 

çadır, baqır – mis, buŋalmaq – sarsılmaq...). Bütün bunlar onu 

göstərir ki, “Kitab”dakı türk mənşəli sözlərin hər birinə qədim və 

müasir türk dilləri prizmasından yanaşan Afaq Məmmədovanın 

qənaətləri doğru və inandırıcıdır. 

Nümunələri “Kitab”ın Drezden nüsxəsindən götürən müəl-

lifin əlyazmada oxunması çətinlik törədən bir neçə söz və ifadənin 

üzərində xüsusi olaraq dayanması onun həm də bir mətnşünas 

kimi çıxış etdiyini təsdiqləyir. Məsələn, “Kitab”dakı “ 

ق

و

يسمر “  



(D-199) yazılış  şəklini H.Araslı “qurumsu”, M.Ergin “kurumsu”, 

S.Əlizadə “qurması” formasında transkripsiya edib. Mətnin se-

mantik tutumuna və sanballı lüğətlərə istinad edən Afaq Məmmə-

dova təkzibedilməz arqumentlərlə  əsaslandırır ki, həmin yazılış 

şəkli “qorımsı” (hörük, saçın topa halında bir yerə yığılması) for-

masında oxunmalıdır.  

I fəslin ən müsbət cəhətlərindən biri də “Kitab”ın dili baxı-

mından səciyyəvi olan ərəb və fars mənşəli sözlərin  üç istiqamət-

də qruplaşdırılmasıdır: “Dədə Qorqud kitabı”nda işlənən və müa-

sir dilimizdə aktiv olan (vətəndaşlıq hüququ qazanan) alınmalar 

(axşam, çəmən, vətən...); “Dədə Qorqud kitabı”nda işlənən, müa-

sir dilimizdə passivləşən alınmalar (asiman, behişt, xub...); müəlli-

fin “Dədə Qorqud kitabı”nda işlənən, müasir dilimizdə arxaiklə-

şən alınmalar (bidət, imirzə, müt`i...). Bu qeydlər bir daha təsdiq 

edir ki, Afaq Məmmədova ərəb və fars mənşəli sözlərlə bağlı mü-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

173

 

əyyənləşdirdiyi qrupların hər birini uyğun dil faktları ilə  əsas-



landıra bilib. 

“Dədə Qorqud kitabı”nın dilində semantik söz qrupları” ad-

lanan II fəsildə abidənin dili baxımından səciyyəvi olan sinonim, 

omonim və antonimlər geniş şəkildə tədqiq edilir, çoxmənalılıq və 

omonimliyin oxşar və  fərqli cəhətləri məhz “Kitab”dan götürül-

müş dil faktları əsasında araşdırılır. A.Məmmədovanın sinonimlə-

rin mənşəyi və eposdakı  işlənmə tezliyi ilə bağlı  təqdim etdiyi 

cədvəl II fəslin  ən yaxşı  cəhətlərindən biri kimi qiymətləndirilə 

bilər.  Əsərin 70-80-ci səhifələrində verilmiş  həmin cədvəl, bir 

tərəfdən, A.Məmmədovanın yüksək tədqiqatçılıq qabiliyyətini, 

digər tərəfdən, onun hər bir sözə  zərgər dəqiqliyi ilə yanaşdığını 

təsdiqləyir. Burada müəllifin təqdim etdiyi cədvəldən yalnız bir 

nümunəni xatırlatmaqla kifayətlənirik: əsrük (1) – oğuz, qıpçaq və 

ya başqa türk tayfa dillərində;  şərablu (1) - ərəbcə, məst (2), 

sərxoş (3) – farsca. 

“Kitab”ın leksikasına dərindən bələd olan Afaq Məm-

mədova yazır: “Bizcə, DQK (“Dədə Qorqud kitabı” – Ə.T.) dilin-

də kişi leksemi tək işləndiyi zaman “adam, insan, nəfər” mənala-

rında ancaq kişi cinsini ifadə edirdi; əgər qadın cinsini ifadə etməli 

idisə, o zaman mütləq qadın cinsini bildirən sözlə birlikdə  işlən-

məli idi (anam kişi, gəlin kişi və s.). Müqayisə et: qardaş  və  qız 

qardaş”. Müəllifin irəli sürdüyü tezislərin düzgünlüyünü “Ki-

tab”dakı faktlar da təsdiq edir. Məsələn, “Bəkil gördi, xatun 

kişinin əqli-kəlicəsi eyüdür”. 

“Kitab”dakı antonimlərin sistemi, daha doğrusu, onların se-

mantik sıralanma prinsipini qorqudşünaslıqda ilk dəfə olaraq 

dəqiqləşdirən də Afaq Məmmədovadır. Müəllifin araşdırmala-

rından məlum olur ki, “Kitab”dakı antonimlərin sıralanmasında 

bir neçə prinsip gözlənilib. Məsələn, müəllifin bir fikrinə diqqət 

yetirək: “Əgər antonim kəlmələr yaxşı-pis ziddiyyətli mənaları 

ifadə edirsə, o zaman ilk əvvəl yaxşı, sonra pis anlamlı kəlmələr 

işlədilir. Məsələn, alqış-qarğış, ağ-qara, comərd-nakəs, xeyir-şər

dost-düşmən və s.”. Fikrimizcə, müəllifin irəli sürdüyü tezis inan-



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə