Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə6/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   2   3   4   5   6   7   8   9   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

18

 

A.Hacıyev həmin yazılış  şəkillərinin oxunuşu və  tərcüməsi 



ilə bağlı fikirləri ümumiləşdirərkən fərqli transkripsiyaları nüsxə 

katibinin xətası kontekstində  təqdim edir: “...nüsxə katibi, 

naşirlərin düzgün müşahidə etdikləri kimi, “Ulaş  oğlu Qazan” 

əvəzinə “Salur oğlı Qazan” yazmış, beşinci misranı “anam adın”, 

altıncı misranı isə “atam adın” birləşməsi ilə başlamışdır. Elə buna 

görə  də O.Şaiq, M.Ergin və  Ş.Cəmşidov nəşrlərində Drezden  

nüsxəsinə uyğun variant əsas götürülmüşdür. Lakin Bartold, 

H.Araslı  və Zeynalov – Əlizadə  nəşrlərində bu yazılış növbəti 

katib xətası kimi dəyərləndirilərək yuxarıda göstərilən ardıcıllıqla 

verilmişdir ki, ortaya çıxan bu cür ziddiyyətli oxunuş variantları 

mübahisəli fikir və mülahizələrin predmetinə çevrilmişdir”. 

B.Abdullanın “bizə  bəlli olan məsələ burada bir daha aydın olur 

ki, Qaba Ağac ata, Qağan Aslan isə anadır” fikrini inandırıcı 

görünməyən, sadə bir açıqlama hesab edən A.Hacıyev daha çox 

V.V.Bartold və S.Əlizadənin mövqeyində dayanır: “...aslanı ana 

deyil, əksinə, ata kimi dərk edən akademik V.V.Bartold bu misra-

ların deyilmə  səbəbini eynilə Basatın itkin düşməsi və aslan 

tərəfindən bəslənməsi ilə əlaqələndirir...Bəlkə də, nüsxə katibi də 

belə düşündüyündən həmin sözləri yerdəyişik yazmışdır. Hətta 

belə olduqda  “Qaba Ağac”ı ata kimi əsaslandırmağın mümkünlü-

yünü təsəvvür edə bilmirik. Ümumiyyətlə, oğuzların törəniş haq-

qındakı  təsəvvürlərini nəzərə almadan bu deyimi necə açıqlamaq 

olar? Odur ki, həmin görüşləri  bir daha nəzərdən keçirək. 

Uyğur “Oğuznamə”sində göstərildiyi kimi, Oğuz Kağanın 

Boz oqların  əsasını  təşkil edən Gün, Ay, Ulduz adlı  oğulları 

göydən yaruk (Şüa) içində enmiş  qızla, Üç oqların  əsasını  təşkil 

edən Göy, Dağ, Dəniz adlı  oğulları isə  ağac koğuşunda oturmuş 

qızla izdivacından törəmişdir... Deməli, oğuz inamına görə “Qaba 

Ağac” heç də ata deyil, məhz anadır”. Qorqudşünas Asif Hacıyev  

mübahisə predmetinə çevrilmiş  həmin misralarla bağlı  şərhlərini 

belə yekunlaşdırır: “Hər halda, hansı mövqedən izah edilməsindən 

asılı olmayaraq, bu məqamda “Qağan Aslan” ifadəsinin məhz əski 

mifə sədaqət ruhunda “ata” başlanğıcı, “Qaba Ağac” birləşməsinin 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

19

 

isə “ana” başlanğıcı yaşatması mübahisəsizdir” (“Dədə Qorqud 



kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.175-186). 

R.Əlizadənin araşdırmalarından aydın olur ki, müəllif daha 

çox S.Əlizadə, M.Seyidov, R.Qafarlı, A.Hacıyev, S.Rzasoy kimi 

alimlərin mövqeyini müdafiə edir: “Dədə Qorqud” eposunda 

Basatın soylamasında ağacın mifoloji ana statusu və ilkin stixiya 

kimi oğuzların düşüncəsindəki yeri müəyyənləşir: 

Anam adın sorar olsaŋ - Qaba Ağac! 

Atam adın deirsəŋ - Qağan Aslan! 

Mənim adım sorarsaŋ - Aruz oğlu Basatdır. 

Basatın qeyd edilən cavabı islamdan əvvəlki oğuz-türk 

düşüncəsindəki mifik qatları (Dünya ağacına aid inamlar) 

göstərməklə yanaşı, keçid mərhələsində arxaik elementlərin fəal 

iştirakına da büruzə vermiş olur” (Azərbaycan folklorunda təbiət 

kultları. Bakı, 2008, s.60).  

İslam Sadıq “Qaba Ağac” ifadəsini  Şumer dastanları kon-

tekstində  təhlil edir: “Anam adın sorar olsan –  Qaba Ağac” 

misrasında gizli bir mənanın kodlaşdığı aydın görünür.  Ona görə 

də “qaba” sözünün buradakı mənası digər ifadələrdəki mənalarına 

uyğun gəlmir... Basatın “Anam adın sorar olsan – Qaba Ağac” 

fikrinin  şumer mifik təfəkküründən qaynaqlandığı, “Həyat ağacı 

ilə Qaba ağac” ifadələrinin eyni anlamda işləndikləri düşünülə 

bilər” (Türk epos yaradıcılığı  və  Şumer dastanları. Xalq cəbhəsi 

qəzeti, 10 iyul 2010-cu il).  

Təqdim etdiyimiz fərqli transkripsiyalara uyğun söylənilmiş 

fikir və mülahizələr əsasən oxşar olsa da, hətta bəzən biri digərini 

təkrarlasa da, onların hər birini normal hal kimi qəbul edir və 

problemə tam yeni müstəvidə yanaşmağı  məqsədəuyğun bilirik. 

Bu mənada aşağıdakı arqumentlərə diqqət yetirək: 

– fikrimizcə, Drezden nüsxəsinin 232-ci səhifəsində ardıcıl 

işlənmiş cümlələrdə eynilə  təkrar olunan yazılış  şəklinin ( اتا

م ) 

birinci cümlədə (ardıcıl verilmiş cümlələrdəki sıra nəzərdə tutulur) 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

20

 

“atam”, ikinci cümlədə “anam” (O.Ş.Gökyay, M.Ergin), yaxud 



əksinə, birinci cümlədə “anam”, ikinci cümlədə “atam” (H.Araslı, 

Zeynalov-Əlizadə) şəklində transkripsiyasını məqbul hesab etmək 

olmaz. Çünki Drezden nüsxəsindəki hər iki yazılış  şəkli məhz 

“atam” kimi oxunur. Dəqiq desək, hər iki yazılış  şəklində ikinci 

hərfin te (ت) olması açıq-aydın görünür; 

– ikincisi, dialoqun məzmunundan aydın olur ki, Təpəgöz   

Basatdan  anasının  adını soruşmur.   Bu  mənada “ اتا

م ” yazılış şək-

linin “anam” şəklində transkripsiyası artıq görünür, hətta məntiqə 

ziddir. Bu fikri Əyrəklə  Səyrəyin dialoqu da qüvvətləndirir: 

Təpəgöz Basatdan yalnız atasının adını soruşduğu kimi (Ağ saq-

qallu babaŋ adı nədir?), Əyrək də Səyrəkdən yalnız atasının adını 

soruşur (Yigit, səniŋ babaŋ kim?). Səyrək isə ona ünvanlanmış 

sual cümləsinin semantikasına uyğun olaraq yalnız atasının adını 

deyir (Babam adın sorarsaŋ - Uşun qoca!). Bu qarşılaşdırma bir 

daha təsdiq edir ki, Basatın dilindən verilmiş cavab cümləsindəki 

“ اتا

م  “ yazılış şəklinin “anam” şəklində oxunuşu Təpəgözlə Basatın 



dialoqunun semantikasına, ümumiyyətlə, uyğun deyil. Hətta bu 

məsələni sadə bir məntiqlə  də yozmaq olar: Təpəgöz Basatdan 

anasının adını deyil, təkcə atasının adını soruşursa, Basat da yalnız 

atasının adını deyir. Burada bir cəhəti də qeyd etmək lazım gəlir: 

ana adının çəkilməsi qədim türk adətlərinə ziddir. Bu, “Kitab”da 

da qabarıq görünür. Belə ki, Dirsə xan, Qazan xan, Buğac, 

Beyrək, Qanturalı kimi qəhrəmanlar analarının adını çəkmir, hətta 

buna təhkiyəçi dilində də təsadüf olunmur

– üçüncüsü, “Qaba Ağac” ifadəsinin kişi cinsinə aid olması 

həm də “Kitab”a istinadən dəqiqləşdirilib (əvvəlki səhifələrə bax: 

B.Abdulla və R.Qafarlının fikirləri). Qeyd etdiyimiz kimi, Beyrə-

yin bacısının dilindən verilmiş “Kölgəlicə qaba ağacım kəsilübdir, 

Ozan səniŋ xəbəriŋ yoq” cümləsini müxtəlif bucaqlar altında şərh 

etmək olar. Amma burada “nəsli davam etdirəcək kişi (ata) yox-

dur” mənası daha qabarıq görünür; 

– dördüncüsü, Drezden nüsxəsində on beş  dəfə  işlənmiş 

“anam” sözündə ikinci hərf məhz “ن” (nun) hərfidir. Bu mənada  



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə