Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə60/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   56   57   58   59   60   61   62   63   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

183

 

rəfindən tədqiq olunur. Burada bir cəhəti xüsusi olaraq vurğula-



maq lazım gəlir: bu vaxta qədərki araşdırmalarda “Kitab” daha 

çox dilçilik, folklorşünaslıq, tarix, etnoqrafiya və sosiologiya kimi 

elmlər müstəvisində öyrənilmişdir. “Kitab”ın pedaqoji mahiyyəti-

nin üzə çıxarılması, onun pedaqoji fikir tariximizdəki mövqeyi və 

digər məsələlər, demək olar ki, araşdırmalardan kənarda qalmış-

dır. Bu mənada Pərişan Həsənovanın təqdim etdiyi  “Kitabi-Dədə 

Qorqud” dastanında mənəvi tərbiyə məsələləri” (2012) adlı disser-

tasiya bütün parametrlərinə görə aktual və orijinal görünür. Müəl-

lif  əsərin elmi yeniliyindən bəhs edərkən göstərir: “Tədqiqatın 

elmi yeniliyi dastanın etnopedaqoji mahiyyətinin elmi əsaslarının 

aşkarlanmasından, onun mənəvi tərbiyə sisteminin müəyyənləş-

dirilməsindən ibarət olmaqla dastanda üzə  çıxarılan mənəvi key-

fiyyətlərin pedaqoji tərbiyə sistemində yeri, onların sonrakı nəsil-

lərə ötürülməsinin zəruriliyi və  əhəmiyyətinin  əsaslandırılmasın-

dan ibarətdir”. Bu detalların hər biri dissertasiyanın fəsil və böl-

mələrində konkret faktlarla arqumentləşdirilir ki, bu da müəllifin 

təkcə “Kitab”a yox, ümumən qədim türk ədəbiyyatı və tarixinə də-

rindən bələd olduğunu, eyni zamanda pedaqogikanın nəzəri 

müddəalarını “Kitab”a zərgər dəqiqliyi ilə  tətbiq etdiyini təsdiq 

edir. 


Giriş, iki fəsil, nəticə  və istifadə olunmuş  ədəbiyyat siyahı-

sından ibarət olan dissertasiyanın hər səhifəsindən bəlli olur ki, 

müəllif problemi dərindən mənimsəyib, fəsil və yarımfəsillər 

arasındakı ardıcıllığı, məntiqi əlaqəni ustalıqla yaradıb. 

Qeyd etdiyimiz kimi, əsərin yarımfəsilləri bir-birini tamam-

layır.  İlk olaraq “Kitabi-Dədə Qorqud” abidəsinin meydana çıx-

dığı tarixi şərait və Oğuzlar problemi” adlı birinci yarımfəsilə diq-

qət yetirək. Pərişan Həsənova “Kitab”ın etnopedaqoji abidə kimi 

qavranılmasını araşdırarkən, dastanın ilk dəfə elm aləminə  bəlli 

olması, ayrı-ayrı boyların hələ XIX əsrdə müxtəlif dillərə tərcümə 

edilməsi, müxtəlif nüsxələrdən ibarət dastanın müqayisəli təhlili 

kimi məsələlərə münasibət  bildirir, fikirlərini H.F.Dits, C.Lyun-

sun, V.Bartold, M.Ergin, S.Əlizadə,  Ş.Cəmşidov kimi alimlərin 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

184

 

tədqiqatları kontekstində təqdim etməyə çalışır. Açığını deyim ki, 



müəllifin bu tip izahları  təkcə pedaqogika yox, həm də dilçilik, 

folklorşünaslıq, tarix və etnoqrafiya baxımından  əhəmiyyətlidir. 

Müəllifi  bu cür araşdırma aparmağa sövq edən isə məhz qarşıya 

qoyduğu problemin bir neçə sahə ilə  sıx bağlılığıdır. Bu mənada 

əsərdə tez-tez təkrarlanan “...dastan qədim tarixə malik türk xalq-

larının ulu keçmişini, etnopedaqogikasını, folklorunu, milli mənə-

viyyatını, etnoqrafiyasını və s.  əks etdirən sənət abidəsidir” kimi 

fikirlər təbii qarşılanır. Yeri gəlmişkən, hər hansı bir mövzunu bir 

neçə elmin sintezi kontekstində araşdıran tədqiqatçı xüsusi 

intellekt sahibi olmalıdır ki, problemi asanlıqla həll edə bilsin. 

P.Həsənova məhz bu tip tədqiqatçıları xatırladır. 

“Tədqiqatçılar “Kitabi-Dədə Qorqud” dastanında mənəvi 

tərbiyə  məsələləri haqqında” adlanan ikinci yarımfəsildə iddiaçı 

Ə.Həşimov, A.Səmədov,  Ə.Ağayev, Y.Talıbov, Y.Hüseynzadə, 

X.Əlimirzəyev kimi alimlərin “Dədə Qorqud kitabı” ilə bağlı təd-

qiqatlarında xalqın mənəviyyatı  və  mənəvi tərbiyə  məsələlərinin 

qabarıq  şəkildə verildiyini müəyyənləşdirməklə kifayətlənmir. 

Əksinə, bu problemlə bağlı onların dediklərini saf-çürük edir, 

mövzuya təkcə sinxronik deyil, həm də diaxronik prizmadan 

yanaşır. Bu da müəllifə “Kitab”dakı  mənəvi tərbiyə  məsələlərini 

daha dərindən araşdırmağa imkan vermişdir. 

Dissertasiyanın birinci fəslinin üçüncü yarımfəsli belə adla-

nır: “Kitabi-Dədə Qorqud”dakı pedaqoji ideyaların müasirlik 

çalarları”. Valideyn-övlad məhəbbəti, ər-arvad məhəbbəti, ailə sə-

mimiyyəti, xüsusən də el-obaya, doğma torpağa məhəbbət kimi 

məsələlər “Kitab”da poetik şəkildə ifadə olunmuşdur. Müəllif bu 

detalların hər birini tərbiyə  məsələləri müstəvisində araşdırarkən 

müasir həyatımızla bağlılıq dərəcəsini konkret faktlarla əsaslandı-

rır. Məsələn, Oğula olan dərin məhəbbətdən bəhs olunarkən aşağı-

dakı parça təqdim olunur: 

 

Oğul! Oğul! Ay oğul! 



Qaza bənzər qızımın-gəlinimin çiçəyi oğul! 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

185

 

Doqquz ay dar qarnımda götürdüyüm oğul! 



On ay dedikdə dünyaya gətirdiyim oğul! 

Dolması beşikdə bələdiyim oğul! 

Bu parçanın mühüm tərbiyəvi təsirə malik olması, bu gün də 

müasirliyini itirməməsi konkret faktlarla əsaslandırılır. “Kitab”da 

elə bir boy yoxdur ki, orada ağıl, bilik və bacarıq yüksək şəkildə 

dəyərləndirilməsin. Bu mənada P.Həsənova “Kitab”dakı “Bildiyi-

ni unutmasa ağıl yaxşıdır”, “Oğuzlarda dörd igid üzörtüyü ilə gə-

zirdi: biri Qanturalı, biri Qaraçəkir və oğlu Qırxqınıq, biri də Boz 

ayğırlı Beyrək idi” və s. kimi parçalarda fiziki qüvvə ilə  ağılın 

sintezinin bədii  şəkildə ifadə  olunduğunu qeyd etməklə  bərabər, 

onu  müasir müstəviyə keçirir: “Bu gün Azərbaycanda insanın 

hərtərəfli inkşafı, maddi kapitalın insan kapitalına çevrilməsi, döv-

lət siyasətinin  prioritet istiqamətlərindəndir. Ölkə başçısının insan 

amilinə yüksək səviyyədə önəm verməsi, ağıllı, savadlı insanların 

idarəetmə, təşkilati, eləcə də təlim-tərbiyə işinə cəlb olunması cə-

miyyətdə sağlam mənəvi mühit yaradır. Bu da öz növbəsində cə-

miyyətin inkişafına təkan verir”. Bu qeydlər “Kitab”dakı  mənəvi 

tərbiyə məsələlərinin hər zaman aktual və yeni olduğunu bir daha 

təsdiq edir. 

Əsərin “Kitabi-Dədə Qorqud”da mənəvi tərbiyə  məsələ-

lərinin inikası” adlanan ikinci fəsli birbaşa tərbiyə  məsələlərinə 

həsr olunub. Bu fəslin ilk yarımfəsli “Kitab”dakı  vətənpərvərlik 

tərbiyəsi məsələlərini əhatə edir. Müəllif  “Kitab”da vətənpərvər-

lik motivlərinin Bayındır xan, Qazan xan, Bamsı Beyrək və digər 

Oğuz qəhrəmanlarında daha çox müşahidə olunduğunu, eləcə  də 

döyüşə hazırlıq, ana Vətənin müdafiəsi kimi məsələlərə boyların 

hər birində  təsadüf edildiyini göstərir. Bu cür detalların hər birini 

müasir həyatımızla  əlaqələndirmə P.Həsənovanın uğurlarından 

biri kimi dəyərləndirilə bilər. Bu mənada müəllifin “Oğuzlarda 

gənclərin vətənpərvərlik hissinin, mənəvi dünyasının zəngin-ləş-

dirilməsində  cəmiyyətin aparıcı  şəxslərinin nümunəsi də  əsas rol 

oynayırdı. Onu da qeyd etməliyik ki,  xalqımızın genetik kodunda 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə