Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə61/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   57   58   59   60   61   62   63   64   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

186

 

yer tutan vətənpərvərlik hissi zaman-zaman qəhrəmanların, fəda-



kar insanların yetişməsinə zəmin yaratmışdır” – kimi fikirləri bü-

tün parametdlərinə görə inandırıcıdır. 

“Kitabi-Dədə Qorqud”da yoldaşlıq, dostluq və sədaqət tərbi-

yəsi” məsələləri ikinci fəslin ikinci  yarımfəslində təhlil süzgəcin-

dən keçirilir. Müəllif yoldaşlıq, dostluq, sədaqət, etibarlıq,  əxlaq, 

namus, qeyrət kimi məsələləri Qazan xan, Beyrək, Dirsə xanın 

xatunu və digər obrazlar müstəvisində  şərh edir, daha dəqiqi, bu 

tip obrazların mənəvi keyfiyyətlərinin pedaqoji təhlilini verir. 

İkinci fəslin üçüncü  yarımfəsli belə adlanır: “Mənəvi key-

fiyyətlər olan yaxşılıq, xeyirxahlıq, düzlük və doğruçuluq tərbi-

yəsi!”. “Kitab”ın istər “müqəddimə”sində, istərsə də boylarında bu 

keyfiyyətlərin poetik şəkildə ifadəsinə tez-tez rast gəlinir. Bu 

mənada mənəvi tərbiyəni həm də məhz bu cür detallar üzrə araşdı-

ran müəllifin irəli sürdüyü müddəalar inandırıcı görünür: ...Tanrı-

dan aldığı qüvvət, atasına olan sonsuz məhəbbət, Yeynəyin qoluna 

güc, iradəsinə möhkəmlik və  mənlik verir. Yeynək atasını dus-

taqlıqdan xilas edir, azadlığa qovuşdurur. 

“Kitab”da böyüyə, ata-anaya, qardaşa, müdrik şəxslərə hör-

mət və məhəbbət qabarıq şəkildə ifadə olunmuşdur. Burada təkcə 

onu qeyd etmək kifayətdir ki, Dədə Qorqud müdrikliyi “müqəd-

dimə” qarışıq hər bir boyda mərkəzi xətdə dayanır. Bu mənada 

ikinci fəslin dördüncü  yarımfəslinin “Kitabi-Dədə Qorqud” dasta-

nında böyüyə, ata-anaya, qardaşa, müdrik şəxslərə hörmət tərbiyə-

si” adlandırılması təbii qarşılanır. P.Həsənova Oğuz cəmiyyətinin 

ağsaqqalı Dədə Qorquda xüsusi hörmət və ehtiram bəslənildiyini

Dədə Qorqud müdrikliyini, oğuzların ağsaqqallığa, insanın ağıl və 

düşüncəsinə, mənəvi keyfiyyətlərə  dəyər verdiklərini konkret 

faktlarla  əsaslandırır, valideynlərə, xüsusən də anaya göstərilən 

ehtiramı “Ana haqqı – Tanrı haqqı” – deyimi kontekstində  şərh 

edir. 


Dissertasiyada bir sıra qüsurlar da müşahidə olunur: 

Səh. 49-da müəllif Oğuz igidlərinin ağıllı olmasından, ağılı 

yüksək qiymətləndirməsindən bəhs edir və “Dirsə xan oğlu Buğac 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

187

 

xan boy”undan böyük bir parça verir. Qanturalının dilində  işlən-



miş “Bu dünyayı ərənlər əqllə bulmuşlar” deyiminə isə münasibət 

bildirmir. Halbuki bu məsələ daha çox həmin deyim kontekstində 

izah olunmalı idi. 

“Kitab”da “Qarşı yatan uca dağını  aşmağa gəlmişəm” mis-

rası ilə başlanan parçaya iddiaçının münasibəti belədir: “...müasir 

ailələrimiz üçün səciyyəvi olmayan, amma əcdadlarımızın elçilik 

adət-ənənələrində özünə təməl qazanmış bir müraciətlə də rastlaşı-

rıq”. Birincisi, elçilik müasir ailələrimiz baxımından da səciyyəvi-

dir. İkincisi, həmin parça müasir etnoqrafiyamızda nisbətən dəyi-

şilmiş şəkildə mühaizə olunur (Al almağa gəlmişik... Gəlin apar-

mağa gəlmişik. Dirəyinizi qoparmağa gəlmişik...). 

Əsərdə  sədaqət tərbiyəsindən geniş  şəkildə  bəhs olunsa da

Beyrəyin dilindən verilmiş “Mən Qazanın nemətindən çoq yemi-

şəm, Bilməzsəm gözümə tursun!” misraları ilə başlanan parçaya 

münasibət bildirilmir. Halbuki sədaqətli olma tərbiyəsi məhz 

həmin parçada daha qabarıq şəkildə ifadə olunur. 

P.Həsənovanın “Kitabi-Dədə Qorqud” dastanında mənəvi 

tərbiyə  məsələləri” adlı  əsəri təkcə pedaqogikamız yox, həm də 

qorqudşünaslığımız baxımından dəyərlidir. 

 

 

 

 

 “Dədə Qorqud kitabı” və müasir Azərbaycan 

 ədəbi düşüncəsi 

 

Y.N.İsmayılovanın “Dədə Qorqud kitabı” və müasir Azər-



baycan ədəbi düşüncəsi” adlı kitabı (Bakı, 2011) lazımlı, zəruri bir 

problemə  həsr olunub. Bu məsələ Azərbaycan filologiyası üçün 

bir problem olaraq qalırdı. Elə bu prizmadan yanaşdıqda Y.N.İs-

mayılovanın monoqrafiyası zamanın tələbinə cavab verən dəyərli 

bir iş kimi qiymətləndirilməlidir. 

Bəri başdan qeyd edək ki, tədqiqatda “Kitabi-Dədə Qor-

qud”un Azərbaycan ədəbi düşüncəsinə təsiri probleminin ilk dəfə 

olaraq qlobal kontekstdə götürülməsi, eposun milli ədəbi düşüncə-




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

188

 

nin ilkin mərhələsi və qaynağı kimi ümumazərbaycan  ədəbi 



düşüncəsinin inkişaf tarixindəki rolu və  təsirinin üzə  çıxarılaraq 

səciyyələndirilməsi, “Kitabi-Dədə Qorqud”un müasir Azərbaycan 

nəsrinin inkişafındakı rolunun ilk dəfə xronoloji baxımdan bütöv 

şəkildə götürülərək təhlil edilməsi nəticəsində üç əsas təmayül 

xətti reallaşır: M.Rzaquluzadə  və  Ə.Muğanlının yaradıcılığında 

gerçəkləşdirilmiş “milli-mənəvi təmayül”; Anarın nəsrində real-

laşdırılmış “milli özünütəsdiq istiqaməti”; K.Abdullanın nəsrində 

gerçəkləşdirilmiş “postmodernist yozum xətti”. Hər üç təmayül 

xətti konkret faktlarla əsaslandırılır. Bundan başqa, müasir Azər-

baycan poeziyasında “Dədə Qorqud” motivlərinin tədqiqi nəticə-

sində  aşkar edilmişdir ki, “Kitabi-Dədə Qorqud”un çağdaş  şeiri-

mizə  təsiri müasir poeziyanın keçən  əsrdən başlayan və bu günə 

qədər davam edən tarixini bütövlükdə əhatə edir. Digər tərəfdən, 

müəllif müəyyənləşdirir ki, “Dədə Qorqud” motivləri Azərbaycan 

poeziyasında iki əsas ifadə planında gerçəkləşib: açıq ifadə planı 

və gizli ifadə planı. Tədqiqatda “Dədə Qorqud” motivləri və müa-

sir Azərbaycan dramaturgiyası” məsələsinin  əhatəli  şəkildə öyrə-

nilməsi müasir dramaturgiya üçün xarakterik olan dörd  təmayül 

xəttini aşkarlamağa imkan verir. Y.İsmayılova onu da müəyyən-

ləşdirir ki, Azərbaycan ədəbiyyatında “Dədə Qorqud” motivlərinin 

roman, poema, dram kimi monumental janrlara doğru sürətli inki-

şaf təmayülü eposda daşınan ideyaların monumentallığı ilə birbaşa 

bağlıdır. Bütün bunlar tədqiqatı yüksək elmi-nəzəri  əhəmiyyətə 

malik olan iş kimi qiymətləndirməyə əsas verir. Burada o da xüsu-

si olaraq vurğulanmalıdır ki, Y.İsmayılova “Kitab”ın poetik struk-

turundakı  ən incə detalları belə  təhlil süzgəcindən keçirib. Məhz 

buna görə  də müəllif “Kitab”la müasir ədəbiyyatımızın bağlılığı-

nın bütün tərəflərini müəyyənləşdirə bilib. 

Filologiyamızda, ümumən mədəniyyət  tariximizdə “Kitab”a 

qarşı əsassız və qərəzli hücumların 1951-ci ildə kuliminasiya nöq-

təsinə çatmasından kifayət qədər bəhs olunub. Bu tip araşdırmalar-

da ermənilərin “Kitab”a vurduğu zərbələrə münasibət bildirilsə də, 

konkret faktlarla arqumentləşdirilməyib. Bu mənada Y.İsmayılo-



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə