Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə62/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   58   59   60   61   62   63   64   65   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

189

 

vanın fikirləri maraq doğurur: “...ermənilərin bu əsəri məhv etmək 



cəhdlərinin əsas səbəbi “Dədə Qorqud”un coğrafiyası ilə bağlı idi. 

Vaxtilə V.V.Bartold yazırdı ki, “Kitabi-Dədə Qorqud” çox çətin 

ki, Qafqaz mühitindən kənarda yaranmış olsun”. V.V.Bartoldun 

dediyi Qafqaz mühitində  ermənilər nə etnos, nə xalq, nə də dövlət 

kimi görünür. Dastanda Oğuzların Gürcüstanla həmsərhəd olduğu 

göstərildiyi halda, bu gün ermənilərin məskunlaşdığı Azərbaycan 

ərazilərində ermənilərin yaşamadığı göstərilir” (səh.60). Bu qeyd-

lər onu deməyə  əsas verir ki,  “Kitab”ın coğrafiyası, onun daha 

çox Azərbaycanla bağlılığı kimi məsələlərə aydınlıq gətirən müəl-

lif təkcə bir ədəbiyyatşünas, qorqudşünas yox, həm də tarixçi kimi 

çıxış edir. 

B.Vahabzadə, N.Xəzri, X.R.Ulutürk, Z.Yaqub, N.Kəsəmənli 

kimi  şairlərin yaradıcılığında “Dədə Qorqud” motivlərini araş-

dıran müəllif “Kitab”ın ideya-bədii xüsusiyyətləri, obrazlar siste-

mi ilə səsələşən onlarca şeir parçalarını təhlil süzgəcindən keçirir. 

Məsələn, “Kitab”dakı bir sıra qəhrəman obrazlarının qəhrəmanlıq 

ruhunun ifadəçisi kimi çıxış etməsini X.R.Ulutürkün şeirləri müs-

təvisində qabardır: 

 

Bayqurd, Bamsı Beyrək, Bahadır, Buraz... 



Bunlar ər adları, ərən adları 

 

                *     *     *    * 



 

Gəlsin Dəli Domrul, Dəmirçioğlu 

Hər bir hüceyrəsi tufanla dolu. 

 

 



Burada bir məqam yada düşür: monoqrafiyada “Kitab”dakı 

obrazlı ifadələrin müasir poeziyamızda eynilə  və ya müəyyən 

dəyişmələrlə  işlənməsinə, demək olar ki, rast gəlinmir. Məsələn,  

“Kitab”da: “Qar üzərinə qan tammış kilbi qızıl yanaqlım”; Adil 

Mirseyiddə: “Qar üzərinə damlayır şeirlərimin qanı”. Yaxud “Ki-

tab”da: “Eki şəbçırağa bəŋzər səniŋ gözcigəziŋ”;  Əjdər Olda: 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

190

 

“Yandırsan gözlərin bir cüt lampadır”. Heç şübhəsiz ki, “Kitab”ın 



böyüklüyü və  əbədiyaşarlığı həm də bu cür qarşılaşdırmalar kon-

tekstində əsaslandırılmalıdır.  

Y.İsmayılovaya yaradıclıq uğurları diləyirəm. İnanıram ki, 

o, qorqudşünaslığımızı yeni-yeni əsərləri ilə zənginləşdirəcək. 

 

 

*     *     *    * 



 

 

Şah abidəmizin sirli-sehirli dünyasına bir səyahətimiz də 



beləcə yekunlaşdı: qohumluq terminlərinin semantikasına söykə-

nərək yeddinci yüzilliyin Oğuz kişiləri ilə həmsöhbət olduq; qıp-

çaq  kişilərinin tarixini ziddiyyətlər kontekstində araşdırmağa ça-

lışdıq; at belində Vətən quran türk ərənləri ilə birlikdə ucu-bucağı 

görünməyən türk ellərini dolaşdıq; ağbirçəklərin dediyi laylalar, 

ağsaqqalların söylədiyi kəlamlar, Dədə Qorqudun qopuzu ruhu-

muzu dindirdiyindən  ədəbiyyatımızdakı  bəzi oxşarlıqları  sırala-

malı olduq; Oğuz xanımlarının mərdlik və cəsurluğuna, gözəlliyi-

nə, xanım-xatınlığına heyran olduqsa, onların öz bəy igidlərinə – 

ərlərinə olan sonsuz məhəbbət və  sədaqətlərini də  fəxrlə qarşıla-

dıq;  qohumluq münasibətləri və Oğuz cəmiyyətinin idarə olunma-

sı, yaxın  qohumlara güvənmə,  qohumlar arasındakı ziddiyyətli 

məqamları doğuran səbəblər, Oğuz  ərənləri və xristian  qızları 

kimi məsələlərə məhz qohumluq terminləri kontekstində aydınlıq 

gətirdik; qohumluq terminlərinə  təkcə tarixi-linqvistik yox, həm 

də  mətnşünaslıq,  ədəbiyyatşünaslıq, mifologiya, tarix və etno-

qrafiya baxımından  yanaşaraq bir sıra qaranlıq məsələlərə  işıq 

saldıq; qohumluq terminlərinin atalar sözləri və  zərbi-məsəllər, 

eyni zamanda poetik kateqoriyalar daxilindəki rolunu, poetik 

siqlətini faktlarla arqumentləşdirdik; kişi və qadın cinsini ifadə 

edən  qohumluq terminlərini “Kitab” və  Azərbaycan  dili müstə-

visində araşdırmaqla “Kitab”ın məhz Azərbaycan dilində yazıldı-

ğını arqumentləşdirən tutarlı faktların sırasını  zənginləşdirdik; 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

191

 

təməli ustad türkoloq M.Kaşğari tərəfindən qoyulmuş tarixi antro-



ponimiya məsələlərini dərinləşdirmək məqsədilə “Kitab”da işlən-

miş real və poetik şəxs  adlarının hər birinin məna yükünü türko-

logiyanın son nailiyyətlərinə əsaslanmaqla təqdim etdik. “Kitab”ı 

olduğu kimi qavramaqla gizli məqamları, görünənlə görünməyə-

nin  sərhədini müəyyənləşdirmək istədik...; bir sözlə, “Kitab”ın 

diktəsi ilə onu daha dərindən araşdırmağı, onun möcüzəli dünyası 

barədə bir-iki kəlmə söz deməyi özümüzə  mənəvi borc bildik. 

Bilmirəm, bu borcu  ödəyə bildik, ya yox?!.. Dəyərli oxucu! İstər-

dim ki, ruhumuza qida verən,  əbədiyaşar “Kitab”ımız stolüstü 

kitabınız  olsun! 

 

 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

192

 

II HİSSƏ 



“KİTAB” ZAMAN ANLAYIŞI  

MÜSTƏVİSİNDƏ

 

 

Türkologiyada M.Kaşğari, M.Kazım bəy, R.M.Melioranski, 

N.K.Dmitriyev, N.A.Baskakov, A.N.Kononov, H.Mirzəzadə, 

Ə.Dəmirçizadə, A.Axundov, Y.Seyidov və başqaları zaman kate-

qoriyasının tam formalaşmış bir kateqoriya kimi felə aid olmasın-

dan, keçmiş, indiki  və gələcək olmaqla üç zamanı əhatə etməsin-

dən geniş şəkildə bəhs ediblər. “Kitab”ın dilindəki zaman kateqo-

riyası da, əsasən, qrammatik zaman (keçmiş, indiki, gələcək) kon-

tekstində araşdırılıb. Konkret desək,  Ə.Dəmirçizadə, T.Hacıyev, 

Q.Kazımov kimi alimlər “Kitab”ın dilindəki qrammatik zamanları 

müxtəlif bucaqlar altında  təhlil süzgəcindən keçiriblər. 

Azərbaycan dilçiliyində ilk dəfə olaraq Azərbaycan və ingilis 

dillərindəki zaman anlayışını leksik, morfoloji və sintaktik tempo-

rallıq (dil zamanı) sahələri üzrə araşdıran İ.Tahirov yazır: “...tem-

porallıq sahəsinin nüvəsini qrammatik zaman, yəni felin zamanlar 

sistemi təşkil edir. Felin zamanlar sistemi dildə zaman kateqoriya-

sının – temporallığın maksimal şəkildə ümumiləşmiş və mücərrəd-

ləşmiş ifadə vasitəsidir... Lakin dildə zamanın  əks etdirilməsində 

morfoloji vasitələr leksik, sintaktik, leksik-sintaktik, leksik-qram-

matik vasitələrdən ayrılmazdır... Qrammatik zaman formaları  və 

leksik vahidlər arasında əlaqə kommunikativ səviyyədə müəyyən-

ləşir ki, bu da ya semantik qarşılıqlı  əlaqədən, ya da funksional 

kompensasiyadan ibarət olur”

1

. Rus və Avropa dilçiliyinin son 



nailiyyətlərinə istinadən söylənilmiş bu fikirlər elmi və inandırıcı-

dır. Araşdırmalar göstərir ki, nə türkologiyada, nə də ki Azərbay-

can dilçiliyində temporallığın sahələri kompleks və sistemli şəkil-

də tədqiq olunmayıb, temporallığın  ifadə vasitələrinin  poetik ka-

                                                            

1

  İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 



səh.63-64. 


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə