Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3.53 Mb.
səhifə67/174
tarix25.06.2018
ölçüsü3.53 Mb.
1   ...   63   64   65   66   67   68   69   70   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

205

 

payız arasında olan fəsli “yaydır”: müq.et: yer→yil (il)→yay; 



“yarın” sabah, gələcək gün mənasındadır: müq.et: yer→yil 

(il)→yarın... Təqdim etdiyimiz bu müqayisələr daha çox dünyanın 

heliosentrik sistemi ilə, konkret desək, yer və başqa planetlərin 

Günəş  ətrafında, həm də öz oxu ətrafında dolanması haqqında 

təlim ilə səsləşir. 

“Kitab”da zaman-məkan vəhdətini əks etdirən dil vahidləri-

nin rəngarəngliyi türk dillərinin, o cümlədən Azərbaycan dilinin 

zənginliyini sübut edir.  

 

TEMPORALLIĞIN LEKSİK  

VAHİDLƏRLƏ İFADƏSİ 

 

“Kitab”ın  dilində temporal leksika xüsusi bir lay təşkil edir. 

Bu tip vahidlərin ümumi mənzərəsi aşağıdakı istiqamətlərdə daha 

aydın görünür: 



zərflər:  imdi, dün, sabah, həmişə... 

isimlər: yil, gün, yaz, yay, güz, qış... 

sifətlər: yarınkı, ağlı-qaralı... 

qoşmalar: əvvəl, soηra, bərü... 

bağlayıcı sözlər: qaçan kim, ol vəqt kim ... 

frazeoloji vahidlər: dün qatmaq, günlərdə bir gün, göz açıb 

görmək... 

“Kitab”ın dilindəki temporal leksikanı yuxarıda təqdim etdi-

yimiz sistem üzrə təhlil etməzdən əvvəl “zaman” sözünə  − onun 

mənşəyi, intensivliyi, sinonimliyi kimi məsələlərə münasibət  bil-

dirməyi zəruri hesab edirik. İlk olaraq qeyd edək ki, “zəman” sözü 

“Kitab”ın birinci cümləsində üçüncü söz kimi işlənib (Rəsul əley-

hissəlam zəmanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir 

ər qopdı); “Kitab”da ərəb dilindəki forma və semantikasına uy-

ğundur (zəman), müasir Azərbaycan  ədəbi dilində isə “zaman” 

formasında sabitləşib; “Kitab”da “zəman” sözünün sinonimləri də 

qabarıqlığı ilə seçilir: zəman (Axır zəmanda xanlıq gerü...) → 

vəqt-vaxt (...ol vəqt Qazan evin yağma edərdi) → dəm-vaxt (Evin 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

206

 

yağmalatdığıη dəm Taş Oğuz belə bulınmadı, səbəb oldur) → bu 



məhəl – bu zaman (Bu məhəldə  oğuz  ərənləri bir-bir yetdi) → 

əyyam (Oğuz genə əyyamla gəlüb, yurdına qondı) → vədə (Əcəl 

vədə irməyincə kimsə ölməz)  → çağ (Qalın Oğuzıη  gəlini-qızı 

bəzənən çağda)... Zaman sözünün assosiativliyi kontekstində 

dəqiqləşdirdiyimiz bu sinonim cərgənin rənga-rəngliyi “Kitab”da 

temporallığın ifadə vasitələrinin zəngin-liyini təsdiqləyən ilkin  

kodlar kimi çıxış edir. Şübhəsiz ki, bu cür kodların açılması qədim 

türk dili, tarixi, etnoqrafiyası  və mifologiyası ilə bağlı dolğun 

fikirlər söyləməyə imkan yaradar, bir sıra qaranlıq məsələlərə

gizli məqamlara işıq sala bilər. Çünki “Kitab” yenə də sirli-sehirli 

olaraq qalır. Bu da təsadüfi deyil. Çünki “mifik zaman emprik za-

manın içərisində əridən ozanlar türkün kökünün uzaqlığını, ilkin-

liyini təsdiqləyirdilər”

1

. Bu fakt da “Kitab”da temporallığın leksik 



vahidlərlə ifadəsinin ayrılıqda, həm də yuxarıda təqdim etdiyimiz 

sistem üzrə təhlil süzgəcindən keçirilməsini şərtləndirir. 

 

 

Temporal zərflər (zaman zərfləri)  



 

Türk dillərində, o cümlədən Azərbaycan dilində zaman zərf-

lərinin bir qismi semantika baxımından felin qrammatik zamanları 

ilə eyni xətdə birləşir. Daha doğrusu, bir sıra zaman zərfləri felin 

qrammatik zaman formasını konkretləşdirir, onun qabarıqlığını 

təmin edir. Digər tərəfdən, bəzi ismi xəbərli cümlələrdə zaman 

mənası məhz zaman  zərfləri ilə ifadə olunur. Məsələn, “Kitab”ın 

dilində  işlənmiş “imdi” (indi) zaman zərfinin funksionallığına 

mətn  daxilində diqqət yetirək: “Görəlim, imdi yaradan neylər” 

(D-148); “İmdi qanı dedigim bəg ərənlər?!” (D-154). Birinci cüm-

lədə işlənmiş indiki zaman məzmunlu “imdi” zaman zərfi  həmin 

cümlədəki qrammatik zaman formasının (-ər//-ir neylər) daha qa-

barıq şəkildə ifadə olunmasını təmin edib. İsmi xəbərli ikinci cüm-

                                                            

1

 R.Qafarlı. Azərbaycan türkünün mifologiyası. DDA, Bakı, 2010, səh.19. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

207

 

lədə isə indiki zaman mənası daha çox “imdi” sözü ilə reallaşdırı-



lıb. Yaxud keçmiş zaman məzmunlu “əvvəl” zaman zərfinin eyni 

cümlə daxilində iki dəfə  həm də müxtəlif funksiyalarda çıxış 

etməsinə  təsadüf olunur: “Qızlarıη yolı  əvvəldir,  əvvəl sən at!” 

(D-199). Bu cümlənin ümumi semantik yükündə zaman mənasının 

qabarıq şəkildə  təzahürü müşahidə olunur ki, bu da təsadüfi deyil. 

Çünki həmin cümlədəki ismi xəbər də, zaman zərfliyi də  məhz 

zaman zərfi ilə  (əvvəl sözü ilə) ifadə olunub. Qeyd edək ki, 

“Kitab”ın dilindən verdiyimiz yuxarıdakı cümlə modelləri müasir 

ədəbi dilimiz üçün də  səciyyəvidir. Daha dəqiqi, bu tip cümlələr 

müasir ədəbi dilimizdə təkmilləşmiş, zənginləşmiş şəkildədir. 

Azərbaycan dilçiliyində zaman zərflərinin semantikası ilə fe-

lin qrammatik zamanlarının yaxınlığına müxtəlif prizmalardan ya-

naşılıb: T.Hacıyev zaman zərflərinin semantikasına tarixi-linqvis-

tik müstəvidə aydınlıq gətirir: “...felin qrammatik zamanlarına 

müvafiq zaman zərfləri zamanın müxtəlif müddətlərini bildirir. 

Keçmiş zaman anlayışı göstərilir: əvvəl(-lər); qabaq(-lar); çoxdan, 

əzəldən, onda// anda; dünən//dün, o gün, o vaxt... İndiki zaman 

məzmunu bildirilir:  indi//imdi, şimdi; hazırda, dərhal, bu gün, bu 

axşam... Gələcək zaman anlayışı verilir: sabah//səhər//danla, sonra 

(lar)... Eyni zamanda bütün zamanları əhatə edən, universal zaman 

məzmunu verən zərflər də var: həmişə, dəmadəm, daim, müdam, 

hər gün, hər axşam, hər səhər, hər an, yenə...”

1

.  Y.Seyidov ismi 



xəbərlərə aid olan zaman zərflərinə tam başqa bucaqdan yanaşır: 

“...Zərf cümlədə  hərəkət bildirməyən sözlərə  də aid ola bilər: O 

indi tələbədir, sabah mütəxəssis olacaqdır. Buradakı indi zərfi ismi 

xəbərə (tələbədir) aiddir. Bu o demək deyil ki, zərf həm də əşya-

nın əlamətini (burada zamanın) bildirən nitq hissəsi kimi təriflən-

sin. Ona görə də zərfi hərəkətin əlamətini bildirən nitq hissəsi kimi 

təqdim etmək kifayətdir”

2

.  Ə.Şükürov zaman zərflərini adi, kon-



                                                            

1

 T.Hacıyev. Zərf. – H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 



1990, səh.193. 

2

 Y.Seyidov. Azərbaycan dilinin qrammatikası. Morfologiya. Bakı, 2000, səh.365. 






Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   174


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə