Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə68/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   64   65   66   67   68   69   70   71   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

208

 

kret və davamlı olmaqla üç istiqamətdə qruplaşdırır: adi zaman 



anlayışı ifadə edən zərflər (indi, dünən, ertə); konkret zaman an-

layışı ifadə edən zərflər (indicə); davamlı zaman anlayışı ifadə 

edən zərflər (çoxdan, illərlə, aylarla, ildən-ilə, gündən-günə, gecə-

dən-gecəyə)

1

. İ.Tahirov Azərbaycan və ingilis dillərindəki zaman 



zərflərini temporallıq sahəsinin üfüqi strukturu, daha dəqiqi, mik-

rosahələri kontekstində təhlil edir: “keçmiş zamanın mikrosahəsi – 

zərflər (dünən, bildir, onda, yaxında); indiki zamanın mikrosahəsi 

– indi, anən...; gələcək zamanın mikrosahəsi – sabah, səhər, həmi-

şə...”

2

. “Kitab”da işlənmiş temporal zərflərin səciyyəvi cəhətləri 



həm də bu tip araşdırmalara istinadən dəqiqləşdirilməlidir. Bu mə-

nada “Kitab”dakı temporal zərflərlə bağlı ilk olaraq aşağıdakıları 

qeyd etmək olar:  

−  “Kitab”ın dilində  işlənmiş temporal zərflər müxtəlif za-

man anlayışlarını ifadə edir: keçmiş zaman məzmunu ifadə edən-

lər:  əvvəl,  əzəldən, dün...; indiki zaman məzmunu ifadə edənlər: 

imdi,  şimdi, dərhal...; gələcək zaman məzmunu  ifadə edənlər: 

sabah, soηra, taηla...; 

− “Kitab”dakı temporal zərfləri mənşəyinə görə üç yerə böl-

mək olar: türk mənşəlilər: imdi, dün, taηla...; ərəb mənşəlilər: əv-

vəl, sabah, daim...; fars mənşəlilər: həmişə, dərhal (“hal” morfemi 

ərəb mənşəlidir)...; 

− “Kitab”da intensivliyi ilə fərqlənən temporal zərflər qədim 

türk abidələrinin dili baxımından da səciyyəvidir: “Kitab”da – 

imdi, dün, gecə...; Orxon-Yenisey abidələrində -amtı, tün, kiçə...; 

M.Kaşğarinin “Divan”ında - əmdi, tün, keçə...; 

− “Kitab”ın dilində rast gəlinən temporal zərflərin müasir 

Azərbaycan dilində  işlənmə  səviyyəsi belədir:  ədəbi dilimizdə 

eynilə  işlənənlər - əvvəl, həmişə, gecə...;  ədəbi dilimizdə fonetik 

dəyişmə ilə sabitləşənlər: imdi→indi, genə//yenə→yenə...; “Ki-

                                                            

1

 Ə.Şükürlü. Zərf – Bax: Müasir Azərbaycan dili, II. Bakı, 1980, səh.408. 



2

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 

səh.77-87. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

209

 

tab”dakı forma və semantikasını şivə səviyyəsində eynilə mühafi-



zə edənlər: imdi, yazın... (hər iki söz daha çox Azərbaycan dilinin 

qərb şivələri baxımından səciyyəvidir)...; 

− “Kitab”ın dili üçün səciyyəvi olan temporal zərfləri quru-

luşuna görə üç yerə ayırmaq olar: sadə zaman zərfləri: dün, daim, 

əvvəl...; düzəltmə zaman zərfləri: imdi, yazın (yazda)...; mürəkkəb 

zaman zərfləri: dünli-günli... 

Bu tezislər belə bir fikri reallaşdırır: “Kitab”ın dilində işlən-

miş keçmiş, indiki, gələcək və universal zaman anlayışlı zərflərin 

hər biri ayrılıqda təhlil süzgəcindən keçirilməli, onların mətndəki 

mövqeyi, leksik-semantik yükü, poetik kateqoriyalar daxilindəki 

rolu kimi məsələlərə aydınlıq gətirilməlidir. 

 

Keçmiş zaman məzmunlu zərflər 

 

Anda (onda). Qeyd etdiyimiz kimi,”anda” sözü “ol+da” 

modeli əsasında yaranıb: “Anda dəxi “ərəm, bəgəm” – deyü öyün-

mədim” (D-278). 

Baya (bayaq). “Bir az bundan əvvəl, qabaqca” anlamlı “ba-

yaq” sözü “Kitab”da “baya” şəklində  həm də  cəmi bir dəfə  iş-

lənib: “Baya mırlardı.  Şimdi xırlamağa başladı (D-160). Ardıcıl 

verilmiş bu cümlələrdən birincisində keçmiş (baya-bayaq), ikinci-

sində indiki zaman (şimdi) anlayışlı zaman zərfi işlənib ki, bu da 

mətndəki antitezanı qüvvətləndirir: baya(q) – şimdi; mırlamaq-

xırlamaq (mırla-xırla vahidləri həmqafiyə sözlər kimi çıxış edir). 

Dün (dünən). “Kitab”da “dün” sözünün “dünən” mənasında 

işlənməsinə az təsadüf olunur: “Dün yoq, ötəki gün eviη bundan 

keçdi” (D-47). Gecə, axşam, qaranlıq anlamlı “dün” sözü isə in-

tensivliyi ilə diqqəti cəlb edir: “Dünlə kərvan keçdügin turğay bi-

lir” (D-5). Burada onu da qeyd edək ki, müasir dilimizdəki “dü-

nən” sözünün “dün+gün” modelinin inkişafı  əsasında yaranması 

türkologiyada xüsusi olaraq qeyd olunur. 

Əvvəl.  Ərəb mənşəli, ilk dəfə, birinci dəfə anlamlı  “əvvəl”  

sözü “Kitab”da həm zaman zərfi, həm də qoşma kimi işlənib: Za-




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

210

 

man zərfi kimi: “İmdi incinmə, xanım, əvvəl onuη əliη öpdigimü-



zə” (D-74); qoşma kimi: “Oğuzıη ögincə bundan əvvəl kimsə 

köçməzdi” (D-214). 



Əzəldən.  Ərəb mənşəli daimilik, ilkin və s. anlamlı  “əzəl” 

sözünə türk mənşəli -dən şəkilçisinin artırılması ilə düzəlib, “Ki-

tab”da intensivliyi azdır, konkret desək, cəmi bir dəfə atalar söz-

ləri daxilində  işlənib: “Əzəldən yazılmasa, qul başına qəza gəl-

məz” (D-3). Bu nümunə ilə bağlı onu da qeyd edək ki, keçmiş 

zaman anlayışlı “əzəldən” sözündəki “əz” hissəsinin alliterasiyası 

ilə (əz-qəza, gəlməz) poetik məna qüvvətləndirilib. 

 

İndiki zaman məzmunlu zərflər 



 

Dərhal. Qeyd etdiyimiz kimi, bu söz ərəb və fars mənşəli 

morfemlərin sintezi əsasında yaranıb. O saat, tez, əlüstü və s. kimi 

mənaları ifadə edən “dərhal” sözü “Kitab”da az işlənib: “Təmə 

edüb, dərhal cima eylədi” (D-215). 



İmdi. Hazırda, bu anda, hazırkı vaxtda və s. anlamlı “imdi” 

sözü “Kitab”da intensivliyi ilə  fərqlənir: “Görəlim, imdi yaradan 

neylər” (D-148). Müasir ədəbi dilimizdə “indi” şəklində sabitləşən 

bu söz şivələrimizdə (qərb  şivələrində) “Kitab”dakı forma və 

semantikasına uyğun işlənir. 

Şimdi. İndi mənasını ifadə edən “şimdi” sözü “Kitab”da bir 

neçə  dəfə  işlənib: “Həm  şimdi nə yersən, nə içərsən və  nəyə bi-

nərsən?” (D-274). Qeyd etdiyimiz kimi, müasir ədəbi dilimizdəki 

“indi” sözü “şimdi”nin yox, “imdi”nin fonetik tərkibcə dəyişikliyə 

uğramış variantıdır.  

Həman. Bu əvəzlik “Kitab”da “dərhal” mənasında işləndiyi 

üçün şərti olaraq indiki zaman məzmunlu zərflər sırasında veririk: 

“Həman Beyrək atdan endi” (D-79). “Kitab”ın dilində “həman” 

sözünün  “imdi” sözündən  əvvəl işlənərək onun semantik tutu-

mundakı indiki zaman mənasını qüvvətləndirməsi də müşahidə 

olunur: həman imdi – günü bu gün, məhz indi, elə indi. “Çün böy-

lə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!” (D-80). Yeri 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə