Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə69/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   65   66   67   68   69   70   71   72   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

211

 

gəlmişkən, “Dədə sözü işığında” kitabında Banıçiçəyin dilindən 



verilmiş “...bir yasduqda baş qoduğım!” ifadəsinin (mətndən aydın 

olur ki, toydan 16 il əvvəl deyilib) “ər-arvad” mənasında işləndiyi-

ni  əsaslandırmaq üçün  bir neçə arqument gətirmişdik: Banıçiçə-

yin xristian qızı olması  və ya qeyri-müsəlman həyat tərzi keçir-

məsi; Beyrəyi öz çadırında qəbul  edərkən özünü sərbəst aparması 

və  s.  Bu  sıraya yuxarıdakı cümlənin semantikasından doğan bir 

fikri də əlavə etmək olar: Banıçiçək Beyrəklə öz toyunu həmin an, 

dərhal, lap tez etdirmək fikrində israrlıdır. Bu da həmin cümlədən 

əvvəl təhkiyəçinin dilindən verilmiş “Beyrək üç öpdi, bir dişlədi” 

cümləsinin semantik yükü ilə birbaşa bağlanır. Deməli, “həman 

imdi” ifadəsində Beyrəklə Banıçiçəyin toydan əvvəl ər-arvad mü-

nasibətində olmaları üstüörtülü şəkildə canlandırılıb. Bu da “Ki-

tab”ın poetik strukturundakı başqa detallara işıq sala bilər: Banı-

çiçəyi istəyənlərin Dəli Qarcar tərəfindən öldürülməsi; Beyrəyin 

Dəli Qarcardan ehtiyat etməsi; Banıçiçək Beyrəyin göbəkkəsmə 

adaxlısı olsa da, elçiliyə heç kimin yox, məhz müdriklər müdriki 

Dədə Qorqudun göndərilməsi kimi məsələlərə məhz həmin hadisə 

kontekstində aydınlıq gətirmək olar. 

 

Gələcək zaman məzmunlu zərflər 

 

Andan. “Ol+dan” modelinin inkişafı əsasında yaranmış “an-

dan” zərfi “Kitab”da həm ayrılıqda, həm də “sonra” qoşması ilə 

birlikdə işlənib: “Andan öldürərsəη, mərə kafər, öldür məni...” (D-

281); “Andan soηra Qazan ilə işümiz xeyir ola!” (D-295). Birinci 

cümlədəki “andan” sonra mənasında çıxış etmişdir. 

Sabah.  Ərəb mənşəli bu söz “Kitab”da “yarın” mənasında 

müşahidə olunur: “Mərə, sabah şahinləri al, xəlvətcə ava binə-

lim!” (D-272). “Alar sabah” (Alar sabah sapa yerdə  dikiləndə ağ-

ban evli...) birləşməsində isə günün başlanğıcı, sübh vaxtı  məna-

sında işlənmişdir. 

Soηra. Türkoloji ədəbiyyatda “son+ğaru” modelinin inkişafı 

əsasında yarandığı göstərilir. “Kitab”da “soηra” şəklindədir: “Soη-




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

212

 

ra oğlana gərək olur, a bəglər!” (D-126). Bu cümlədə temporal-



lığın  leksik və qrammatik ifadə vasitələri eyni semantik şaxədə 

birləşir: soηra (gələcək zaman anlayışlı zərf), -ur qeyri-qəti gələ-

cək zamanın qrammatik forması; gərək olur=gərək olar). 

Taηla. “Kitab”da həm ayrılıqda, həm də birləşmə daxilində 

işlənib: taηla (sabah, yarın...). “Taηla qızıηı maηa verərsən” (D-

183); ala taηla (sübh tezdən). “Ala taηla yeriηdən turı gəldiη, oğulı 

tutdurduηmı? (D-194). Dialektologiyaya dair ədəbiyyatda taη, 

taηla sözlərinin şivələrimizdə müxtəlif fonetik variantlarda müha-

fizə olunduğu göstərilir: danna (Bakı şivəsi) danna//dannarı (Göy-

çay  şivəsi), daη, dəηzü – dan üzü (Qazax-Borçalı  şivəsi). Yeri 

gəlmişkən, “Kitab”ın dilində “səhər tezdən”, “sübhdən” anlamlı 

“erkən” sözünə də rast gəlinir (cəmi bir dəfə işlənib): “Erkən bin-

dilər, av yerinə vardılar” (D-272). O.Ş.Gökyayın fikrincə, “Ki-

tab”da “erkən” sözü ayrılıqda yox, birləşmə daxilində işlənib: “er-

ken binmek – erkenden atlanmak, erkenden atlara binmek, erken-

den atlanıp yola çıkmak”

1

. Bizə görə, “erken” sözü “Kitab”da tam 



müstəqil şəkildə işlənib. Yəni həmin cümlədə “erkən” sözü zaman 

zərfliyi, “bindilər” isə feli xəbər vəzifəsindədir. Konkret desək, 

“erkən bindilər” vahidi bir sintaktik suala cavab vermədiyi üçün 

bir cümlə üzvü kimi götürülə bilməz. Bu isə “erkən” sözünün 

“Kitab”ın dilində müstəqil şəkildə işləndiyini təsdiqləyir. 

 

Universal zaman məzmunlu zərflər 



 

Dünli-günli (gecəli-gündüzlü). “Kitab”da  yan-yana işlən-

miş antonimlərdəndir, daha çox zaman müddətinin uzunluğunu 

ifadə edən vahidlər sırasında verilir. Dünli-günli sözünün  “Ki-

tab”dakı antonimliyinə  mətn daxilində diqqət yetirək: “Üç gün 

dünli-günli yortdı” “Kitab”da bu antonimliyin sinonim variantları-

na təsadüf olunur ki, bu da “Dastan”ın zənginlik göstəricilərindən 

biri kimi dəyərləndirilə bilər: “Gecə-gündüz deməyüb yüridilər” 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.205. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

213

 

(D-95).  Ə.Rəcəbli göytürk dilində  işlənmiş tünli-künli (gecəli-



gündüzlü) sözünü həm sifət, həm də  zərf kimi səciyyələndirib: 

“...bu şəkilçi ilə əmələ gələn sözlər istər ayrılıqda, istərsə mürək-

kəb söz kimi sifətin öz funksiyasında – təyin kimi işlənmir, daha 

çox mürəkkəb zərf səciyyəsi daşıyır, hər halda, cümlənin zərfliyi 

vəzifəsində  çıxış edir”

1

.  Deməli, müəllif  “tünli-künli” sözünü 



şərti olaraq zərf hesab edir ki, bu da dilçiliyimizdəki uyğun nə-

zəriyyələrlə üst-üstə düşür. 



Daim. Ərəb dilinə məxsus olan bu söz türkologiyada, əsasən, 

zaman müddətinin daimliyini, uzunluğunu ifadə edən sözlər  

sırasında izah olunur, “Kitab”da cəmi dörd dəfə işlənib: “Həmişə 

Qazanın başına buηlu gəlsün, tayısı Aruzı daim aηa tursun” (D-

293). Bu cümlədə həmişə və daim  temporal zərflərin sinonimliyi 

ilə poetik mənanın qüvvətləndirilməsi də özünü göstərir (fars 

mənşəli həmişə temporal zərfi “Kitab”da cəmi bir dəfə işlənib). 

Genə//yenə. Türkologiyada etimologiyası, əsasən, belə gös-

tərilir: yenə (yan – qayıtmaq, geri dönmək + -a//ə feli bağlama şə-

kilçisi; lüğəti mənası – geri dönərək, qayıdaraq)

2

. “Kitab”da  iki 



variantda müşahidə olunur: genə. “Genə toy edib, atdan–ayğırdan, 

dəvədən buğra, qoyundan qoç qırdırmışdı” (D-10); yenə. “Yenə 

evini dikdi” (D-65).  “Kitab”ın dilində “genə” sözünün ardıcıl ve-

rilmiş cümlələrdə üç dəfə təkrarlanması ilə ahəngdarlığın yaradıl-

masına, eyni zamanda poetik mənanın qüvvətləndirilməsinə təsa-

düf olunur: “Zamanla Oğuz genə yaylaya köçdi. Çoban genə bu 

binara gəldi. Genə qoyun ürkdi” (D-215). Bu cümlələrdəki “genə” 

sözünün işlənmə yeri də maraq doğurur. Belə ki, “genə” sözü bi-

rinci cümlədə üçüncü, ikinci cümlədə ikinci, üçüncü cümlədə isə 

birinci söz kimi işlənib. Heç şübhəsiz ki, bu cür sıralanma mətn-

dəki “genə” sözünün semantik yükünün qabardılması ilə bağlıdır. 

Bir cəhəti də qeyd edək ki, “Kitab”ın dilindəki “genə” sözü müasir 

ədəbi dilimizdə “yenə” formqasında sabitləşib. Semantik yükü isə 

                                                            

1

 Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.222. 



2

 Müasir Azərbaycan dili. II cild, Bakı, “Elm”, 1980, səh.394. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə