Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə71/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   67   68   69   70   71   72   73   74   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

217

 

günü və gecəsi (bütün bu hadisələr hicri-qəməri təqviminin 8-ci 



ayı şəbanın 15-də olmuşdur)”

1

. “Bərat” lirik “mən” üçün gündüz-



dən, gecədən, həftədən, aydan, ildən, hətta Novruz bayramından 

da gözəl və müqəddəsdir – bütün günlərin fövqündə duran bir 

gündür. Çünki həmin gün Məhəmmədə peyğəmbərlik verilib. Bu 

mənada yuxarıdakı beytdə semantik dinamikanın “ruz” (gündüz) 

sözü ilə başlanıb “bərat” sözü ilə  tamamlanması məhz poetik mə-

nanı qüvvətləndirməyə xidmət edir. Bir cəhəti də qeyd edək ki, 

beytdə  işlənmiş  ərəb-fars mənşəli ruz, həftə  və Novruz kimi za-

man məzmunlu isimlərə “Kitab”ın dilində təsadüf olunmur. Daha 

dəqiqi, “Kitab”ın dilində bu sözlərdən ikisinin  sinonimi müşahidə 

olunur:“ruz” – gecə, gündüz; həftə - yedi gün (“Yedi günlük azuğ-

la “çıqayın” – D-126). Sonuncu nümunədəki “yedi gün”(lük) bir-

ləşməsi ilə “həftə” sözünün semantik tutumu eyni xətdə birləşir. 

Bu da həmin zaman kəsiyinin “Kitab”ın dilində leksik yox, sintak-

tik temporallıq vasitəsi ilə ifadə olunduğunu açıq-aydın  şəkildə 

göstərir. 

M.Kaşğarinin “Divan”ında Günəşin doğması, yeddi qardaş 

ulduzunun dönməsi kimi məsələlər bədii mətnlərə istinadən izah 

olunur:  

                      “Kara tünüg keçürsədim, 

                       Ağır unı uçursadım, 

                       Yetigənig kaçur sadım. 

                        Sakış içrə künüm toğdı. 

                                   *  *  * 

                       Qara gecənin keçməsini dilədim, 

                       Ağır yuxunu uçurmaq istədim, 

                       Yeddi qardaş ulduzunu neçə dəfə saydım, 

                       Sayarkən günəşim doğdu. 

                                                            

1

 Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı, 1981, 



səh.22. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

218

 

Qaranlıq gecənin keçməsini, ağır yuxunun uçmasını istədim. 



Yeddi qardaş ulduzunun (Böyük Ayı bürcü) dönməsini dəfələrlə 

saydım, mən sayarkən, nəhayət, günəşim də doğdu”

1

. İlkin təsəv-



vürə görə, “Günəş” (gün işığı) günortadan sonra qayıtmağa, dön-

məyə başlayır. Bu cür təsəvvürlərin ifadəsinə müasir dilimizdə də 

rast gəlinir: Günün dönən vaxtıdır; Gün dönəndə gələrsən. Bu se-

mantik yük, daha doğrusu, “Günəşin dönməsi, qayırması” mənası 

M.Kaşğarinin “Divan”ında belə verilib: “kün kıyıldı=günəş zenit-

dən endi” (III cild, s.185). Qeyd edək ki, “kün kıyıldı” “günəş ze-

nitdən keçdi” mənasına daha çox uyğun gəlir. Yaxud “Divan”dakı 

başqa fakta diqqət yetirək: “tünərdi yer = qaranlıq oldu. Zaman 

üçün də belə deyilir: tünərür-tünərmək” (II cild, s.119). Buradakı 

“tün” sözü “dön” felinin ilkin formalarından biri kimi görünür. 

Maraqlıdır ki,  Günəşin həmin zaman kəsiyindəki hərəkəti 

müasir dilimizdə  “əyilmək” feli ilə ifadə olunur: “Əyilmək. Bat-

mağa doğru meyil etmək (Günəş haqqında): Gün əyilər, saralar ... 

(Bayatı)... Gün əyiləndən sonra sahənin üzərində dəstə-dəstə quş-

lar uçuşurdu (İ.Hüseynov)...”

2

. Çoxmənalı “əyilmək” feli bu məna 



yükünə görə (axşama yaxın günəşin üfüqdən çəkilməsi mənasında 

işlənmiş “gün əyilmək” frazeminin semantikası  nəzərdə tutulur) 

“dönmək” (Günəşin hərəkətini ifadə etmək kontekstində) feli ilə 

eyni semantik yuvaya daxil olur ki, bu da dediklərimizi başqa 

bucaqdan təsdiqləyir. Deməli, yuxarıdakı sistemdə (günün hissələ-

rinin adları  sıralanmış sxem nəzərdə tutulur) “günorta” anlamlı 

“ekindü vəqti” birləşməsindən sonra “günün dönən vaxtı”, “gün 

dönəndə” və ya “gün əyiləndə” tipli ifadələr verilə bilər ki, bu da 

həmin cərgədəki semantik dinamika ilə birbaşa bağlanır. Digər 

tərəfdən, bu assosiativlik gecə anlamlı “dün” sözünün çoxmənalı 

“dön” (mək) felinin semantik konversiyası  əsasında yarandığını 

düşünməyə  əsas verir (ö→ü  əvəzlənməsi də mümkündür: dön-

dün). Belə ki, qədim  türk dilində olduğu kimi, “Kitab”ın dilində 

                                                            

1

 M.Kaşğari. Divanü lüğat-it-türk. III cild, Bakı, 2006, səh.233. 



2

 Azərbaycan dilinin izahlı lüğəti. II cild, Bakı, 1980, səh.243. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

219

 

də “gün dönəndən tan ötənə qədərki müddət” (gün dönəndən gün 



çıxana qədərki zaman kəsiyi) “gecə” və “dün//dünin” sözləri ilə 

ifadə olunub (yuxarıdakı  nümunələrə bax). Bu dinamikliyi belə 

davam etdirmək olar: “Kitab”ın dilində “bu gündən  əvvəlki gün, 

keçən gün, irəliki gün” mənası “dün “sözü ilə ifadə olunub ki, bu 

da arxada qalan gecəyə  və gündüzə  işarə kimi başa düşülə bilər: 

“Dün yoq, ötəki gün eviη bundan keçdi” (D-47). Diqqətçəkən 

məqamlardan biri də budur ki, müasir dilimzdəki keçmiş zaman 

anlayışlı “dünən” sözü türkologiyada məhz “dün+gün=dünün= 

dünən” modelində izah olunur. Bu isə “gecə anlamlı “dün” sözü 

keçmiş zaman anlayışlı “dünən” zaman zərfində daşlaşmış vəziy-

yətdədir” − mülahizəsini söyləməyə imkan verir. 

S.Rzasoy doğuluşla bağlı ritual-mifoloji semantikadan bəhs 

edərkən göstərir: “Qadın ritual-mifoloji kontekstdə hərəkəti bildi-

rir, hərəkət funksiya ilə bağlıdır. Bu, hərəkətlə bağlı leksik-seman-

tik söz yuvasından çıxmış ilkin köklərinin qadının funksional 

semantikası ilə bağlı ilkin söz kökləri ilə bağlılığı boyunca daha 

aydın başa düşülür:  

 

                doğmaq -------------- “do” kökü 



                törətmək-------------- “to” kökü (Qadın) 

                tərpənmək -----------  “tə” kökü  

                durmaq --------------- “du” kökü (Hərəkət)”

1



Bu cəhət  Günəşin (gün işığının) hərəkətinə uyğun olaraq 

adlandırılmış müddəti müəyyən olan zaman kəsiklərinin adlarında 

da özünü göstərir:  

Künəş//günəş toğdı//doğdu – to//do kökü, kün//gün (gündüz) 

Künəş//günəş töndü//döndü – tö//dö kökü, tün//dün (gecə) 

Tün//dün, kün//gün ötdü – tünkün//düngün//dünən (arxada 

qalan bir gün, dünən) 

Fikrimizcə,  keçmiş  zamanın  qrammatik forması olan -dı

4

 

şəkilçisi də çoxmənalı “dön” felinin semantik konversiyası ilə ya-



                                                            

1

 S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 2004, səh.27. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə