Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə75/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   71   72   73   74   75   76   77   78   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

229

 

“Taη ötdi, gün toğdı” (D-90); “Köksi gözəl qaba tağlara gün 



dəgəndə” (D-21); “Dəpəgöz günə qarşu arxasın vermiş” (D-225). 

... “Günəş” anlamlı “gün” sözünün digər işlənmə  məqamları isə 

belədir: toponimik vahiddə birinci komponent kimi işlənməsinə 

rast gəlinir.: Günortac (Qalarda – qoparda yerim Günortac); antro-

ponimik vahiddə ikinci komponent kimi müşahidə olunur: Qara-

günə; bir sıra təşbeh və epitetlərin daxilində ən həlledici detal kimi 

görünür: “Aydan arı, gündən görkli qız qardaşıη Banıçiçəgi Bam-

sı Beyrəgə diləməgə gəlmişəm!” (D-83); “Toz yarıldı, gün kibi şı-



ladı, dəηiz kibi yayqandı” (D-127). 

“24 saat” anlamlı “gün” sözünün də intensivliyi özünü göstə-

rir. Bir neçə məqama diqqət yetirək: 

− hər gün anlamlı “gündə” zaman zərfində kök morfemi kimi 

çıxış edir: “Gündə altmış adam veriη yeməgə!” (D-219); 

− “ol gün” I növ təyini söz birləşməsinin ikinci tərəfi kimi 

işlənərək keçmiş zaman mənasını reallaşdırır: “Ol gün  qara polat 

uz qılıclar çalındı” (D-132);  

− indiki zaman məzmunlu “bu gün” söz birləşməsində  əsas 

tərəf kimi işlənib: “Bən  bu gün Qoηur ata qaqaram, üç günlük 

yolı bir gündə aluram...” (D-43); 

− “bir gün” I növ təyini söz birləşməsində həm keçmiş, həm 

də gələcək zaman mənası ifadə olunur ki, burada da əsas tərəf ki-

mi məhz “gün” sözü çıxış edir: keçmiş zaman mənasında − “Bir 



gün Qam Ğan oğlı xan Bayındır yerindən turmışdı” (D-10); gələ-

cək zaman mənasında − “Bir gün ola, düşəm öləm, yerimdə-yur-

dımda kimsə qalmıya!” (D-68). 

“Gündüz” anlamlı “gün” sözünə isə az təsadüf olunur: “Üç 

gün  dünli-günli yortdı” (D-263). Buradakı “dünli-günli” mürək-

kəb sözünün birinci komponenti gecə(li), ikincisi isə gündüz(lü) 

mənasındadır. Konkret desək, həmin arxaik formanı sadələşdirdik-

də belə olur: gecəli-gündüzlü. Qeyd etdiyimiz kimi, “Kitab”da bu 

formaya  da təsadüf olunur: gecə-gündüz. “Gecə-gündüz demədi-

lər, yortma oldı” (D-301). Deməli, “Kitab”ın poetik strukturunda 

antonimlik və sinonimliyin sintez şəklində  təzahüründən də  bəhs 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

230

 

etmək olar: dünli-günli//gecə-gündüz. Hər iki söz daim, vaxt 



bilmədən, bütün günü və gecəni kimi mənaları ifadə edir. 

“Kitab”da “gündüz” və “24 saat” anlamlı “gün” sözünün mə-

na fərqi mətnin semantik yükünə, xüsusən də həmin mətndəki dün 

və gecə sözlərinə görə müəyyənləşir: “Qırq gün-qırq gecə toy-

dügün eylədilər” (D-120). Heç şübhəsiz ki, “qırq gün” modelin-

dəki “gün” isminin “gündüz” mənasında işləndiyini  əlavə arqu-

mentlərlə təsdiqləməyə ehtiyac yoxdur. 

“Gün “ sözü ilə bağlı bir məqama da diqqət yetirmək lazım 

gəlir: “Kitab”da “el-gün” sözünün mətn daxilində yurd, el-oba 

mənasında işlənməsi özünü göstərir: “Elim-günim çapılmadın...” 

(D-299). A.Məmmədova “gün” sözünün çoxmənalılığından bəhs 

edərkən “el-gün” sözünə də münasibət bildirir: “...dildə qarışıqlıq 

və dolaşıqlığı aradan qaldırmaq üçün dil özü təbii-morfoloji yolla 

üç sözü bir-birindən ayırmışdır (gün, günəş, gündüz).  Ancaq lek-

semin “el, oba” mənası hələ də el-gün birləşməsi halında işlənir və 

S.Vurğunun bir misrası ilə daha da məşhurlaşmışdır (Elim, gü-

nüm, obam sənsən)”

1

. Bu fikrin davamı olaraq onu da qeyd edək 



ki, “el-gün”ün şivələrimizdə mühafizə olunması dialektologiyaya 

dair  əsərlərdə xüsusi olaraq göstərilir. Məsələn, E.Əzizov arxaik 

“elkün” sözünün Şəki şivəsində “qohum-qardaş” mənasında işlən-

diyini faktlarla əsaslandırır

2

.  Bu sətirlərin müəllifi də “el-gün” 



sözünün qərb  şivələrində ilkin forma və semantikasına uyğun 

işləndiyini göstərib: Toyda eliη-günüη başda olmalıdı; Elηizə-

günüηzə noluf kin?

3



“Gündüz”. “Kitab”da “gecə-gündüzün işıqlı hissəsi, gündo-

ğandan günbatana qədər müddət” anlamlı “gündüz” sözü cəmi 

dörd dəfə, həm də “bütün günü və gecəni, vaxt bilmədən...” an-

lamlı “gecə-gündüz” mürəkkəb sözünün tərkibində işlənib: “Gecə-

gündüz yortdılar. Nagahandan yetdilər” (D-192). Müasir ədəbi di-

                                                            

1

 A.Məmmədova. “Dədə Qorqud” kitabının leksikası. Bakı, 2009, səh.103. 



2

 E.Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh.268. 

3

 Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un söz dünyası. Bakı, 2007, səh.232. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

231

 

limizdə eynilə işlənən “gündüz” sözü Orxon-Yenisey abidələrində 



“küntüz” şəklindədir. Burada Ə.Rəcəblinin bir fikrini eynilə xatır-

latmaq lazım gəlir: “-tüz şəkilçisi Göytürk dilində qeyri-məhsuldar 

sözdüzəldici  şəkilçidir, isimlərə artırılıb isim əmələ  gətirir. Göy-

türk (Orxon-Yenisey yazılı abidələrinin) dilində təkcə bir sözə ar-

tırıldığı müşahidə edilmişdir; məsələn: kün “gün” – küntüz (KT. 

s.27) “gündüz”. Türk bodun üçün tün udımadım, küntüz olurma-

dım (KT. s.27) “Türk xalıqı üçün gecə uyumadım, gündüz otur-

madım”


1

. Fikrimizcə, küntüz (gündüz) sözündəki “tüz” (düz) mor-

femi tam müstəqil leksik mənaya malik söz kimi təhlil olun-

malıdır. 

Ə.Abdullayev “gündüz” sözünün “düz” hissəsini şəkilçi yox, 

kök morfemi hesab edir: “A.Qaben “gündüz” sözünün qədim türk 

dilində “küntüri (kunturi) şəklində  işləndiyini qeyd edir. İndi də 

Azərbaycan dialektlərində “küntürrük” sözü işlənir. Məsələn, 

günüm – dürrigim yoxdi. Sənə gəldim-gəlmədim bir kündirriyim 

olmadı  (Şamaxı rayonu, Məlik-çobanı  kəndi). Mənası odur ki, 

günüm yaxşı keçməyib, gün görməmişəm. Üdür (üldür) isə qədim 

monqolca  “gün” “день” deməkdir”

2

. Bu fikir eynilə, yəni “gün-



düz” sözündəki “dür” morfemi  “день” anlamlı “üldür”ün bir for-

ması kimi qəbul edilərsə, “gündür” sözünün ifadə etdiyi semantik 

yük bu cür olur: gün+üldür (24 saat) = gündür. Bu isə  məntiqə 

ziddir. Amma bu da var ki, “küntüri” sözü kün (gün) + turmaq 

//durmaq (olmaq) = “gündüz” mənasına uyğun gəlir. Yaxud mon-

qol dilindəki “üldür” sözünə belə bir yozum vermək olar: “ül” işıq 

anlamlı “yal” arxetipinin “yil” (il) forması ilə “dür” isə “olmaq” 

anlamlı “tur-dür”lə eyni xətdə birləşir: ül(işıq)+dür=üldür (gün-

düz). Günəşin hərəkət trayektoriyasına uyğun  şəkildə verdiyimiz 

bu şərhlər məntiqə zidd deyil. Deməli, “gündüz” sözünü tam yeni 

                                                            

1

 Ə.Rəcəbli. Göytürk dilinin leksikası. II, Bakı, 2004, səh.242. 



2

 Ə.Abdullayev. Azərbaycan dilində r~z nisbəti. Azərbaycan dilçiliyi müntəxəbatı. 

III c., Bakı, 2013, səh.17. 

 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə