Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3.53 Mb.
səhifə76/174
tarix25.06.2018
ölçüsü3.53 Mb.
1   ...   72   73   74   75   76   77   78   79   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

232

 

müstəvidə araşdırmaq lazım gəlir. İlk olaraq qeyd edək ki, “gün-



düz” sözünün assosiativliyi “Gün (günəş) işığı düşür ki, gündüz 

olur” cümləsini yada salır. Bu da belə bir modeli reallaşdırır: Gün 

düşər = gündüz. Bu fikrin düzgünlüyü üç arqumentlə  təsdiqlənə 

bilər: “güney” sözü gün düşən yer, “quzey” isə gün düşməyən yer 

mənasındadır; “kün tüşər” (gün düşən vaxt) modeli formasına 

görə  kışar (qış), küzər (güz – payız), alar (dan söküləndə) kimi 

zaman məzmunlu sözlərlə eyni xətdə birləşir; “kün tüşər” mode-

linin fonetik dəyişmələrlə “gündüz” şəklinə düşə bilməsi türk dil-

lərinin, o cümlədən Azərbaycan dilinin tarixi  fonetikası baxımın-

dan məqbul hesab oluna bilər (k→g, t→d, ş→s→z səs əvəzlənmə-

ləri və  “ər” hecasının düşməsi). Belə bir izah təkcə formasına 

deyil, həm də semantikasına görə “gündüz” sözünün etimoloji 

əsaslarına uyğun gəlir. Amma “gecə” anlamlı “dün” sözünün bir-

başa Günəş  işığının hərəkətini ifadə edən “Gün döndü”, “Gün 

əyildi” tipli cümlələrin semantikası ilə bağlandığını (əvvəlki səhi-

fələrə bax) əsas götürdükdə istər-istəməz “gündüz” sözünün eti-

mologiyasını həmin  cümlələrin semantikası ilə əks qütbdə daya-

nan cümlələr kontekstində təhlil etmək zərurəti yaranır. Heç şüb-

həsiz ki, Gün döndü//Gün əyildi tipli cümlələrin semantik yükü ilə 

əks qütbdə dayana bilən cümlələrdən ilk yada düşəni məhz “Gün 

düzədi” cümləsidir (müq.et: günün dönən//əyilən vaxtı=dün//gecə; 

günün düzələn vaxtı = gündüz). Bu cümlənin semantikasına uyğun 

olan ilkin formanı, arxetipi bərpa etməyə çalışaq: kün tüzər (gün 

işığı düz olan vaxt) → küntüz = gündüz (k→g; t→d səs əvəzlən-

mələri türk dilləri üçün səciyyəvidir). Belə bir bərpa isə tarixən 

işlənmiş zaman məzmunlu alar (dan söküləndə), güzər (güz, 

payız), kışar (qış) kimi sözlərin ilkin formaları ilə eyni xətdə birlə-

şir. Nəhayət, onu da qeyd etmək yerinə düşür ki, “gündüz” sözü-

nün birbaşa gün işığı ilə  bağlılığını Y.V.Çəmənzəminli obrazlı şə-

kildə canlandırıb: “Dan yeri yenicə sökülürdü ... ay və ulduzlar 

günün parlaq şüaları qarşısında işıqdan düşüb, sönük bir halda 

gözdən itirdilər”. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

233

 

Ekindü. “Günorta üstü, günün ikinci yarısı, günortadan son-

rakı vaxt” və s. anlamlı “ekindü” sözü “Kitab”da cəmi bir  dəfə 

həm də II növ təyini söz birləşməsinin birinci tərəfi kimi işlənib: 

ekindü vəqti. “Mərə qocalar, ekindü vəqti muni maηa çevirəsiz 

yiyəm” (D-226). “Ekindü” sözü şivələrimizdə müxtəlif fonetik va-

riantlarda mühafizə olunur. Bu barədə dialektologiyaya dair ədə-

biyyatda kifayət qədər məlumat var: Şəki şivəsində ilkindi (günor-

tadan sonra axşama yaxın vaxt); Lənkəran şivəsində ikitdi (axşam-

üstü); qərb şivələrində ikindi//ilkindi (günbatan vaxt). A.Məmmə-

dova “Kitab”da işlənmiş bu sözün “ekindü” deyil, “ikindi” şəklin-

də transkripsiyasını məqbul hesab edərək yazır: “Ədəbi dilimizdə 

işlənmə məqamı uzun müddət daralan ikindi leksik vahidinə islam 

dininin yeni bir axında müasir dövrümüzə və həyatımıza  girməsi 

nəticəsində (ikindi vaxtı qılınan namaz) daha tez-tez rast gəlirik”

1



Burada onu da qeyd etmək yerinə düşür ki, “ikindi” sözü M.Kaş-

ğarinin “Divan”ında məhz “ikindi namazı vaxtı” mənasında işlə-

nib (MK.I, səh.196). “Kitab”da “ekindü” sözü ilə eyni semantik 

yuvaya daxil olan öylə//öyni sözü də müşahidə olunur: “Öylədən 

sonra evinə  gəldi (D-2); “Yanmış arpa ətməgi acı soğan öyni 

deyil! (D-144). “Kitab”da  “günorta”, “günorta yeməyi” mənasın-

da işlənmiş bu söz Azərbaycan dili şivələrində ilkin fonetik-se-

mantik tərkibinə uyğun şəkildə mühafizə olunur: Qərb şivələrində: 

öynə; Quba şivəsində: öynə, ö:nə. 

Axşam. Günün əsas hissələrindən birinin adı olan “axşam” 

(günün axırından gecənin başlanmasına qədər olan vaxt, günbatan 

vaxt) sözü “Kitab”da bir neçə dəfə işlənib: “Qaranqu axşam olan-

da qayğılu çoban!” (D-40); “Öylən varub axşam gəlmək olmaz” 

(D-172). Birinci nümunədə Günəşin  batmasından əvvəlki zaman 

kəsiyini ifadə edən “qaranqu axşam” birləşməsi belə sadələşdirilib 

(“Kitab”ın 1988-ci il Bakı nəşri nəzərdə tutulur): qaranlıq axşam. 

Qeyd edək ki, birinci nümunədəki “qaranqu” ilə müasir dilimizdə-

ki hava qaralmaq, axşam olmaq anlamlı “qaranlıq düşmək” (çök-

                                                            

1

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.39. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

234

 

mək, qovuşmaq, qarışmaq) frazemi eyni semantik yuvaya daxil 



olur. Daha doğrusu, bu semantik yuvada “qaranqu” nüvə söz kimi 

görünür. Azərbaycan dilinin qərb  şivələrində  “şər qarışanda” an-

lamlı “qaranlıq qarışanda” ifadəsi işlənir ki, bu da “Kitab”dakı 

“qaranqu” ilə  səsləşir. Yeri gəlmişkən,  İ.Tahirov -anda

2

  şəkilçili 



feli bağlamalarla yaranan tərkiblərdən bəhs edərkən göstərir: 

“...Bəlkə, axşam qaranluq qarışanda oğurlanıb sizə gəldim (İ.Şıx-

lı). Qeyd edək ki, şər qarışanda birləşməsi  qaranlıq qarışanda 

ifadəsindən daha məqbuldur”

1

. Heç şübhəsiz ki, müasir ədəbi dili-



mizin normaları baxımından yanaşdıqda “şər qarışmaq” ifadəsi 

daha məqbuldur. Amma bədii üslub, konkret desək, obrazın dili 

baxımından yanaşdıqda məhz “qaranlıq qarışmaq” ifadəsi düz-

gündür. Belə ki, İ.Şıxlı yaratdığı obrazı  qərb  şivələrinə uyğun 

şəkildə danışdırıb. Bu da obrazlılığın gücləndirilməsindən, poetik 

mənanın qüvvətləndirilməsindən başqa bir şey deyil. 



Dün//dünin. Gecə anlamlı “dün” sözünün Günəşin batması, 

yaxud batmağa doğru meyil etməsini ifadə edən “dön” felinin, 

daha doğrusu, onun  “dün” allomorfunun semantik konversiyası 

əsasında yarana bilməsi şübhə doğurmur (əvvəlki səhifələrə bax). 

Müqayisələr  göstərir ki, bu söz “Kitab”da təkcə “gecə” yox, həm 

də “dünən” mənasında işlənib: “gecə” mənasında  − “Dün qatdı 

köçdi” (D-190); “Üç gün dünli-günli yortdı” (D-263)...; “dünən” 

mənasında  − “Dün yoq, ötəki gün eviη bundan keçdi” (D-47). 

Qeyd edək ki, “Kitab”da “gecə” anlamlı “dün”, eyni zamanda 

onun “dünin” formasının üstün mövqedə işlənməsi açıq-aydın şə-

kildə görünür. “Dünin” formasının epifora yaratmada iştirakı da 

dediklərimizi sübut edir:  

“Arxu beli, Ala tağı dünin aşdın 

Aqındılı suyın dünin keçdiη, 

Qanlu kafər elinə dünin girdiη...” 

                                                            

1

  İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 



səh.252. 




Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   174


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə