Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə77/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   73   74   75   76   77   78   79   80   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

235

 

“Dün” sözünün “gecə yarısı” anlamlı “dün burcuğı” birləş-



məsində  tərəflərdən biri kimi çıxış etməsi də yuxarıdakı tezisləri 

qüvvətləndirir: “...dün burcuğında Qazan bəgiη ordısına gəldi” (D-

38). 

Bir cəhəti də vurğulayaq ki, “dün” sözü müasir dilimizdəki 



“dünən” və “tünlük” (adamların bir yerə çox yığılması...) sözlərin-

də fonetik və semantik dəyişmələrlə işlənir. Türk dillərində işlən-

mə səviyyəsi isə belədir: “...müasir türk dillərindən Türkiyə türk-

cəsində “dünən” mənasında “dün”, başqırd, qazax, qırğız, özbək, 

tatar, uyğur və s. türkcələrdə də “gecə” mənasında fonetik variant-

larla tön//tün şəklində işləkliyini davam etdirməkdədir”

1

.  


Gecə. İlk olaraq “gecə” sözünün  “Kitab”da işlənmə mövqe-

yinə diqqət yetirək: müstəqil  şəkildə    işlənib: gecə. “Gecə yatur-

kən Qaracıq çoban qara qayğulu vaqeə gördi” (D-39)...; “gecədən” 

düzəltmə sözündə kök morfemi kimi çıxış edib: gecədən. “...gecə-

dən bir quzı bişürüb dururam” (D-49); “gecə-gündüz” mürəkkəb 

sözünün birinci tərəfi kimi işlənib: “gecə-gündüz”. “Gecə-gündüz 

demədilər, yortma oldı” (D-301). 

Ə.Rəcəbli Orxon-Yenisey abidələrindəki “kiçə” (gecə) sö-

zündən bəhs edərkən yazır: “...Bu şəkilçi (-ə şəkilçisi nəzərdə tu-

tulur – Ə.T.) zərfdən isim düzəldir; məsələn, kiç “gec” – kiçə (MÇ 

13) “gecə”. Kiçə yaruq batur erigli süηüşdim (MÇ 13) “Gecə ay 

batırkən döyüşdüm”. Kiçə “gecə” sözünü isim kimi də (zaman 

adını bildirən isim kimi) zərf kimi də götürmək olar. Bu söz ad-

verbiallaşdıqda zərf kimi götürülür və cümlənin  zərfliyi olur”

2



“Gecə” sözünü kök morfemi kimi “adi və ya müəyyənləşdirilmiş, 



qərarlaşdırılmış vaxtdan sonra“ anlamlı “gec” sözünün götürülmə-

si inandırıcı görünür. Amma “gecə” sözünün etimologiyasına baş-

qa bucaqlardan da yanaşmaq olar. Bəllidir ki, günün əsas hissələ-

rindən birinin adı kimi işlənən “gecə” sözü “günün günbatandan 

günçıxana qədər, axşamdan səhərə qədər olan hissəsi” mənasında-

                                                            

1

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.39. 



2

 Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.241. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

236

 

dır. Yaxud Azərbaycan dilinin izahlı lüğətində “gecə” sözü ilə 



bağlı verilmiş digər  şərhlərə  nəzər salaq: ...gecə qaralmaq (düş-

mək) – gündüz qurtarıb gecə başlamaq...; gecə  keçmək – gecənin 

gec vaxtı olmaq...”

1

. Bu qeydlər aydın şəkildə göstərir ki, gün ba-



tanda, yəni gün işığı düşməyəndə “gecə” olur. Burada assosiativ 

olaraq çoxmənalı “keçmək” felinin “sönmək” mənasında işlənmə-

si yada düşür: “Keçmək – sönmək: Lampa keçdi; Çıraq keçdi”. Bu 

nümunələrdəki “lampa” və “çıraq” sözləri şərti olaraq “gün işığı” 

birləşməsi ilə  əvəzlənərsə, belə bir model alına bilər: “Gün işığı 

keçdi = qaranlıq oldu, gecə oldu = gecə”. Bu mənada zaman anla-

yışlı “gecə” sözünün sönmək, ötüb keçmək, ötüb getmək, çəkilib 

getmək və s. anlamlı “keçmək” feli əsasında yarana bilməsi şübhə 

doğurmur,  əksinə, məntiqli görünür. Burada lampa işığının keç-

məsini metaforik–metonimik ifadələrlə canlandırmış Ə.Məmməd-

xanlının bir cümləsini xatırlatmaq yerinə düşür: “Otağımdakı işığı 

keçirəndə xəfif, qırmızı bir parıltının pəncərə şüşələrində titrədiyi-

ni görürdüm...” Maraqlıdır ki, H.K.Sanılı da gündüz sözünə  işıq, 

gecə sözünə qaranlıq, kölgə kontekstində aydınlıq gətirməyə 

çalışıb: “Yer öz başına fırlanan zaman gah bu tərəfi günə baxır, 

gah da o tərəfi. Gün tərəfi işıq olur, o biri tərəfi qaranlıq (kölgə). 

İşıq tərəfə biz gündüz, kölgə tərəfə gecə deyirik”

2

.  



“Gecə” sözünün ilkin  formasını alar (dan söküləndə...), kışar 

(qış), güzər (güz, payız) kimi zaman məzmunlu sözlərin tarixən 

işlənmiş formalarına uyğun  şəkildə  bərpa etməyə çalışaq: Gün 

(işıq) keçər vaxtı=keçər=gecə (ç→c əvəzlənməsi dilimiz üçün sə-

ciyyəvidir, “r” səsinin düşməsi də mümkündür. Müq.et: alar taηla 

(səhər çağı)// ala taηla (səhər çağı). Bütün bunlar onu deməyə əsas 

verir ki, “gecə” və “dün” (gecə mənasında) sözləri eyni semantik 

şaxədə birləşir. Bu da təbiət hadisəsinin, daha dəqiqi, günün bat-

masının eyni semantik şaxədə birləşən sözlərlə ifadəsi ilə bağlıdır. 

                                                            

1

 Azərbaycan dilinin izahlı lüğəti. III cild, Bakı, 1983, cəh.146. 



2

 S.Bayramova. Hacı Kərim Sanılının pedaqoji fəaliyyəti və maarifçilik görüşləri. 

Bakı, 2014, səh.62. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

237

 

 



Gələcək zaman mənasını ifadə edən isimlər 

 

Türkologiyada gələcək zaman məzmunlu isimlərin ayrılıqda 

öyrənilməsinə rast gəlinmir. Fikrimizcə dünən, indi, sonra və s. 

kimi sözlər keçmiş, indiki və  gələcək zaman məzmunlu zərflər 

başlığı altında öyrənildiyi kimi, “yarın” (sabah, gələcək gün) sözü-

nün də gələcək zaman məzmunlu isimlər başlığı altında izahı məq-

bul hesab oluna bilər. Bu mənada “Kitab”da işlənmiş “yarın” sözü 

ilə bağlı aşağıdakıları söyləmək olar:  

– müstəqil  şəkildə  gələcək zaman mənasını ifadə edir: 

“Yarın qızıηı maηa vergil” (D-185). 

– indiki zaman məzmunlu “bu gün” birləşməsindən sonra

daha doğrusu, onunla yanaşı işlənir ki, bu da obrazlılığı qüvvətlən-

dirməyə xidmət edir: “Bu gün – yarın qanda isə, gəlür” (D-26). 

Maraqlıdır ki, bu vahidlərin antonimliyi eyni cümlə daxilində  də 

özünü göstərir: “Bu gün  bən geydim, yarın naibim geysün” (D-

89);  


– yarınkı (sabahkı) sifətində kök morfemi kimi çıxış edir: 

“Yarunkı gün zəman dönib, bən ölib sən qalıcaq tacım-taxtım saηa 

vermiyələr...” (D-125); 

– “yarın qiyamət güni” frazemində semantik dinamika məhz 

“yarın” sözü ilə başlanır: “Yarın qiyamət günində  mənim  əlüm 

Qazan xanıη yaqasında olsun...” (D-298). 

Türkiyə türkcəsində  ədəbi dil səviyyəsində  işlənən “yarın” 

sözü Azərbaycan  ədəbi dili üçün arxaikləşib. Amma burada “ya-

rın” sözünün bədii ədəbiyyatımızda, xüsusən də şeir dilindəki ob-

razlılıq yaratma imkanlarını da qeyd etmək lazım gəlir (məsələn, 

R.Rzanın şeirlərində: Mübarizə bu gün də var, yarın da...). 

Qeyd etdiyimiz kimi, Günəşin (işığın) hərəkətini, daha doğ-

rusu, onun dönməsi və ya əyilməsini ifadə edən çoxmənalı “dön-

mək” felinin ikiqat semantik konversiyası əsasında keçmiş zaman  

məzmunlu “dünən” sözünün yarana bilməsi məntiqli görünür. Bu 

baxımdan “dünən” sözü bu günə nisbətdə “bu gündən  əvvəlki 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə